kişi sözü azərbaycan dilində

kişi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kişi • 91.0457%
  • Kişi • 8.8959%
  • KİŞİ • 0.0350%
  • Kİşi • 0.0156%
  • kİşi • 0.0078%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kişi
Kişi — erkək insandır. "Kişi" sözü yetkinlik yaşına çatmış insanlar barəsində işlənilir, bu sözun tayı az yaşlı uşaqlara və ya yeniyetmələrə oğlan deyilir. Leonardo da Vinçinin "Vitruvius İnsanı" bir kişinin nisbətini göstərməktədir == Kişilik yaşı == Kişilik erkək insanın bir baliğ mərhələyə qədəm qoymasıdır. Müxtəlif sünnət əsaslı icmalar bu mərhələyə keçmək üçün xüsusi mərasimlər qururlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu baliğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Kazumi Kişi
Kazumi Kişi (d. 25 noyabr 1975) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib, 2 qol vurub.
Kişi fahişəliyi
Kişi fahişəliyi — ödəmə qarşılığında cinsi xidmətlər göstərən kişilərin praktikasıdır. Bu seks işinin bir növüdür. Müştərilər istənilən cinsdən olsalar da, əksəriyyəti kişilərdir. Qadın fahişələrlə müqayisədə, kişi fahişələr tədqiqatçılar tərəfindən çox az öyrənilmişdir. Kişi fahişələr üçün istifadə olunan terminlər ümumiyyətlə qadınlar üçün istifadə edilənlərdən fərqlənir. Bəzi şərtlər müştəri və ya iş metoduna görə dəyişir. Bu fahişəliyin qanunsuz yada qadağan olunduğu yerlərdə də, kişi fahişələrin öz işlərini xidmət haqqı qarşılığında, çılpaq modelliklə və ya rəqs, bədən masajı və ya digər seksual xidmətlər göstərirlər. Beləliklə, bir kişi eskort, gigolo (qadın müştəriləri nəzərdə tutan), kirayə oğlanı, hustler (ictimai yerlərdə xahiş edənlər üçün daha çox yayılmışdır), model və ya masajçı kimi adlandırıla bilər . Özünü gey və ya biseksual hesab etməyən, lakin kişi ilə pul qarşılığında cinsi əlaqəyə girən bir insana bəzən ödəniş qarşılığında qey və ya ticarət deyilir.
Kişi sözü
Kişi sözü (film, 1987)
Kişi sünnəti
Sünnət (ərəb. ختان‎ — Xətənə) — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin (prepus) bir qisminin və ya hamısının kəsilib atılması. İslam terminologiyasında xütnə adlandırılır. Sünnətin tarixi qədim zamanlara gedib çıxır. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqda məlumatlar mövcuddur. Din tarixinə nəzər saldıqda belə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyə etdikləri görünür. Hətta Hz. İsanın 8 günlük körpə olarkən sünnət edildiyi bildirilir. Buna baxmayaraq xaçpərəst dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər.
Gəncə Kişi Gimnaziyası
Gəncə kişi gimnaziyası (1918-ci ilə qədər Yelizavetpol kişi gimnaziyası) — 1881-ci ildən 1920-ci ilə qədər Gəncə şəhərində mövcud olan kişi gimnaziyası. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Əkinçilik və İdarəetmə fakultəsi keçmiş gimnaziyanın binasında fəaliyyət göstərir. == Tarixi == Gimnaziyanın üç mərtəbəli binası 1848-ci ildə Qotik stilində tikilmişdir. Yelizavetpol gimnaziyası 1870-ci ildə Yelizavetpol qəzanın məktəbi əsasında yaradılmışdı. 1881-ci ildən kişi qimnaziyası kimi fəaliyyət göstermeye başladı. 1919-cu ildə Gəncə kişi gimnaziyasının alman dili müəllimi tərəfindən alman, fransız, türk, erməni, latın və polyak dillərin kursları təşkil olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə məktəbdə müsəlman tələbə sayı xeyli artmışdır və 1919-cu ildə Gəncə kişi gimnaziyasında hazırlıq kurslarında paralel şöbələr açılmışdır. Gimnaziya 1920-ci ildə bağlanıb. 1920-ci ildən 1930-cu ilədək gimnaziyanın binasında orta texniki peşə məktəbi fəaliyyət göstərmişdir. 1931-ci ildə gimnaziyanın binası Kənd Təsərrüfatı İnstitutunun balansına köçürüldü və aqrar iqtisadiyyatın korpusuna çevrildi.
Kişi Sözü (1987)
Kişi sözü — rejissor Cahangir Mehdiyevin filmi. == Məzmun == Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur. Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir... == Film haqqında == Film aktyor Əjdər Həmidovun kinoda ilk işidir.
Kişi cinsiyyət üzvü
Kişi gimnaziyası (Gəncə)

Kişi gimnaziyasının binası
Kişi gimnaziyasının binası — 1911–1913-cü illərdə İmperator III Aleksandr adına Kişi Gimnaziyası üçün tikilmişdir. Binanın memarı Konstantin Borisoqlebskiydir. Bina öz dövründə Bakı real məktəbindən sonra ikinci ən böyük təhsil ocağı olub. Sovet işğalından sonra bina 4 nömrəli şəhər xəstəxanası kimi fəaliyyət göstərib. 2018-ci ildən isə 4 nömrəli şəhər xəstəxanası köçürüldüyündən bina Səhiyyə Nazirliyinin balansından çıxarılıb. Hazırda istifadəsizdir. == Haqqında == Keçmiş Balaxanskaya (indiki Füzuli) küçəsi 61 və Krasnovodskaya (S.Vurğun) 40 küçəsinin tinində yerləşən bina Kişi gimnaziyası üçün tikilib. Bina 1911–1913-cü illərdə mülki mühəndis Konstantin Borisoqlebskiyin layihəsi üzrə inşa edilib. Fasadın detalları ilə birgə özünün əzəmətli həcmi, order sistemində klassik formaları və memarlıq kompozisiyası ilə fəal şəhərsalma mövqeyini tutur. Əsas fasadın irəli çıxardılmış mərkəzi hissəsi, İoniya orderinin iki yuxarı mərtəbəsi boyu əzəmətli portiklə xüsusi olaraq nəzərə çarpdırılmışdır.
Kişi portreti (Rafael)
Kişi portreti (it. Ritratto virile) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Kişi portreti əsəri hal-hazırda İtaliyada Roma şəhərində Galleria Borghesedə saxlanılır. Əsər məşhur Alman rəssamı Hans Holbeinə həsr olunmuşdur.
Kişi sidik kanalı
Kişi sidik kanalı (lat. urethra masculine) — kişi orqanizmində sidiyi və toxumu xaric etmək funksiyası yerinə yetirən orqan. == Quruluşu == Kişi sidik kanalının uzunluğu 16–22 sm, diametri 0.5–0.7 sm-dir. Onun daxili dəliyi sidiklikdən (sidik kisəsi) başlayır və qeyri-iradi büzücü əzələyə malikdir. Penisin başı üzərindəki xarici dəliklə xaricə açılır. === Anatomik hissələri === Kişi sidik kanalı topoqrafik cəhətdən 3 hissəyə ayrılır: prostat hissə — 2–3 sm zarlı hissə — 1–1.5 sm süngəri hissə — 14–16 sm Kişi sidik kanalının prostat hissəsi prostat vəzinin kütləsindən keçir, genişdir və onun arxa divarında sidik kanalı darağı vardır. Darağın ən hündür hissəsi toxum təpəciyi adlanır. Toxum təpəciyi üzərində olan dəliklərdən toxumtullayıcı axacaq və prostat vəzin axacaqları sidik kanalına açılır. Toxum təpəciyinin yuxarısında prostat (kişi) uşaqlığı (kisəciyi) yerləşir. Kişi sidik kanalının zarlı hissəsi (aralıqdan keçən hissəsi) şaquli istiqamətdə prostat hissənin ardını təşkil edib penis soğanağına kimi davam edir.
Kişi sözü (film, 1987)
Kişi sözü — rejissor Cahangir Mehdiyevin filmi. == Məzmun == Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur. Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir... == Film haqqında == Film aktyor Əjdər Həmidovun kinoda ilk işidir.
Kişi sözü (teleserial, 2016)
Kişi sözü — 2016-2017-ci illərdə Azad Azərbaycan TV-də yayımlanmış romantik komediya janrlı Azərbaycan teleserialı. 13 seriya yayımlandıqdan sonra 14 yanvar 2017 tarixində fəaliyyətini dayandırmışdır. == Məzmun == Əjdər (Əjdər Həmidov) və Elnur (Elnur Hüseynov) uzaq vaxtlardan dostdurlar, həmçinin, onlar övladları Nurlana (Nurlana Cəfərova) və Cavidi (Cavid Gül) göbəkkəsdi edirlər. Lakin Nurlana İslamla (İslam Mehrəliyev), Cavid isə Aydanla (Aydan Axundova) evlənmək istəyir. Buna baxmayaraq, sonuncu 13-cü seriyada Nurlana ilə Cavid, İslamla Aydan evlənir.
Alməmməd kişi
Şair Alməmməd (1800–1868) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası. == Həyatı == Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış. Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür. == Yaradıcılığı == == Şəcərəsi == Heydər Əbdüləzim Təhməz Talıbxan Allahverdi Alməmməd == Ailəsi == Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış. == İstinadlar == == Mənbə == "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil.
Kişi sünəti
Sünnət (ərəb. ختان‎ — Xətənə) — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin (prepus) bir qisminin və ya hamısının kəsilib atılması. İslam terminologiyasında xütnə adlandırılır. Sünnətin tarixi qədim zamanlara gedib çıxır. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqda məlumatlar mövcuddur. Din tarixinə nəzər saldıqda belə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyə etdikləri görünür. Hətta Hz. İsanın 8 günlük körpə olarkən sünnət edildiyi bildirilir. Buna baxmayaraq xaçpərəst dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər.
Azov kişi gimnaziyası
Kişi gimnaziyası — Azov şəhərində yerləşən gimnaziya binası. İki mərtəbədən ibarət olan bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Azovda kişi gimnaziyası 1877-ci ildə II Aleksandrın əmrinə əsasən təsis edilmişdir. İnqilaba qədər gimnaziya və progimnaziyalar orta təhdil məktəbi olaraq götürülürdü. Sonrada bu progimnaxiyaya gimnaziya statusu verilmişdir. Bu təhsil müəssisəsinə əsasən 8-10 yaş arası uşaqlar təhsil alırdı. Gimnaziyada rus, fransiz, yunan, latın və alman dilləri, din, riyaziyyat, tarix, fizika və s fənlər keçilirdi.. Gimnaziyada oxiyan şagirdlərin mavi paltarları vardı ki, onunda üzərində gemüşü düymələr olurdu. Paltarın yaxalığında Azov gimnazoyasının baş hərfləri yazılmışdı - «AG». XIX əsin əvvəllərində Azovda qızlar gimnaziyası təşkil edilmişdir.
Qayıqda üç kişi
Qayıqda üç kişi (iti saymasaq) (ing. Three Men in a Boat (To Say Nothing of the Dog)) — ingilis yazıçısı Cerom K. Ceromun 1889-cu ildə nəşr olunmuş, Temza çayında Kinqston və Oksford arasında qayıq gəzintisindən bəhs edən yumoristik hekayəsi. == Yazılma tarixçəsi == Cerom Klapka Cerom 21 iyun 1888-ci ildə subaylığın daşını ataraq, ərindən 9 gün olar boşanmış, Ceorcina Ellizabet Henrietta Maris ilə evlənir. Balayını Temza çayı boyu səyahətdə keçırən Cerom növbəti əsəri, "Qayıqda üç kişi (iti saymasaq)" ing. Three Men in a Boat (To Say Nothing of the Dog) yumoristik romanın üçün materiallar toplamış olur. Balayı səyahətindən qayıdan Cerom sərgüzəştlərinin təsiri altında "Qayıqda üç kişi (iti saymasaq)" romanını yazmağa başlayır. Personajların prototipləri Cerom K. Ceromun dostları Corc Uinqrey (ing. George Wingrave) və Karl Henşel (ing. Carl Hentschel) olurlar. Novellada Temza çayı və ətrafında baş verən hadisələr, dostların düşdükləri komik vəziyyətlər təsvir edilir.
Tənha kişi (roman)
Tənha kişi — Kristofer İşervudun 1964-cü ildə nəşr edilmiş romanıdır. Romanda hadisələr 1962-ci ildə baş verir. Romanın baş qəhrəmanı Los-Anceles Universitetinin professoru olan orta yaşlı ingilis Corcdur. Ola bilsin ki, romanda İşervudun bir müddət dərs dediyi Los-Anceles Kaliforniya Dövlət Universiteti təsvir edilmişdir. 2009-cu ildə moda dizayneri Tom Ford romanın film adaptasiyasını hazırlamış, lakin bu adaptasiyada süjet xəttinə bəzi kiçik dəyişikliklər edilmişdir. Filmdə Corc rolunu Kolin Fört canlandırmış, premyera isə 66-cı Venesiya Beynəlxalq Film Festivalında baş tutmuşdur. Film Qızıl Şir mükafatına namizəd göstərilmiş, Kölin Fört isə Volpi Kuboku qazanmışdır. Eyni zamanda film üç Qızıl Qlobus mükafatı qazanmış, Oskar mükafatına namizəd göstərilmişdir. == Məzmunu == Los-Anceles Universitetlərinin birində dərs deyən Britaniyalı ədəbiyyat professoru Corc tək yaşayır, çünki onun partnyoru Cim səkkiz ay əvvəl avtomobil qəzasında həlak olmuşdu. Onlar on altı il idi ki birlikdə yaşayırdılar.
XX kişi sindromu
XX kişi sindromu — De la Şapelle sindromu olaraq da bilinən Kişi XX sindromu, 46, XX karotipi olan bir insanın (əks halda qadınlarla əlaqəli) fenotipik olaraq kişiyə xas xüsusiyyətlərə sahib olduğu nadir bir konjenital interseks vəziyyətidir . Bu insanların yüzdə 90-da sindroma, X və Y xromosomlarının psevdo-otozomal bölgələri arasında baş verən genetik məlumatların kəsişməsində iştirak edən, kişi reproduktiv inkişafını tezləşdirən Y xromosomunun SRY geni səbəb olur. SRY geni olan bir X, mayalanma zamanı anadan normal bir X ilə birləşdirildikdə, nəticə XX erkək olur. Daha az yayılmış, autosomal və ya X xromosomal genin mutasiyasına səbəb ola biləcək SRY mənfi XX kişilərdir. XX kişilərin kişiləşdirilməsi dəyişir. Bu sindroma müxtəlif diaqnostik metodlardan istifadə edərək diaqnoz qoyulur və təxminən 1: 20.000 kişi yeni doğulmuş körpələrdə baş verir və Klinefelter sindromundan daha az yayılmışdır. Müalicə tibbi baxımdan vacib deyildir, baxmayaraq ki, bəzi insanlar müalicə edilməyi daha çox kişi və ya qadın kimi görünmək üçün seçirlər. Kişi XX sindromunun alternativ adı bu vəziyyəti və onun etiologiyasını tədqiq edən Fin alimi Albert de la Şapelley ifadə edir. == İşarələr və simptomlar == Xarici görünüşü ilə XX erkəkləri üç kateqoriyaya bölmək olar: normal daxili və xarici cinsiyyət orqanı olan kişilər, xarici qeyri-müəyyənliyi olan kişilər və daxili və xarici cinsiyyət orqanları olmayan kişilər (həqiqi hermafroditlər də deyilir) . Xarici cinsiyyət orqanlarındakı qeyri-müəyyənlik arasında hipospadiya, mikropenis və klitoromeqaliya ola bilər.
İrəvan Kişi Gimnaziyası
İrəvan kişi gimnaziyası — 14 yanvar 1832-ci ildə açılan İrəvan qəza məktəbi 1869-cu ildə progimnaziyaya, 31 mart 1881-ci ildən isə 5 sinifli gimnaziyaya çevrildi. 1881-ci ildə açılmış İrəvan kişi gimnaziyasının 216 şagirdi olmuş və gimnaziyanın direktoru Vladimir İosifoviç Brajnikov olmuşdur. Bu gimnaziyada görkəmli pedaqoq, maarifçi Firidun bəy Köçərli 10 il — 1885–1895-ci illərdə gecə tərbiyəçisi olmuş və sonra hazırlıq sinfində hüsnxət müəllimi kimi fəaliyyət göstərmişdir. Gimnaziyada təhsil müddəti 4 il olmuşdur. 1883-cü ildə gimnaziyada 37 azərbaycanlı oxuyurmuş. Gimnaziyanın ilk buraxılışı 1885-ci ildə olmuşdur. İrəvan gimnaziyası müsəlman şöbəsinin müdiri İsmayıl bəy Şəfibəyov olmuşdur. 1919 bağlanmışdır. == Müəllimləri == Molla Tağı Mahmud oğlu — ana dili və şəriət müəllimi (1836-cı il dən 1856-cı ilədək); Mirzə Ələkbər Elxanov — ana dili və şəriət müəllimi (1856-cı ildən 1885-ci ilədək); Firidun bəy Köçərli — ana dili və şəriət müəllimi (1885-ci ildən 1895-ci ilədək); İsmayıl bəy Şəfibəyov; Rəhim Xəlilov; Mirzə Məmmədvəli Qəmərlinski; Axund Məmmədbağır Tağızadə. == Məzunları == İrəvan Kişi Gimnaziyasının məzunlarından dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov Kiyev universitetində, gimnaziyanın sonuncu qızıl medalçısı, görkəmli alim və ictimai xadim Əziz Əliyev Peterburq Hərbi Akademiyasında, professor Mehdi xan İrəvanski, məşhur alim, 1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun direktoru.
Tənha kişi (film)
Tənha kişi (ing. A Single Man) — 2009-cu ildə Kristofer İşervudun eyni adlı romanı əsasında çəkilmiş ABŞ dram filmidir. Tom Fordun debüt işi olan filmdə əsas rolu Kolin Fört canlandırmışdır. Filmdə Cənubi Kaliforniyadakı Britaniya Universitetində 1962-cu ildə professor işləmiş depressiv gay Corc Falkoner obrazına görə Kolin Fört “Ən Yaxşı Aktyor” nominasiyasında Oskar mükafatına namizəd göstərilmişdir. Filmin premyerası 11 sentyabr 2009-cu ildə 66-cı Venesiya Beynəlxalq Film Festivalında baş tutmuşdur. Filmin 34-cü Toronto Beynəlxalq Film Festivalında göstərilməsindən sonra “The Weinstein Company” onun ABŞ və Almaniyada distribütorluq hüququnu əldə etmişdir. Filmin 82-ci Oskar mükafatlarına namizədliyini təmin etmək üçün ABŞ-də 11 dekabr 2009-cu ildən məhdud yayıma başlanmış, 2010-cu ildən isə filmin geniş yayımına start verilmişdir. == Məzmunu == Filmdə baş verən əsas hadisələr bir gün ərzində, yəni 30 noyabr 1962-ci ildə baş verir, süjet isə, Los-Anceles Universitetlərinin birində dərs deyən Britaniyalı ədəbiyyat professoru Corc Falkoner barədə bəhs edir. Falkoner tək yaşayır, çünki onun partnyoru Cim səkkiz ay əvvəl avtomobil qəzasında həlak olmuşdu. Onlar on altı il idi ki birlikdə yaşayırdılar.
Böyük kişi imtinası
Böyük kişi imtinası (fr. Grande Renonciation masculine) — XVIII əsrin sonunda varlı Qərb kişilərinin geyimlərində parlaq rənglərdən, mürəkkəb formalardan və müxtəliflikdən istifadə etməyi dayandırdıqları, bu xüsusiyyətləri qadın geyimlərinə buraxdıqları tarixi hadisə. Bunun əvəzinə kişilər kəsimdəki kiçik fərqlərə və düz parçanın keyfiyyətinə diqqət yetirməyə başlamışdılar. 1930-cu ildə İngiltərə və Almaniya psixoloqu Con Flügel tərəfindən icad edilən bu ifadə geyim tarixində kişilərin zinət və gözəllik iddialarından əl çəkdiyi mühüm dönüş nöqtəsi hesab olunur. Flügel kişilərin "gözəl sayılmaq iddiasından əl çəkdiyini" və "bundan sonra yalnız faydalı olmağı hədəflədiklərini" iddia etmişdir. Böyük imtina XIX əsrin əvvəllərində kişi geyim qaydaları üzərində kostyumun monopoliyasının qurulmasını təşviq etmişdir. == Xüsusiyyətlər == Tünd rəngli və ya qara paltar imtina zamanı kişi geyimləri üçün standart halına gəlmişdir. Avropada XVII əsrin əvvəllərində İrandan gələn sürmə ayaqqabıları əsasında qəbul edilən hündürdaban ayaqqabılar 1740-cı illərdə kişilər üçün dəbdən düşmüşdür. Daha yaxşı dərzilik təklif edən və kişi fiqurunun, xüsusən də ayaqların gücünü vurğulayan dar şalvarlar pantalonlarla əvəz olunmuşdur. Uzun corablar, bahalı pariklər və parçalardan imtina edilmişdir.
Gəncə kişi gimnaziyası
Gəncə kişi gimnaziyası (1918-ci ilə qədər Yelizavetpol kişi gimnaziyası) — 1881-ci ildən 1920-ci ilə qədər Gəncə şəhərində mövcud olan kişi gimnaziyası. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Əkinçilik və İdarəetmə fakultəsi keçmiş gimnaziyanın binasında fəaliyyət göstərir. == Tarixi == Gimnaziyanın üç mərtəbəli binası 1848-ci ildə Qotik stilində tikilmişdir. Yelizavetpol gimnaziyası 1870-ci ildə Yelizavetpol qəzanın məktəbi əsasında yaradılmışdı. 1881-ci ildən kişi qimnaziyası kimi fəaliyyət göstermeye başladı. 1919-cu ildə Gəncə kişi gimnaziyasının alman dili müəllimi tərəfindən alman, fransız, türk, erməni, latın və polyak dillərin kursları təşkil olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə məktəbdə müsəlman tələbə sayı xeyli artmışdır və 1919-cu ildə Gəncə kişi gimnaziyasında hazırlıq kurslarında paralel şöbələr açılmışdır. Gimnaziya 1920-ci ildə bağlanıb. 1920-ci ildən 1930-cu ilədək gimnaziyanın binasında orta texniki peşə məktəbi fəaliyyət göstərmişdir. 1931-ci ildə gimnaziyanın binası Kənd Təsərrüfatı İnstitutunun balansına köçürüldü və aqrar iqtisadiyyatın korpusuna çevrildi.
İrəvan kişi gimnaziyası
İrəvan kişi gimnaziyası — 14 yanvar 1832-ci ildə açılan İrəvan qəza məktəbi 1869-cu ildə progimnaziyaya, 31 mart 1881-ci ildən isə 5 sinifli gimnaziyaya çevrildi. 1881-ci ildə açılmış İrəvan kişi gimnaziyasının 216 şagirdi olmuş və gimnaziyanın direktoru Vladimir İosifoviç Brajnikov olmuşdur. Bu gimnaziyada görkəmli pedaqoq, maarifçi Firidun bəy Köçərli 10 il — 1885–1895-ci illərdə gecə tərbiyəçisi olmuş və sonra hazırlıq sinfində hüsnxət müəllimi kimi fəaliyyət göstərmişdir. Gimnaziyada təhsil müddəti 4 il olmuşdur. 1883-cü ildə gimnaziyada 37 azərbaycanlı oxuyurmuş. Gimnaziyanın ilk buraxılışı 1885-ci ildə olmuşdur. İrəvan gimnaziyası müsəlman şöbəsinin müdiri İsmayıl bəy Şəfibəyov olmuşdur. 1919 bağlanmışdır. == Müəllimləri == Molla Tağı Mahmud oğlu — ana dili və şəriət müəllimi (1836-cı il dən 1856-cı ilədək); Mirzə Ələkbər Elxanov — ana dili və şəriət müəllimi (1856-cı ildən 1885-ci ilədək); Firidun bəy Köçərli — ana dili və şəriət müəllimi (1885-ci ildən 1895-ci ilədək); İsmayıl bəy Şəfibəyov; Rəhim Xəlilov; Mirzə Məmmədvəli Qəmərlinski; Axund Məmmədbağır Tağızadə. == Məzunları == İrəvan Kişi Gimnaziyasının məzunlarından dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov Kiyev universitetində, gimnaziyanın sonuncu qızıl medalçısı, görkəmli alim və ictimai xadim Əziz Əliyev Peterburq Hərbi Akademiyasında, professor Mehdi xan İrəvanski, məşhur alim, 1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun direktoru.
Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası
Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası — Gürcüstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Baş məşqçisi İlias Zourosdur. == Tarixi == Gürcüstan Basketbol Federasiyası 4 iyun 1991-ci ildə təsis edilmiş və 1992-ci ildən FIBA-nın üzvü olsa da, milli komanda ilk rəsmi oyununu 1995-ci ildə Polşaya qarşı keçirmişdir. Komnanda tarixinin ən böyük uğurunu ilk dəfə 2011-ci ildə final mərhələsinə vəsiqə qazandığı EuroBasket turnirində əldə etmişdir. Həmin il Litvada təşkil olunmuş final mərhələsində Gürcüstan millisi 11-ci yeri tutmuşdur.
Gənc Qadının Kişisi (1988)
Gənc qadının kişisi (film, 1988)
== Məzmun == Filmdə yaşlı kişinin (Həsənağa Turabov) gənc qıza (Nataliya Lapina) aşiq olması və cavanlaşmaq arzusu ilə qeyri-adi vasitəyə əl atmasından bəhs edir. İnsan yaşından asılı olmayaraq, nə vaxt istəsə nəyi isə arzulaya bilər. Yaşlı kişilər də o cümlədən. Xüsusilə əgər o, cavan və gözəl bir qadına rast gəlibsə. Həmin kişi mütləq cavan, güclü və cəlbedici olmaq istəyəcək. Filmin qəhrəmanları arasında baş verən münaqişə bu fikir üzərində qurulmuşdur. Bu filmi müasir nağıl adlandırmaq olar. Burada sehrli motivlər də var, müasir həyatın reallığı da. == Film haqqında == Film aktrisa Məleykə Əsədovanın kinoda ilk işidir. Film yazıçı Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" pyesinin motivləri əsasında çəkilmişdir.
Kapitoli canavarı (Kişinyov)
Kapitoli canavarı (rum. Lupoaica Capitolină) — Moldovanın paytaxtı Kişinyovda yerləşən, Avropadakı bir çox Kapitoli canavarı heykəlindən biri. Abidə Moldovanın Milli Tarix Muzeyinin önündə yerləşir. == Tarixi == 20-ci əsrin ilk onilliklərində İtaliya Rumıniyaya Kapitoli canavarını Kişinyovda (1921), Buxarestdə (1906), Kluj-Napokada (1921), Trıq-Mureşdə (1924) və Timişoarada (1926) quraşdırılmış beş nüsxəsini bağışladı. Kişinyovda abidə 1923-cü ildə tamamlanaraq Sfatul Tarii Sarayının önünə qoyuldu. 1940-cı ildə SSRİ-nin Bessarabiya və Şimali Bukovinanın işğalının başlanğıcında Kişinyovdan çıxarılan nüsxə məhv edildi. 1990-cı ildə Rumıniya Moldovaya Kapitoli canavarının yeni bir nüsxəsini bağışladı. Yeni heykəl 1990-cı il dekabrın 1-də Moldova Milli Tarix Muzeyinin qarşısında açıldı. == 2005–2009 bərpası == 2005-ci il parlament seçkilərindən bir qədər sonra, 2005-ci ilin aprelində bürünc heykəl bərpa üçün aparıldı. Abidə Milli Tarix Muzeyinin zirzəmisində saxlanıldı və bərpası siyasi kontekstdən asılı idi.
Kiprin kişilərdən ibarət milli basketbol komandası
Kiprin kişilərdən ibarət milli basketbol komandası — Kipri beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Kipr Basketbol Federasiyası tərəfindən idarə olunur. Komanda 2013-cü ildə Avropa basketbol çempionatının təsnifat mərhələsində iştirak etmişdir. Yığma komanda heç bir iri beynəlxalq basketbol yarışlarının iştirakçısı olmamışdır.
Kişi və qadın (film, 1966)
"Kişi və qadın" (fr. Un homme et une femme) — rejissor Klod Leluşun filmi. == Məzmun == Film gənc dul qadın Anna ilə avtomobil yarışçısı, dul kişi Jan-Luinin bir-birinə olan məhəbbətindən bəhs edir. Annanın əri kaskadyor olmuşdu və kino çəkilişləri vaxtı həlak olmuşdu. Jan-Luinin arvadı isə onun yarış zamanı həlak olduğunu eşidib özünə qəsd etmişdi. Anna ilə Jan-Lui təsadüfən rastlaşmışdılar. Onların uşaqları Dovildəki pansionda oxuyur. Anna qatara gecikir və Jan-Lui onu evinə qədər aparmalı olur. Onların arasında dərhal qarşılıqlı cazibə hissi baş verir. Bu hiss isə tədricən sevgiyə çevrilir.
Kişilər
Kişi — erkək insandır. "Kişi" sözü yetkinlik yaşına çatmış insanlar barəsində işlənilir, bu sözun tayı az yaşlı uşaqlara və ya yeniyetmələrə oğlan deyilir. Leonardo da Vinçinin "Vitruvius İnsanı" bir kişinin nisbətini göstərməktədir == Kişilik yaşı == Kişilik erkək insanın bir baliğ mərhələyə qədəm qoymasıdır. Müxtəlif sünnət əsaslı icmalar bu mərhələyə keçmək üçün xüsusi mərasimlər qururlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu baliğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Kişilər (film, 1979)
== Məzmunu == Televiziya tamaşası işləmək istəməyən tənbəl kişilərdən bəhs edir. Bunlardan bəziləri arvadları hesabına dolanır, bəziləri isə işgüzar qadınlarla evlənərək rahat həyat şəraiti əldə etmək istəyənlərdir. Lakin sovet ab-havasında çəkilən tamaşada bu tüfeylilər sonda tərbiyə olunurlar və düzgün yola qaytarılırlar. == Televiziya tamaşası haqqında == Televiziya tamaşasında Emin Sabitoğlunun musiqisindən istifadə edilmişdir.
Litvanın kişilərdən ibarət milli basketbol komandası
Litvanın kişilərdən ibarət milli basketbol komandası — Litvanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Litva Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Daymias Adomaytisdir.
Macarıstanın kişilərdən ibarət milli basketbol komandası
Macarıstanın kişilərdən ibarət milli basketbol komandası — Macarıstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. == Tarixi == Macarıstan Basketbol Federasiyası — 1935-ci ildən FİBA-nın üzvüdür.. İkinci Dünya müharibəsinədək Macarıstan yığması basketbol üzrə Avropa çempionatında iki dəfə çıxış etmişdir; 1935-ci il çempionatında macarlar basketbol üzrə kişilərdən ibarət Rumıniya yığma komandasına 24:17 hesabı ilə qalib gələrək 9-cu yeri tutmuşdur., 1939-cu ildə basketbol üzrə Avropa çempionatında isə Finlandiyanın kişilərdən ibarət yığma komandasina 43:16 hesabı ilə qalib gələrək 7-ci yeri tutmuşdur1940-cı illərin ortalarından 1960-cı illərin ortalarınadək olan dövr Macarıstanın basketbol yığması üçün ən uğurlu dövr olmuşdur. 1946-cı ildə müharibədən sonra keçirilən basketbol üzrə ilk Avropa çempionatında Macarıstan yığması III yeri tutmuşdur, 1953-cü ildə Moskvada keçirilən Avropa çempionatında isə macarlar II pilləyə yüksəlmişlər, Macarıstan yığması 1955-ci ildə evdə, Budapeştdə keçirilən turnirdə Avropa çempionu olmuşdur. "Ferens Puşkaş" stadionunda 45 min tamaşaçının iştirakı ilə keçirilən həlledici oyunda ev sahibləri SSRİ yığma komandasına 82:68 hesabı ilə qalib gəlmişlər. Sonrakı illərdə Macarıstan yığması mükafatçılar sırasında olmasa da, 3 dəfə: 1957, 1959 və 1963-cü illərdə qitə dördüncüsü olmuşlar. Bundan sonra tənəzzül dövrünə qədəm qoyan Macarıstan yığması yalnız 1969-cu ildə basketbol üzrə Avropa çempionatında 8-ci yeri tuta bilmişdir. Macarıstan yığması Avropa çempionatında yalnız 30 il sonra fərqlənmişlər, macarlar 1999-cu ildə keçirilən çempionatda qrup mərhələsindən çıxa bilməsələr də, yekun sıralamada 14-cü yeri tutmağa müvəffəq olmuşdur. Macarıstan yığması Olimpiya oyunlarında basketbol üzrə turnirdə yalnız dörd dəfə iştirak etmək hüququ qazanmışdır. Macarların Olimpiya oyunlarında qazandıqları ən yaxşı nəticə 1960-cı ildə Romada keçirilən yay Olimpiya oyunlarında əldə etdikləri 9-cu yerdir.
Monteneqronun kişilərdən ibarət milli basketbol komandası
Monteneqronun kişilərdən ibarət milli basketbol komandası — Monteneqronu beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Monteneqro Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Boqdan Tanyeviçdir.

kişi sözünün leksik mənası və izahı

  • 1 is. 1. Cinscə qadının əksi. Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər. (Ata. sözü). [Rüstəm bəy:] Mən gözümün ağıqarası olan bir qızımı, bax bu kişiyə ərə verirəm. Ü.Hacıbəyov. Bu gün kişilərdən daha çox arvad var idi. T.Ş.Simurq. 2. Ər. Onun kişisi çoxdan ölüb. – [Cahan:] Bəli, kişim dəllallıq edərdi. Ü.Hacıbəyov. …Kişisi cavan yaşında öldüyündən Durnanın həyatı pozulmuşdu. Ə.Sadıq. 3. Adam, şəxs, kəs. Hər kişi öz işini bilsin. Hər kişi öz sözünü dedi. – Hər kişinin öz münasib tayı var; İşim nədir deyəm xandan, a mirzə. Aşıq Pəri. Kişi dövlətinə pasiban gərək; İşarə anlayan, söz qanan gərək! Q.Zakir. 4. məc. Mərd, namuslu, sözündə sabit adam. Bu, kişiyə yaraşan hərəkət deyil. – Özün kişi deyən kimsə sədaqət sənətin işlər. M.P.Vaqif. [Məşədi İbad] …Mən deyirəm ki, axı Rüstəm bəy kişidir, belə iş eləməz. Ü.Hacıbəyov. □ Kişi kimi – mərdliklə, namusla, mərdcəsinə, möhkəm. Özünü kişi kimi aparmaq. Kişi kimi söz vermək. 5. Hörmət əlaməti olaraq yaşlı kişilərin adlarına əlavə olunur. Alı kişi neçə illər idi ki, Həsən xana ilxı otarırdı. “Koroğlu”. Həsən kişi yeganə qızının haqqında dönə-dönə təriflər eşitmişdi. M.İbrahimov. Xalıqverdi kişi qocalmışdı. Ə.Vəliyev. □ Beş kişinin biri – hörmətli, nüfuzlu kişi haqqında.

    Azərbaycan dilinin izahlı lüğəti / kişi
  • 2 cinscə qadının əksi; ər; adam, şəxs.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / kişi

kişi sözünün etimologiyası

  • 1 Kas (kaş) sözü olub və “adam” anlamında işlədilib. Kişi onun dəyişmiş forma­sıdır (kara kaslar adlı tayfa da olub). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / kişi

kişi sözünün sinonimləri (yaxın mənalı sözlər)

kişi sözünün antonimləri (əks mənalı sözlər)

kişi sözünün rus dilinə tərcüməsi

  • 1 1. мужчина; 2. муж; 3. перен. храбрый, мужественный; 4. откровенно; 5. храбро, смело, мужественно;

    Azərbaycanca-rusca lüğət / kişi
  • 2 I сущ. 1. мужчина: 1) лицо, противоположное по полу женщине. Hündür kişi высокий мужчина, yaşlı kişi пожилой мужчина 2) взрослый человек мужского пола в отличие от юноши, мальчика. Əsgərlikdən kişi kimi qayıtmaq вернуться из армии мужчиной 3) перен. лицо мужского пола, как воплощение присущих этому полу качеств – твердости, суровости, мужества и т.п. O əsl kişidir он настоящий мужчина, kişi ol! будь мужчиной! belə hərəkət kişiyə yaraşmaz такой поступок не подобает мужчине 2. разг. муж (женатый мужчина, супруг). Mənim kişim мой муж 3. каждый (всякий человек). Hər kişi öz işini bilsin пусть каждый знает свое дело 4. прибавляется к имени пожилого мужчины в знак уважения. Əhməd kişi Axmed kişi II прил. мужской: 1) относящийся к мужчине, к мужчинам, свойственный мужчине. Kişi səsi мужской голос, bu kişi işidir это мужское дело, kişi ləyaqəti мужское достоинство 2) предназначенный для мужчины, мужчин. Kişi kostyumu мужской костюм, kişi bərbərxanası мужская парикмахерская, kişi komandası спорт. мужская команда ◊ kişi oğlu: 1. благородный, честный человек; 2. разг. храбрый, мужественный человек; kişi kimi как подобает мужчине, как мужчина; kişi söhbəti мужской разговор; yekə kişisən! ты (же) взрослый мужчина! (употребляется, когда хотят пристыдить мужчину); beş kişinin biridir он один из уважаемых мужчин

    Azərbaycanca-rusca lüğət / kişi

kişi sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. man*; male; 2. (ər) husband, man*; Onun kişisi ölüb Her husband / man is dead; 3. (adam, şəxs) man*, person, one; Kişi gərək vədinə əməl etsin One must redeem his pledge / promise; 4. (igid, mərd adam) man*; manly / manful person; courageous man*, worthy man*; Kişi olan kəs belə hərəkət etməzdi A manly person / a worthy man wouldn’t have acted so; ~ kimi: 1) manly, manlily; manfashion; (mətanətlə) (i.s.) with fortitude; 2) (ləyaqətlə) with dignity; ◊ dünyagörmüş ~ a man of the world, a wise man* II. s. 1. (mərd, igid, ləyaqətli) manly, manful, manlike, manfashion; ~ adam a manly / manful person; (i.s.) a man of worth; a courageous man / person; ~ kimi qadın a manlike woman; 2. (cins etibarilə) male; masculine; 1) ~ cinsi male sex; 2) qram. masculine gender; ~ xeylağı a male; 3. (kişiyə məxsus) man’s; manly; ~ məclisi men’s company; ~ keyfiyyətləri man’s qualities; ~ paltarı men’s clothes; ~ xasiyyətı man’s character; strong character; ~ ləyaqətli man’s dignity, the dignity of a man; ~ kimi qadın a manly woman*; ~ adam a manly man*; ~ hərəkəti a manly act

    Azərbaycanca-ingiliscə lüğət / kişi

kişi sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. homme m ; 2) mari m, époux m ; ~ kimi: a) avec la dignité ; avec le courage ; b) dünya görmüş ~ homme m sage ; 3) sif. généreu||x, -se brave, courageu||x, -se ; qram. ~ cinsi masculin m

    Azərbaycanca-fransızca lüğət / kişi

kişi sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. итим (“дишегьли” акси); 2. итим, гъуьл, кас; 3. кас, инсан; 4. пер. мерд, намуслу, гафунал кӀеви кас; kişinin sözü bir olar. Ata. sözü итимдин гаф сад жеда; kişi kimi итим хьиз, кас(ди) хьиз, мерддаказ; 5. пер. гьуьрмет патал яшлу ксарин тӀварарихъ акална лугьудай гаф.

    Azərbaycanca-ləzgicə lüğəti / kişi

kişi sözünün türk dilinə tərcüməsi

"kişi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kişi nədir? #kişi sözünün mənası #kişi nə deməkdir? #kişi sözünün izahı #kişi sözünün yazılışı #kişi necə yazılır? #kişi sözünün düzgün yazılışı #kişi leksik mənası #kişi sözünün sinonimi #kişi sözünün yaxın mənalı sözlər #kişi sözünün əks mənası #kişi sözünün etimologiyası #kişi sözünün orfoqrafiyası #kişi rusca #kişi inglisça #kişi fransızca #kişi sözünün istifadəsi #sözlük