* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 qoş. 1. Bənzətmə və müqayisə bildirir. Ürəyi nanə yarpağı kimi əsir. – [Sultan bəy:] Mən bəy balası kimi qızımı arşın mal satana verəcəyəm? Ü.Hacıbəyov. Sanki göylərdə uçan quş kimiyəm; Sanki yerdən uçurulmuş kimiyəm. M.Müşfiq. 2. Ani zaman bildirir. Məktubu alan kimi gəl. – [Əsgər:] Gözüm səni görən kimi qəlbim sevindiyimdən çırpınmağa başladı. Ü.Hacıbəyov. Qız gözünü açan kimi yan-yörəsinə baxdı. M.İbrahimov. Səni görən kimi, a şirin üzlüm; Nədən tuti dilim mənim lal olur? M.Rahim. 3. Yer, ya zaman həddini bildirir – …qədər, …dək. Evə kimi bir yerdə getdik. – Rəsul bir saata kimi pinəçi dükanının qabağında durub pinəçilərə baxdı. “Aşıq Qərib”. Fəraqdən gecələr yatmaram sabaha kimi… X.Natəvan. [Fatma xanım:] …Mən bu gecə sabaha kimi can vermişəm. N.Vəzirov.
Azərbaycan dilinin izahlı lüğəti / kimi2 əvəz. Bəzisi, kimisi (adətən iki və ya bir neçə cümlə qarşılaşdırıldıqda bölgü bildirmək üçün işlənir). Kimi xörək yeyir, kimi içir, kimi qəlyan, ya çubuq çəkir. Ə.Haqverdiyev. Kimi corab gətirdi; Kimi əlcək yetirdi. M.Rahim. Kiminin rüşvətxorluğu, qohumbazlığı, kiminin xəsisliyi, bəzisinin nadanlığı tənqid olunurdu. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / kimi1 Bu qoşma türk dillərinin çoxunda kib şəkilində işlədilir və “forma” anlamını verir: b-m əvəzlənməsi təbii haldır. -i şəkilçisi isə daşlaşmış mənsubiyyət şəkilçisidir (Qax rayonunda indi də it kimi sözü itin kimi şəklində işlədilir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / kimi1 KİMİ I əvəz. Konkret olmayan şəxsin və ya başqa əşyaların qeyrimüəyyənliyini bildirir. Kimi dərz daşıyır, kimi sovruq sovurur, kimi bostan suvarırdı – hərə bir iş görürdü (S.Rəhimov). KİMİ II qoşma Bənzətmə, müqayisə, məkan və zaman anlayışı mənalarında. O şeydə Səkinə güzəşt nə olduğunu bilmir, qaya kimi möhkəm dururdu (M.İbrahimov).
Azərbaycan dilinin omonimlər lüğəti / kimi2 1 I союз 1. сравнительный: как, точно, словно. O, qardaşı kimi yaxşı oxuyur он учится так же хорошо, как и брат, dəniz kimi как море, bayram kimi как праздник, qızıl kimi parıldayır блестит, как золото 2. присоединительный: как. Bir dost kimi məsləhət verirəm как друг советую 3. подчинительный: едва, как только. Fürsət düşən kimi … как только подвернется удобный случай …, onun səsini eşidən kimi hamı durdu услышав его голос, все встали; gözlərimi yuman kimi как только закрываю глаза II послел. Səhərə kimi до утра, ayın on beşinə kimi до пятнадцатого числа, evinə kimi ötürmək проводить до дома ◊ iynə-sap kimi bir-birinə bağlanmaq быть привязанным друг к дуругу, как нитка с иголкой; bıçaq kəsən kimi kəsdi как ножом отрезал (сказал); bir qayda kimi как правило; quzu kimi кроткий как ягненок; od kimi как огонь; eşşək kimi tərs упрямый как осел; yarpaq kimi əsmək дрожать как осиновый лист, ağlı çaşmış kimi, ağlını itirmiş kimi как ошалелый; tovuz quşu kimi как пава; qupquru ağac kimi как палка (об очень худом человеке); müqəvva kimi как чучело; lələk kimi yüngül легкий как перышко (о ком-л.); xoruz kimi davakar драчливый как петух; zəli kimi yapışmaq приставать как пиявка; daş kimi ağır тяжелый как камень; gön kimi bərk твердый как подошва (о куске мяса); zəhər kimi acı горький как яд, как полынь; möcüzə kimi как чудо; yağ kimi gedir идет как по маслу; barıt kimi partlamaq взорваться как порох; sonuncu vasitə kimi istifadə etmək использовать как последнее средство; əvvəlki kimi как прежде; yel kimi ötmək пронестисть как ветер; güllə kimi çıxmaq вылететь как пуля (пулей); lənətə gəlmiş kimi как проклятый, azad quş kimi yaşamaq жить как птица вольная; uşaq kimi hərəkət etmək поступать как малое дитя; özünü dəryada balıq kimi hiss etmək чувствовать себя как рыба в воде; quruya atılmış balıq kimi çapalamaq биться как рыба об лед; şam kimi yanıb ərimək сгорать как свеча; şam kimi ərimək истаять как свеча; donuz kimi как свинья; it kimi как собака; yuxarıda deyildiyi kimi как было сказано выше; ölü kimi sapsarı бледный как смерть; ağappaq qar kimi белый как снег; tir kimi uzanmaq растянуться во весь рост; it kimi tutur кусается как собака; it kimi yorulmaq устать как собака; it kimi boğuşmaq грызться как собаки; it sürüsü kimi как собак нерезаных; bülbül kimi oxumaq петь как соловей; sağsağan kimi qarıldaşmaq трещать как сороки; qoyun sürüsü kimi как стадо баранов; heykəl kimi durmaq стоять как статуя; güzgü (айна) kimi как зеркало; ox kimi как стрела; qudurmuş it kimi как бешеная собака; böyrək yağ içində üzən kimi кататься как сыр в масле; ölü kimi как убитый; ilan vurmuş kimi как ужаленный; saat kimi dəqiq как часы (точно); bir insan kimi, adam kimi как человек; tısbağa kimi sürünmək ползти как черепаха (черепахой); ipək kimi yumşaq мягкий как шелк; dəf kimi (olmaq) как штык (быть); küçük kimi (titrəmək) əsmək дрожать как щенок; çöp kimi arıq худой как щепка 2 мест. неопр. кто … кто (употребляется в значении: один – другой, однидругие). Kimi sükan arxasındadır, kimi torpaq işi görür, kimi asfalt döşəyir кто баранку крутит, кто занят землей, а кто асфальтированием дорог; kimi ağlayır, kimi gülür кто плачет, кто смеется
Azərbaycanca-rusca lüğət / kimi1 kimi qoş. 1. like; as; mənim ~ like me; as I; 2. as soon as; O, gələn kimi mənə xəbər ver As soon as he comes, let me know; 3. up to; till; indiyə ~ up to now; axşama ~ till the evening; stansiyaya ~ up to the station kimi(si) əv. some (people); one; Kimisi siqaret çəkir, kimisi rəqs edir, kimisi isə söhbət edirdi Some were smoking, some were dancing and some were talking
Azərbaycanca-ingiliscə lüğət / kimi1 qoş. comme ; quand ; jusqu’à ; mənim ~ comme moi ; o gələn ~ mənə xəbər ver avertis-moi quand il viendra ; indiyə ~ jusqu’à présent
Azərbaycanca-fransızca lüğət / kimi1 къушм. 1. хьтин; хьиз (гекъигун манада); daş kimi къван хьтин, кӀеви; ata dost kimi bax, düşmən kimi min. Ata. sözü балкlандиз дуст хьиз килиг, адал душман хьиз акьах; 2. -вал; o məni görən kimi tanıdı адаз зун акурвал чир хьана; 3. ...кьван, -алди; -ди, -ни; günortaya kimi нисинал кьван, нисиналди; indiyə kimi гилалди, и чӀавалди; гилани, гьелени.
Azərbaycanca-ləzgicə lüğəti / kimi2 тӀв.-эв. са ни (гьида, гьим) ятӀа, сад(бур), сада, садбуру, бязибур(у); kimi işləyir, kimi oynayır, kimi çörək yeyir садбуру (сада) кӀвалахзава, сад(бур) къугъазва, садбуру (сада) фу незва.
Azərbaycanca-ləzgicə lüğəti / kimi