kisə sözü azərbaycan dilində

kisə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kisə • 97.2826%
  • Kisə • 1.6304%
  • KİSƏ • 1.0870%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kisə
Kisə (qab) — çox sayda dağıla bilən əşyaların , ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan məişətidə istifadə edilən xüsusi qab. Kisə (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Kisə (hamam əşyası) — yuyunarkən bədəndən çirki (kiri) çıxarmaq üçün cod parçadan tikilən və ələ keçirilərək istifadə edilən torbacıq.
Kisə (qab)
Kisə — çox sayda dağıla bilən, səpələnən əşyaların, ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan bu günümüzə qədər məişətimizdə istifadə edilən xüsusi qab. == Ümumi məlumat == Xalqımızın məişətində əski çağlardan bir çox məmulatları kisəyə qablaşdırmışlar. Kisə sözü bu gün də məişətimizdə yaşamaqdadır. Əsasən ərzaqlar - un, düyü, şəkər, arpa, buğda, eləcədə bir çox tikinti materialları - qum, gips və sairə kisələrə qablaşdırılır.
Kisə (ölçü vahidi)
Kisə — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. == Ümumi məlumat == Şərqdə məişətdə əski çağlardan bir şeyin həm sayca, həm çəkicə miqdarını kisəylə də hesablanmışdır. "Bir kisə arpa", "bir kisə qənd" deyimlərini indi də ticarət yerlərində eşidilir. Bu ifadələr 50 kq çəkiyə bərabərdir. "Nisyə - girməz kisəyə", "Vaxtsız gələn qonaq öz kisəsindən yeyər" kimi atalar sözləri kisənin məişətdəki işləkliyini aydın göstərir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 459.
Atəş kisəsi
Atəş kisəsi və ya oqnevoy meşok (rus. огневой мешок) — iki və ya üç tərəfdən kütləvi və cəmləşmiş atəş hücumu həyata keçirmək əvvəlcədən təyin edilmiş ərazi sahəsi. Qarşı tərəfə ən qısa zamanda maksimum ziyan vurmaq üçün hərbi hissənin atəş sistemi daxilində təşkil olunur. Bu, həm cəbhənin ön xəttində, həm də müdafiənin dərinliklərində yerləşə bilər.Bundan Əfqanıstanda sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuşdur. Birinci Qarabağ müharibəsi zamanı həyata keçirilmiş "Çeildağ" əməliyyatı əsnasında ermənilər tərəfindən Azərbaycan hərbçilərinə qarşı da istifadə edilmişdir. Həmçinin, eyni taktikadan İkinci Qarabağ müharibəsi zamanı baş tutan Hadrut döyüşündə Azərbaycan hərbçiləri tərəfindən istifadə edilmişdir.
Kisəağızkimilər
Kisəağızkimilər (lat. Saccopharyngiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Kisəli ayı
Kisəli ayılar
Kisəli ağacqurbağası
Kisəli ağacqurbağası (lat. Gastrotheca) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin hemiphractidae fəsiləsinə aid heyvan cinsi.
Kisəli fillər
Kisəli fillər (lat. Burramyidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Kisəli köstəbəklər
Kisəli köstəbəklər (lat. Notoryctemorphia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Kisəli yerqazanlar
Kisəli yerqazanlar (lat. Monodelphis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinə aid heyvan cinsi.
Kisəlilər
Kisəlilər (lat. Marsupialia) — məməlilər sinfinin vəhşi heyvanlar yarımsinfinə aid infrasinif. Kisəlilərin 260 növündən çoxu Avstraliyada və Yeni Zelandiyada yaşayır. Onların 80 növünə Cənubi Amerikada rast gəlmək olar, bir növ Şimali Amerikada yaşayır. Avstraliyada yaşayan oposumlar kisəlilərin ən kiçikləridir, uzunluğu 5 sm olur. Əksər erkək kisəlilərin çantası var. Ancaq bəzi cırtdan kisəlilərdə bu yoxdur. Məsələn, Cənubi Amerikada torpaqeşənində. Belə vəhşiciklərdə kisəni məmələrinin kənarındakı dəri qatları əvəz edir. Təzə doğulmuş kenquru balası çox kiçik olur, cəmi 2 santimetr.
Kisənbikə Bayrasova
Kisənbikə Bayrasova (tatar. Кисәнбикә Байрасова, başq. Киҫәнбикә Байрасова) — zorla vəftiz edilmiş müsəlman qadın, İslama qayıtdığı üçün yandırılmağa məhkum edilmişdir. == Regiondakı siyasi vəziyyət == 1679-cu ildə Sibir daruqasının Duvan volostunda anadan olmuşdur. O, eyni daruqanın Katay volostundan olan şəxslə evlənmişdir. 18-ci əsrin əvvəllərində Uralda tanınmış dövlət xadimi, Ural Mədən İdarəsinin baş komandiri, Yekaterinburqun qurucusu, Rusiya tarixinin müəllifi Vasili Tatişev başda olmaqla, "dağ hakimiyyətləri" qurulur. Yeni yataqların aktiv işlənməsinə başlanılır, yeni zavodlar və mədənlər tikilir. Yerli əhali Rusiyaya birləşmək şərtləri ilə alınan torpaqlar üzərində soydaşlıq hüquqlarını itirməkdən qorxur, öz mədəni, dini və məişət adət-ənənələrini qorumağa çalışır. Narazılıq üsyana səbəb olur. “Dağ hakimiyyətləri” üsyana cəza kampaniyaları ilə cavab verir.
Kisəvarilər
Kisəvarilər (lat. Echiura) — heyvanlar aləminin həlqəvi qurdlar tipinin çoxqıllı qurdlar sinfinə aid heyvan yarımsinfi.
Kiçik kisəli siçan
Kiçik kisəli siçan (Antechinus minimus ) yırtıcıların kisəli siçanlar ailəsinin bir növüdür. Avstraliyaya xasdır == Yayılması == Alt növü A. m. maritimus cənub-şərqi Avstraliya əyalətlərinin sahil bölgələrində , Cənubi Avstraliya Viktoriya , o cümlədən adanın qərbində Peninsula Vilson Promontoridə daha çox yayılmışdır. Alt növü A. m. Minimusa Tasmaniya və Bass Boğazı ərazisində təsadüf edilir . Təbii yaşayış sahəsi - yüksək rütubət və sıx məskunlaşma olan ərazilərdir. Onlar meşəliklərdə, çəmənliklər və kollarda yaşayırlar . == Görünüş == Yetkin fərdlərin orta çəkisi təxminən 42 q-dır. Bədənin uzunluğu - 90-140 mm, quyruq - 60-100 mm çatır. Xəzi yumşaq, incədir.
Plevra kisəsi
Plevra; plevra kisəsi (yun. πλευρά „kənar, cinah, qabırğa“) — döş qəfəsinin içəridən və ağciyərlərin səthini örtən örtən seroz bir qişa. Ağciyərlərin səthini örtən hissəsi visseral ya pulmonal plevra adlanır. Döş qəfəsini daxildən örtən hissəsi parital plevra – lat. pleura parietalis adlanır. Parietal plevranın döş qəfəsinin zirvəsini örtən hissəsi zirvə – lat. pars cupula, qabırğaları örtən hissəsi qabırğa – lat. pars costalis, diafraqmanı örtən hissəsi diafraqma – lat. pars diaphragmatica və divararalığını örtən hissəsi lat. pars mediasternalis adlanır.
Svenson kisəli siçanı
Svenson kisəli siçanı (lat. Antechinus swainsonii) yırtıcı kisəlilər ailəsinin bir cinsidir. Avstraliyaya endemikdir. == Yayılması == Avstraliyanın şərq və cənub-şərq sahillərində yaşıyırlar. Üç alt cinsə ayırd edilir Antechinus Svenson insulanus (Davison, 1991). Grampians aralığında Viktoriyanın qərb hissəində rast gəlinir Antechinus Svenson Thomas, 1924). Queenslandın cənub-şərq hissəsində, Nyu- South Valesin şərq hissəsində, Viktoriyanın cənub hissəsində yaşıyrılar Antechinus svenson svenson (Vaterhouse, 1840). Tasmaniya adalarının çoxunda rast gəlinir .Təbii yaşayış mühiti, adətən, yüksək rütubətə və kolların qalın olduğu ərazilər, dağlıq zonalar və skleropik meşələrdir . == Görünüş == Bu növ cinsin demorfizmi var. Erkəklərin orta çəkisi – 65 q, dişilərin – 41 q, bəzi erkəkləri 130 qr ağırlığında, dişilər isə 70 q-dır.
Yırtıcı kisəlilər
Yırtıcı kisəlilər (lat. Dasyuromorphia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Öd kisəsi
Öd kisəsi, ödlük (lat. vesica fella; yun. cholecystis) — insanda ödün toplandığı armudşəkilli kisə. Qaraciyərin sağ payının visseral səthində lat. fossa vesicae felleae üzərində yerləşmişdir; uzunluğu 8–12 sm, eni 3–5 sm və həcmi 40–60 sm³- dir. Öd kisəsi üç hissədən ibarətdir: dibi — lat. fundus vesicae falleae önə və aşağı baxır; cismi — lat. corpus vesicae felleae; boynu — lat. collum vesiceae felleae. Ödlüyün yuxarı səthi birləşdirici toxuma vasitəsilə qaraciyərin ödlük çuxuruna bitişmişdir: bəzən seroz qişa ödlüyü hər tərəfdən əhatə edərək, onun üçün çöz əmələ gətirir.
Öd kisəsinin iltihabı
Öd kisəsinin iltihabı (yun. cholecyst, "öd kisəsi", lat. itis, "iltihab") lat. cholecystitis) — öd kisəsinin xəstəliklərindən biri. Adından məlum olduğu kimi kəskin iltihabi bir proses olub xroniki hala da keçə bilir. Hazırda kəskin öd kisəsinin iltihabı dərhal cərrahi müdaxilə ilə müalicə olunduğundan xroniki hallar kəskin azalmışdır. Çox vaxt (90-95 %) öd daşı xəstəliyi ilə müştərək meydana çıxır. Daha doğrusu öd daşı xəstəliyinin fəsadı kimi özünü büruzə verir. Bu hal tibbdə daşlı xolesistit adlanır.
Öd kisəsinin ləğvi
Öd kisəsinin ləğvi ya Öd kisəsinin kəsilib götürülməsi (lat. cholecystectomy — сhole — öd, cyst — kisə, ectomy — kənarlaşdırmaq) — öd kisəsinin kəsilib götürülməsi ya kənarlaşdırılması məqsədi ilə icra edilən cərrahi əməliyyatın adı. Öd kisəsinin kəsilib götürülməsi əməliyyatı minimal invaziv — laparoskopik ya da açıq üsulla icra olunur. Günümüzdə öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90%-i laparoskopik üsulla yerinə yetirilir. == Göstərişlər == Öd kisəsinin kəsilib götürülməsi əməliyyatına göstərişlər: Öd kisəsinin iltihabı (lat. cholecystitis) Öd daşı xəstəliyi (lat. cholecystolithiasis)Öd kisəsinin iltihabı (lat. cholecystitis) və Öd daşı xəstəliyi (lat. cholecystolithiasis) zamanı öd yollarının tıxanması nəticəsində meydana çıxan öd durğunluğu xüsusilə yeməkdən sonra sağ qarınüstü yaxud qabırğaaltı nahiyədə davamlı sancılar yaxud koliklərlə özünü büruzə verir. == Cərrahi müdaxilə == === Tarixi === İlk dəfə laparatomik üsulla öd kisəsinin ləğvi — xolesistektomiya əməliyyatı 1882 ci ildə Berlinin Lazarus xəstəxanasında, laparaskopik üsulla isə 1985 ci ildə cərrah Erix Mühe tərəfindən Böblingen xəstəxanasında icra edilmişdir.
Ürək kisəsi
Ürək kisəsi və ya perikard (lat. pericardium) konus şəklində olub əsası diafraqmanın vətər mərkəzinə bitişmişdir və zirvəsi yuxarıda ürəyin əsasında olan damarlarla rabitədədir. Bu iki təbəqədən təşkil olunmuşdur: xarici lifli təbəqə — lifli ürək kisəsi — (lat. pericardium fibrosum) və daxili seroz təbəqə — seroz ürək kisəsi — (lat. pericardum serosum). Xarici lifli təbəqə sərt birləşdirici toxumadan təşkil olunaraq qonşu üzvlərlə rabitədədir. Daxili seroz təbəqə iki səfhəyə bölünür: xarici pariyetal səfhə — (lat. lamina parietalis pericardii serosi) və daxili visseral səfhə, yaxud epikard — (lat. lamina visseralis pericardii serosi s. epicardium).
Süni sidik kisəsi
Süni sidik kisəsi — süni sidiklik orqanı. Sidik kisəsinin funksiyasını dəyişdirmək üçün iki əsas üsul — sidik axınının yönləndirilməsi və sidik kisəsinin rezervuarının dəyişdirilməsi. == İnkişafı == 30 yanvar 1999-cu ildə alimlər laboratoriyada yetişdirilən sidik kisəsinin itlərə uğurla köçürüldüyünü elan etdilər. Bu süni sidik kisələri təxminən bir il itlərdə yaxşı işlədi. 2000-ci ildə insan süni sidik kisəsinin yaradılması üçün yeni prosedur işlənib hazırlanmışdır. Bu prosedur ortotopik neoplazma proseduru adlanır. Bu prosedur xəstənin nazik bağırsağının bir hissəsinin (adətən 35-40 düym) yeni sidik kisəsinin formalaşdırılmasını nəzərdə tutur; lakin bağırsaq toxumasından hazırlanmış bu kisələrin yan təsirləri var idi. 2006-cı ildə "The Lancet"-də biomühəndislik kisələrinin eksperimental transplantasiyasına dair ilk nəşr çıxdı.Tədqiqat, uzunmüddətli təsirləri müəyyən etmək üçün əməliyyatdan sonra 5 il ərzində izlənilən 4-19 yaşa qədər onurğa bifidası olan 7 nəfəri əhatə etdi. Sidik kisələri professor Entoni Atalanın rəhbərlik etdiyi Ueyk Forest Universitetinin Tibb Məktəbindən və Boston Uşaq Xəstəxanasından bioloqlar qrupu tərəfindən hazırlanmış və sınaqdan keçirilmişdir. == Üstünlükləri == Xəstənin öz hüceyrələrinə güvənən biomühəndis orqanlar insan və ya heyvan donor orqanlarından fərqli olaraq transplantasiyadan imtinaya məruz qalmır.
Kisəli göbələklər
Kisəli göbələklər (lat. Ascomycota) — fungi aləminə aid göbələk şöbəsi. Bu şöbə 30000-dən artıq növü birləşdirir ki, bu da məlum göbələk növlərinin 30 %-ni təşkil edir. Kisəli göbələklərin əsas əlaməti cinsi proses nəticəsində kisələrin və ya askların, yəni sabit sayda, adətən 8 ask sporundan təşkil olunmuş təkhüceyrəli strukturun əmələ gəlməsidir. Kisələr ya birbaşa ziqotdan ya da bu ziqotdan meydana gələn askogen hiflər əsasında yaranır. == Ümumi xarakteristikası == Bu göbələklərin vegetativ cismi şaxələnmiş haploid mitselilərdən təşkil olunmuşdur, onlarda septalaşaraq arakəsmələrə malikdir. Kisəli göbələklərin hüceyrə divarının tərkibi xitin və qulikan, o cümlədən, D-qlükozanın polimerlərindən ibarətdir. Kisəli göbələklərin vegetativ çoxalması ya mitselinin fraqmentləşməsi, ya da mayayabənzər hüceyrələrin bölünməsi yolu ilə həyata keçirilir. Bu göbələklər arasında qeyri-cinsi çoxalma da geniş yayılmışdır. Bu göbələklərin qeyri-cinsi çoxalması həmişə ekzogen sporlar və ya konidilər vasitəsilə həyata keçirilir.
Sidik kisəsi
Sidiklik və ya qədim türkcə Qovuq (lat. vesica urinaria; yun. cystis) sidik-ifrazat sisteminə aid üzv. Sidik üçün bir anbar funksiyasl daşıyır və özü də kişik çanaqda, kişilərdə qasıq birləşməsi ilə düz bağırsaq arasında və qadınlarda qasıq birləşməsinin arxasında, uşaqlıq və uşaqlıq yolunun önündə yerləşmişdir. Sidikliyin yuxarı doğru baxan zirvəsi - lat. apex vesicae (vertex vesicae BNA), aşağı tərəfə çevrilmiş dibi - lat. fundus vesicae və ortada cismi - lat. corpus vesicae vardır. Sidikliyin iki ın və dal səthi iki sağ və sol kənarları vardır. Ön səthi qasıq birləşməsinə və dal səthi kişilərdə düz bağırsağa, qadınlarda isə uşaqlıq və uşaqlıq yoluna baxır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.69 dəfə / 1 mln.
2003 •••••••••• 1.57
2004 •••••••••••••••••••• 3.37
2006 •••••••••• 1.58
2007 ••••••••••••••••• 2.75
2008 ••••••••• 1.46
2009 ••••••••••••••••••• 3.20
2010 ••••••••••• 1.72
2011 ••••••••• 1.37
2012 ••••••••• 1.38
2013 •••••••••• 1.60
2014 •••••• 0.86
2015 •••••••••••••• 2.21
2016 •••••••••••• 1.91
2017 •••••••••• 1.63
2018 ••••••••••• 1.80
2019 •••••••••••••• 2.23
2020 •• 0.27

kisə sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Un, buğda, düyü və b. səpələnən, dağılan şeyləri saxlamaq və ya bir yerdən başqa yerə aparmaq üçün qab – torba. Düşərgənin qabağında gübrə dolu kağız kisələr, peyin və bir neçə neft çəlləyi vardı. M.İbrahimov. Usta Ramazan sement və şüşə tozu ilə dolu kisələri göstərib fəhlələrə əmr verdi. M.Hüseyn. // İçinə pul və s. qoymaq üçün kiçik torba, kisəcik. Pul kisəsi. Bir kisə xına. – Koroğlu qocaya bir kisə qızıl verdi. “Koroğlu”. [Hacı Qara:] Oğlum ölsün ki, dəxi kisədə tənbəki yoxdur. M.F.Axundzadə. 2. Cib mənasında. Nisyə girməz kisəyə. (Məsəl). Gecə gələn qonaq öz kisəsindən yeyər. (Məsəl). Sən bilirsən ki, Təbriz uşağı kef çəkəndə kisəsinin ağzını bağlamaz. M.S.Ordubadi. Millətin kisəsi boşdur, işi yaş, ey məşədi; Ala bilmir evə bir ponza lavaş, ey məşədi! M.Möcüz. 3. Yuyunarkən bədəndən çirki çıxartmaq üçün cod parçadan tikilən və ələ keçirilən torbacıq. □ Kisə çəkdirmək – hamamda kisəçiyə kisə ilə bədəninin çirkini çıxartdırmaq. Kisə çəkmək – kisə çəkərək bədənin çirkini çıxartmaq. Miyançızadə əvvəlcə Nuriyevin uşaqlarını çimizdirdi, sonra kamali-səliqə ilə Nuriyevə kisə çəkdi və yuyundurdu. Ə.Vəliyev. 4. zool. Kisəli heyvanların qarınları altında olan kisəyə oxşar boşluq (balaları bunun içində böyüyüb yetişirlər). ◊ Kisədən getmək – zərər dəymək, əldən çıxmaq. Kisəsindən getmək – itirmək, əldən çıxmaq. O, kisəmizdən getdi. – …kisəsinə daş atmaq – qəsdən pullarını xərclətmək, qurtarmaq. Bu pulsuz vaxtımda, Mirzənin kisəmə daş atmağına müəyyən məna verə bilmədim. Mir Cəlal. Kisəsini doldurmaq – hər vasitə ilə varlanmaq, cibini doldurmaq. …Hər gələn kisəsini doldurmağa çalışır. H.Nəzərli.

    Azərbaycan dilinin izahlı lüğəti / kisə

kisə sözünün etimologiyası

  • 1 Rus dilində кишень sözü var və kisə sözü ilə qohumdur, кишка sözü də həmin кишень kəlməsi ilə eyni kökə malikdir. Кишень kəlməsi rus dilində qarın, cib, mədə mənalarında işlədilib. Kisə alınma sözdür, bizdə onun yerinə qapçuq (qab sözündəndir) sözü işlədilib. Rus dilində кишень (kisə) içi boş anlamında işlədilir və həm də кишка (bağırsaq) sözü ilə əlaqələndirilirsə, onda bizdə də bağırsaq “şlanq” anlamına uyğun yozula bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / kisə

kisə sözünün sinonimləri (yaxın mənalı sözlər)

kisə sözünün rus dilinə tərcüməsi

  • 1 1. мешок; 2. банная перчатка (для растирания тела); 3. кисет, мешочек;

    Azərbaycanca-rusca lüğət / kisə
  • 2 I сущ. 1. мешок: 1) предмет хозяйственного обихода в виде сумы из грубой и плотной ткани и служащий для хранения и перевозки сыпучих тел и различных мелких вещей. Kağız kisələr бумажные мешки 2) обиходная мера сыпучих тел, равная 50-90 кг. Bir kisə un мешок муки, on kisə buğda десять мешков пшеницы 3) вместилище в теле животного, растения. зоол. rüşeym kisəsi зародышевый мешок, ovurd kisəsi защечный мешок 2. кисет (мешочек, затягивающийся шнурком, обычно используемый для хранения табака, спичек и трубки). Tütün kisəsi табачный кисет 3. пузырь (перепончатый полый орган в теле живого организма). Öd kisəsi желчный пузырь, sidik kisəsi мочевой пузырь 4. киса: 1) устар. мешочек для денег 2) мешочек, перчатка для растирания тела в бане. Kisə çəkmək: 1) (özünə) тереться, натереться, натираться кисой (банной перчаткой) 2) тереть, натереть кисой кого; kisə çəkdirmək просить терщика в бане натереть тело 5. зоол. сумка (полость в виде подбрюшного мешка у некоторых животных, в которой донашиваются и развиваются детеныши) II прил. 1. мешковинный. Kisə naxışlanması строит. мешковинная накатка 2. кисетный. Kisə tikişi кисетный шов; pul kisəsi мошна (мешок для денег); кошелёк ◊ kisədən gedir убывают сбережения; kisəni boşaltmaq израсходовать все сбережения; kisəsinə daş atmaq kimin разорить кого; kisəsini doldurmaq набивать, набить мошну; kisəsi doludur kimin толстая мошна, толстый карман у кого; kisənə bərəkət! чтобы ты всегда имел деньги! (благодарность за денежную помощь или за покупку)

    Azərbaycanca-rusca lüğət / kisə

kisə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. sack, bag; 2. pouch, purse, wallet; amer. handbag; pul ~si purse, pouch; tənbəki ~si tobacco-pouch; hamam ~si a pouch / glove for rubbing one’s body in the bath; ~ çəkmək to rub smb’s body (in the bath); ◊ ~dən getmək to suffer losses; ~yə salmaq to pouch (d.), to pocket (d.); ~sini doldurmaq to fill one’s purse / pocket

    Azərbaycanca-ingiliscə lüğət / kisə

kisə sözünün fransız dilinə tərcüməsi

kisə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. шешел, турба; 2. гъвечӀи турба, кисе; pul kisəsi пул твадай кисе; tənbəki kisəsi тенбекдин кисе, тагъар, кӀип; bir kisə qızıl са кисе къизилар; 3. жибин; 4. кисе (гьамамда гъилел гьалсна бедендин чирк алуддай тупӀар галачир бегьле хьтин турба); kisə çəkdirmək кисе яз тун, кисе яз гун (кисечидив ва я масадав); kisə çəkmək кисе ягъун (кисе яна бедендал алай чирк алудун); 5. зоол. кисе (бязи гьайванрин, мес. кенгурудин руфунин кӀаник жедай вичин балаяр хуьдай чанта хьтин чка); ** kisədən getmək киседай фин, зарар галукьун, зарар хьун, гъиляй акъатун; kisəsini doldurmaq кисе (чанта) ацӀурун, гьар са рекьелди варлу хьун, жибинар ацӀурун.

    Azərbaycanca-ləzgicə lüğəti / kisə

kisə sözünün türk dilinə tərcüməsi

kisə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) iri torba; 2) cib.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"kisə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kisə nədir? #kisə sözünün mənası #kisə nə deməkdir? #kisə sözünün izahı #kisə sözünün yazılışı #kisə necə yazılır? #kisə sözünün düzgün yazılışı #kisə leksik mənası #kisə sözünün sinonimi #kisə sözünün yaxın mənalı sözlər #kisə sözünün əks mənası #kisə sözünün etimologiyası #kisə sözünün orfoqrafiyası #kisə rusca #kisə inglisça #kisə fransızca #kisə sözünün istifadəsi #sözlük