Hem sözü azərbaycan dilində

Hem

Yazılış

  • Hem • 93.4211%
  • hem • 4.2763%
  • HEM • 0.9868%
  • hEM • 0.6579%
  • heM • 0.6579%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hema Malini
Hema Malini (ing. Hema Malini, tam. ஹேமமாலினி, hind. हेमा मालिनी; 16 oktyabr 1948) — Hind aktrisası, rejissor və prodüseri. == Həyatı == Hema Malini 16 oktyabr 1948-ci ildə Mədrəsdə doğulub. Öyrədilmiş Bharat Natyam rəqqası, 1968-ci ildə Rac Kapurun "Sapnon Ka Saudagarı" ilə film ilə debüt edib. Aktrisa Zita və Gita filmində əkiz bacıları oynadığına görə "Ən yaxşı aktrisa mükafatını" aldı. Hema Malini Hindistan kinosuna töhfəsinə görə 1999-cu ildə Padma Bhushan Mükafatı ilə təltif edildi. Hal-hazırda isə Dharmendra ilə evlidir və iki qızı var.
Heman Hess
Herman İvanoviç Hess (26 iyul (7 avqust) 1802, Cenevrə, Cenevrə kantonu – 30 noyabr (12 dekabr) 1850, Sankt-Peterburq) — Rusiyalı kimyagər. == Tərcümeyi hal == Heman Hess 1802-ci ildə Cenevrə şəhərində rəssam ailəsində anadan olmuşdur. Herman 15 yaşında Derpt şəhərinə köçür, harada ki ilk öncə özəl məktəbdə təhsil alır, daha sonra ise yerli gimnaziyada tehsil alir, hansını ki 1822-ci ildə mükəmməl şəkildə başa vurur. Gimnaziyanı bitirdikdən sonra isə, o yerli Derpt universitetində tibb fakültəsinə daxil olur, harada ki, kimya elminə qeyri-üzvi və analitik kimya üzrə mütəxəssiz olan Hodfird Ozanna'dan yiyələnir.1825-ci ildə Gess tibb elmlər doktoru dərəcəsinə çatmaq üçün nəzərdə tutulan məqaləni mudafiə edir. Universiteti bitirdikdən sonra Ozanna ilə, tərəf müqavili olaraq, o Ozanna tərəfindən yarımillik təyinat verilir və o Stokholma, Yens Berselius labaratoriyasına yola düşür. Orada Gess bəzi mineralların, analizi ilə məşğul olur. Dahi kimyaçı isə onun haqqında belə demişdir:"bu oğlanın çox gözəl əqli var, onun gələcəyi parlaq görünür. Onun bilikləri əla sistemləşmiş formadadır." Derpt şəhərinə qayıdar-qayıtmaz Irkutskda vəzifə alır. Onun vəzifəsi isə, tibbi praktika ilə, məşğul olmaq idi. İrkutsda belə o, mineral suların müalicəvi təsiri və kimyəvi analizi ilə məşğul idi.
Hemizonia filipes
Holozonia (lat. Holozonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Holozonia filipes (Hook. & Arn.) Greene 1882 Sinonim Hemizonia filipes Hook. & Arn. 1839 Lagophylla filipes (Hook.
Hemizonia tenella
Osmadenia (lat. Osmadenia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Osmadenia tenella Nutt. Sinonim Calycadenia tenella (Nutt.) Torr.
Hemminq kodu
Hemminq kodu – ötürülən verilənlərin ayrı-ayrı bitlərində xətaların aşkarlanması və düzəldilməsi üçün istifadə olunan kod. Hemminq kodu hər bir dörd verilən bitdən sonra üç nəzarət bitinin artırılmasını nəzərdə tutur. Hər bir nəzarət biti, dörd verilən bitindən üçünün müəyyən kombinasiyasına uyğun hesablanan kəmiyyətdir. Qəbuledici qurğu nəzarət bitlərinin qiymətlərini yenidən hesablamaqla qəbul etdiyi dörd verilən bitindən hər birinin düzgünlüyünü müəyyənləşdirə, bəzi hallarda isə yanlış bitləri düzəldə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Hemminq kodun hesablanması Hemminq kod nədir?
Hemodializ
Hemodializ — böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan artıq maddələrin, azot qalıqlarının və mayenin xaric edilməsi üsuludur. Bu üsul böyrəklərin xroniki xəstəliyi (funksiyaların davamlı, geridönməz və proqressivləşən pozulmaları) zamanı aparılır. Böyrəklərin xroniki xəstəlikləri irsi xəstəliklər, şəkərli diabet, hipertoniya, uroloji patologiyalar, maddələr mübadiləsinin pozulmaları və transplantantın uyğunsuzluğundan sonra baş verir.Hemodializ həftədə 3 dəfə dövri olaraq daim aparılır. Müalicə hər dəfə 3-4 saat davam etməklə, həftədə 12-15 saat aparılır. Hemodializ aparmaq üçün qan damarlarına sərbəst giriş təmin olunmalıdır. Bu məqsədlə kateterdən istifadə olunur.Hemodializ xəstələrinin əksəriyyəti müəyyən qaydalara əməl etməlidir: qida rasionunda kalium, fosfatlar, duzla zəngin qidalar məhdudlaşdırılmalıdır Pəhriz fərdi qaydada dietoloq tərəfindən tərtib edilməlidir Zülalın qəbul miqdarı xəstənin yaşam keyfiyyətini və əfvalını təmin etməlidir Gün ərzində qəbul edilən suyun miqdarı məhdudlaşdırılmalıdır (dializlərarası dövrdə ödemlər, arterial hipertenziya, təngnəfəslik, bəzən boğulma, narahatlıq və s.-nin baş verməməsi üçün) Dializlərarası dövrdə çəkiyə nəzarət edilməlidir (bədənin çəkisi ümumi çəkinin 2-3%-i qədər arta bilər) Hemodializ – xroniki böyrək xəstələr üçün müalicə deyil, yaşam üsuludur!
Hemofiliya
Hemofiliya – qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlik. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlarda öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Beyinə qan axması halı daha çox insanlarda rast gəlinir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaqlara (hemartroz) və əzələlərə (hematoma) tez-tez qan axması nəticəsində əlil halına düşürlər. Hemofiliya hemostazın plazma həlqəsinin pozulmasından irəli gələn hemorraqik diatezlərə (koaqulopatiya) aid edilir. Hemofiliya X xromosomunda bir genin dəyişilməsi nəticəsində yaranır. Xəstəliyin üç tipi fərqləndirilir (A, B, C). Adətən xəstəlikdən kişilər əziyyət çəkirlər, qadınlar isə hemofiliyanın daşıyıcısı kimi çıxış edirlər və xəstəliyə tutulsalar belə, çox yaşamırlar. Hemofiliya xəstəliyi ilə doğulan qız uşağı əksər hallarda ölü doğulur, yaşasa da bu sadəcə cinsi yetişkənlik dövrünə qədər mümkün olur.
Hemofiliya A
Hemofiliya A xəstəliyi VIII faktorun molekulyar anomaliyaları ilə və ya çatışmazlığı nəticəsində yaranan bir xəstəlikdir. Xəstəlik 30% spontan mutasiyalar, 70% isə X xromosomu ilə əlaqədar resessiv yolla nəsildən-nəslə keçməklə baş verir. Statistikaya əsasən, dünya əhalisinin hər bir milyonunun (1000000) 30–100 nəfərində aşkar olunur. Azərbaycanda Hemofiliya A xəstəliyinin rast gəlmə tezliyi 1:20000-ə bərabərdir.Qan laxtalanma sisteminin VIII faktoru və ya antihemofiliya faktoru, damarların endotel hüceyrələri və qaraciyər sinusitləri də daxil olmaqla müxtəlif toxumalarda sintez olunan polipeptiddir. Bu faktorun sintezinə X xromosomunda yerləşən X q 26 — q 28 geni tərəfindən nəzarət olunur. Hemofiliya A-nın geni 1984-cü ildə aşkarlanıb. Müəyyənləşdirilib ki, bu gen 25 intronlara bölünmüş 26 ekzondan ibarətdir.
Hemofiliya B
Hemofiliya B qan laxtalanma sisteminin IX faktorunun irsi çatışmazlığı nəticəsində inkişaf edir və Hemofiliya A-dan klinik baxımdan yüngül gedişinə görə fərqlənir. Xəstəlik həmçinin Kristmas xəstəliyi də adlanır. Xəstəlik X - xromosomu ilə ilişikli resessiv yolla nəsildən nəslə keçir. Hemofiliya B xəstəliyi zamanı IX faktora nəzarət edən genin mutasiyası və ya delesiyası baş verir ki, nəticədə qeyri funksional IX faktor molekulunun yaranması və ya bu faktorun sintez olunmasının dayanması baş verir. Xəstəlik ilk dəfə ətraflı olaraq R.Biggs tərəfindən 1952 cildə təsvir edilmiş və xəstəliyin aşkar olunduğu xəstənin soyadına uyğun olaraq Kristmas xəstəliyi adlandırılmışdır. Yeni antihemofil faktor Kristmas faktoru, sonralar isə beynəlxalq təsnifata uyğun olaraq IX faktor kimi işarə olunmuşdur. Hemofiliya B klinik baxımdan Hemofiliya A-ya bənzəsə də, burada qanaxmaların rastgəlmə tezliyi Hemofiliya A-dan 5 dəfə azdır.
Hemofliya
Hemofiliya – qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlik. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlarda öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Beyinə qan axması halı daha çox insanlarda rast gəlinir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaqlara (hemartroz) və əzələlərə (hematoma) tez-tez qan axması nəticəsində əlil halına düşürlər. Hemofiliya hemostazın plazma həlqəsinin pozulmasından irəli gələn hemorraqik diatezlərə (koaqulopatiya) aid edilir. Hemofiliya X xromosomunda bir genin dəyişilməsi nəticəsində yaranır. Xəstəliyin üç tipi fərqləndirilir (A, B, C). Adətən xəstəlikdən kişilər əziyyət çəkirlər, qadınlar isə hemofiliyanın daşıyıcısı kimi çıxış edirlər və xəstəliyə tutulsalar belə, çox yaşamırlar. Hemofiliya xəstəliyi ilə doğulan qız uşağı əksər hallarda ölü doğulur, yaşasa da bu sadəcə cinsi yetişkənlik dövrünə qədər mümkün olur.
Hemogen çöküntülər
Hemokinlər
Hemokinlər — sitokinlərin kiçik bir qrupu olub, əsasən monosit və makrofaqlar tərəfindən sintez olunurlar. Onlar həmçinin endotelial və fibrioblast hüceyrələri, neytrofillər və T — limfositləri, keratinositlər və trombositlər tərəfindən də sintez olunurlar. Hemokinlər amin turşusu ardıcıllıqlarındakı sistein qalıqlarının yerləşmə xüsusiyyətlərinə görə 4 qrupa ayrılırlar: İki sistein qalıqları ardıcıl yerləşən CC(β) — hemokinlər İki sistein qalığı bir amin turşusu ilə ayrılmış quruluşlu CXC(α) hemokinlər Bir sistein qalığına malik C(γ)- hemokinlər İki sistein qalığı üç amin turşusu ilə ayrılmış δ hemokinlər Hemokinlərin sintezi bakterial yoluxma və fiziki zədələnməyə cavab reaksiyası kimi stimulə olunur.Onlar immun sisteminin hüceyrələrini bu sahəyə yönəltməklə yanaşı zədələnmiş toxumanın bərpasında da iştirak edirlər. Hemokinlər membranla 7 dəfə kəsişən özünəməxsus quruluşlu reseptorlara malikdirlər. Onunla reseptorun tərkib hissəsi kimi siqnalın hüceyrə daxilinə ötürülməsini təmin edən bir G zülalı birləşmişdir.Bu reseptorlarla müxtəlif qruplara aid hemokinlər qarşılıqlı əlaqə yarada bilirlər. Bəzi hemokinlər əvvlcə endotelial hüceyrələrin və hüceyrəxarici matriksin proteoqlikanları ilə birləşir, neytrofil və monositlərlə qarşılıqlı təsirə girərək onların qanda hərəkətini zəiflədir,diapedez prosesindən sonra isə onların hemokinin qatılığının qradienti istiqamətində hemokinin mənbəyinə doğru miqrasiyalarını təmin edirlər. Kiçik molekullu sitokinlər olan hemokinlər immun effektor hüceyrələrinin yoluxma və zədələnmə sahəsinə və leykositlərin toxumalara doğru miqrasiyasında mühüm əhəmiyyət kəsb edirlər. == Mənbə == • Ziyəddin Məmmədov, Rasim Axundov. İmmunologiyanın əsasları, Bakı, 2009.
Hemolimfa
Hemolimfa (hemo...+ limfa) - açıq qan dövranı sisteminə malik onurğasız heyvanların damarlarında və hüceyrəarası boşluqlarında dövr edən maye. Oksigen və karbon qazını, qida maddələrini və ifrazat məhsullarını nəql edir. Hemolimfa üzvi maddələr, o cümlədən zülallarda, çox vaxt tənəffüs piqmentləri ilə zəngindir. Həmçinin hüceyrə elementləri də Hemolimfanın tərkibinə daxildir.
Hemoliz
Hemoliz (q.yun. αἷμα qan + λυσις dağılma) — hemoqlobinin qan plazmasına çıxması ilə müşayiət olunan eritrositlərin qılafının dağılma prosesi. == Haqqında == Eritrositlərin yaşama müddətinin qısalması hemolizə səbəb olur. Bu zaman plazma qırmızı rəngə boyanır və şaffaf olur. Eritrositlərin dağılması osmotik təzyiqin azalmasından törənə bilər. Belə halda, əvvəlcə eritrositlər şişir, sonra partlayırlar — osmotik hemoliz. Eritrositlərin osmotik dözümlülüyünün ölçüsü NaCl un konsentrasiyasıdır. İnsanlarda osmotik hemoliz NaCl un 0,4%-li məhlulunda başlayır, 0,34% li məhlulunda isə eritrositlərin hamısı dağılır. Bəzi xəstəliklər nəticəsində eritrositlərin osmotik dözümlülüyü azalır və hemoliz, plazmada NaCl un daha yüksək konsentrasiyasında başlayır. Adətən, kəskin hemoliz qeyri-adi tibbi vəziyyətlə əlaqədar baş verir, bəzən hətta meydana çıxmış hiperkaliyemiya da səbəb ola bilər.
Hemoqlobin
Hemoqlobin, Hb (q.yun. αἷμα — qan və lat. globus — kürə) — insan daxil olmaqla onurğalı və bəzi onurğasız heyvanların qanının tərkibində dəmir olan qırmızı piqment. Kimyəvi tərkibinə görə mürəkkəb zülaldır. Eritrositlərin əsas tərkib hissəsi olub, tənəffüs fermentidir və qanın tənəffüs funksiyasını təmin edir. Hemoqlobin plazmada deyil, eritrositlərin daxilində yerləşir. Bununla qanın qatılığını azaldır. Əgər hemoqlobin bu miqdarda plazmada həll olunsa idi qanın qatılığı bir neçə dəfə artar və nəticədə ürəyin işi və qan dövranı çətinləşərdi. Digər bir tərəfdən hemoqlobin eritorsitlərin içində olmaqla plazmanın onkotik təzyiqini azaldır, bununla da toxumaların susuzlaşmasının qarşısını alır. Kimyəvi strukturuna görə hemoqlobin xromoproteindir.
Hemorragik insult
Beyin qansızması və ya Hemorragik insult — qeyri-travmatik beyin qansızması daha çox (60% hallarda) arterial hipertenziyanın fəsadı kimi baş verir. Hipertenziv beyindaxili qansızma başlıca olaraq, beynin perforasiyaedici arteriyaları hövzəsində — bazal nüvələr – (50%), talamus (15%), beynin ağ maddəsi (15%), körpü (10%) və beyincik (10%) hövzəsində lokallaşır. Beyin qansızmasının başqa bir səbəbi aretriovenoz malformasiyanın (AVM) yırtılması və ya kisəli anevrizmadır. AVM zamanı hematomalar əsas baş beyinin ağ maddəsində və ya bazal nüvələrdə lokallaşır. Ahıl yaşlarda əsas səbəb isə amiloid angiopatiyası hesab olunur.
Hemostaz sistemi
Hemostaz sistemi — damarlarda axan qanın maye halında qalmasını və qan damarları zədələndikdə qanaxmanın qarşısının alınmasını təmin edən bioloji sistem. Bu sistem hər hansı bir travma nəticəsində həyat üçün təhlükəli qanaxmaların qarşısını almaq üçün orqanizmin təkamül prosesində əldə etdiyi mürəkkəb fermentativ bir prosesdir. Hemostaz sistemi 3 hissədən — qan damarlarının divarı, damar daxilinində dövr edən qan elementləri və plazma proteinlərindən təşkil olunmuşdur. Bu hissələrin hər hansı birində çatışmazlıq və ya qüsur olarsa, hemostaz sistemi bütövlükdə zəncirvari reaksiya şəklində hərəkətə gəlir və nəticədə qanaxma, tromboz və ya hər ikisi meydana çıxır. Hemostaz sistemi şərti olaraq 2 mexanizmə bölünür; laxtalanma və ya prokoqaqulyant sistemi; əks laxtalanma vəya antikoaqulyant sistemi. Bu mexanizmlərdən əlavə, qan damarının zədələndiyi hissədə yaranan qan laxtasını əritmək üçün daha bir ferment sistemi — fibrinoliz sistemi fəaliyyət göstərir. Bu üç mexanizmin qarşılıqlı əlaqəsi, bütövlükdə qanın laxtalanma vəziyyətini xarakterizə edir.
Hempden Park
Hempden Park (ing. Hampdan Park) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən stadion.
Hemproteidlərin mübadiləsi
Hemproteidlərin mübadiləsi – toxuma və hüceyrələrdə hemoqlobin və porfirinin sintezi və parçalanmasıdır. == Hemproteidlərin sintez edilməsi və parçalanması prosesi == Hemproteidlərin sintez edilməsi və parçalanması iki əsas səbəbə görə tədqiqatçıların və həkimlərin diqqətini cəlb edir. Birincisi — hemoqlobinin xlorofilləşməsində sitoxromlar olduqca geniş miqyasda bioloji vacib rol oynadıqlarına görə, başqa sözlə, porfirin halqası molekulda mərkəzi rol oynayır və metal ionları ilə koordinasion əlaqə əmələ gətirir. İkincisi, porfirinin sintezinin və parçalanması, onların zülal ilə kompleks əmələ gətirməsi insan orqanizminin funksiyalarını pozur və xəstəliyin inkişafına səbəb olur. İnsan orqanizmində 4,5–5 qram dəmir olur. Bunun 60–70 faizi hemoqlobinin payına düşür. 3–5% isə mioqlobinin, 20 faizi (17-dən 23%-ə qədər) ferritin, təxminən 0,18 faizi transferrinin və toxumalarının funksional dəmiri 5 faizə qədər olur. Orqanizmdə dəmirin miqdarı qida ilə daxil olanın bağırsaqlarda sorulma intensivliyindən asılıdır. Onun artıq miqdarı bağırsaqlar tərəfindən sorulmur. Müxtəlif anemiya hallarında dəmirə olan tələbat kəskin artır.
Hempton Kort
Hempton Kort Sarayı- Londonda yerləşən saray-park ansamblıdır. Şəhər mərkəzindən 18 km məsafədə (1965-ci ilədək - Midlseks qraflığı), Riçmond-apon-Tems rayonunda, Temza çayının sol sahilində yerləşir. Təxmini 1514-cü ildə Kralın əsabəsi Tomas Uolsi üçün tikilən sarayı 1529-cu ildə VIII Henriyə hədiyyə etmişdir. XVII əsrin ikinci yarısında Hempton Kortu ingilis Versalına çevirməyi arzulayan III Vilhelmin krallığı zamanı, memar K.Renom tərəfindən barok tərzdə inşa edilmişdir. 1760-cı ilədək krallıq iqamətgahı kimi xidmət göstərmişdir. "Tarixi Krallıq sarayları" fondunun nəzarəti altındadır. Fransa parkının sahəsi 60 ha ərazidə yerləşir. Krallıq kolleksiyasından olan əntiq əşyaların, Mantenyanın, Rafaelin, Böyük Breygelin və başqalarının rəsm əsərləri mövcuddur. == Tarixi == Sarayın tarixinin başlanğıcı kral VIII Henrinin əsabəsi - Kardinal Tomas Uolsinin 1514-cü ildə əvvəllər qospitalyerlər (İoannçılar, eləcə də Yerusəlim, Rodos, Malta- Müstəqil Hərbi Müqəddəs İoann ordeni) ordeninə aid olan torpaq sahəsini alması ilə başlamışdır. Sonrakı 7 ildə Uolsinin 200 min qızıl "qızılgüllü kron" pul xərclədiyi renessans və qotik tərzlərdə inşası davam etmişdir.
Hemskerk adası
Hemskerk adası — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Kara dənizinə daxil olan Murmans buxtasınfda, Şimal adasının şərq sahillərində yerləşir. Ada 1596-cı ilin avqustunda holland dənizçiləri tərəfindən gəmi kapitanı Yakov van Hemskerkin şərəfinə adlandırılmışdır. Adada morjların daimi dayanacaq yeri olan yataq vardır. Burada Böyük sahilqağayısına aid yuvalama yerləri vardır.
Hemsted
Hemsted — Hollandiyada şəhəridir. Şimali Hollandiyanın niderland əyalətində yerləşir. Amsterdamın qərbindədir. Sahəsi 9,64 km², 9,2 km². quru torpaqdır. Əhalinin sayı 2007-ci ildə 25 555 nəfərdir. Əhalinin sıxlığı isə 2650,9 nəfərdir. == Nəqliyyat == Şəhərdə Halem-Leyden dəmir yolu stansiyası var. Şəhərin mərkəzində Qrunendal parkı var. Burada çoxlu sayda qədim evlər var.
Hemşinli
Hemşinlilər — İslam dininə etiqad edən ermənilər. Hemşinlilərin sayı çox olmasa da, onlar adət-ənənələrinə, mədəniyyət və tarixlərinə çox həssaslıqla yanaşırlar. Kulturoloq Altay Arslan deyir ki, "Türkiyənin Qara dəniz bölgəsində yaşayan hemşinlilər çox istiqanlı, emosional insanlardır. Onların sayı çox deyil, amma Rizə bölgəsində hörmətləri böyükdür. Əsəbi, sinirli insanlar təsiri bağışlasalar da, çox səmimi və istiqanlı adamlardır. Ermənilər onları "İslamı qəbul etməyə vadar edilmiş haylar" adlandırsalar da, hemşinlilər bu iddiaları həmişə qətiyyətlə rədd ediblər. Hemşinlilərin ulu babaları gerçəkdən də islamı qəbul etmiş və sünni olmuş ermənilərdir. Amma onların müsəlmanlığa gələn yolu zor, ya da məcburiyyətlə olmayıb. Əksinə, tarixi məxəzlər göstərir ki, qədimlərdə ermənilər islamı könüllü qəbul ediblər və onları dinlərini dəyişməyə kimsə vadar etməyib". == Coğrafi yerləşmə == Hemşinlilər şərq, qərb və şimal olaraq üç qrupdur.
Hemşinlilər
Hemşinlilər — İslam dininə etiqad edən ermənilər. Hemşinlilərin sayı çox olmasa da, onlar adət-ənənələrinə, mədəniyyət və tarixlərinə çox həssaslıqla yanaşırlar. Kulturoloq Altay Arslan deyir ki, "Türkiyənin Qara dəniz bölgəsində yaşayan hemşinlilər çox istiqanlı, emosional insanlardır. Onların sayı çox deyil, amma Rizə bölgəsində hörmətləri böyükdür. Əsəbi, sinirli insanlar təsiri bağışlasalar da, çox səmimi və istiqanlı adamlardır. Ermənilər onları "İslamı qəbul etməyə vadar edilmiş haylar" adlandırsalar da, hemşinlilər bu iddiaları həmişə qətiyyətlə rədd ediblər. Hemşinlilərin ulu babaları gerçəkdən də islamı qəbul etmiş və sünni olmuş ermənilərdir. Amma onların müsəlmanlığa gələn yolu zor, ya da məcburiyyətlə olmayıb. Əksinə, tarixi məxəzlər göstərir ki, qədimlərdə ermənilər islamı könüllü qəbul ediblər və onları dinlərini dəyişməyə kimsə vadar etməyib". == Coğrafi yerləşmə == Hemşinlilər şərq, qərb və şimal olaraq üç qrupdur.
Konkord (Nyu-Hempşir)
Konkord (ing. Concord) — ABŞ-nin şimal-şərqində yerləşən şəhər, Nyu-Hempşir ştatının və Merrimak dairəsinin paytaxtı. Əhalisi — 42,7 min nəfər (2010). == Tarixi == Ağ insanların gəlməsindən əvvəl indiki Konkordun ərazisi əsas məşğuliyyəti balıq tutan Abenaki hindu tayfası yaşayırdı. Merrimak çayının qərbindəki bütün ərazini iddia edən Massaçusets Bey əyaləti, Penakuk koloniyasını qurdu. Bu, 1725 ilə 1727 arasında Haverhill sakinləri tərəfindən kapitan E. İstmen rəburadan götürmüşdür. Rumford və Bow şəhərinin sərhədləri ilə bağlı acı mübahisədən sonra 1765-ci ildə qubernator Benninq Ventvort tərəfindən Rumford şəhərinin adı Konkorda dəyişdirildi. Yeni ad, mübahisə edən şəhərlər arasındakı yeni sülh və harmoniyanı əks etdirmək üçün nəzərdə tutulmuşdu . Məhkəməni uduzan şəhər sakinlərinə təzminat olaraq başqa yerlər verildi. Şəhər XVIII əsr boyu böyüdü və bəzi qədim binalar hələ də Mein stritin şimal ucunda yaşayır.

"hem" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hem nədir? #hem sözünün mənası #hem nə deməkdir? #hem sözünün izahı #hem sözünün yazılışı #hem necə yazılır? #hem sözünün düzgün yazılışı #hem leksik mənası #hem sözünün sinonimi #hem sözünün yaxın mənalı sözlər #hem sözünün əks mənası #hem sözünün etimologiyası #hem sözünün orfoqrafiyası #hem rusca #hem inglisça #hem fransızca #hem sözünün istifadəsi #sözlük