kim sözü azərbaycan dilində

kim

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kim • 73.0083%
  • Kim • 26.7530%
  • KİM • 0.2144%
  • Kİm • 0.0243%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Doktor Kim
"Doktor Kim" (ing. Doctor Who) — BBC kompaniyanın tərəfindən istehsal olunan Doktor adlanan Zaman Hökmdarı — zamanda və məkanda səyahət edə bilən yadplanetli haqqında Böyük Britaniya elmi fantastik serialıdır. Bu şou eyni zamada Britaniyanın ən uzunömürlü serialıdır və dünyanın ən uzunömürlü elmi fantastik serialı kimi Ginnesin Rekordlar Kitabına düşüb. O, Britaniyanın populyar mədəniyyətin vacib hissəsidir, dünya ətrafında isə kult serial olub. Əvvəldən serial 1963-cü ildən 1989-cu ilinə gədər gedirdi. 1996-cı ildə "Doktor Kim" filmi çıxıb. O, serialın davamının pilot seriyası olmalı idi, amma onun Amerikadakı aşağı reytinqlərinə görə bu plan alınmadı. 2005-ci ildən serial uğurla yenidən efirə başladı. Bundan əlavə, "Torçvud", "Sara Ceyn macəraları", tək seriyası olan "K9 və yığımı" və Avstraliyalı "K9" spin off serialları çəkildi. 2013-cü ilin noyabrın 23-də serialın 50 illik yubileyi ilə bağlı "Doktor Günü" seriyası çıxıb.
Kim
Kim (ad)
Kim Cenni
Kim Cenni (16 yanvar 1996, Gangnam) — Cənubi Koreyalı müğənni,aktrisa və reper. 2016-cı ildə YG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in əsas repçisi və aparıcı vokalıdır. Cənubi Koreyada doğulub böyüyən Cenni 2010-cu ildə Cənubi Koreyaya qayıtmazdan əvvəl səkkiz yaşında beş il Yeni Zelandiyada təhsil alıb. 2018-ci ilin noyabrında, Cenni "Solo" sinqlı ilə solo sənətçi kimi çıxış etdi. Mahnı həm Gaon Digital Chart-da, həm də Billboard-un Dünya Rəqəmsal Mahnılar cədvəlində birinci yeri tutaraq, yerli və beynəlxalq səviyyədə kommersiya uğuru qazandı. Kim Jennie 16 yanvar 1996-cı ildə Cənubi Koreya-nın Seul şəhərində anadan olub. Səkkiz yaşında olarkən ailəsi ilə birlikdə Avstraliya və Yeni Zelandiya-ya səyahətə getdi. Yeni Zelandiyada olarkən anası ondan bu yerin xoşuna gəldiyini və qalmaq istədiyini soruşdu, Jennie "hə" cavabını verdi. Bir il sonra Yeni Zelandiya-nın Auckland şəhərindəki (Waikowhai) Vaikovai Orta məktəbinə oxumağa göndərildi. 2006-cı ildə "English, Change To Survive" MBC sənədli filmində rol aldı.
Kim Ciha
Kim Jiha(Kor.:김지하; 4 fevral 1941, Mokpxo – 8 may 2022, Vonju[d], Kanvondo[d]) — məşhur Koreya şairi və dramaturqu. Kim Ciha(əsl adı Young İl Kim) 4 fevral 1941-ci ildə Koreyanın Colla-Namdo əyalətinin Mokpo şəhərində kinomexanik ailəsində doğulub. İlk təhsilini Vonçu məktəbində almış, sonra Seula gedərək əvvəlcə liseyi, daha sonra isə Seul Milli Universitetinin estetika bölümünü bitirmişdir. Universitetdə oxuyarkən 1961-ci ildə baş verən hərbi çevrilişə biganə qalmamış və tələbə hərəkatına qoşulmuşdur. Koreya-Yapon Konfransına (1964) qarşı çıxdığı üçün dörd ay həbs olunmuşdur. 1966-cı ildə universiteti bitirdikdən sonra uzun müddət hakimiyyətdə olan Jeonq-hee Parkın siyasi iqdidarına qarşı çıxaraq mitinqlərdə iştirak etmişdir. 1970-ci ildə Beynəlxalq Demokratik Gənclər Federasiyasının təşkil etdiyi hadisələrdə yer aldığı üçün təkrar həbs edilmiş və haqqında edam qərarı çıxarılmışdır. Onun həbsi dünya ədəbi, ictimai-siyasi arenasında böyük rezonans doğurmuşdur. Kandzaburo Oe, Li Xeson (Yaponiya) Jan Pol Sartr, Simone de Belavur (Fransa), Noam Xomski (Amerika) kimi böyük yazıçı və mütəfəkkirlər onu müdafiəyə qalxmışlar. Bütün bunlar öz təsirini göstərmiş, Kim Jihanın ölüm hökmü həbs cəzası ilə əvəz edilmişdir.
Kim Cisu
Kim Cisu (ing. Kim Jisoo; 3 yanvar 1995[…]) və ya bilinən səhnə adı ilə Cisu — Cənubi Koreyalı müğənni, aktrisa, model. 2016-cı ildəYG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in Vizualı və aparıcı vokalıdır.Qrupun yaşca ən böyük üzvüdür. Cisu 3 yanvar 1995-ci ildə Cənubi Koreya-da Gunpo,Gyeonggi də doğulub. Özündən böyük qardaşı və bacısı var.Uşaqlıqda basketbol oynayırdı və taekvondo dərslərinə qatılırdı.O, TVXQ fanatı idi. Cisu orta məktəbi Seul İfaçılıq Sənəti Məktəbində oxuyub. 11-ci sinifdə oxuduğu məktəbdə dram dərnəyinə başlamış və seçmələr vasitəsilə daha böyük təcrübə qazanmışdır. 2011-ci ildə Cisu YG Entertainment dinləmələrinə stajçı olaraq qatıldı. Cisu 8 avqust 2016-cı ildə Blackpink-in dörd üzvündən biri olaraq Cenni, Roze və Lisa ilə birlikdə "Square One" albomunu çıxarmaqla debüt etdi. O, Blackpink-in yaşca ən böyük üzvüdür.
Kim Jiha
Kim Jiha(Kor.:김지하; 4 fevral 1941, Mokpxo – 8 may 2022, Vonju[d], Kanvondo[d]) — məşhur Koreya şairi və dramaturqu. Kim Ciha(əsl adı Young İl Kim) 4 fevral 1941-ci ildə Koreyanın Colla-Namdo əyalətinin Mokpo şəhərində kinomexanik ailəsində doğulub. İlk təhsilini Vonçu məktəbində almış, sonra Seula gedərək əvvəlcə liseyi, daha sonra isə Seul Milli Universitetinin estetika bölümünü bitirmişdir. Universitetdə oxuyarkən 1961-ci ildə baş verən hərbi çevrilişə biganə qalmamış və tələbə hərəkatına qoşulmuşdur. Koreya-Yapon Konfransına (1964) qarşı çıxdığı üçün dörd ay həbs olunmuşdur. 1966-cı ildə universiteti bitirdikdən sonra uzun müddət hakimiyyətdə olan Jeonq-hee Parkın siyasi iqdidarına qarşı çıxaraq mitinqlərdə iştirak etmişdir. 1970-ci ildə Beynəlxalq Demokratik Gənclər Federasiyasının təşkil etdiyi hadisələrdə yer aldığı üçün təkrar həbs edilmiş və haqqında edam qərarı çıxarılmışdır. Onun həbsi dünya ədəbi, ictimai-siyasi arenasında böyük rezonans doğurmuşdur. Kandzaburo Oe, Li Xeson (Yaponiya) Jan Pol Sartr, Simone de Belavur (Fransa), Noam Xomski (Amerika) kimi böyük yazıçı və mütəfəkkirlər onu müdafiəyə qalxmışlar. Bütün bunlar öz təsirini göstərmiş, Kim Jihanın ölüm hökmü həbs cəzası ilə əvəz edilmişdir.
Kim Kardaşyan
Kimberli Noel Kardaşyan (ing. Kimberly Noel Kardashian; 21 oktyabr 1980[…], Los-Anceles, Kaliforniya) — amerikalı şou-biznes ulduzu. Ata tərəfindən erməni, ana tərəfindən holland və şotland əsillidir. Daha çox sosial həyatı ilə, original versiyası E! televiziya kanalında göstərilən Keeping Up with the Kardashians və Kourtney and Kim Take New York adlı realiti şouları ilə tanınır. Bunlardan başqa istehsalçılıq, mankenlik, stilistlik, SKIMS adlı qadın geyim brendinin sahibi və iş qadını olaraq fəaliyyət göstərir. Kardaşyan indiyə qədər müxtəlif ətirlər istehsal etmişdir, olduqca məşhur jurnallarda poza verib jurnal baş səhifələrində yer almışdır, qonaq aktrisa və ya münsif olaraq çox sayda televiziya istehsallarında yer almışdır, Amerika ABC kanalında yayımlanan Dancing With the Stars (Ulduzlarla Rəqs) adlı televiziya proqramında yarışmışdır. America's Next Top Model (Amerikanın Sonrakı/Yeni Top Modeli — Amerika Top Modelini Axtarır) adlı proqramda qonaq münsif olmuşdur. Karmen Elektra ilə birlikdə Qəribə Film və Vadinin Mələkləri adlı kinoteatr filmlərində, How I Met Your Mother, Beyond the Break, CSI: NY kimi seriallarda rol almışdır. 2010-cu ildə isə kiçik bacıları Kourtni və Kloe ilə Kardashian Konfidential adında avtobioqrafik kitab nəşr etdirmişdir.
Kim Kempbel
Kim Kempbel (ing. Avril Phædra Douglas "Kim" Campbell; 10 mart 1947) — Kanadalı siyasətçi, diplomat, yazıçı və professor. 25 iyun — 4 noyabr 1993-cü il tarixləri arasında Kanadanın 19-cu baş naziri olmuşdur (132 gün). Kanadanın ilk və bugünədək yeganə qadın baş naziri, həmçinin Britaniya Kolumbiyasında doğulmuş yeganə baş nazir və İkinci dünya müharibəsindən sonra dünyaya gəlmiş ilk baş nazirdir. Siyasi karyerası ərzində dörd müxtəlif nazirliyə rəhbərlik etmiş, o cümlədən Kanadanın ilk qadın Ədliyyə naziri, Baş Prokuror və Müdafiə naziri olmuşdur. O, 1996-cı ildə nəşr etdirdiyi və öz bioqrafiyasını əks etdirən "Vaxt və İmkan" kitabında keçdiyi həyat yolunu geniş şəkildə əks etdirmişdir. Kim Kempbell 10 mart 1947-ci ildə Kanadanın Britaniya Kolumbiyası əyalətinin Port-Alberni şəhərində Corc Tomas Kempbel və Filis Liza Kukun ailəsində dünyaya gəlmişdir. O 12 yaşında olarkən anası ailəni tərk etmiş və onunla bacısı Aliksin qayğısına ataları qalmışdır. Kempbel gənc yaşlarında özünə, aktrisa Kim Novakın şərəfinə "Kim" ləqəbini götürmüşdür. Erkən yaşlarında Kim Kempbel CBS kanalının Uşaq televiziya klubunda aparıcı və müxbir kimi çalışmışdır.
Kim Kibom
Kim Ki-bum (koreyaca: 김기범, d. 23 sentyabr 1991-ci il) - SHINee qrupunun repçisi, solisti.
Kim Kibum
Kim Ki-bum (koreyaca: 김기범, d. 23 sentyabr 1991-ci il) - SHINee qrupunun repçisi, solisti.
Kim Maqnus
Kim Maqnus (21 iyul 1998) — Cənubi Koreyalı xizək yürüşçüsü. Kim Maqnus Cənubi Koreyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Kim Maqnus birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Maqnus 3:22.36 saniyəlik nəticəsi ilə 80 atlet arasında 49-cu yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Kim Petras
Kim Petras (27 avqust 1992, Bonn, Şimali Reyn-Vestfaliya) — Los-Ancelesdə fəaliyyətə başlayan Alman müğənni, bəstəkar. 2021-ci ildə Amigo və Republic Records ilə müqavilə bağlamazdan əvvəl o, 2016–2020-ci illər arasında sahibi olduğu BunHead Records vasitəsilə müstəqil olaraq mahnılar buraxmışdır. Petras musiqi yazmağa yeniyetməlik yaşlarından başladı, 2011-ci ildə "One Piece of Tape" adlı debüt mini albomunu buraxdı. Müstəqil olaraq 2017-ci ildə "I Don't Want It at All" adlı beynəlxalq debüt sinqlini buraxdı, həmin mahnı Spotify-da bir neçə viral musiqi hit-paradlarında birinci yerə çıxdı. Mahnı Billboard-da hit olan "Feeling of Falling" (Cheat Codes ilə), "Heart to Break" və "1, 2, 3 Dayz Up" (Sophie ilə birlikdə) kimi sinqllarla davam etdi. Erkən uğurunun ardınca "Petras Era 1" kimi tanınan qeyri-rəsmi rəqəmsal sinqllar kolleksiyasını buraxdı. Petras 28 iyun 2019-cu ildə "Clarity" adlı debüt albomunu buraxdı. Rekorddan əvvəl doqquz həftəlik tanıtım kampaniyası keçirildi, bu müddət ərzində o, vizual lirik video ilə həftədə bir sinql buraxdı. "Clarity" musiqi tənqidçilərindən bəyənmə qazandı, Heatseekers Chart-da yeddinci, Müstəqil Albomlar cədvəlində isə 26-cı yerə çıxdı. Bunun ardınca Petras, 2019-cu ilin oktyabr ayında ikinci studiya albomu olan "Turn Off the Light"-ı buraxdı.
Kim Pik
Kim Pik (ing. Kim Peek ;d. 11 noyabr 1951,Solt-Leyk Siti,ABŞ-ö. 19 dekabr 2009)- fenomenal yaddaşa malik amerikalı, əldə etdiyi məlumatların 98%-ə qədərini yadda saxladığı üçün “Kim-puter” ləqəbini almış, “Yağış adam” (1988,ABŞ) filmində Dastin Hofmanın oynadığı qəhrəmanın prototipi. Qeyri-proporsional böyük başa malik olan Kim Pik ənsəsində beysbol topu ölçüsündə olan kəllə-beyin yırtığı ilə anadan olmuşdur. Onun beyinciyi zədələnmiş, beynin sağ və sol yarımkürələrini bir-biri ilə birləşdirən qabarıq cisim isə mövcud olmamışdır. Kimin anadangəlmə olan bu xəstəliklərdən heç biri nə onun zəkasına, nə də əqli geriliyinə təsir göstərmişdir. Alimlərin fərziyyələrinə görə, qabarıq cismin yoxluğuna baxmayaraq beynin neyronları Kimin yaddaşını dəfələrlə möhkəmləndirən yeni bir birləşmə yaratmışdır. Atasının xatirələrinə görə, Kim artıq 16 aylığında oxumağı öyrənmişdir. 3 yaşında o qəzetlər oxuyur və tanış olmayan sözlərin mənasını başa düşmək üçün izahlı lüğətdən istifadə edirdi.
Kim Possibl
Kim Possibl (ing. Kim Possible) — 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatına layiq görülmüş ABŞ animasiya serialı. Əslində 65 hissə olan seriala tamaşaçıların istəyi ilə daha 22 hissə əlavə olunmuş və epizodların sayı 87-ə çatmışdır. İlk dəfə 7 iyun 2002-ci il tarixində ABŞ-nin Disney Channel kanalında yayımlanmışdır. Serialda ABŞ-nin uydurulmuş Middlton şəhərində yaşayan Kim Possibl adında 13 yaşlı gənc bir qız, ən yaxın dostu Ron Stoppabl və Ueyd Load ilə birgə dünyanı pisliklərdən qurtarmalarından söhbət açılır. "Kim Possibl" sözü "Impossible" sözündən götürülmüşdür. Mənası İngiliscədən "Mümkün olmayan" deməkdir. Yəni Kim Possibl mümkün olmayan tapşırıqları məsuliyyətlə yerinə yetirir. "Kim Possibl" animasiyasının prodüserləri olan Bob Şuli və Mark MakKorklun sözlərinə görə, animasiya haqqında informasiya ilk fikirlər, onların liftdə qalması zamanı yaranmışdır. Prodüserlərin fikrincə, bu elə qəhrəman olmalıdır ki, gördüyü işin əvəzində pul almasın.
Kim Ran
Kim Ran (d. 9 sentyabr 1974) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Kim Ran Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Kim Seokjin
Kim Sokçin (kor. 김석진; 4 dekabr 1992, Kvaçxon[d], Kyonqido) — bilinən səhnə adı ilə Jin müğənni, söz yazar. Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılmış Cənubi Koreya-lı Oğlan qrupu BTS-in vokalistidir.Kim BTS ilə birlikdə üç solo mahnı yazdı və buraxdı: "Awake" (2016), "Epiphany" (2018) və "Moon" (2020), bunların hamısı Cənubi Koreyanın Gaon Digital Chart-da yer alıb. 2019-cu ildə Kim ilk müstəqil mahnısı olan "Tonight" adlı rəqəmsal trekini buraxdı. O, həmçinin BTS üzvü V ilə birlikdə Hvaran-nın musiqisində göründü, müğənni kimi falsettosu və emosional diapazonu üçün tənqidi təriflər aldı. Kim oxumaqdan başqa, 2016-2018-ci illərdə Cənubi Koreyanın bir çox musiqi proqramlarında aparıcı kimi çıxış edib. 2018-ci ildə o, Cənubi Koreya Prezidenti tərəfindən BTS-in digər üzvləri ilə birlikdə Koreya mədəniyyətinə verdiyi töhfələrə görə beşinci dərəcəli Xvaqvan Mədəni Xidmət Ordeninə layiq görülüb. Kim Sokçin, 4 dekabr 1992-ci ildə Cənubi Koreyanın Köngido vilayətnin Kvaçxon şəhərində anadan olmuşdur.Ailəsi anası, atası və böyük qardaşından ibarətdir.2007-ci ildə o, ingilis dilini öyrənmək üçün Avstraliyaya təhsil düşərgəsinə getdi. O, əvvəlcə jurnalist olmaq istəyirdi. Lakin Kraliça Seondeokda Kim Nam-gilə baxdıqdan sonra o, aktyorluğu davam etdirmək qərarına gəldi.Orta məktəbdə oxuyarkən Kim Cənubi Koreyanın K-pop agentliyi SM Entertainment tərəfindən izlənildi, lakin o zaman təklifi rədd etdi.Əvvəlcə aktyor olmaq niyyətində idi və buna görə də Konkuk Universitetini sənət və aktyorluq ixtisası ilə 22 fevral 2017-ci ildə bitirdi.
Kim Sokçin
Kim Sokçin (kor. 김석진; 4 dekabr 1992, Kvaçxon[d], Kyonqido) — bilinən səhnə adı ilə Jin müğənni, söz yazar. Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılmış Cənubi Koreya-lı Oğlan qrupu BTS-in vokalistidir.Kim BTS ilə birlikdə üç solo mahnı yazdı və buraxdı: "Awake" (2016), "Epiphany" (2018) və "Moon" (2020), bunların hamısı Cənubi Koreyanın Gaon Digital Chart-da yer alıb. 2019-cu ildə Kim ilk müstəqil mahnısı olan "Tonight" adlı rəqəmsal trekini buraxdı. O, həmçinin BTS üzvü V ilə birlikdə Hvaran-nın musiqisində göründü, müğənni kimi falsettosu və emosional diapazonu üçün tənqidi təriflər aldı. Kim oxumaqdan başqa, 2016-2018-ci illərdə Cənubi Koreyanın bir çox musiqi proqramlarında aparıcı kimi çıxış edib. 2018-ci ildə o, Cənubi Koreya Prezidenti tərəfindən BTS-in digər üzvləri ilə birlikdə Koreya mədəniyyətinə verdiyi töhfələrə görə beşinci dərəcəli Xvaqvan Mədəni Xidmət Ordeninə layiq görülüb. Kim Sokçin, 4 dekabr 1992-ci ildə Cənubi Koreyanın Köngido vilayətnin Kvaçxon şəhərində anadan olmuşdur.Ailəsi anası, atası və böyük qardaşından ibarətdir.2007-ci ildə o, ingilis dilini öyrənmək üçün Avstraliyaya təhsil düşərgəsinə getdi. O, əvvəlcə jurnalist olmaq istəyirdi. Lakin Kraliça Seondeokda Kim Nam-gilə baxdıqdan sonra o, aktyorluğu davam etdirmək qərarına gəldi.Orta məktəbdə oxuyarkən Kim Cənubi Koreyanın K-pop agentliyi SM Entertainment tərəfindən izlənildi, lakin o zaman təklifi rədd etdi.Əvvəlcə aktyor olmaq niyyətində idi və buna görə də Konkuk Universitetini sənət və aktyorluq ixtisası ilə 22 fevral 2017-ci ildə bitirdi.
Kim Sowol
Kim Suhyun
Kim Soo-hyun (kor. 김수현; Çincə:金秀賢; 16 fevral 1988, Seul)-Cənubi Koreya-lı aktyor. Cənubi Koreya-nın ən çox qazanan aktyorlarından biridir. Onun mükafatları arasında dörd "Baeksang Sənət Mükafatı", iki "Grand Bell Mükafatı" və bir "Blue Dragon Film Mükafatı" var. 2012–2016 və 2021-ci illərdə "Forbes Korea Power Celebrity 40" siyahısında yer aldı. 2014-cü ildə "Gallup Koreya"-da "İlin Televiziya Aktyoru" seçildi və Forbes tərəfindən 30 yaş altı "30 Asiya 2016" siyahısında yer aldı. 16 fevral 1988-ci ildə anadan olan Su-hyon-un atası Kim Çunghun, 80-ci illərin "Seven Dolphins" qrupunun solisti idi. Suhyunun anası, utancaq və içinə qapalı şəxsiyyətini aşmasına kömək etmək üçün onu məktəb illərində aktyorluq dərsləri almağa təşviq edirdi. Aktyor olmaq istəkləri orta məktəbi ilə liseyi arasında həqiqətən yarandı. İlk böyük aktyorluğu Şekspirin " A Midsummer Night's Dream " komediyasında Puck rolunu canlandıran bir səhnə oyununda idi.
Kim Sunmin
Kim Seung-min,(kor. 김승민;22 sentyabr 2000) səhnə adı ilə Seungmin, Cənubi Koreyanın Stray Kids oğlan qrupunun əsas vokalisti və rəqqasıdir. Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasına (KOMCA) görə, onun adına 13 mahnı var. Kim Sunmin 22 sentyabr 2000-ci ildə Cənubi Koreyanın Seul şəhərində anadan olub. Ailənin ən kiçiyi olan Sunminin böyük bacısı var. Sunmin ibtidai və orta təhsilini Bonqeun məktəbində və liseyi isə Çondam liseyində bitirmişdir.9 yaşında ikən Kim peşəkar beysbol komandası olan "SK Wyverns" üçün açılış meydançasına çıxdı. O, bir neçə ay ailəsi ilə birlikdə ABŞ-də yaşayıb və bir müddət Los Ancelesdəki məktəbdə oxuduğu üçün ingilis dilində sərbəst danışır. O, orta məktəbdə uşaq xor müsabiqəsində qalib olub və peşəkar müğənni olmaq qərarına gəlib. O, 2017-ci ildə JYP Entertainment-in stajçısı oldu və bu, JYP Entertainment-in 13-cü dinləmələrində ikinci yeri tutduqdan sonra baş verdi. O, müsabiqədə Cənubi Koreyalı müğənni Kim Don Ryolun "Old Song" mahnısını ifa edib.2017-ci ildə JYP Entertainment yeni bir oğlan qrupu yaratmaq üçün oyun şousu keçirdikləri müsabiqəyə qatıldı.
Kim Uayld
Kim Vayld (ing. Kim Wilde) — Böyük Britaniya pop müğənnisidir. 18 noyabr 1960-cı il Londonda dünyaya gələn İngilis pop sənətçisi Kim Vayld anasının musiqi dünyasında iştirak etməsindən ötrü uşaqlıq vaxtından bəri bütün marağını musiqiyə yönəltmişdi. Onun atası müğənni Marti Vayld (əsl adı Recinald Leonard Smitdir), anası isə müğənni və "The Vernons Girls" musiqi qrupunun rəqqasəsi olan Coys Beyker olub. Kim uşaqlıqda Londonun qərb-cənub hissəsində yerləşən Okfild məktəbində dərs alırdı. 9 yaşında olan zaman Kim ailəsi ilə birlikdə Hartfordşir krallığına köçür və Tevində təhsilini davam etdirir. Kim burada fortepiano sənətini mənimsəməyə başlayır. Paralel olaraq Kim Vayld "Müqəddəs Elbanın İncəsənət Kolleci" mətəbində dərs alır. Kim 20 yaşı tamam olanda təhsil aldığı kollecin məzunu olur və qısa müddətdən sonra seçilən ingilis prodüserlərindən biri olan Mikki Moust ilə görüşür. Bu görüşdən sonra Kim "RAK Records" studiyası ilə müqavilə bağlayır və musiqi karyerasına başlayır.
Kim Van
Kim Van (27 mart 1961) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. Kim Van Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci, cüt turnirdə isə 4-cü pillənin sahibi olub.
Kim Vayld
Kim Vayld (ing. Kim Wilde) — Böyük Britaniya pop müğənnisidir. 18 noyabr 1960-cı il Londonda dünyaya gələn İngilis pop sənətçisi Kim Vayld anasının musiqi dünyasında iştirak etməsindən ötrü uşaqlıq vaxtından bəri bütün marağını musiqiyə yönəltmişdi. Onun atası müğənni Marti Vayld (əsl adı Recinald Leonard Smitdir), anası isə müğənni və "The Vernons Girls" musiqi qrupunun rəqqasəsi olan Coys Beyker olub. Kim uşaqlıqda Londonun qərb-cənub hissəsində yerləşən Okfild məktəbində dərs alırdı. 9 yaşında olan zaman Kim ailəsi ilə birlikdə Hartfordşir krallığına köçür və Tevində təhsilini davam etdirir. Kim burada fortepiano sənətini mənimsəməyə başlayır. Paralel olaraq Kim Vayld "Müqəddəs Elbanın İncəsənət Kolleci" mətəbində dərs alır. Kim 20 yaşı tamam olanda təhsil aldığı kollecin məzunu olur və qısa müddətdən sonra seçilən ingilis prodüserlərindən biri olan Mikki Moust ilə görüşür. Bu görüşdən sonra Kim "RAK Records" studiyası ilə müqavilə bağlayır və musiqi karyerasına başlayır.
Kim Çonqsou
Kim Çonqsou (6 iyun 1947, Seul)— Koreya Respublikası Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Kim Şarma
Kim Şarma (ing. Kim Sharma; d. 21 yanvar 1980) — məşhur Hindistan aktrisası və modeli . 21 yanvar 1980-ci ildə anadan olub.Onun əmisi oğlu, məşhur aktyor - Arjun Rampaldır.Üç bacısı var. Anası yaponiyalı atası hindistanlıdır.Ailəlidir.
Cəbrayıl Hüseynov (kimyaçı)
Cəbrayıl Ələkbər oğlu Hüseynov (13 yanvar 1914 – 1969) — Kimya elmləri doktoru, professor. Cəbrayıl Hüseynov 13 yanvar 1914-cü ildə anadan olmuşdur. O, 1930-cu ildə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) Kimya-texnologiya fakültəsinə daxil olmuş, 1935-ci ildə bitirmişdir. Cəbrayıl Hüseynov 1950-ci ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, professor elmi adı almışdır. O, çoxsaylı proseslərin və sənayedə tətbiq olunan ixtiraların müəllifidir. C.Ə.Hüseynov uzun illər Yeni Bakı Neftayırma, Azərneftyağ, Sintetik kauçuk zavodlarında rəhbər vəzifələrdə çalışmışdır. Onun əmək və elmi fəaliyyətinin əsas hissəsi Bakı neftayırma zavodlarında Azərbaycan neftlərindən istehsal olunan sürtgü yağlarının istehsal texnologiyasının təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılmasına həsr olunmuşdur. C.Ə.Hüseynov 1961-1967-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dekanı, eyni zamanda “Kimya texnologiyası” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Onun BDU-da neft texnologiyasına dair oxuduğu mühazirələr üç hissədən ibarət dərslik halında dərc edilmişdir. Bu dərsliklər rumın və çin dillərinə tərcümə edilmişdir.
Doktor (Doktor Kim)
Doktor (ing. The Doctor) — Doktor Kim elmi fantastik serialının əsas personajı. Onun rolunda on ikidən çox aktyor oynayıb. Doktor Qalifrey planetindən, yadplanetli Zaman Hökmdarı irqinə aiddir. O, TARDİS adlı zaman maşınında zamanda və məkanda səyahət edir. TARDİS adı Time And Relative Dimension In Space (ing. Məkanda Zaman Və Nisbi Ölçmə) abbriveaturasından gəlir. The Daily Telegraph qəzeti Doktoru Britaniyada ən tanınmış yadplanetli kimi qeyd etmişdir.
Doktor Kim (teleserial, 1963)
"Doktor Kim" (ing. Doctor Who) — BBC kompaniyanın tərəfindən istehsal olunan Doktor adlanan Zaman Hökmdarı — zamanda və məkanda səyahət edə bilən yadplanetli haqqında Böyük Britaniya elmi fantastik serialıdır. Bu şou eyni zamada Britaniyanın ən uzunömürlü serialıdır və dünyanın ən uzunömürlü elmi fantastik serialı kimi Ginnesin Rekordlar Kitabına düşüb. O, Britaniyanın populyar mədəniyyətin vacib hissəsidir, dünya ətrafında isə kult serial olub. Əvvəldən serial 1963-cü ildən 1989-cu ilinə gədər gedirdi. 1996-cı ildə "Doktor Kim" filmi çıxıb. O, serialın davamının pilot seriyası olmalı idi, amma onun Amerikadakı aşağı reytinqlərinə görə bu plan alınmadı. 2005-ci ildən serial uğurla yenidən efirə başladı. Bundan əlavə, "Torçvud", "Sara Ceyn macəraları", tək seriyası olan "K9 və yığımı" və Avstraliyalı "K9" spin off serialları çəkildi. 2013-cü ilin noyabrın 23-də serialın 50 illik yubileyi ilə bağlı "Doktor Günü" seriyası çıxıb.
Donor-aktseptor kimyəvi rabitə
Donor-aktseptor kimyəvi rabitə - atom və ya ionun onunla qarşılıqlı əlaqədə olan atoma mənsub olan bir cüt elektronu istifadə etməsi nəticəsində yaranan rabitə. Donor - latınca donare - bəxşiş etmək deməkdir. Donor-aktseptor kimyəvi rabitə ən sadə misal H+-nin NH3-lə birləşərək NH4 əmələ gətirməsi ola bilər (azotun s2 və p3 elektronu vardır). H-nin üç elektronu azotun 3p elektronu ilə birləşərək piramidal NH3 molekulu əmələ gətirir. N və NH3 ətrafıda hidrogenlə üç cüt ortaq və bir cüt ortaq olmayan elektrondan ibarət 8 elektronlu təbəqə mövcuddur. Ortaq olmayan elektron cütü H+ tərəfindən istifadə edilir. Bu halda azot kompleksəmələgətirici donor, hidrogen isə aktseptor və kompleks birləşmiş element (addend) rolunu oynayırlar. Buna oxşar, lakin yaranma mexanizminə görə nisbətən daha mü­rək­kəb kimyəvi rabitə, birləşmələrin 8- və ya 18-elektronlu qapalı örtük yaratmağa meyil etməsi ilə bağlıdır. Bu növ rabitə həm [Pt(NH3)6]4+, [PtCl6]2- və b. kimi sintez olunan, həm də təbii (məsələn: sulfidlər) birləşmələrdə yaranır.
Donuz kimi qışqırma çempionatı
Donuz kimi qışqırma çempionatı — Qeyri-adi yarış növü Fransanın kiçik bir qəsəbəsində hər il reallaşdırılan bu yarışmada Dünyanın ən qəribə yarışmaları yarışmacılar mikrofondan bir donuz kimi qışqırır. Əvvəl bir donuzun qışqırmasını dinlədilən yarışmacılar Dünyanın ən qəribə yarışmaları eşitdikləri səsin bənzərini çıxarmağa çalışaraq çempion olmağa çalışır.
Duz (kimya)
Duzlar — metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 → 3 Na+ + PO4¯ Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s. Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s. Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s. Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s. Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s. Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və s. Duzları aşağıdakı üsullarla almaq olar: 1.
Dünya iradə və təsəvvür kimi (əsər)
Dünya iradə və təsəvvür kimi (alm. Die Welt als Wille und Vorstellung‎) — alman filosofu Artur Şopenhaurin (1788-1860) əsas əsəri, dünya fəlsəfi irsinin ən möhtəşəm nümunələrindən biri. Əsər birinci dəfə 1819-cu ildə çap olunmuşdur. Sonradan müəllif onun üzərində uzun illər ərzində (1819-1844) işləmişdir. Əsər dörd fəsildən, müəllifin öz təbirincə deyilsə, dörd kitabdan ibarətdir. Birinci fəsildə müəllifin idrak nəzəriyyəsi, ikinci fəsildə ontologiyası, üçüncü fəsildə estetikası, və nəhayət dördüncü fəsildə etikası şərh olunmuşdur. Şopenhauerin öz idrak nəzəriyyəsinin şərhinə həsr etdiyi birinci fəsil "Dünya mənim təsəvvürümdür" sözləri ilə başlayır və belə bir müddəadan çıxış edir ki, idrak iradənin xidmətindədir. Müəllifin ontologiyasının şərhinə həsr olunmuş olunmuş ikinci fəsilin əsas mənası ondan ibarətdir ki, dünya iradənin obyektivasiyasıdır. Şopenhauerin estetikasının şərh olunduğu üçüncü fəsildə müəllif belə bir müddəadan çıxış edir ki, həqiqi incəsənət idrakın iradənin xidmətdə durmaqdan xilas olma məqamıdır. Şopenhauerin öz etikasının şərhinə həsr etdiyi üçüncü fəsildə həyata yönümlü iradənin təsdiqi və inkarı məqamları nəzərdən keçirilir.
Ekstremal kimya
Ekstremal kimya Ekstremal kimya – kimyəvi proseslərin ekstremal şəraitdə öyrənilməsidir: güclü elektrik və maqnit sahələri, ultrayüksək təzyiq və sürüşmə deformasiyaları, gərginliyi molekulun daxilindəki elektrik sahəsi ilə müqayisə edilən güclü işıq sahələri, ultraböhran şəraiti, güclü qravitasiya sahəsi, səs və mikrodalğa sahələri və s. Ekstremal halların kimyasına, həmçinin plazmokimya, radiasiya kimyası, yüksək enerjilər və yüksək temperaturlar kimyası daxildir. Yanaşmadan asılı olaraq ekstremal kimyanın bölmələrini müxtəlif qaydada təsnif etmək olar. Yüksək enerjilər kimyası (YEK) – fiziki-kimyanın bölməsidir, qeyri-istilik enerji mənbələrinin (ionlaşdırıcı şüalanma, işıq, plazma, ultrasəs, mexaniki zərbə və s.) təsiri ilə gedən kimyəvi və fiziki-kimyəvi prosesləri tədqiq edir. Qeyri-istilik enerjisinin təsiri ilə gedən reaksiyaların mexanizm və kinetikası, həyacanlanmış və ionlaşdırılmış çox sürətli hissəcikilərin qeyri-tarazlıq qatılığı ilə xarakterizə olunur; bu hissəciklərin enerjisi istilik hərəkəti enerjisindən, bəzi hallarda kimyəvi rabitə enerjisindən çoxdur. Maddəyə təsir edən qeyri-istilik enerji daşıyıcıları: sürətləndidrilmiş ion və elektronlar, sürətli və yavaş neytronlar, alfa- və beta-hissəciklər, pozitronlar, müonlar, pionlar, ultrasəs sürətli atom və molekullar, elektromaqnit şüalan-manın kvantları, impuls elektrik, maqnit və akustik sahələri. Yüksək enerjilər kimyasının proseslərini zaman mərhələrinə görə fiziki, fiziki-kimyəvi və kimyəvi proseslərə bölürlər. Fiziki mərhələ femtosaniyə və daha az müddətdə baş verir. Bu müddətdə qeyri-istilik enerjisi mühitdə qeyri-bərabər paylanır, "qaynar ləkə" əmələ gəlir. Fiziki-kimyəvi mərhələdə qaynar ləkədə tarazsızlıq və müxtəlicinsilik təzahür edir.
Eldar Zeynalov (kimyaçı)
Zeynalov Eldar Bahadır oğlu (8 oktyabr 1948, Bakı) — kimya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2017). Azərbaycan kimyaçısı, Azərbaycanda və bir sıra xarici ölkələrdə kimyəvi kinetika və kataliz, yüksək molekullu birləşmələr və neft kimyası sahəsində mütəxəssis və ekspert, tanınmış kimyaçı-alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor, AMEA-nın akademik M. F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə" laboratoriyasının müdiri, eyni zamanda, "Neft mənşəli kaustobiolitlərdən nanokarbon materialları əsasında katalizatorların sintezi və tətbiqi üzrə fundamental tədqiqatlar (İNTERLABCAT)" beynəlxalq laboratoriyasının rəhbəri. 2009-cu ildən Amerika Kimya Cəmiyyətinin üzvüdür. Eldar Zeynalov 8 oktyabr 1948-ci ildə Bakı şəhərində ziyalı və alim, neft kimya sahəsində Azərbaycanın görkəmli alimlərindən biri, Azərbaycanın əməkdar elm xadimi, akademik Bahadır Zeynalovun ailəsində anadan olmuşdur. Həyat yoldaşı Zeynalova Səadət Məmməd qızı – təvəllüdü 1954, dil nəzəriyyəsi və german dilləri üzrə mütəxəssis, professor, filologiya elmləri doktoru, AFR-in Aleksandr-fon-Humboldt Fondunun laureatı, Ümumdünya Germanistlər Birliyinin üzvüdür. 1971-ci ildə E. B. Zeynalov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Eldar Zeynalovun elmi fəaliyyəti 1971-ci ildə başlanmış. O, Azərbaycan Dövlət Universitetinin Elmi Şurasının tövsiyəsi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının aspiranturasına daxil olub və sonra SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunun aspiranturasına göndərildi. 1976-cı ildə Moskva vilayəti, Çernoqolovka şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutun Bölməsində "Poliorqanosiloksanların oksidləşdirici destruksiyası və stabilləşməsi sahəsində tədqiqatlar" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və SSRİ Nazirlər Sovetinin nəzdində Ali Attestasiya Komissiyasının qərarı ilə "Fiziki kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görulmüşdür.
Eldar Əhmədov (kimyaçı)
Əhmədov Eldar İsa oğlu 1951-ci ildə anadan olmuşdur. 1968-ci ildə Bakı şəhərindəki 99 №-li məktəbi bitirib, indiki Bakı Dövlət Universitetinə qəbul olunmşdur. 1973-cü ildə Universitet bitirərək M.V.Lomonosov adına MDU-nun kimya fakültəsində məqsədli aspiranturaya qəbul olunmuşdur. 1977-ci ildən BDU-nun kimya fakültəsində mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, assistent, dosent vəzifələrində işləmişdir. 2005-ci ildən “Fiziki və kolloid kimya” kafedrasının professoru və kafedra müdiridir. 1973, Bakı Dövlət Universiteti. 1977,k.e.n., “Flüorlu alüminium oksid iştirakında parafin karbohidrogenlərinin çevrilməsi” . 2004,k.e.d, “Metalseolit katalizatorlarının alınması və onların doymuş karbohidrogenlərin aşağı temperaturlu çevrilmələrində katalitik təsirinin qanunauyğunluqları”. Heterogen kataliz. Seolitlər iştirakında kataliz.
Elman Məmmədov (kimyaçı)
Məmmədov Elman İdris oğlu (1948, Zarağan, Qutqaşen rayonu) — kimya elmləri doktoru (1992), professor (1994), Gəncə Dövlət Universitetinin rektoru (2006), Yeni Azərbaycan Partiyasının üzvü. Elman Məmmədov 1948-ci ildə Azərbaycanın Qəbələ rayonunun Zarağan kəndində qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Çarxana kənd ibtidai məktəbinə daxil olmuş, 1965-ci ildə Zarağan kənd orta məktəbini Qızıl medalla bitirərək, S.M.Kirov adına ADU-nun (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə qəbul olunmuşdur. 1970-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və 1971-ci ildə Ç.İldırım adına AzPİ-nin (indiki Azərbaycan Texniki Universiteti) «Analitik kimya və kimya texnologiyası» kafedrasında aspiranturaya daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra Azərbaycan Təhsil Nazirliyinin göndərişi ilə həmin kafedrada baş laborant vəzifəsinə götürülmüş, 1975-ci ilin yanvar ayından kimya elmləri namizədidir, həmin ilin mart ayından assistent vəzifəsinə təyin olunmuşdur. 1977-ci ildə Ç.İldırım adına AzPİ-nin Kirovabad filialına (indiki Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhəri) keçirilmişdir. 1984-cü ildə «Kimya» kafedrasında dosent vəzifəsini tutmuş, 1991/97-ci illərdə həmin kafedranın müdiri işləyib. 1997-ci ilin sentyabr ayından Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında baş mütəxəssis vəzifəsinə təyin olunmuş və həmin ilin noyabr ayından TQDK nəzdində olan «Abituriyent» hazırlıq kursunun rəhbəri vəzifəsinə keçirilmişdir. 2001/2006-cı illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru işləmişdir. 25 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru təyin olunmuşdur.
Etibar İsmayılov (kimyaçı)
Etibar Hümmət oğlu İsmayılov — Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun "Fiziki, fiziki-kimyəvi tədqiqatlar" şöbəsinin və "Kataliz problemlərinin spektroskopik metodlar ilə tədqiqi" laboratoriyasının müdiridir, kimya elmləri doktoru, professor Etibar İsmayılov 4 may 1951-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə Bakıda 176 saylı orta məktəbi bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin kimya fakültəsini və M. F. Axundov adına Xarici Dillər İnstitutunun nəzdində ingilis dili üzrə ikiillik (1970–72) kursu fərqlənmə diplomları ilə bitirmişdir. 1972–75-ci illər ərzində SSRİ Elmlər Akademiyasının Sibir bölməısinin Kataliz İnstitutunun aspirantı olmuş və 1976-cı ildə orada 02.00.04-fiziki kimya ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1981–82-ci illərdə SSRİ EA Sibir bölməsinin Kataliz (Novosibirsk), 1983–84-cü illərdə SSRİ EA Üzvi kimya (Moskva) İnstitututlarının doktorantı olmuşdur. 1988-ci ildə 02.00.15-kimyəvi kinetika və kataliz ixtisası üzrə "Katalitik sistemlərdə paramaqnit mərkəzlər və onların iştirakı ilə gedən reaksiyalar. Kiçik kütləli olefinləri dimerləşdirən oksid və metalkompleks katalizatorların dizaynı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Fiziki kimya ixtisası üzrə 1985-ci ildə baş elmi işçi və 1997-ci ildə professor elmi adlarını almışdır. Spektral tədqiqat metodlarının kimyanın müxtəlif, əsasən də səth kimyası və kataliz sahələrinə tətbiqi, kimyəvi reaksiyaların qeyri-stabil, aralıq birləşmələrinin quruluşunun, reaksiyayagirmə qabiliyyətinin, kinetika və termodinamikasının, ümümiyyətlə, kimyəvi reaksiyaların mexanizminin tədqiqi sahələri üzrə tanınmış ixtisasçıdır, keçmiş SSRİ-nin, MDB və digər xarici ölkələrin, Azərbaycanın elmi nəşrlərində dərc edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 6 ixtiranın müəllifidir, bu sahələrdə keçirilmiş beynəlxalq, respublika səviyyəli simpozium, konfrans və qurultayların iştirakçısı, müfəffəqiyyətlə müdafiə edilmiş 10 namizədlik dissertasiyasının rəhbəri olmuşdur. 1978–1990-cı və 1998–2000-ci illər ərzində Bakı Dövlət Universitetinin kimya (1978–90) və fizika (1998–2000) fakültələrində baş müəllim və professor kimi fəaliyyət göstərmiş, fiziki tədqiqat metodlarının kimyaya tətbiqi, analitik kimya, radikal kimyası, neft fizikası, yüksək molekullu birləşmələr fizikası və elmi tədqiqatın əsasları kursları üzrə mühazirələr oxumuş, diplom işlərinə rəhbərlik etmişdir.
Faiq Həsənov (kimyaçı)
Faiq Paşa oğlu Həsənov (15 dekabr 1939, Salah, İcevan rayonu – 11 mart 2022) — Kimya elmləri namizədi (1981). Həsənov Faiq 1939-cu il dekabrın 15-də Salah kəndində (Qaraqoyunlu) anadan olub. Elmi dərəcəsi Kimya elmləri namizədidir. Vəzifəsi isə Dosentdir. 1963-cü ildə ADU-nun Kimya fakültəsini bitirib. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-cü ilin avqust ayından 1964-cü ilin fevral ayına qədər Gəncə alüminium zavodunda işləmiş, 1965-ci ilin avqust ayına qədər Sovet ordusu sıralarında xidmət etmişdir. 1965-ci ilin sentyabrında ATU-nun üzvi kimya kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. 1973-cü ildən baş müəllim, 1980-cı ildən isə dosent vəzifəsində çalışır. 1979-cu ildə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
Fikrət Babayev (kimyaçı)
Fikrət Rzaqulu oğlu Babayev (1943, Bakı) — Azərbaycanın kimyaçı alimi, professor, Amerika Neftçi-geoloqlar Assosiasiyasının üzvü (1994), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı. Əməkdar ali məktəb işçisi. 1943-cü ildə anadan olmuşdur. 1950-1960-cı illərdə orta təhsil almışdır. 1966-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini "Lenin" təqaüdü ilə bitirərək "Qeyri-üzvi kimya" ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. Aspiranturanı bitirdikdən sonra Qeyri-üzvi kimya kafedrasında 1978-ci ilə qədər assistent, dosent, 1978-1993-cü illərdə Neft kimyası və kimya texnologiyası kafedrasında dosent və professor vəzifələrində işləmişdir. 1974-1977-ci illərdə BDU-da Kimya fakültəsinin, 1987-1990-cı illərdə isə BDU hazırlıq şöbəsinin dekanı vəzifələrində çalışmışdır. 1990-1991-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin birinci müavini, 1991-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin Beynəlxalq və İqtisadi Əlaqələr üzrə prorektoru, 1992-2003-cü illərdə Kimya kafedrasının müdiri, 2003-cü ildən həmin kafedrada professor vəzifəsində işləyir. 1970-ci ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1988-ci ildə "Neft kimyası" ixtisası üzrə professor adına layiq görülmüşdür.
Fikrət Məmmədov (kimyaçı)
Fikrət Ələsgər oğlu Məmmədov (9 avqust 1938, Kirovabad) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, neft-kimya ixtisası üzrə elmlər doktoru. Fikrət Ələsgər oğlu Məmmədov 1938-ci il avqustun 9-da Gəncə şəhərində tanınmış pedaqoq alim Məmmədov Ələsgər Səməd oğlunun ailəsində doğulmuşdur. 1955-ci ildə Gəncə şəhər 6 saylı orta məktəbi bitirdikdən sonra, həmin ildə Gəncə Pedaqoji İnstitutunun kimya fakultəsinə daxil olmuşdur. İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra 1962-ci ildə Az.EA Y.H. Məmmədəliyev adına Neft-Kimya Prossesləri İnstitutunun aspiranturasına qəbul olmuşdur. 1964-cü ildə Az.EA NKPİ-da kiçik elmi işçi vəzifəsində işləmişdir. 1965-ci ildə yeni yaradılmış Az.EA Aşqarlar Kimyası İnstitutuna keçərək orada kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildən indiyədək "Metalların korroziyaya qarşı davamlılığını artıran inhibitorların sintezi və tədqiqi" laboratoriyasına rəhbərlik edir. 1966-cı ildə kimya elmləri namizədi dərəcəsini almaq üçün "Alkilfenolların fosforlu törəmələrinin sintezi və sürtkü yağlarına əlavə kimi tədqiqi" mövzusunda namizədlik dissertasiyasını, 1991-ci ildə isə "Fenol və merkaptofenolların törəmələrinin alınması, sürtkü yağlarına aşqar və korroziya inhibitorlarının yaradılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992-ci ildə "Neft-kimya" ixtisası üzrə professor adına layiq görülmüşdü.
Fiziki-kimyəvi analiz üsulları
Fiziki kimya
Fiziki kimya — Fizika və Kimyaya aid bütün ümumi qanunları öyrənir. Fiziki kimyada kimyəvi təsirləri öyrənən zaman kimya və fizikanın həm nəzəri, həm də eksperimental metodlarından istifadə edilir. Fiziki kimya elmi kimyəvi proseslərin mahiyyətini öyrənir. Kimyəvi reaksiyalar fiziki proseslərlə - istilikkeçirmə, istiliyin udulması və ya ayrılması, işığın udulması və şüalanması, elektrik hadisələri, həcmin dəyişməsi və s. ilə əlaqədardır. Məsələn, hər-hansı bir kimyəvi reaksiyada sistemi əmələ gətirən maddə molekullarının qarşılıqlı təsiri nəticəsində xarici mühitə enerji verilir və ya xaricdən enerji udulur. Buxarlanma və sublimasiya proseslərində, eləcə də, müxtəlif parçalanma reaksiyalarında maddənin temperaturunun artması molekul hissəciklərinin intensivləşməsinə və beləliklə də, molekulda atomlar arasındakı kimyəvi rabitənin zəifləməsinə və nəhayət onların parçalanmasına səbəb olur. Qalvanik elementlərdə elektrodlarda gedən oksidləşmə-reduksiya prosesləri elektrik cərəyanının əmələ gəlməsinə səbəb olur. Yüksək temperaturlarda bərk maddələrin səthində adsorbsiya və desorbsiya prosesləri nəticəsində hidrogenləşmə, dehidrogenləşmə, izomerləşmə, polimerləşmə və s. reaksiyalar gedir.
Fuad Əliyev (kimyaçı)
Əliyev Fuad Yusif oğlu — kimya elmləri doktoru, akademik, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (akademik) (2014). Fuad Yusif oğlu Əliyev 1 fevral 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra zabit rütbəsində ordu sıralarında xidmət etmiş, 1974-cü ildən AMEA Aşqarlar Kimyası İnstitutunda laborant, mühəndis vəzifələrində çalışmış, 1976-cı ildə aspiranturaya daxil olmuş, 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq kimya elmləri namizədi elmi dərəcəsini almışdır. Elə həmin ildə də Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. F.Əliyevin bilavasitə çalışdığı sahə yeni kükürd-üzvi birləşmələrinin sintezi və onlardan aşqarlar kimi istifadə etməklə müxtəlif xassələrə malik sürtkü yağlarının alınmasında istifadə olunmasıdır. Müxtəlif quruluşa malik birləşmələrin sintez olunmasında məqsəd onların quruluşunda və tərkibində olan funksional qrupların, hetroatomların yeni alınmış maddələrin xassələrinə təsirinin, bunların isə öz növbəsində sürtkü yağlarının keyfiyyətinə göstərə biləcəyi xassələrinin öyrənilməsidir. Sintez olunmuş birləşmələr əsasında hazırlanmış sürtkü kompozisiyaları korroziyaya, siyrilməyə və yeyilməyə qarşı yüksək davamlılığa malikdirlər. Sintez edilmiş birləşmələrin tərkibində müxtəlif funksional qruplarla, hetroatomlarla yanaşı, kükürd atomunun da iştirak etməsi bu birləşmələrin bir çox dərman preparatlarının tərkibinə daxil olmasına səbəb olmuşdur. Bununla da sintez edilmiş maddələrin bir çoxunun antimikrob xassəyə malik olması müəyyən edilmişdir. 1983-cü ildən Gəncə Regional Elmi Mərkəzinin sədridir.
Fəxrəddin Məmmədov (kimyaçı)
Fəxrəddin Nəsib oğlu Məmmədov (1928-1992) - kimyaçı alim, "Neft-kimyası" və "Neft-kimya sintezi" ixtisası üzrə kimya elmləri doktoru, AMEA Aşqarlar Kimyası İnstitutunda sabiq laboratoriya müdiri. Fəxrəddin Nəsib oğlu Məmmədov 1928-ci ildə Kirovobad (indiki Gəncə) şəhərində kəndli ailəsində anadan olmuşdur. 1944-cü ildə M.Ə. Gəncə şəhərində orta təhsilini başa vurduqdan sonra 1945-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş, 1950-ci ildə həmin Universiteti bitirmişdir. Fəxrəddin Məmmədov 1949-cu ildə V.V. Kuybışev adına Azərbaycan Elmi Tədqiqat Neft emalı institutunda texnik-laborant vəzifəsində əmək fəaliyyəyinə başlamış, 1950-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Sonra həmin institutun aspiranturasına qəbul olmuş və 1951-ci ili martında SSRİ Elmlər Akademiyasının Neft İnstitutuna ezam olunmuş, 1954-cü ildə həmin institutda namizədlik dissertasiyası müdafiə edərək, kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Fəxrəddin Məmmədov 1955-1958-ci illərdə AEA-nın Kimya İnstitutunda böyük elmi işçi əvəzi vəzifəsində çalışmış, 1959-cu ildə müsabiqə yolu ilə EA Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsinə seçilmiş və 1965-ci ildən ömrünün sonuna kimi yeni yaradılmış Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır. 1954-cü ildə SSRİ EA Nİ-in Elmi Şurasında "Beşüzvlü heterotsiklik birləşmələrin quruluşu ilə onların reaksiyagirmə qabiliyyəti arasında əlaqə" mövzusunda namizədlik dissertasiyasını, 1980-ci ildə "Fenol, nbjatyjk və aromatik karbohidrogenlərinin sintezi üsullarının işlənib hazırlanması və onların müxtəlif materiallara əlavə kimi tədqiqi" mövzusunda "Neft-kimya" və "Neft-kimya sintezi" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. F.Məmmədov 1992-ci il noyabr ayının 29-da vəfat etmişdir. Fəxrəddin Məmmədovun elmi-tədqiqat işlərinin əsas istiqamətini sürtkü yağlarına müxtəlif çeşidli aşqarların, yüksək təsir effektinə malik korroziya inhibitorlarının polimer materiallarına stabilizatorların və bioloji fəal maddələrin sintezi, eləcə də onların quruluşu ilə təsir effektivliyi arasında asılılığın öyrənilməsi təşkil edir. Fəxrəddin Məmmədov korroziya inhibitorları və səthi aktiv maddələrin, yağlara aşqarların sintezi və kimyası sahəsində aparıcı alimlərdən biri olmuşdur.
Hekayəti Molla İbrahim-Xəlil Kimyagər
Hekayəti Molla İbrahim-Xəlil kimyagər — dramaturq Mirzə Fətəli Axundovun 1850-ci ildə yazdığı ilk komediyası sayılır. Elə ilk komediya da müəllifinin feodal cəmiyyətinin çürümüş mənəvi-əxlaqi problemlərinə, fanatizmə, nadanlığa, miskin həyat tərzinə, kiflənmiş düşüncə tərzinə qarşı mübarizə mövqeyində durduğunu göstərib. Dramaturq sadə süjet əsasında qurulmuş həyati hadisələrini və o hadisələr içərisində formalaşan bədii xarakterləri, koloritli personajları bütün tipik səciyyələri ilə təqdim edib. Komediyada qoyulan kəskin ictimai-sosial, mənəvi-əxlaqi problemlər dramaturqun sonrakı dram əsərlərində daha mürəkkəb həyat hadisələri zəminində, daha kəskin konfliktlər əsasında işlənib. "Dərviş Məstəli şah" dramının qəhrəmanı mənəvi baxımdan Molla İbrahimxəlillə qohumdur, ona doğmadır. Dramaturq bu bənzərliyi mənəvi cəhətdən götürüb, obrazın bədii təsvirinə görə isə fal qurub cadu-piti ilə cibləri soyan Məstəli şah milli dramaturgiyamızda orijinal dramaturji obrazdır. Şəhər əhli eşitdiyi xəbərdən başını itirib: misi gümüşə döndərən kimyagər "peyda" olub. Var-dövlətini itirən, yüngül yolla qazanc əldə etmək istəyən, hər cür alçaqlığa razı olan cahillər yalançı kimyagərin "möcüzəsinin işığına" yığışırlar. Molla İbrahimxəlil camaatın sadəlövhlüyündən istifadə edərək, soyğunçuluğa başlayır və qarşısında yaltaqlıq, ikiüzlülük edib, onun rəğbətini qazanmağa can atan nadanları asanlıqla toruna salır. Əfradi-əhli-məcalis: Molla İbrahimxəlil — kimyagər, kəldəkli.
Hisaşi Kimura
Hisaşi Kimura (木村 栄, Kimura Hisaşi, 10 sentyabr 1870, Kanazava – 26 sentyabr 1943, Setaqaya, Tokio) – Yaponiya astronomu. O, coğrafi enliklərin variasiyalarını müşahidə edərək onları hesablamaq üçün bərabərlik tərtib etmişdir. Hisaşi Kimura 1870-ci ildə Yaponiyanın İşikava prefekturasının Kanazava şəhərində doğulmuşdur. 1892-ci ildə Tokio Universitetinin nəzdində olan Elm kollecinin astronomiya fakültəsindən məzun olmuşdur. Daha sonra Tokio Astronomiya Rəsədxanasında işləməyə başlamış və 1899-cu ildə Mizusava Enlik Rəsədxanasının ilk direktoru seçilmişdir. Bu rəsədxana Beynəlxalq Enlik Xidmətinin yaranması ilə əlaqədar olaraq qurulmuş 6 stansiyadan biri idi. Kimura burada qütblərin hərəkəti nəticəsində yaranan enlik variasiyalarını tədqiq etməyə başlamışdır. Həmin dövrdə qütblərin hərəkətindəki dalğalanmanı ifadə etmək üçün iki termdən istifadə olunsa da, stansiyalarda müşahidə olunan variasiyalar gözlənilməz nəticələr vermişdi. Kimura 1902-ci ildə müşahidə olunan enlik variasiyalarının 3 termlə daha yaxşı ifadə olunacağını bildirmişdir və təqdim etdiyi term Kimura termi adlanmağa başlamışdır. Kimuranın 1902-ci ildəki qeydləri "Astronomical Journal" və "Astronomische Nachrichten" jurnallarında nəşr olunmuşdur.
Hər şey olduğu kimi. Üçüncü film. Əfrasiyab Bədəlbəyli (film, 2000)
Film Azərbaycanın görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylidən bəhs edir. Filmdə Həsən Seyidbəylinin "Doğma xalqıma", Oqtay Mirqasımovun "Cəfər Cabbarlı" sənədli filmlərindən və Ə. Bədəlbəylinin şəxsi arxivindəki kinomateriallardan istifadə olunub.
Həyat, sən kiminsən? (film, 1972)
Həyat, sən kiminsən? — 1972-ci ildə Əmirhüseyn Məcidov tərəfindən ekranlaşdırılmış dram filmi. Azərbaycanın ucqar kəndlərindən biri... 30-cu illər. Kollektivləşmə dövrü. Hadisələr əsasən yenilik rəmzi kimi kəndə işləməyə gəlmiş gənc bir müəllimin (Tariyel Qasımov) ətrafında cərəyan edir. Müəllimin kəndə gəlişi ilə kimsəsiz qız (Zemfira İsmayılova) nişan üzüyündən imtina edir və meylini müəllimə salır. Burada qızın keçmiş nişanlısının taleyindən də bəhs olunur. Filmin sonunda müəllim gənc oğlanın məhəbbətinə mane olmamaq üçün kənddən getməyi qərara alır. Lakin məhəbbəti daşa dəymiş gənc onu yenidən kəndə qaytarır.
IUPAC kimyəvi nomenklaturası
IUPAC kimyəvi nomenklaturası və ya IUPAC adlandırma sistemi kimyəvi birləşmələrin adlandırılması üçün istifadə edilən bir sistem olub, ümumiyyətlə kimya elmini təsvir etmək üçün istifadə olunur. O, Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (İngilis dili: International Union of Pure and Applied Chemistry və ya IUPAC ) tərəfindən yaradılmış və onun tərəfindən nəzarət altında saxlanılmışdır. Üzvi və qeyri-üzvi birləşmələrin adlandırılması qaydaları Mavi kitab (Blue book) və Qırmızı kitab (Red Book) kimi tanınan iki nəşrdə saxlanılır. Yaşıl kitab (Green Book) kimi tanınan üçüncü nəşrdə (IUPAP ilə əməkdaşlıq edilərək bu kitab hazırlanmışdır) fiziki kəmiyyətlər üçün istifadə ediləcək simvollar təsvir edilmişdir. Qızıl kitab (İngiliscə: Gold Book) adlı dördüncü bir kitabda isə kimyada istifadə olunan bir çox texniki terminlərin tərifləri və mahiyyəti qeyd edilmişdir. Bunlara oxşar olan xülasələr biokimya (IUBMB ilə əməkdaşlıq çərçivəsində yazılmışdır), analitik kimya və makromolekulyar kimya üçün də hazırlanmışdır. Xüsusi hallar üçün bu kitablar vaxtaşırı Pure and Applied Chemistry elmi jurnalında dərc edilmiş daha qısa tövsiyələrlə tamamlanır.

kim sözünün leksik mənası və izahı

  • 1 əvəz. 1. Cümlədə sual mənasında işlənib, insan adlarını və insan təsəvvürü verən varlıqların adlarını əvəz edir; hansı adam. Kim gəlib? O sözü kim dedi? Bu gün kim növbə çəkəcək? – Uşaq mənimdir, baba, dəxli nədir sizlərə? Kim sizi qəyyum edib hökm edəsiz bizlərə? M.Ə.Sabir. 2. İki və daha artıq cümləni qarşılaşdırdıqda bölgü bildirmək üçün işlədilir. Kim ölə, kim qala. (Ata. sözü). [Zinyət xanım:] Nə bilmək olar kim öləcək, kim qalacaq. N.Vəzirov. Görüşən, ayrılan kim, vidalaşan kim. Mir Cəlal. 3. İnkarlıq bildirən fellərlə işlənib, “heç kəs” sözünü əvəz edir. Kim duymamış ilıq səhərlərin dadını? R.Rza. 4. “Hər kəs” sözünü əvəz edir. Kim baxarsa kəc bir gün belə; Şərəfsiz olacaq ömrünün sonu. M.Rahim. Xıdırlı kəndində bir qayda var. Gecə əvvəlcə kimin qapısını döysən, gərək orada gecələyəsən. S.Rəhman. 5. “Adam”, “tanış”, “qohum”, “dost” mənalarında işlənib, inkar feli cümlələrdə təsdiq, təsdiq feli cümlələrdə inkar məzmunu yaradır. Burada sənin kimin var? Onun kimi yoxdur? – Yazıq bir qızam, kimim vardır? M.S.Ordubadi. 6. Cümlədə müəyyən şəxslər haqqında eyham və işarə məzmunu ifadə edir (əsasən cəmdə işlədilir). [“Molla Nəsrəddin”] erməni-müsəlman qırğınının kimlər tərəfindən və nə üçün yaradıldığını ifşa etməkdə böyük rol oynamışdır. M.İbrahimov. 7. Kimlərdənsən, kimlərdəndir və s. şəklində – “hansı nəsildənsən” (“nəsildəndir”), “qohumların (qohumları) kimdir” və s. mənalarında sual məqamında işlədilir. Ay bala, kimlərdənsən? Qız kimlərdəndir? ◊ Heç kim – heç kəs, heç kimsə. Küçələrdə heç kim gözə dəymirdi. M.Hüseyn. Hər kim – hər kəs. Hər kim bu kəndə təzə gəlmiş olsaydı, iki məhəllənin bir-birindən seçilmədiyini görərdi. N.Nərimanov. Kim bilsin (bilə, bilir) – “heç kəs” mənasında ara söz kimi işlədilir. [Məmməd:] Arvad, ölüm ki var yuxu kimi bir şeydir, kim bilir, bəlkə bu gün, sabah düşüb öldüm. “Aşıq Qərib”. [Nökər] ancaq təşəxxüs üçün, kim bilsin, hansı yaranalın köhnə paltarını geyinibdir. S.Qənizadə. Kim bilir, bəlkə də Mahru onu gözəl və yaraşıqlı bir gənc olduğu üçün sevirdi. M.S.Ordubadi. Kim ki – o şəxs ki, o adam ki. Kim ki insanı sevər aşiqihürriyyət olur; Bəli, hürriyyət olan yerdə də insanlıq olur. M.Ə.Sabir. Kim ki zəhmət çəkmədən, havayı yeyib, onun-bunun əməyilə dolanır, nəinki öz xalqının, öz vətəninin qanını soran bir tüfeylidir, həm də bütün bəşəriyyətə zərər vurur. M.İbrahimov. Kim kimədir! – hərc-mərclikdir, qarışıqlıqdır, dolaşıqlıqdır, özbaşınalıqdır. [Atasının dostu:] Bəlkə bir növlə dükanımızı əldə saxlayaq. Kim kimədir? Qantəmir.

    Azərbaycan dilinin izahlı lüğəti / kim
  • 2 klas. Bax ki. Xoş ol kəsə kim; Vel dolanıb, dağda çobandır; Asudə hamandır. M.Ə.Sabir.

    Azərbaycan dilinin izahlı lüğəti / kim

kim sözünün rus dilinə tərcüməsi

  • 2 мест. кто: 1. обозначает вопрос, относящийся к человеку. Bu kimdir? Кто это? Burada kim var? Кто здесь есть? Kim sizə ixtiyar verib? Кто вам дал право? Kim üçün? Для кого? Sizə kim lazımdır? Вам кого? Кто вам нужен? Sən kimsən? Кто ты такой? Məktub kimə yazılıb? Кому написано письмо? Məktub kimdəndir? От кого письмо? Orada kimi gördün? Кого ты там видел? Kimin yanında? У кого, при ком? Kimdən ötrü? Для кого? Kimin haqqında? О ком? 2. в риторических вопросах и восклицаниях (предполагающих отрицательный ответ: никто, никого, никому и т.п.). Kim bunu bilmir? Кто этого не знает? Kim özünə pis deyər? Кто о себе скажет плохо? 3. употр. в знач. человек (знакомый, близкий). Kimin var? Кто есть у тебя? Heç kimim yoxdur никого у меня нет 4. в сочет. с “isə” обозначает неопределенность: səni kim isə (kimsə) soruşurdu кто-то спрашивал тебя 5. в форме мн. ч. указывает на происхождение, социальную принадлежность. Sən kimlərdənsən? Чей ты родом? 6. kim-kim собир. кто с кем, кто и кто. İşə kim-kim gedirsiniz? Кто с кем идет на работу? Кто (предполагает перечисление). Toya kim-kim gedir? – Əli, Vəli, Həsən … Кто идет на свадьбу? – Али, Вели, Гасан … ◊ kim bilsin (bilər, bilir) кто знает, кто его знает; kim kimədir никому ни до кого нет дела; kim ki … тот, кто …; kimə nə dəxli var никого это не касается; heç kimə dəxli yoxdur никого не касается; kimin nə işinə qalıb кому какое дело; kimin iti tutub kimi какая муха укусила кого; kimə işarə edirsiniz? на кого намекаете? kimlə oturub durursan с кем водишься; kimin hesabına за чей счет; kimdən ötrü ради кого, из-за кого; kim olursa olsun кто бы то ни был; heç kim никто; hər kim каждый (кто), любой (кто)

    Azərbaycanca-rusca lüğət / kim

kim sözünün inglis dilinə tərcüməsi

kim sözünün fransız dilinə tərcüməsi

kim sözünün ləzgi dilinə tərcüməsi

  • 1 тӀв.-эв. 1. вуж (ни, низ); гьи кас, гьим (гьида, гьидаз); o kim idi? ам вуж тир?; kim aldı? ни къачуна?; kim gördü? низ акуна?; sabaha kim ölə, kim qala. Ata. sözü пакамалди вуж рекьин, вуж амукьин; 2. «дуст, чирхчир, таниш, мукьвад» манада; orada sənin kimin var? ана вахъ гьим ава?; 3. kimlərdənsən? kimlərdəndir? (вун, ам) гьибурукай я? (нинбурукай я? гьи сихилдикай я?), (ви, адан) мукьвабур гьибур я? ва мс.; ** heç kim гьич садни, са касни, садни, гьич са касдини; hər kim гьар сад, гьар са кас; kim bilsin (bilə, bilir) низ чида, ничида, нивай лугьуз жеда, “гьич садавайни” манада; kim olsa вуж хьайитӀани, гьим хьайитӀани, гьар са кас, вири; alçaq eşşəyə kim olsa minər. Ata. sözü аскlан ламрал вири акьахда.

    Azərbaycanca-ləzgicə lüğəti / kim
  • 2 клас. кил. ki.

    Azərbaycanca-ləzgicə lüğəti / kim

kim sözünün türk dilinə tərcüməsi

kim sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Salyan) kif, rütubət. – Öə girəndə kim iyi adamı vırır

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kim nədir? #kim sözünün mənası #kim nə deməkdir? #kim sözünün izahı #kim sözünün yazılışı #kim necə yazılır? #kim sözünün düzgün yazılışı #kim leksik mənası #kim sözünün sinonimi #kim sözünün yaxın mənalı sözlər #kim sözünün əks mənası #kim sözünün etimologiyası #kim sözünün orfoqrafiyası #kim rusca #kim inglisça #kim fransızca #kim sözünün istifadəsi #sözlük