YES sözü azərbaycan dilində

YES

Yazılış

  • YES • 78.2918%
  • Yes • 14.3535%
  • yes • 5.9312%
  • YeS • 1.1862%
  • yES • 0.2372%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Say Yes (Mişel Uilyams mahnısı)
"Say Yes" ABŞ müğənnisi Mişel Vilyamsın keçmiş "Destiny's Child" qrupunun üzvləri Beyonse və Kelli Roulandla birgə ifa etdiyi mahnıdır. Mahnıda xor tərəfindən ifa olunan "when Jesus say yes, nobody can say no" sözləri məşhur Nigeriya ilahisindən götürülmüşdür. 2005-ci ildə "Destiny's Child" qrupunun dağılmasından sonra "Say Yes" mahnısı hər üç qrup üzvünü bir gə iştirakı ilə ifa edilmiş və ekranlaşdırılmış ilk musiqi əsəridir. "Say Yes" mahnısının klipi rəsmən 18 iyun 2014-cü ildə təqdim edilmişdir. Orijinalda "When Jesus Says Yes" adlanan Nigeriya mahnısı əsasında yazılmış "Say Yes" mahnısının prodüseri Harmoni Samuelsdir. Vilyams mahnının demo versiyasını keçmiş qrup üzvləri Beyonse Noulz və Kelli Roulanda göndərir və sonradan onlar mahnıda qonaq ifaçı kimi iştiraka razılaşırlar. "Rap-up Magazine" jurnalına verdiyi müsahibədə Beyonse mahnıda qonaq ifaçı kimi qərar verməsindən danışır və deyir: "Bu mahnı o qədər ilhamlandırıcıdır ki…bu cür mahnılar çox azdır və mən bu mahnının bir hissəsi olmaqdan fəxr edirəm." "Say Yes" BK hit paradlarında 106-cı yerdə debüt etmişdir. Çıxışının ilk həftəsində Fransada mahnı 151-ci yerdə debüt etmişdir. "Say Yes" Vilyamsın Fransa hit paradına daxil olan ilk solo sinqlıdır. ABŞ-də "Billboard Gospel Songs" hit-paradında mahnı beşinci yerdə, "Gospel Digital Songs chart" hit-paradında isə birinci yerdə debüt etmişdir.
Say Yes (Mişel Vilyamsın mahnısı)
"Say Yes" ABŞ müğənnisi Mişel Vilyamsın keçmiş "Destiny's Child" qrupunun üzvləri Beyonse və Kelli Roulandla birgə ifa etdiyi mahnıdır. Mahnıda xor tərəfindən ifa olunan "when Jesus say yes, nobody can say no" sözləri məşhur Nigeriya ilahisindən götürülmüşdür. 2005-ci ildə "Destiny's Child" qrupunun dağılmasından sonra "Say Yes" mahnısı hər üç qrup üzvünü bir gə iştirakı ilə ifa edilmiş və ekranlaşdırılmış ilk musiqi əsəridir. "Say Yes" mahnısının klipi rəsmən 18 iyun 2014-cü ildə təqdim edilmişdir. Orijinalda "When Jesus Says Yes" adlanan Nigeriya mahnısı əsasında yazılmış "Say Yes" mahnısının prodüseri Harmoni Samuelsdir. Vilyams mahnının demo versiyasını keçmiş qrup üzvləri Beyonse Noulz və Kelli Roulanda göndərir və sonradan onlar mahnıda qonaq ifaçı kimi iştiraka razılaşırlar. "Rap-up Magazine" jurnalına verdiyi müsahibədə Beyonse mahnıda qonaq ifaçı kimi qərar verməsindən danışır və deyir: "Bu mahnı o qədər ilhamlandırıcıdır ki…bu cür mahnılar çox azdır və mən bu mahnının bir hissəsi olmaqdan fəxr edirəm." "Say Yes" BK hit paradlarında 106-cı yerdə debüt etmişdir. Çıxışının ilk həftəsində Fransada mahnı 151-ci yerdə debüt etmişdir. "Say Yes" Vilyamsın Fransa hit paradına daxil olan ilk solo sinqlıdır. ABŞ-də "Billboard Gospel Songs" hit-paradında mahnı beşinci yerdə, "Gospel Digital Songs chart" hit-paradında isə birinci yerdə debüt etmişdir.
I Loved Yesterday
I Loved Yesterday — Yui albomu.
I Yese
Yese — Kartli çarı. Kartli kralı Levan şahzadə Tinatin Avalişvilinin oğlu, Kartli çarı "XI Georgi"nin qardaşı.. Yese İslamı qəbul etmişdi. Əvvəlcə şiə ikən Əliqulu xan, daha sonra sünni ikən Mustafa paşa kimi tanınırdı. == Həyatı == Yese 1680-ci ildə qəyyum Levanın və ikinci həyat toldaşı Tinatin Avalişvilinin oğlu olaraq doğulmuşdu. Müsəlman olduqdan sonra Əliqulu xan adını götürən Yese 1708-1709-cu illərdə Kirman naibi, 1709-1711-ci illərdə isə Kirman bəylərbəyi olmuşdu. 1711-1714-cü illərdə isə Səfəvi ordusunun topçubaşı (artilleriya üzrə baş komandan) olmuşdu. == Hakimiyyəti == 1714-cü ilin martında VI Vaxtanq İslamı qəbul etmədiyi üçün onun yerinə çar olmuşdu. II David ilə ittifaq quran çar 1716-cı ilin iyunu çarlıqdan kənarlaşdırılaraq yerinə VI Vaxtanq gəldi. == Həbs və dini dəyişiklik == Yesse Telaviyə köçdü və III Bakarın qəyyumluğu altında yaşamağa başladı.
Milena Yesenka
Milena Yesenka (çex. Milena Jesenská 10 avqust 1896, Praqa, Sisleytaniya – 17 may 1944[…], Ravensburyuk həbs düşərgəsi) — Çex əsilli yazıçı, jurnalist və tərcüməçi. Frans Kafka ilə olan şəxsi münasibətləri ilə tanınmışdır. Frans Kafka tərəfindən 1920-ci ildə yazılmış Milenaya məktublar əsərində Kafka və Milena arasında qısa müdddət davam etmiş sevgi məktubları təsvir olunmuşdur. Siyasi fəaliyyəti səbəbindən 1944-cü ildə Nasist Almaniyası tərəfindən həbs edilərək Ravensbrük həbs düşərgəsinə göndərilmiş və elə həmin düşərgədə tutduğu böyrək çatışmazlığı səbəbindən 47 yaşında vəfat etmişdir. Milena Yesenka 1896-cı ilin 10 avqust tarixində Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində, kübar cəmiyyətə mənsub bir ailədə anadan olmuşdur. Elit cəmiyyətin şərtlərini və həyat standartlarından imtina etdiyi üçün atası ilə münasibətləri pisləşmiş və atası tərəfindən ruhi əsəb xəstəxanasına göndərilmişdir. Xəstəxanaya göndərilməsinin əsəs səbəblərindən biri də yəhudi-alman kökənli şəxsə (Ernst Pollak) aşiq olması və bu sevginin atası tərəfindən rədd edilməsi idi. Ruhi əsəb xəstəxanasında qaldığı bir il, Milenanın həyatının ən ağır dövrlərindən biri hesab olunur. Mənəvi sarsıntılar keçirdən yazıçı düşdüyü vəziyyətdən xilas olmaq üçün narkotik maddələr belə qəbul etməyə başlamışdır.
Motown 25: Yesterday, Today, Forever
Motown 25: Yesterday, Today, Forever - 1983 - cü ildə Motown şirkətinin iyirmi beş illik yubileyi münasibətilə təşkil edilmiş xüsusi televiziya konsert proqramı. Konsertin prodüserliyini Syuzan de Pass etmişdir.
Sergey Yesenin
Sergey Aleksandroviç Yesenin (21 sentyabr (3 oktyabr) 1895[…] – 28 dekabr 1925[…], Leninqrad, SSRİ) — XX əsrin əvvəllərində yazıb-yaratmış rus şairi. Adı həmin dövrün ən böyük şairləri – Aleksandr Blok, Vladimir Mayakovski, Bryusovla bir sırada çəkilən Yesenin ən lirik Rus şairlərindən hesab olunur. O, 1924–1925-ci illərdə bir müddət Bakıda olmuş, yaradıcılığının ən məhsuldar dövrünü də demək olar ki, Bakıda yaşamışdır. Sergey Yesenin 20 iyun 1924-ci il tarixdə qələmə aldığı tərcümeyi-halında yazır: "Mən 1895-ci il sentyabrın 21-də (yeni tarixlə oktyabrın 3-də) Ryazan qəzası və Ryazan quberniyasının Kuzmino vilayətinin Konstantinovo kəndində anadan olmuşam. Atam – kəndli Aleksandr Nikitiç Yesenin, anam isə Tatyana Fyodorovnadır. Uşaqlığım kəndin Matovo adlanan başqa hissəsində, ana tərəfdən nənə-babamın yanında keçib. İlk xatirələrim üç-dörd yaşım olan vaxtlara aiddir. Meşə, böyük arxlı yol xatirimdədir. Nənəm bizdən təxminən 40 verst aralıda yerləşən Radovetski monastırına gedir. Onun əlindəki əsadan yapışıb, yorğunluqdan ayaqlarımı zorla sürüyürəm, nənəm isə hey deyir: "Gedək, gedək, quzum, Allah xoşbəxtlik verər".
Sergey Yeseninin Bakıya Səfəri (1925)
Kinolent görkəmli rus şairi Sergey Yeseninin Bakı səfərindən, Azərbaycan xalqının mənəviyyatı və məişəti, adət-ənənəsi ilə tanışlığından bəhs edir. Film saxlanılmayıb.
Sergey Yeseninin Bakıya səfəri (film, 1925)
Kinolent görkəmli rus şairi Sergey Yeseninin Bakı səfərindən, Azərbaycan xalqının mənəviyyatı və məişəti, adət-ənənəsi ilə tanışlığından bəhs edir. Film saxlanılmayıb.
Yesai Həsən-Cəlalyan
Katolikos Esaya yaxud Yesai, Yesaya (bilinmir – 1728) — Albanların LXXXIX katolikosu, tarixçi. Xaçın məliyi III Vəlicanın oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Onun dövründə Şah Sultan Hüseyn Səfəvi tərəfindən rəsmən Qarabağ yepiskopluğu, Gəncə yepiskopluğu, Qaşqatağ yepiskopluğu, Zərzibil yepiskopluğu və Şamaxı yepiskopluğu Alban Həvari Kilsəsinin təsir dairəsi kimi tanındı. Esayanın dövründə həm də Alban kilsəsi Erməni Qriqoryan Kilsəsinin üstünlüyü rəsmən tanıdı. Katolikosluğunun 4-cü ilində Katolikos V Nerses öz yurisdiksiyasını elan etdi. Erməni patriarxı Katolikos I Aleksandr Cuğayetsi Esayanı müdafiə etməyə davam etdi. 1711-ci ildə İsrail Ori ilə Həştərxana gedən Esaya tezliklə geri qayıtmalı oldu. Esayanın diplomatik missiyaları 1723-cü ildə I Pyotrun Xəzəryanı bölgələri işğal etməsi ilə nəticələndi. 1719 və 1721-ci ildə Katolikos I Astvasaturu ziyarətə getmişdi.
Yesai Əbu Musa
Yesai Əbu Musa (və ya İsa ibn İstifanus; bilinmir – bilinmir) – Mənşəcə Qafqaz albanlarından olan Beyləqan hakimi. "Ağvan tarixi"ndə qeyd edilmişdir ki, təqribən 830/1-ci ildə pavlikianlar Bercor vilayətinə və Artsak əyalətindəki Ureas, Kamakaş, Həkəri və Tapat kəndlərinə basqın etmişdilər, lakin knyaz Stepan Ablasad onları Babəkin köməyi ilə məğlub etdi. Erməni tarixinin 279 (830–831)-cu ilində pavlikian başçıları Davon və Şapux knyaz Ablasadı öldürdülər və yenidən üsyan edən pavlikianlar Qoroz qalasında möhkəmləndilər və "Ağvan tarixi"nin verdiyi məlumata görə, 12 il ərzində Arranın aşağıdakı vilayətlərini əllərində saxladılar: Yuxarı Vaykunik Bercor, Sisakan [və Kotak], [Mivs] Haband, Amaras, Pazkank, Mxank və Tri . "Bundan sonra Ablasadın yaxın adamları onun qatillərini tutub əzabla öldürdülər və Ablasadın bacısı oğlu olub, dinclik sevən və Əbu Musa adlanan Yesai həmin vilayətləri tutdu [və] hamısına hökmranlıq etdi"'. Erməni tarixinin 289 (840–841)-cu ilində pavlikianlar yenidən üsyan qaldırdılar və mənbəyin verdiyi məlumata görə, Sisan Cor və Amaras mahallarını talayıb viran etdilər. Əbu Musa adlanan Yesai də onlara qarşı qalxaraq darmadağın etdi. Gördüyümüz kimi, bu zaman güclü və nüfuzlu knyaz olan Yesainin əhəmiyyəti yüksəldi. Əbu Musa digər alban knyazları kimi əvvəlcə Babəklə ittifaqda olmuşdur. Babəkin zəifləməsi və kəndlilərin verə bilmədiyi taxılı feodallardan yığması Əbu Musanı ondan uzaqlaşdırmışdır. Bəzz qalası ərəblər tərəfindən işğal ediləndə Babək Səhlin yanına , onun qardaşı Abdullah isə Beyləqana gəlir və Yesai Əbu Musa Abdullahı Afşinə təhvil verir .
Yesdikan (Xoy)
Yesdikan (fars. يزدكان‎‎) (azərb. Yesdikan,یَزدیکان‎) (yerli deyiş. Yestikan یئستیکان) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Kəndi adı iki hissədən ibarətdir.yəzdi yaxudda yesti, azərbaycan dilindəki yastı (düz,ovalığ) sözünün bir şəkili olaraq, kan, gan və ya qan isə qədim türk dillərində kənd deməkdir. Bunlara görə demək olar ki Yəzdikan elə həmən Yastıkənddir və düz yerdə salınmış yaşayış yeri mənası verir. Yəzdikan kəndi Xoydan 29 kilometr cənub-qərbdə və dəmiryolunun üstündə yerləşir. Şimaldan Babəkan, güneydən Görpiran və Şıxlar Zeyvəsi, şərqdən Boylapuş, Xan Dizə və Qaratəpə, qərbdən isə İstəran kəndləri ilə həmsərhəddir. Kəndin iqlimi mülayim olsa da, qış ayları çox soyuq və qarlı keçir. Yəzdikanda illik yağıntının miqdarı 254 mm-dir.
Yessentuki
Yessentuki — Rusiya Federasiyasında yerləşən şəhər. Stavropol diyarına daxildir. Müasir Yessentuki kurort şəhəri kimi məşhurdur. Şimali Qafqazda Stavropol ölkəsində Esentuk çayının üzərində yerləşir. Mineral mədənləri ilə məşhurdur. Şəhərin kənarında Tambukan gölündən palçıq müalicəsində istifadə edirlər. Qədim türkcə əsənduk (esenluk, esenlik) "sağlıq, sağlamlıq, xoşbəxtlik" deməkdir. (Radlov, 874; Malov, 316) "Esendük~ esenduk" noqay dilində də sağlamlıq deməkdir.1. Həqiqətən vurğunun da sözün sonuncudan əvvəlki hecaya düşməsi (sondakı u saf hecası onun yunan dilinə məxsus söz sayılması kimi saxta mülahizəyə dayaq durur) şəhərin adının mənşəcə təmiz türk sözü olması fikrinə inamı artırır. Türk dillərində, o cümlədən dilimizin qədim qatlarında sağlıq, sağ-salamat olmaq (Əgər sağdır, əsəndir, axşam olmadın genə mən sana gəlürəm; Ordım sağ-əsən degil isə başınıza çarə edin (KDQ) mənasında istifadə olunmuşdur.
Yessentuki (mineral su)
Yessentuki mineral suyu — Rusiyanın Yessentuki şəhərində çıxarılan mineral su. Yessentuki № 20, Yessentuki № 17, Yessentuki № 4, Yessentuki № 2 növləri mövcuddur. Kurort şəhəri olan Yessentukinin quruluş günü 27 avqustda qeyd olunur.1798-ci ildə Yessentuki çayının sağ sahilində Rusiyanın cənub sərhədlərini qorumaq üçün hərbi qüsurlar bərpa olunmuşdur.
Yessika Kamilo
Yessika Kamilo (23 fevral 1993) — Dominikan Respublikasını təmsil edən oxatan. Yessika Kamilo Dominikan Respublikasını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Yessika Kamilo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Çoi Mi-Sun ilə üz-üzə gəldi. Həmin görüşdə Yessika Kamilo rəqibinə 0:6 hesabı ilə uduzdu.
Yesuagen
Yesuagen (yaxud Esuagen və Asuagen) — Qafqaz Albaniyası çarı. Onun dövründə köhnə əlifbanın təkmilləşdirilməsi yolu ilə yeni Alban əlifbası yarandı. Bu barədə Moisey Kalankatlı, eləcə də V – VIII əsrlərin erməni müəllifləri Koryun, Movses Xorenli xəbər verirlər. II Yezdəgirdin bacısı ilə evlənmişdi. 444-cü ildə II Vaçe tərəfindən əvəz olundu. Moisey Kalankatlının verdiyi məlumata görə çar Yesuagenin 4 övladı olmuşdur: II Vaçe — taxtda onu əvəz etmişdi Xoçkorik — qeyri-qanuni oğlu idi III Vaçaqan Adsız bir qız — Girdman knyazı Barzabod Mehrani ilə evlənmişdi. Yesuagenin monoqramı 1975-ci ildə fransız alim Filipp Ginyo tərəfindən yayımlanan Sasani şahlarının möhürlərinin arasında Mürtəzalı Hacıyev tərəfindən tapılmış, S.Y.Qasımova tərəfindən çar Yesuagenə aid olduğu təsdiqlənmişdir. Möhür ay ilahəsi ilə əlaqəlidir.
Yesugey
Yesugey (monq. Есүхэй баатар (1134 - 1171) — Borucigin soyundan olan monqol başçısı, Çingiz xanın atası. Monqolustan çölləri tatar türklərinin əlində idi və onlarla monqollar arasında tez-tez amansız döyüşlər baş verirdi. Belə döyüşlərdən birində tatarlar Yesugey bahadurun atası Bartan bahaduru əsir aldılar. Sonra da onu monqolların köhnə düşməni olan Çjurçjenlərə satdılar. Sonuncular da Ambaqay xanı Çin imperatoruna təslim etdilər. Çün imperatoru isə Monqolustan səhralarında müstəqil dövlət qurmaq fikrinə düşərək mərkəzi hakimiyyətə tabe olmaq istəməyən Bartan bahadur qəddarcasına qətlə yetirdi. Bu arada tatarlar monqolların onlardan Bartan bahadurun qisasını alacağından ehtiyat edərək ələ aldıqları gizli qatil vasitəsəi ilə Yesugey bahaduru zəhərlədilər. Yesugey bahadurun ölümündən sonra onun qurduğu dövlət dağıldı.
Yesugey bahadur
Yesugey (monq. Есүхэй баатар (1134 - 1171) — Borucigin soyundan olan monqol başçısı, Çingiz xanın atası. Monqolustan çölləri tatar türklərinin əlində idi və onlarla monqollar arasında tez-tez amansız döyüşlər baş verirdi. Belə döyüşlərdən birində tatarlar Yesugey bahadurun atası Bartan bahaduru əsir aldılar. Sonra da onu monqolların köhnə düşməni olan Çjurçjenlərə satdılar. Sonuncular da Ambaqay xanı Çin imperatoruna təslim etdilər. Çün imperatoru isə Monqolustan səhralarında müstəqil dövlət qurmaq fikrinə düşərək mərkəzi hakimiyyətə tabe olmaq istəməyən Bartan bahadur qəddarcasına qətlə yetirdi. Bu arada tatarlar monqolların onlardan Bartan bahadurun qisasını alacağından ehtiyat edərək ələ aldıqları gizli qatil vasitəsəi ilə Yesugey bahaduru zəhərlədilər. Yesugey bahadurun ölümündən sonra onun qurduğu dövlət dağıldı.
Çingiz Yesenamanov
Çingiz Yesenamanov (10 mart 1989-cu ildə anadan olub) — Hücumçu kimi çıxış edən Qazaxıstanlı kişi futzalçıdır. Qazaxıstan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Qazaxıstanın Kayrat AFK futzal klubunda çıxış edir.
Şahmərdan Yesenov
Şahmərdan Yesenov (qaz. Шахмардан Есенұлы Есенов; 5 avqust 1927, Şiyeli vilayəti[d], Qızılordu vilayəti – 24 avqust 1994, Almatı) — Qazaxıstan alimi və dövlət xadimi, Qazaxıstan SSR Geologiya naziri (1961-1967, 1974-1978), geoloq, Qazaxıstan SSR Elmlər Akademiyasının akademiki (1967), Qazaxıstan SSR Elmlər Akademiyasının prezidenti 1967-1974) Geoloji və Mineralogiya Elmləri Doktoru (1970), Lenin mükafatı laureatı (1966), Qazaxıstan SSR Dövlət Mükafatı laureatı (1972). Sov.İKP Mərkəzi Komitəsinin namizəd üzvü (1971-1976). Qazaxıstanın geologiya elminin və geoloji xidmətinin inkişafına böyük töhfə verdi. 1944-cü ildə Qızılorda pedaqoji texnikumu bitirmişdir. 1949-cu ildə Qazaxıstan Mədən-Metallurgiya İnstitutunu (indiki — K. İ. Satpayev adına Qazaxıstan Milli Texniki Universiteti) bitirib. Əvvəlcə Cezqazqan kompleks geoloji kəşfiyyat ekspedisiyasında geoloq, sonra Cezqazqan kompleks geoloji kəşfiyyat ekspedisiyasının baş mühəndisi vəzifələrində çalışmışdır. 1953-cü ildə 45 saylı seçki dairəsi üçün Cezqazqan Bölgə Şurasının millət vəkili seçildi. 1955-ci ildə 144 saylı seçki dairəsi üçün Cezqazqan Şəhər Şurasının millət vəkili seçildi. 1959-cu ildə Çulak-Tauski seçki dairəsində 5-ci çağırış Qazaxıstan SSR Ali Sovetinin deputatı seçildi.
Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti
Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti (qaz. Шахмардан Есенов атындағы Каспий мемлекеттік технологиялар және инжиниринг университеті, həmçinin Yessenov University, XDTVNU, Университет Есенова kimi tanınır) — Qazaxıstanda çoxsahəli bir ali təhsil müəssisəsidir. Universitetin indiki adı ona Qazaxıstan geologiya elminin və geoloji xidmətinin inkişafına böyük töhfə verən görkəmli qazax alimi Şahmərdan Yessenovun şərəfinə verilmişdir. Hazırda Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti 43 bakalavr, 18 magistr və 5 doktorluq ixtisası üzrə təhsil xidmətləri göstərir. Universitetdə üç tədris korpusu, üç yataqxana, üç məşq meydançası, hovuzlu idman kompleksi var. Universitetdə 16-dan çox elmlər doktoru və 169 elmlər namizədi olmaqla 350-dən çox müəllim dərs deyir. 7 mindən çox tələbə təhsil alır. Universitetin tarixi 1976-cı ildə Mangistau ərazi istehsalat kompleksi üçün mühəndis kadrları hazırlamaq üçün Qazaxıstan Politexnik İnstitutunun ümumi texniki fakültəsinin Mangışlak bölgəsinin Şevçenko (indiki Aktau) şəhərində təşkil olunmasından başlayır. Ümumi texniki fakültəni çoxsahəli bir fakültəyə çevirən yeni ixtisasların açılmasına ehtiyac yarandı. 1990-cı ildə Politexnik İnstitutunun ümumi texniki fakültəsi V.I.Lenin adına Qazaxıstan Politexnik İnstitutunun (V.İ.Lenin adına QazPTİ) Mangistau filialına çevrildi.
Yessentuki bayrağı
Yessentuki bayrağı — Rusiya Federasiyasının Stavropol diyarının Yessentuki kurort şəhərinin bələdiyyəsinin bayrağı və əsas, rəsmi simvoludur. Bu bayraq 27 dekabr 2005-ci ildə Yessentuki Şəhər Şurasının 11 saylı qərarı ilə təsdiq edilmişdir və 19 may 2006-cı ildə ona qeydiyyat nömrəsi verilməklə Rusiya Federasiyası Dövlət Heraldika Reyestrinə daxil edilmişdir. Yessentuki şəhərinin bayrağının yaradılması və istifadəsinin məqsədləri bunlardır: şəhər ərazisinin bütövlüyünün, onun vətəndaşlarının birliyinin və qarşılıqlı fəaliyyətinin, ərazi və tarixi davamlılığın görünən simvolunu yaratmaq və şəhər sakinlərinin vətəndaşlıq, vətənpərvərlik, tarixi yaddaşa, milli, mədəni və digər adət-ənənələrə hörmətini əks etdirmək. Yessentuki bayrağının təsviri Yessentuki Şəhər Şurasının 11 saylı qərarı ilə belə əsaslandırılmışdır: "Yessentuki kurort şəhərinin bələdiyyəsinin bayrağı, eni panelin eninin səkkizdə bir hissəsi olan diaqonal ağ xaç ilə kəsilmiş, eni uzunluğa nisbəti 2:3 olan düzbucaqlı bir paneldir. Üst və alt künclər qırmızı, yan künclər mavi rəngdədir. Mərkəzdə, hər şeyin üstündə, kurort şəhəri Yessentuki şəhər gerbinin fiquru var: dirəyə doğru uçan, pəncələrində sarı gürz tutan sarı qartal. Gürz daşıyan qartal gücü və səxavəti bildirir, həmçinin bir zamanlar Yessentukidə kəndlər salan Terek kazaklarının simvoludur. İlan olan kasa ədalətin, mərhəmətin, gücün və zənginliyin simvoludur. Yessentukinin ilk bayrağının layihəsi 2002-ci ildə Memarlıq Departamentinin mütəxəssisi V. A. Oxonko tərəfindən onun icra etdiyi şəhərin gerbi əsasında hazırlanmışdır. Bayraq diaqonal olaraq bölünmüş düzbucaqlı panel idi.
Codonopsis yesoensis
Neştərvari kodonopsis (lat. Codonopsis lanceolata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin kodonopsis cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Campanumoea lanceolata Siebold & Zucc. Glosocomia lanceolata (Siebold & Zucc.) Rupr.
Tatyana Yesenina
Tatyana Sergeyevna Yesenina (rus. Татьяна Сергеевна Есенина; 11 iyun 1918, Moskva – 5 may 1992, Daşkənd) — rus şairi Sergey Yeseninin və aktrisa Zinaida Rayxın qızı, jurnalist və yazıçı. Valideynləri boşandıqdan və atasının ölümündən sonra o, qardaşı Konstantinlə birlikdə Vsevolod Meyerhold və Zinaida Rayxın ailəsində böyüyüb. Tatyana Yesenina Sergey Yeseninlə Zinaida Rayxın ailəsində dünyaya gəlib. Tatyananın anası ilə atası Petroqradda Rayx Sosialist İnqilabi qəzeti "Delo Naroda" redaksiyasında katib-makinaçı kimi çalışanda tanış olublar. Zinaida Rayx iyirmi iki yaşında qəzetə yazılarını gətirən gələcək əri Sergey Yesenini ilk dəfə burda görüb. Sergey Yesenin Zinaidaya öz şəklini verərək, onun arxasına "Çünki sən yolumda mənə yöndəmsiz bir qız kimi göründün, Sergey — yazmışdı". 30 iyul 1917-ci ildə Sergey və Zinaida Rayx Yeseninin yaxın dostu Aleksey Qaninin yanına Voloqdaya səfərləri zamanı evlənirlər. Toy Voloqda vilayəti Tolstikovo kəndində qədim Kirik və İulitta daş kilsəsində baş tutub. Bəyin şahidləri Spasskaya rayonu, İvanovskaya kəndi, kəndli Pavel Pavloviç Xitrov və Ustyanskaya rayonu, Ustya kəndi, kəndli Sergey Mixayloviç Barayev olub.
Yesemek daş karxanası və heykəltəraşlıq emalatxanası
Yesemek daş karxanası və heykəltəraşlıq emalatxanası— Qaziantep ilinin İslahiye ilçəsinin Yesemek məhəlləsi yaxınlığında açıq səma altında muzey və arxeoloji sahədir. Sahə Het dövründə karxana olub və 100.000 m2 ərazini əhatə edir ki, bu da onu qədim Yaxın Şərqdə məlum olan ən böyük daş hörmə emalatxanasına çevirir. Muzey Qaziantep ilinin İslahiye ilçəsinin Yesemək kəndinin cənubunda 36°53′35″ şm. e. 36°44′40″ ş. u.-də yerləşir. Dağlıq ərazinin qərb yamaclarında və Tahtalı bənd gölünün şərqindədir. Kənddən 15 kilometr (9,3 mil), İslahiyedən 23 kilometr (14 mil) və Qaziantepdən təxminən 113 kilometr (70 mil) məsafədədir. Ziyarətçilər abidəyə Qaziantep, İskəndərun və ya Antakyadan gələ bilərlər. Qalıqlar, 1890-cı ildə bölgənin şimalında Zincirli Höyükdə apardığı qazıntılar zamanı avstriyalı arxeoloq Feliks fon Luşan tərəfindən qismən aşkar edilib.

"yes" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yes nədir? #yes sözünün mənası #yes nə deməkdir? #yes sözünün izahı #yes sözünün yazılışı #yes necə yazılır? #yes sözünün düzgün yazılışı #yes leksik mənası #yes sözünün sinonimi #yes sözünün yaxın mənalı sözlər #yes sözünün əks mənası #yes sözünün etimologiyası #yes sözünün orfoqrafiyası #yes rusca #yes inglisça #yes fransızca #yes sözünün istifadəsi #sözlük