Kem sözü azərbaycan dilində

Kem

Yazılış

  • Kem • 85.4545%
  • kem • 7.2727%
  • keM • 3.6364%
  • KEM • 3.6364%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kem-ur
Atribis (q.yun. Ἀθριβίτης νομός), Kem-ur(q.misir 𓈪) və ya Ka-kem (q.misir ; "qara öküz") — Qədim Misirdə inzibati rayon (nom). Atribis Aşağı Misirdə yerləşirdi və regionda sayca onuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Kem-ur", "Ka-xem", "Ka-kam" və "Ka-kem" daxildir. Tədqiqatda bu nom adətən "L10" adlandırılır.
Kem Eyveri
Kameron Eyveri (ing. Cameron Avery, 23 aprel 1988, Frimantl[d], Qərbi Avstraliya) — avstraliyalı musiqiçi, müğənni və bəstəkar. Pond qrupunun üzvü və Tame Impala ilə əməkdaşlığı ilə tanınır. Həmçinin o, The Growl qrupunun solistidir. == Həyatı == Şərqi Frimantlda anadan olan Eyveri, bir neçə illik Pertin şimalına köçdü; valideynləri ayrılana qədər 6 yaşına kimi Brum şəhərində yaşadı. 7 yaşında müvəqqəti olaraq Komoda məskunlaşdı və Collier İbtidai Məktəbində oxudu. O, heç vaxt məktəbə uyğun gəlmədiyini və "xordan başqa heç bir şeydə yaxşı olmadığını" dedi. Eyveri daha sonra anası və qardaşı Eliott ilə birlikdə Liminqdəki nənəsinin evində yaşamağa davam etdi. Erkən yaşlarından Avstraliyanın peşəkar futbolçusu olmağa və AFL-də West Coast Eagles komandasında oynamağa can atırdı. Eyveri on altı yaşında gitara çalmağa, on yeddi yaşında isə mahnı yazmağa başladı; uşaq ikən arabir piano çalırdı.
Kem çayı
Kem çayı — Yenisey çayının sol qolu. == Əsas göstəricilər == Bu çay Rusiya Federasiyasının Krasnoyarsk əyalətindən axır. Çayın uzunluğu-356 km, hövzəsinin sahəsi isə 8940 кm²-dir.Qidalanmasında qarışıq mənbələrdəndir. Ancaq qar suları daha üstünlük təşkil edir. 1960-1993-cü illərin məlumatlarına əsasən Mixayilovka kəndində suyun sərfi 12,86 m³/san olmuşdur.
Ella Orr Kempell
Ella Orr Kempell (ing. Ella Orr Campbell; 28 oktyabr 1910, Danidin – 24 iyul 2003) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Ella Orr Kempell yosunlar və mamırlar üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1936 — The embryo and stelar development of Histiopteris incisa (первая опубликованная работа Кэмпбелл) 1954 — Agricultural Botany (в соавторстве с Дж. С. Йейтсом; книга переиздавалась в 1960, 1968 и 1997 годах) Mycorrhizal associations of New Zealand's achlorophyllous mycotrophic terrestrial orchids, Gastrodia cunninghamii, G. aff. sesamoides, G. minor, Molloybas cryptanthus and Danhatchia australis (работа получила широкое международное признание) == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Xarici keçidlər == Элла Орр Кэмпбелл (ing.) plants.jstor.org syatında.
Erik Kempbell
Erik Kempbell (ing. Eric Campbell, 26 aprel 1880 – 20 dekabr 1917, Los-Anceles, Kaliforniya) – britaniyalı komik-aktyor, Çarli Çaplin lə qısametrajlı filmlərdə birgə iştirakı sayəsində məşhur olmuşdur. == Həyatı == Alfred Erik Kempbell 1879-cu il 26 aprel tarixində (digər mənbələrə görə — 1878 və yaxud 1880) Şotlandiyanın Stratklayd qraflığının Danun şəhərciyində anadan olmuşdur. Uşaq yaşlarından səhnədə çıxış etməyə başlamışdır. 1901-ci ildə müzik-holl akrtisası Fanni Robotemlə evlənir. Bir müddət sonra isə Fred Karno nun məşhur teatr antreprizinə işə qəbul olur. Həmin dövrdə burada Çarli Çaplin və Albert Ostin də işləyirdi. 1914-cü ildə Kempbell Karno truppasının qastrolları sayəsində ABŞ-yə gəlir. Nyu York da olan çıxışlar zamanı Kempbelli brodvey prodüseri olan Çarlz Froman görür. O, Kempbellə müqavilə təklif edir və aktyor iki ildən çox teatr tamaşalarında çıxış edir.
Kemahın mühasirəsi
Kəmaxın mühasirəsi — Osmanlı ordusunun Səfəvi dövlətinin əlində olan Kəmax qalasını mühasirəyə alması nəzərdə tutulur. == Arxa plan == Çox önəmli bir mövqeyi olan Kəmax qalası Anadolunun şimal qoluna nəzərat etmək üçün önəmli istehkam idi. Buna görə də, İldırım Bəyazid zamanında bu qala Osmanlı ordusu tərəfindən ələ keçirilmişdi. Teymurun Anadolunu fəth etməsindən sonra isə, bəzi türk bəylikləri bu qalaya hakim olmuşdur. XVI əsrin əvvəlində isə sürətlə böyüyən Səfəvi dövlətinin himayəsinə girən qala Osmanlının Səfəvilər üzərinə etdikləri səfərlərində əsas hədəflərdən biri halına gəldi. Bir çox hücum edilsə də, qalanın ələ keçirilməsi mümkün olmadı. Əksinə, buradan hərəkət edən Səfəvi ordusu davamlı olaraq yaxınlıqdakı Osmanlı mülklərinə yağma yürüşləri təşkil edirdilər. Bu yağma yürüşləri qalanın ələ keçirilməsini Osmanlı üçün daha da vacib hala gətirmişdi. Çaldıran döyüşündən sonra qışlamaq üçün Amasyaya gələn Osmanlı sultanı bu işi yaza qədər ertələmək qərarına gəldi. Yürüşə komandan kimi isə sevimlisi olan Bıyıklı Mehmed Paşanı təyin etdi.
Kemal Alispahiç
Kemal Alispahiç — Bosniya və Herseqovina futbol mütəxəssisi == Həyatı == 13 mart 1966-cı il təvəllüdlü bu mütəxəssis vətənində - Bosniya və Herseqovinada Jelezniçar və Sarayevo kimi klublarda çalışıb. 2009-cu ilin iyun ayında Muğan Salyan klubunun baş məşqçisi təyin olunub. Milliyətcə türk olan mütəxəssis həm türk, həm də rus dilində danışa bilir. Muğan Salyan klubunun tarixinə ilk əcnəbi mütəxəssis kimi düşən Alispahiç Azərbaycanda çalışan ilk bosniyalı məşqçidir. Kemal Alispahiç ardıcıl uğursuz nəticələrdən sonra tutduğu vəzifədən kənarlaşdırılıb.
Kemal Monteno
Kemal Monteno (17 sentyabr 1948 — 21 yanvar 2015) — karyerasını 1960-2010-cu illərdə davam etdirmiş, italyan əsilli bosniyalı müğənni. == Karyerası == O, 1967-ci ildə "Lidiya" adlı ilk mahnısını oxudu və keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasında uğurlu karyeraya ilk addımını atdı. Onun bir çox mahnıları digər müğənnilər tərəfindən də oxunub. Məsələn, "Bacila je sve niz rijeku" təkcə onun hit mahnısı deyildi, bu mahnı həm də Toşe Proeski tərəfindən də oxunub. Eynilə "Nekakos proljeca" və "Nije htjela" mahnıları da başqa ifaçılar tərəfindən sevilib və oxunub. İllər ərzində, oxuduğu mahnılara görə o, "Bosniyanın Roy Orbisonu" və "Nil Daymondu" kimi tanınmağa başlamışdı. == Şəxsi həyatı == Monteno öz gələcək həyat yoldaşı Branka ilə ilk dəfə 1967-ci ildə Sarayevoda görüşmüşdü. Monteno Yuqoslaviyadakı vətəndaş müharibəsindən qayıtdıqdan sonra, onlar 1971-ci ilin 26 iyununda ailə qururlar. Onların Adriana adlı bir qızları və Dani adlı bir oğulları olur. O, 1990-cı illərdə baş vermiş Bosniya və Hersoqovina müharibəsində ölkədən çıxmamış, blokadaya alınmış Sarayevoda qalmışdır.
Kemal Tepret
Kemali Bülbül
Kemali Bülbül (d. 1928 – ö. 23 sentyabr 2012) — Müasir türk aşıq şeirinin təmsilçilərindən biri. == Həyatı == Əsl adı Kemal Bülbül olan Kemali Bülbül 1928-ci ildə Samsun ilinin Kavak ilçəsin Kozansıkı məhəlləsində anadan olmuşdur. İbtidai təhsilini doğma kəndində almışdır. "Konya Aşıqlar Günü" və Türkiyənin müxtəlif bölgələrində təşkil edilən şənliklərə qatılmış və birincilik də daxil olmaqla müxtəlif mükafatlar almışdır. Samsunda bir müddət "Torun" və "Vicdan səsi" qəzetlərinin naşiri olmuşdur. Bir çox radio və televiziya proqramında iştirak etmişdir. Onun şeirləri müxtəlif jurnallarda və qəzetlərdə dərc olunmuşdur. 1975-ci ildə, Xalq Ozanlarını Tanıtma və Əsərlərini Yaşatma Dərnəyinin təsisçilərindən biri olmuş və həmin dərnəyin ilk rəhbəri seçilmişdir.
Kemalpaşa (İzmir)
Kamalpaşa (türk. Kemalpaşa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində Bornova və Buca, cənubunda Torbalı və Bayındır ilçələri, şimalında və şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 681 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 107,556 nəfərdir.
Kemax
Kemax - Dağıstan Respublikasının Dərbənd rayonunda ərazisində mövcud olmuş kənd. == Coğrafiya == Kənd 354 m hündürlüyə malik dağın ətəyində, Dərbənd şəhərindən 12 km qərbdə yerləşir. == Əhali == 1895-ci il məlumatına görə 63 ev mövcud olmuşdur. Burada 383 nəfər yaşayırdı (yahudilər — 123 nəfər). Sovet rəsmi statistikasında kənd əhalisi azərbaycanlılardan ibarət olmuşdur. Digər mənbələrdə isə onların tat olması qeyd olunur. Belə ki, onlar öz aralarında Azərbaycan dilindən istifadə etmişlər. Ancaq rəsmi mənbələr onların azərbaycanlı olmasını təstiqləyir. Onlar digər ətraf azərbaycanlı kəndlərindən fərqli olaraq islam dininin sünni məzhəbində etiqad edirdilər,. Kəndi deyilənə görə Dərbənd ətrafına açılan gözəl mənzərə ilə əlaqədar düşərgə qurduqları türklər salmışlar.
Kembri dağları
Kembri dağları (ing. Cambrian Mountains, vall. Mynyddoedd Cambria) - Böyük Britaniyanın alçaq dağlarını əhatə edir. Uelslə İngiltərəni bir-birindən ayırır. Ən yüksək nöqtəsi Plinlimon-Vaurdur. == Coğrafiyası == Kembri dağlarının uzunluğu 60 km-dir. Dağ cənub hissədə Uels və Mayaki Brekona, şimal hissədə isə Karmartenşira və Kerediqiona və Snoudoniyu və Şimali Uels daxildir. İlk növbədə Kembri dağları termini Uels alçaq dağları ilə bağlıdır. == Xarici keçid == Сайт Общества Кембрийских гор (Cambrian Mountains Society). (англ.) Сайт проекта «Инициатива Кембрийских гор» (Cambrian Mountains Initiative) Arxivləşdirilib 2014-12-18 at the Wayback Machine (англ.) Туристическая информация о Кембрийских горах на сайте iKnow Wales.
Kembri dövrü
Kembri dövrü — davamiyyəti 85 mln. ilə yaxındır. Bu dövrdə karbonat, silisium, fosfat mineral sekresiyalı skeletli heyvanların kütləvi şəkildə meydana gəlməsi müşahidə edilir ki, bu da kembri biotunu vend biotundan kəskin fərqləndirir. Kembridən başlayaraq foraminiferlərin aqqlütiniv skeletləri rast gəlinir. Kembri dövrü ərzində demək olar ki, hazırda mövcud olan heyvanların bütün tipləri, o cümlədən xordalılar meydana gəlmiş, arxeosiatlar isə yalnız bu dövrdə yaşamışdır. Onlarla bir yerdə hidrokonozoa, trilobitlər, xırda qastropodalar, hiolitlər, qıfılsız braxiopodalar, dərisitikanlılar, sianobiontlar və bəzi yosunlar, həmçinin sistematik vəziyyəti aydın olmayan qruplar, xüsusən akritarxilər geniş yayılmışdır. Orta kembridə ilk qraptolitlər (stereostolonatlar) və konodontlar meydana gəlmişdir. Arxiosiatlar kembriyəqədərki rifquran sianobiontları (stromatolitlər) əvəz etmiş ilk rifquran heyvanlar olmuşdur. Kembri biotunun əksəriyyəti dəniz və sahil-dəniz hövzələrində məskunlaşmışdır. Bu zaman ilk yerüstü onurğasız heyvanlar (qurdlar və çoxayaqlılar) meydana gəlmiş, onlarla birlikdə yerüstü süxur qatlarında bakteriyalar və göbələklər yaşamaqda davam etmişdir.
Kembri partlayışı
Kembri partlayışı — Kembri dövrünün başlanğıcında (təxminən 542 milyon il əvvəl) Dünyadakı canlı müxtəlifliyində yaşanan ani artımdır. Kembri dövründən əvvəlki dövr Yer tarixinin ən uzun dövrüdür və Yer kürəsinin ilk meydana gəldiyi zaman olan 4.6 milyard il əvvəlindən, 542 milyon il əvvəlinə qədər davam etmişdir. Bu, dünyanın dövrümüzə qədərki bütün ömrünün 88%-ə bərabərdir. Canlılıq (ilk konservatlar), Yer kürəsinin meydana gəlməsindən təxminən 600–800 milyon il sonra, 3.8–4 milyard il əvvəl ortaya çıxmışdır. Çox uzun illər (Kembri dövrünə qədər) dünyaya yalnız tək hüceyrəli bakteriyalar hökm etmişdir. Ən qədim bakteriyalar 3.8–3.46 milyard il əvvəlinə aiddir. İlk çox hüceyrəli canlılara isə ilk dəfə təxminən 700–900 milyon il əvvəl rast gəlirik. Təxminən 160–360 milyon il ərzində, ilk çox hüceyrəli canlılar yumşaq bədən formalarıyla təkamülləşmişdir. Bundan 542 milyon il əvvəl isə ilk dəfə sərt qabıqlı canlılar təkamülləşməyə başlamışdır. Kompleks quruluşlu və çox hüceyrəli ən qədim fosil 600–580 milyon il əvvəlinə aiddir.
Kembric
Kembric (ing. Cambridge) — İngiltərədə yerləşən şəhər. Kembric şəhəri Londondan 80 km şimalda yerləşir. Kembric bütün dünyada öz universitet və kollecləri ilə, eləcə də, bənzərsiz memarlığına görə məşhurdur. Şəhərdə tarixi özündə əks etdirən abidələr vardır. Ən böyük və məşhur universiteti isə Kembric Universitetidir. Buraya bir çox ölkələrdən tələbələr gəlir. Bu baxımdan şəhər İngilis dili öyrənmək üçün ideal bir yerdir. Kembrici əhatə edən yaşıllıqlar, bağlar, çaylar, körpülər bura gələnləri heyran edir.
Kembric (Massaçusets)
Kembric (ing. Cambridge) — Massaçusets ştatının Midlseks qraflığında şəhər və Bostonun əsas şəhərətrafı ərazisi kimi Boston metropoliteninin bir hissəsi. 2020-ci ilin Amerika Birləşmiş Ştatlar Siyahıyaalmasına görə, şəhərin əhalisi 118403 nəfərdir və bu, onun Boston, Vuster və Sprinqfilddən sonra ştatın dördüncü ən sıx şəhəri olması deməkdir. Bu, Midlseks qraflığının iki de-yure qraflığından biridir, baxmayaraq ki, mahalın hökuməti 1997-ci ildə ləğv edilib. Bostonun birbaşa şimalında, Çarlz çayının o tayında yerləşir. Şəhər onun qurucuları tərəfindən puritan teologiyasının mərkəzi qəbul edilən İngiltərədəki Kembric Universitetinin şərəfinə adlandırılmışdır. Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu (MIT), Lesli Universiteti və Hult Beynəlxalq Biznes Məktəbi, Harvard ilə birləşmədən əvvəl Redklif kolleci kimi Kembricdə yerləşir. Kembricdəki Kendall Meydanı 2010-cu ildən bəri meydanın yaxınlığında meydana çıxan uğurlu startapların yüksək konsentrasiyası sayəsində "planetin ən innovativ kvadrat mili" adlandırılıb. == Tarixi == Yerli amerikalılar Amerika qitəsinin Avropa tərəfindən kolonizasiyasından minlərlə illər əvvəl, Kembric olacaq ərazidə məskunlaşmışdılar. Avropa ilə əlaqə və kəşflər zamanı bu ərazi şimalda Naumkeaq və ya Pawtucket, cənubda Massaçusetdə məskunlaşmışdı və ola bilər ki, sonrakı Avropa hekayələrində yaxşı təsvir olunmayan Totant kimi digər qruplar da yaşayırdı.
Kembric Universiteti
Kembric Universiteti (ing. University of Cambridge, lat. Universitas Cantabrigiensis) — Böyük Britaniyanın yaranma tarixinə görə Oksford Universitetindən sonra ikinci və dünyada dördüncü universiteti, Rassell qrupunun üzvü. == Tarixi == Universitet 1209-cu ildə bir Oksford tələbəsinin qadını öldürməsindən sonra bir qrup alim şəhəri tərk etmiş və Kembricdə universitet təsis etmişdir. 1214-cü ildə universitet qaydaları tərtiv edilmişdir. Bu qaydalarda rektorun təyini və imtahanların verilmə qaydaları müəyyən edilmişdi. Orta əsrlərdə ətraf mühit haqqında biliklər monastrlarda tədris edilirdi. monastrlardan fərqli olaraq universitetdə elm, fəlsəfə, məntiq və riyaziyyat öyrədilirdi. Oksford və Kembric universitetlərinin ümumi tarixi var və onlar daima rəqabətdədir. Onları birlikdə "Oksbric" adlandırırlar.
Kembric Universiteti Nəşriyyatı
"Cambridge University Press" (abbr. CUP, azərb. Kembric Universiteti Nəşriyyatı‎) — ən qədim və "Oxford University Press"dən sonra ikinci ən böyük universitet nəşriyyatı.
Kembridən əvvəl
Kembridən əvvəl və ya Prekembri (ing. Precambrian) — Yer tarixinin hal-hazırda dəvam edən Fanerozoy eonundan əvvəlki, erkən dövrünü əhatə edən zaman dilimi üçün istifadə edilən terimdir. Bu dövr Fanerozoy eonunun ilk dövrü olan Kembridən əvvəl gəldiyi üçün belə adlandırılmışdır. Prekembri çağı Yer kürəsinin geoloji tarixinin 88%-ni təşkil edir. Prekembri geoloji zamanın qeyri-rəsmi bir vahididir və 3 eonun: Katarxey, Arxey və Proterozoyun ümumiləşdirilmiş adıdır. Dövr 4.6 milyard il əvvəl Yerin yaranmasından, 541 milyon il əvvəl Kembrinin başlanmasına qədər olan zaman dilimini əhatə edir. == Xüsusiyyətləri == Yer tarixinin təxminən səkkizdə yeddisini təşkil etməsinə baxmayaraq, Prekembri haqqında nisbətən az şey məlumdur və məlum olanlar əsasən 1960-cı illərdən bəri aşkar edilmişdir. Prekembriyə aid fosil tapıntıları sonrakı Fanerozoy erası ilə müqayisədə daha kasıbdır və bu qalıqlar məhdud biostratiqrafik istifadəyə malikdir. Bunun səbəbi, bir çox Prekembri süxurları ağır metamorfozlaşmış, mənşələrini gizlətmiş, digər qismi eroziya nəticəsində məhv olmuş və ya Fanerozoy təbəqələrinin altında dərin basdırılmışdır. Yerin 4,543 milyon il əvvəl Günəş orbitindəki materialllardan yarandığı və yaranmasından qısa müddət sonra çox böyük (Mars ölçülü) bir planet tərəfindən vurularaq Ayı meydana gətirən materiallara parçalandığı düşünülür (bax:Böyük toqquşma fərziyyəsi).
Kemendollar
Kemendollar (mac. Kemendollár) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Kemer
Kəmər — Türkiyə Respublikası Antalya əyalətində rayon. Aralıq dənizi sahilində, Antalya əyalət mərkəzindən 40 km uzaqlıqda yerləşir. 1980-cı ildən etibarən sürətlə inkişaf edən Kəmər bölgəsi 1991-ci ildə rayon adı aldı və ölkə turizminin mühüm mərkəzlərindən birinə çevrildi. Rayonun şimalında Konyaaltı rayonu, qərbində və cənub-qərbində Kumluca rayonu, cənubunda, cənub-şərqində və şərqində isə Aralıq dənizi yerləşir == Adlandırılması == XX əsrin 10-cu illərində Köhnə kənd (Eski köy) xalqı, kəndi sellərdən qorumaq məqsədi ilə dağın ətəklərində 23 km uzunluğunda bənd hörmüşlər. Sonralar bu divara görə kəndi Kəmər adlandırmışlar == Tarixi == Kəmər rayonunun tarixi E.ə. 690-cı ilə dayanır. Tarixi Likiya şəhərləri olan Faselis, Olimpos, İdyros Kəmər rayonu ərazisində yerləşir. E.ə. 690-cı ildə Rodos kralı I Oleios tərəfindən Faselis şəhərinin əsası qoyuldu. Şəhərin qalıqları bu gündə qalmaqdadır.
Kemeraltı
Kemeraltı və ya Kemeraltı Çarşısı — Türkiyənin İzmir şəhərindəki tarixi bir bazar (çarşı) bölgəsi. İzmirin ən canlı hissələrindən biri olaraq qalır. Ərazi Smirna Aqorası səviyyəsindən Konak meydanı boyunca dəniz sahilinə qədər geniş bir ərazini əhatə edir. Şimal-şərqdəki Fevzipaşa Bulvarı, cənub-qərbdəki Eşrefpaşa küçəsi və Kadifekale silsilələri ilə əhatə olunan cənub-şərqdəki Xəlil Rıfat Bəşav küçələri ilə məhdudlaşır. == Tarixi == Çarşı əvvəlcə uzun bir küçə ətrafında meydana gəldi. Orta əsrlərdə bu ərazi, buradakı dərgahın (sufi qardaşlığının yığıncaqları üçün tikilmiş bina) varlığı səbəbilə "Mövləvilər küçəsi" adlandırılırdı.17-ci əsrdə bazarın olduqca genişləndirlir. Bu gün, indi Anafartalar Caddesi ("Anafartalar Prospekti") adlanan küçə, dayaz daxili buxtanın dairəsini geniş bir əyri ilə tamamlamaq üçün dolanır. === 16-cı əsr === Çarşısın inkişafında əsas mərhələ Hisar məscidinin ("Qala məscidi") 1592-ci ildə inşası ilə oldu. Bu, İzmirdəki ən qədim, ən əhəmiyyətli Osmanlı məkanıdır (Məscidin Aydınoğulular nəslindən olan Aydınoğlu Yaqub bəy tərəfindən qurulmasına baxmayaraq, bu sülalə Osmanlı fəthindən əvvəl İzmirə nəzarət etmişdilər). "Qala" məscidinin adı bu məsciddən əvvəl həmin ərazidə var olan, Genuya dövrünə aid "San Pietro" qalası ilə bağlıdır.
Kemeri Milli Parkı
Kemeri Milli Parkı (latış. Ķemeru nacionālais parks‎) — Latviyanın Yurmala şəhərinin qərbində, Riqadan 50 km uzaqlıqda yerləşən milli park. Kemeri Milli Parkı sahəsində görə Latviyanın ən böyük üçüncü milli parkıdır (381,65 km2). Milli park ərazisinin böyük hissəsi meşələrdən və bataqlıqlardan ibarətdir. Milli parkda Böyük Kemeri bataqlığı (latış. Lielais Ķemeru tīrelis‎) yerləşir. Ərazidə Litorina dənizinin qalıqları olan laqun mənşəli bir neçə göl var. Kanieris gölü Ramsar yeri elan olunmuşdur. Milli parkda əsrlərlə müalicəvi məqsədlərlər istifadə olunmuş təbii bulaqlar və bataqlıqlar mühafizə olunur. Bulaqlar XIX əsrdə burada bir çox kurortların, spaların və sanitariumların tikilməsinə səbəb olmuşdur.
Kemerovo
Kemerovo (rus. Кемерово) — Rusiya Federasiyasının Kemerovo vilayətində şəhər.

"kem" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kem nədir? #kem sözünün mənası #kem nə deməkdir? #kem sözünün izahı #kem sözünün yazılışı #kem necə yazılır? #kem sözünün düzgün yazılışı #kem leksik mənası #kem sözünün sinonimi #kem sözünün yaxın mənalı sözlər #kem sözünün əks mənası #kem sözünün etimologiyası #kem sözünün orfoqrafiyası #kem rusca #kem inglisça #kem fransızca #kem sözünün istifadəsi #sözlük