işə sözü azərbaycan dilində

işə

Yazılış

  • işə • 97.6342%
  • İşə • 2.3588%
  • iŞə • 0.0035%
  • İŞƏ • 0.0035%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
The Sims 4: İşə get
The Sims 4: İşə get! (ing. The Sims 4: Get to Work) — The Sims 4 kompüter oyununa ilk oyun paketi 4 fevral 2015-ci ildə oyunun rəsmi saytında elan edildi və 31 mart 2015-ci ildə Rusiya, MDB ölkələri, ABŞ və İngiltərədə, 2 aprel 2015-ci ildə isə fiziki və rəqəmsal olaraq bütün dünyada satışa çıxarıldı. Oyun paketi The Sims 4 oyununun imkanlarını peşə baxımından genişləndirir, həkim, detektiv və alim peşəsini əlavə edir. The Sims 2: Biznes oyun paketində də olduğu kimi xüsusi biznes yaratma funksiyası əlavə edilmişdir. Aktiv peşələrin mövzusu tərtibatçılar tərəfindən seçilmişdir, çünki iş yerlərində personajları idarə etmək həmişə Sims seriyasının pərəstişkarlarının əsas istəklərindən biri olmuşdur. Bundan əlavə, paketdə The Sims 2 oyununa əsaslanan yadplanetlilər də vardır. İşə get oyun paketinin daha dinamik və müxtəlif vəziyyətə gətirildiyinə baxmayaraq, tənqidçilər tərəfindən peşələrin azlığı səbəbilə mənfi rəylər almışdır. == Geympley == Oyun paketində 3 yeni peşə: iş prosesi tamamilə oyunçu tərəfindən idarə olunan həkim, alim və polis məmuru vəzifələri təqdim olunmuşdur. İşdə olduğu zaman personaj ona verilən tapşırıqları yerinə yetirməlidir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)-5 mart 1999-cu ildə təsis edilmiş, 9 aprel 1999-cu il tarixdə dövlət qeydiyyatından keçmişdir. == Haqqında == ASK Azərbaycan Respublikasında İşəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında faəliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünüidarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır. ASK Azərbaycanda sosial-iqtisadi siyasətin müəyyənləşdirilməsi və əmək münasibətlərinin tənzimlənməsi üçün 26 may 2008-ci il tarixdə üçtərəfli qaydada Nazirlər Kabineti, Həmkarlar İttifaqları və ASK arasında imzalanmış Baş Kollektiv Sazişdə işəgötürənlərin təmsilçisi kimi sosial tərəfdaş olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Konfederasiyanın Azərbaycanın 5 rayonunda bütün respublikanı əhatə edən regional nümayəndəliyi fəaliyyət göstərir.
İşəgötürən
[mənbə göstərin] İşəgötürən — tam fəaliyyət qabiliyyəti olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İşəgötürən əmək müqaviləsinin tərəfi olaraq, əmək hüquq münasibətinin məcburi iştirakçısı qismində çıxış edir. 15 yaşına çatmış şəxslər işəgötürən ola bilər. == Termin haqqında == BƏT-nın qəbul olunmuş nizamnaməsində, konvensiya və tövsiyələrində işçi-sahibkar terminindən istifadə olunur. Bu termin əmək qanunvericiliyi çərçəvəsində xüsusiləşmə tələb edir. Köhnə postsovet respublikalarında əvvəllər "işəgötürən" anlayışından istifadə olunsada, sonralar bu ümumilləşdirici anlayışdan imtina edilmiş, "müəssisənin, təşkilatın, idarənin müdiriyyəti" və yaxud sadəcə olaraq "müəssisələr, təşkilatlar, idarələr" anlayışı tətbiq edilmişdir. Respublikamızda 1996-cı ildən etibarən normativ aktlarda "işverən" anlayışından istifadə olunmuş, 1998-ci ildən isə başqa şəxsə iş təqdim edən şəxslərin barəsində "işəgötürən" anlayışından istifadə edilməyə başlanmışdır. == İşəgötürənlərin əmək qanunvericiliyi == Əmək qanunvericiliyində işəgötürənlərin vəzifələri, hüquqları, məsuliyyəti nəzərdə tutulmuş və işəgötürənlər bunlara tam riayət etməklə fəaliyyət göstərməlidirlər. İşçilərin hüquqlarını pozan, əmək qanunvericiliyinin tələblərinə əməl etməyən, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb oluna bilərlər. İşəgötürənlərin əmək qanunvericiliyi ilə nəzərdə tutulan müəyyən hüquqları vardır və bu hüquqların həyata keçirilməsinə, işəgötürənlərə vəzifələrini icra etməyə hər cür müdaxilə olunması, manelər yaradılması qadağandır.
İşəy (Baymak)
İşəy (başq. Ишәй, rus. Ишей) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 75 km, kənd sovetliyindən (Teməs): 30 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 130 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (94%) üstünlük təşkil edir.
İşəy (İşembay)
İşəy (başq. Ишәй, rus. Ишеево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd İşəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 30 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 14 km.

"işə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#işə nədir? #işə sözünün mənası #işə nə deməkdir? #işə sözünün izahı #işə sözünün yazılışı #işə necə yazılır? #işə sözünün düzgün yazılışı #işə leksik mənası #işə sözünün sinonimi #işə sözünün yaxın mənalı sözlər #işə sözünün əks mənası #işə sözünün etimologiyası #işə sözünün orfoqrafiyası #işə rusca #işə inglisça #işə fransızca #işə sözünün istifadəsi #sözlük