İES sözü azərbaycan dilində

İES

Yazılış

  • İES • 98.9485%
  • ies • 0.8412%
  • İes • 0.2103%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İES
İstilik elektrik stansiyası (İES) ― üzvi yanacağın (neft, qaz, daş kömür, biokütlə və s.) enerjisini elektrik enerjisinə çevirən elektrik stansiyadır. İES-lər aşağıdakı amillərə görə bir-birindən fərqlənirlər. Bu əlamətə görə İES-lər kondensasiyalı elektrik stansiyası (KES) və istilik elektrik mərkəzlərinə (İEM) ayrılırlar. KES-lərdə kondensasiyalı turbinlər qoyulur və ancaq elektrik enerjisi istehsal edirlər. KES-lərdən fərqli olaraq İEM-lər tələbatçıları həm elektrik enerjisi, həm də ki, istilik enerjisi (buxar və isti su) ilə təmin edirlər. Belə stansiyalarda təzyiqə görə tənzimləmə ayrımı olan kondensasiyalı turbinlər və yaxud da əks təzyiqli turbinlər qoyulur. İstilik tələbatına görə İEM-lər sənaye tipli, istiləşdirmə tipli və sənaye-istiləşdirmə tipli istilik elektrik mərkəzlərinə ayrılırlar. İES-lərdə istehsal olunan elektrik enerjisinin təxminən 2/3 hissəsi KES-lərdə və 1/3 hissəsi isə İEM-lərdə hasil edilir. Bu əlamətə görə İES-lər buxar turbinli, qaz turbinli və buxar-qaz turbinli stansiyalara ayrılırlar. Buxar turbinli stansiyalardakı turbinlərin gücü 150 (160), 200 (210), 300, 500, 800 və 1200 MVt olur.
Azərbaycan İES
Azərbaycan İES (tam adı: Azərbaycan İstilik Elektrik Stansiyası) — Azərbaycan İstilik Elektrik Stansiyası Mingəçevirdə, hər biri 300 MVt gücündə olan 8 aqreqatdan ibarət olan istilik elektrik stansiyasıdır . Bölmələr 1981 və 1990-cı illərdə mərhələli şəkildə açıldı və Taqanroq (qazan), LMZ Russia (turbin) və Elektrosila (generator) tərəfindən inşa edilmişdir. Qarabağ kanalı soyutma suyunun mənbəyidir. Zavodun bacaları 320 metr hündürlükdədir. Yanacaqla işləyən elektrik stansiyadır. Tikintisinə 1974-cü ildə başlanmışdır. Ümumi gücü 2400 meqavat olan “Azərbaycan İstilik Elektrik Stansiyası”-nın birinci enerji bloku 1981-ci ildə, səkkizinci enerji bloku isə 1990-cı ildə istismara verilmişdir. Cənubi Qafqaz regionunun ən böyük istilik elektrik stansiyası kimi birinci bloku olmaqla 1981-ci il oktyabrın 20-də istimara buraxılır. Bu tarix Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 13 oktyabr tarixli 446 saylı Sərəncamına əsasən, hər il “Energetiklər Günü” kimi qeyd edilir. 2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə "Azərbaycan İstilik Elektrik Stansiyası"-nda baş vermiş qəza nəticəsində ölkənin yarıdan çoxu qaranlığa qərq olur.
Moldova İES
Moldova İES (rum. Termocentrala de la Cuciurgan, rus. Молдавская ГРЭС, tam adı: Moldova İstilik Elektrik Stansiyası) — Moldovanın de-yuri ərazisi olan Dnestryanı Respublikasınını Dnestrovsk şəhərində, Kuçurqan estuarisinin sahilində yerləşən böyük bir istilik elektrik stansiyası. 26 sentyabr 1964-cü ildə istifadəyə verilmişdir. SSRİ-nin dağılmasından əvvəl bölgə xeyli miqdarda elektrik enerjisi istehsal edərək Rumıniya, Bolqarıstan və digər ölkələrə ixrac edirdi. Stansiyanın ümumi gücü 2520 MVt-dır. Stansiya təbii qaz, kömür və yanacaq yağı istifadə edərək elektrik enerjisi istehsal etmək imkanına malikdir. 2005-ci ildə Moldova İES QSC özəlləşdirildi və sonra Rusiyanın İnter SC REŞ-ləri qrupunun bir hissəsi olur. Qeyd etmək lazımdır ki, Moldova hökuməti "Dnestryanın sol sahilində və Bender şəhərində yerləşən, Hökumətlə müəyyən edilmiş qaydada özəlləşdirilməyən obyektlərə mülkiyyət hüququnu təmin etmir". 2009-cu ildən etibarən Moldova İES QSC Moldovaya elektrik enerjisinin əsas tədarükçüsüdür.
Naxçıvan İES
Naxçıvan İstilik-Elektrik Stansiyası — Naxçıvan şəhəri yaxınlığında, Duzdağ ərazisində elektrik enerjisi istehsal edən İES-lərdən biri. Blokada şəraitində yaşayan Naxçıvan diyarının düşdüyü çətinlikləri aradan qaldırmaq, sosial obyektlərin, o cümlədən elektrik enerjisinin bərpası və yenidən qurulması məqsədilə 1992-ci ildə tikilmişdir. Naxçıvan əhalisinin elektrik enerjisinə olan tələbatının daha intensiv və yüksək səviyyədə ödənilməsi üçün İES-nın ayrı-ayrı aqreqatlarının gücü artırılmış, elektrik qurğularının istismar səviyyəsi yüksəldilmişdir. İES-nda tutumu 1000 m3 olan yanacaq çəni quraşdırılmış, qaz-turbin generatorlarının işləməsi üçün zəruri yanacaq ehtiyatı yaradılmışdır (1999-cu ildə).
Qroznı İES
Qroznı İES — Çeçenistan Respublikasının Qroznı şəhərində inşa edilmiş istilik elektrik stansiyasıdır. Enerjinni verilməsi üçün tikinti müqavilələr proqramı əsasında gerçəkləşdirildi. Qroznı İES-in tikintisi PJSC OGK-2 (Qazprom Energoholding Group) şirkəti tərəfindən həyata keçirilib. Daima böyüyən Çeçenistan iqtisadiyyatı özünü təmin edəcək enerji resurslarına malik olmaq və Rusiyanın qonşu bölgələrindən enerji asıllığını azaltmaq üçün yeni elektrik stansiyasına ehtiyac duyurdu. Bu səbəbdən Çeçenistan höküməti paytaxt Qroznıda yeni İES-nın tikintisinə qərar verdi. 2015-ci ilin fevral ayında isə Qroznıda investitorların investisiyalarının geri qaytarılmasına zəmanət verə biləcək enerji təchizatı müqavilələlərinə uyğun olaraq ümumi gücü 360 MVt olan iki qaz turbin qurğusunun tikintisi qurğuların siyahısına daxil edilərək həyata keçirildi. Enerji təchizatı müqaviləsi qurğularının əksəriyyətindən fərqli olaraq, yeni elektrik stansiyası orijinal siyahıya daxil edilməmişdir. Belə ki, ərazi Krasnodar vilayətində uğursuz İES tikinti layihəsi olan Kudepstinskaya İES-dən köçürüldü.. İnvestorlar — Qazprom Energoholding MMC, müştəri-tərtibatçı — GEH Engineering MMC, dizayner — Mosenergoproekt MMC, baş podratçı — TEK Mosenergo JSC şirkətləri idi. İnşaat işlərinə 2017-ci ilin fevral ayında başlandı və 19 dekabr 2018-ci ildə İES hərtərəfli sınaqlardan uğurla keçdikdən sonra Qroznı İES-in ilk enerji bloku istismara verildi.
Razdan İES
Razdan İES — Kotayk mərzindəki Razdan şəhəri yaxınlığında yerləşən Ermənistanın ən böyük istilik elektrik stansiyası. Razdan Enerji Şirkətinə (enerji blokları 1-4) və Gazprom-Armenia şirkətinə (enerji bloku 5) məxsusdur. Stansiyaya həm beş qazan, həm də dörd kojenerasiya turbinli blok olmayan bir hissə (kombinə edilmiş istilik və elektrik stansiyası) və 5 kondensasiya güc bloku daxildir. Bu elektrik stansiyası 1963–1974-cü illərdə inşa edilmiş və ilk blok 1966-cı ildə fəaliyyətə başlamışdır. 2013-cü ildə yeni bir blok ona əlavə edilmişdir. İstehsal olunun elektrik enerjisi Ermənistan tərəfindən işğal olunun Dağlıq Qarabağa və İrana, 2007-ci ilə qədər Gürcüstana tədarük olunurdu. Razdan Enerji Şirkəti ASC (RazTES) Ermənistanın altı böyük istehsalçı şirkətindən biridir və Ermənistanın enerji sistemində balanslaşdırma stansiyası rolunu oynayır. Yalnız daxili bazarda çatışmazlıq olduqda elektrik enerjisi istehsal edir. RazTES ASC Rusiya Federasiyası Federal Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin 1 sentyabr 2004-cü il tarixli sərəncamına əsasən, dövlətin borcunu ödəmək üçün Ermənistan tərəfindən Rusiya Federasiyasının mülkiyyətinə verilmiş Hrazdan İstilik Elektrik Stansiyasının əmlak kompleksinə şirkətin nizamnamə kapitalına töhfə verməklə qurulmuşdur. Sonradan İnterRAO-ya məxsus olur.
Sumqayıt İES
Sumqayıt İES (tam adı: Sumqayıt İstilik Elektrik Stansiyası) — Sumqayıt şəhərində 2009-cu ildə istismara verilmiş qaz-buxar turbin tipli istilik elektrik stansiyası. İstilik elеktrik stаnsiyаsının gücü 525 MVt, illik enerji istehsalı 4150 mln.kvt.s, şərti yanacaq sərfi 234 qr/kvt.s təşkil еdir.
Səngəçal İES
Səngəçal İES — Bakının Qaradağ rayonu ərazisində tikilmiş istilik elektrik stansiya. 2008-ci il 23 dekabr tarixdə istifadəyə verilmişdir. Ümumi gücü 300 meqavat olan stansiyanın tikintisinə 2007-ci ilin fevralında başlanıb. Tikinti işlərini Finlandiyanın "Vartsila", İsveçrənin "ABB", Birləşmiş Ərəb Əmirliklərinin "Monolit", Azərbaycanın "Azenko", "İnterenerji" və "Qlobus" şirkətləri yerinə yetiriblər. Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün nəzərdə tutulub. Stansiyada əsas yanacaq kimi, qaz və mazutdan, keçid proseslərində isə dizel yanacağından istifadə edilməsi nəzərdə tutulub. Stansiyanın əsas avadanlığı hər birinin gücü 17 meqavat olan 18 ədəd aqreqatdan ibarətdir. İstehsal olunan elektrik enerjisi 6 ədəd 63 meqavatlıq transformator və 110 kilovoltluq 6 elektrikötürmə xətti ilə enerji sisteminə ötürülür. Elektrik stansiyasına təbii qazın verilməsi üçün dörd kilometr uzunluğunda kəmər çəkilib qazpaylayıcı stansiya tikilib. Elektrik stansiyası ərazisində yanacaq çənləri, mazutun və dizel yanacağının təmizlənməsi qurğuları, suyun kimyəvi təmizlənməsi qurğuları və yanğınsöndürmə sistemi tikilib.
Şimal İES
Şimal İES (tam adı: Şimal İstilik Elektrik Stansiyası) — Şimal İstilik Elektrik Stansiyası Bakıda yerləşir. İki elektrik stansiyasından ibarətdir: Şimal-1 və Şimal-2. Hər ikisi bir mərkəzdən idarə olunur. Ümumi gücü ildə 5.7 milyard kilovat-saat elektrik enerjisi istehsal edir. İki elektrik stansiyası Azərbaycan Respublikasında elektrik enerjisi istehsalının 20% -ni və Bakıda və Abşeron yarımadasında təxminən 40–50% -ni təmin edir. 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən "Şimal" Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq "Şimal-1" Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq "Şimal-1" stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq "Şimal-2" Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq "Şimal-2" Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.
Şirvan İES
Şirvan İES və ya Şirvan Dövlət Rayon Elektrik Stansiyası (2008-ci ilə qədər Əli-Bayramlı İES) — Azərbaycanda istilik elektrik stansiyası. Şirvan şəhərində yerləşir. Avropadakı ilk açıq tipli elektrik stansiyalarından biridir. İki mərhələdə qurulub. Stansiyanın birinci mərhələsinin inşasına 1959-cu ildə başlanılmışdır. Hər biri gücü 150 MVt olan dörd enerji bloku, PBK-150 tipli buxar turbinlərindən, buxar gücü 500 t /saat olan TGM-94 buxar qazanlarından və TGB-200 tipli bir generatordan ibarət ilk dövlət elektrik stansiyasının istismara verilməsi Azərbaycan SSR-in elektrik enerjisinə olan tələbatını tamamilə ödəmişdir. 1964-cü ildən 1965-ci ilə qədər onun gücünü 1,7 milyard kilovatsaata çatdırılmasına imkan vermişdir. Buda qonşu Cənubi Qafqaz respublikalarına elektrik enerjisi ixracına ikman vermişdir. K-160–130 turbinləri və TGM-94 buxar qazanlarının daxil olduğu 160 MVt gücə malik üç aqreqatdan ibarət ikinci mərhələ 1968-ci ilin avqust ayında istismara verilir. Həmin dövrdə stansiyanın ümumi gücü 1 milyon 80 min kVt təşkil edirdi.
Hrazdan İES
Razdan İES — Kotayk mərzindəki Razdan şəhəri yaxınlığında yerləşən Ermənistanın ən böyük istilik elektrik stansiyası. Razdan Enerji Şirkətinə (enerji blokları 1-4) və Gazprom-Armenia şirkətinə (enerji bloku 5) məxsusdur. Stansiyaya həm beş qazan, həm də dörd kojenerasiya turbinli blok olmayan bir hissə (kombinə edilmiş istilik və elektrik stansiyası) və 5 kondensasiya güc bloku daxildir. Bu elektrik stansiyası 1963–1974-cü illərdə inşa edilmiş və ilk blok 1966-cı ildə fəaliyyətə başlamışdır. 2013-cü ildə yeni bir blok ona əlavə edilmişdir. İstehsal olunun elektrik enerjisi Ermənistan tərəfindən işğal olunun Dağlıq Qarabağa və İrana, 2007-ci ilə qədər Gürcüstana tədarük olunurdu. Razdan Enerji Şirkəti ASC (RazTES) Ermənistanın altı böyük istehsalçı şirkətindən biridir və Ermənistanın enerji sistemində balanslaşdırma stansiyası rolunu oynayır. Yalnız daxili bazarda çatışmazlıq olduqda elektrik enerjisi istehsal edir. RazTES ASC Rusiya Federasiyası Federal Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin 1 sentyabr 2004-cü il tarixli sərəncamına əsasən, dövlətin borcunu ödəmək üçün Ermənistan tərəfindən Rusiya Federasiyasının mülkiyyətinə verilmiş Hrazdan İstilik Elektrik Stansiyasının əmlak kompleksinə şirkətin nizamnamə kapitalına töhfə verməklə qurulmuşdur. Sonradan İnterRAO-ya məxsus olur.
"Azərbaycan" İES
Azərbaycan İES (tam adı: Azərbaycan İstilik Elektrik Stansiyası) — Azərbaycan İstilik Elektrik Stansiyası Mingəçevirdə, hər biri 300 MVt gücündə olan 8 aqreqatdan ibarət olan istilik elektrik stansiyasıdır . Bölmələr 1981 və 1990-cı illərdə mərhələli şəkildə açıldı və Taqanroq (qazan), LMZ Russia (turbin) və Elektrosila (generator) tərəfindən inşa edilmişdir. Qarabağ kanalı soyutma suyunun mənbəyidir. Zavodun bacaları 320 metr hündürlükdədir. Yanacaqla işləyən elektrik stansiyadır. == Tarixi == Tikintisinə 1974-cü ildə başlanmışdır. Ümumi gücü 2400 meqavat olan “Azərbaycan İstilik Elektrik Stansiyası”-nın birinci enerji bloku 1981-ci ildə, səkkizinci enerji bloku isə 1990-cı ildə istismara verilmişdir. Cənubi Qafqaz regionunun ən böyük istilik elektrik stansiyası kimi birinci bloku olmaqla 1981-ci il oktyabrın 20-də istimara buraxılır. Bu tarix Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 13 oktyabr tarixli 446 saylı Sərəncamına əsasən, hər il “Energetiklər Günü” kimi qeyd edilir. == Qəzalar == 2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə "Azərbaycan İstilik Elektrik Stansiyası"-nda baş vermiş qəza nəticəsində ölkənin yarıdan çoxu qaranlığa qərq olur.
İeske adaları
İeske adaları — Frans-İosif Torpağı arxipelaqına daxil iki adadan ibarət olan adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar ilk sovert aviatorlarından olan Nikolay Martınoviç İeskenin şərəfinə adlandırılmışdır.. Adalar arxipelaqın mərkəzində, Solsberi adasından şimal-qərbdə yerləşir. Ən iri adası 500 m uzunluğa malikdir. Adada yüksəklik yoxdur. Kişik adanın uzunluğu 50 metrdir.

Oxşar sözlər

#ies nədir? #ies sözünün mənası #ies nə deməkdir? #ies sözünün izahı #ies sözünün yazılışı #ies necə yazılır? #ies sözünün düzgün yazılışı #ies leksik mənası #ies sözünün sinonimi #ies sözünün yaxın mənalı sözlər #ies sözünün əks mənası #ies sözünün etimologiyası #ies sözünün orfoqrafiyası #ies rusca #ies inglisça #ies fransızca #ies sözünün istifadəsi #sözlük