həzm sözü azərbaycan dilində

həzm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • həzm • 94.2412%
  • Həzm • 5.6233%
  • HƏZM • 0.1355%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həzm aparatı
Həzm aparatı (lat. apparatus degistorius) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, həzm kanalından və bir sıra vəzilərdən ibarətdir. İnsanın həzm kanalı (lat. canalis degestorius) 8–10 m uzunluğunda olub, bir neçə hissələrə bölünür:I. Ağız boşluğu — lat. cavum oris, bura dişlər, ağız vəziləri, dil, damaq aiddirlər. II. Ön bağırsaq Udlaq Qida borusu MədəIII. Orta ya nazik bağırsaq Onikibarmaq bağırsaq Acı bağırsaq Qalça bağırsaqIV. Arxa ya yoğun bağırsaq Kor bağırsaq Qalxan çənbər bağırsaq Köndələn cənbər bağırsaq Enən çənbər bağırsaq S-ə bənzər çənbər bağırsaq Düz bağırsaqV. Vəzilər Dilaltı vəzi Çənəaltı vəzi Qulaqaltı vəzi Qaraciyər: Öd kisəsi; Öd Mədəaltı vəziAğız boşluğuna düşən əzilmiş, islanmış qida əsnək dəliyindən (lat. isthmus faucium) udlağa keçərək və oradan qida borusu vasitəsilə mədəyə düşür. Mədəyə daxil olan qida həzm olunduqdan sonra nazik bağırsağa (lat. intestinum tenue):onikibarmaq (lat. duodenum), acı (lat.
Həzm sistemi
Həzm sistemi – həzm aparatının ayrı-ayrı hissələrində başa çatır. Həzm aparatı həzm kanalından və bir sıra həzm vəzilərindən ibarətdir. İnsanın həzm kanalı 8–10 metr uzunluğunda olub, bir çox hissələrə bölünür. Birinci hissəni ağız boşluğu təşkil edir. Buraya dişlər, ağız suyu vəziləri, dil aiddir. == Ağız boşluğu == Ağız boşluğu həzm kanalının ön hissəsini təşkil edir. Bunun divarlarını dodaqlar, yanaqlar, damaq və ağız dibi təşkil edir.Alt və üst çənələrdə dişlər yerləşir. İnsanda dişlər iki dövrdə inkişaf edir. I dövrdə süd dişləri və II dövrdə daimi dişlər aiddir. Anadan yeni doğulmuş uşaqlarda diş olmur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.41 dəfə / 1 mln.
2004 ••• 1.01
2005 •• 0.67
2006 •••• 1.80
2007 •••• 1.69
2008 •••••• 2.92
2009 •••••••••••• 5.60
2010 •••••••••• 4.72
2011 •••••••••• 4.46
2012 •••••••••••••• 6.45
2013 •••••••••••••••••• 8.61
2014 ••••••••••••••••• 8.24
2015 •••••••••••••••• 7.49
2016 •••••••••• 4.86
2017 ••••••••• 4.06
2018 ••••••••• 4.20
2019 ••••••••••••••••• 8.21
2020 •••••••••••••••••••• 9.81

həzm sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Yeyilən şeyin həzm cihazında həll olunması. Həzm prosesi. – Qidanın çeynənməsi, müxtəlif şirələr təsiri altında onun dəyişilərək həll oluna biləcək hala düşməsi həzm adlanır. “Zoologiya” □ Həzm cihazı – yeyilən şeyi həll edən bədən üzvləri (ağız boşluğu, qida borusu, mədə və bağırsaqlar). Həzm etmək – mədədə həll etmək (yemək haqqında). Yediyini həzm edə bilmir. Həzm olmaq – mədədə həll olmaq (yemək haqqında). …Xörək həzm olmaqdan ötrü, yəni əriyib bağırsaqlardan keçib bədənə daxil olmaqdan ötrü su lazımdır. H.Zərdabi. ◊ Həzm etmək – 1) dözmək, udmaq, qəbul etmək. Adam hər sözü həzm edə bilmir. – …Hacı Səməd xanın həzm edə bilməyəcəyi bir vəziyyət törənmişdi. M.S.Ordubadi; 2) başa düşmək, dərk etmək, ağlına sıxışdırmaq. Xudpəsənd xan bir zamanlar həmin bəylər, əyanlar qarşısında məğlubiyyətə düçar olduğunu hələ də həzm edə bilməmişdi. Ə.Məmmədxanlı. Həzmi-rabedən keçirmək zar. – 1) yemək, udmaq. Qazanla və nimçələrlə plovu, halvanı, külçələri həzmirabedən keçirən dövlətlilər və mollalar idi. H.Sarabski; 2) məc. mənimsəmək, boğazından ötürmək, sahiblənmək, özünə mal etmək. [Musa bəy] dörd yetimə bir-birinin dalınca qəyyum olub, hamısının da var-yoxlarını həzm-rabedən keçirmişdi. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / həzm

həzm sözünün sinonimləri (yaxın mənalı sözlər)

həzm sözünün rus dilinə tərcüməsi

  • 1 1. пищеварение, переваривание; 2. пищеварительный;

    Azərbaycanca-rusca lüğət / həzm
  • 2 I сущ. пищеварение (переваривание и усвоение пищи организмом). мед. Həzmin pozulması расстройство пищеварения II прил. пищеварительный (относящийся к пищеварению). Həzm yolu пищеварительный тракт, həzm prosesi пищеварительный процесс, həzm üzvləri пищеварительные органы, həzm şirəsi пищеварительный сок; həzm etmək (eləmək) переваривать, переварить

    Azərbaycanca-rusca lüğət / həzm

həzm sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. digestion; ~ etmək to digest (d.); ~ olunmaq to be* digested; O, piyi həzm edə bilmir He / She can’t digest fat II. s. digestive; ~ orqanları digestive organs

    Azərbaycanca-ingiliscə lüğət / həzm

həzm sözünün fransız dilinə tərcüməsi

həzm sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. иливарун, гьялун (тӀуьрди); həzm cihazı незвай затӀар иливардай бедендин органар (сивин къен, яру рад, хук ва ратар); həzm etmək хкуни гьял авун, гьялун, иливарун (тӀуьнвай затӀ); həzm olmaq хкуна гьял хьун, иливун (тӀуьнвай зат); // иливрунин (мес. процесс); ** həzm etmək а) кьабул авун, иливарун, эхун, туькьуьнун; б) кьиле гьатун, кьиле ацукьун, кьиле гьакьарун; həzmi-rabədən keçirmək зар. а) тӀуьн, туькьуьнун; б) пер. тӀуьн, сагьиб хьун (чарадан малдиз, пулуниз).

    Azərbaycanca-ləzgicə lüğəti / həzm

həzm sözünün türk dilinə tərcüməsi

həzm sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

HƏZM1 ə. doğru fikir, düz niyyət. HƏZM2 ə. 1) mədədə əritmə; 2) m. səbr etmə, dözmə, cavab verməmə. Həzmi-rabe’ 1) göyşəyən heyvanların yemi dördüncü mədədə həzm etməsi; 2) m. mənimsəmə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"həzm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həzm nədir? #həzm sözünün mənası #həzm nə deməkdir? #həzm sözünün izahı #həzm sözünün yazılışı #həzm necə yazılır? #həzm sözünün düzgün yazılışı #həzm leksik mənası #həzm sözünün sinonimi #həzm sözünün yaxın mənalı sözlər #həzm sözünün əks mənası #həzm sözünün etimologiyası #həzm sözünün orfoqrafiyası #həzm rusca #həzm inglisça #həzm fransızca #həzm sözünün istifadəsi #sözlük