* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [fars.] Mürəkkəb sözlərin əvvəlinə gətirilərək şəriklik, birgəlik, qarşılıq mənasını bildirən sifət və isimlər düzəldilir; məs.: həmsöhbət, həmrəy, həmsərhəd, həmyerli, həmvətən.
Azərbaycan dilinin izahlı lüğəti / həm2 bağl. [fars.] 1. Üstəlik, dəxi, …da (də). Fələk, bari cəfalar eyləyib, sən həm qəm artırma; Əlindən gəlmədisə əhli-dərdə çarəsaz olmaq. S.Ə.Şirvani. Qəzetin yazmağına görə, bu növ şəxslər Naxçıvan fəqarəsində həm olublar. N.Vəzirov. 2. Təkrar edilərək işləndikdə həmcins cümlə üzvlərini bir-birinə bağlayır. Həyat həm gülmək, həm ağlamaqdır; Lakin daha xoşdur döyüş çağları… M.Müşfiq. Əgər Şahmar bu gün çıxmasa, həm Nərminədən əli üzüləcək, həm imtahanlara gecikəcəkdi. B.Bayramov. // Eyni vəzifədə təkrar edildikdə sonuncu “həm” bağlayıcısı “həm də” şəklində işlədilir və cümlənin bitdiyini, fikrin sona yetdiyini bildirir. Həbib çay içir, Gözəl fındıq sındırır, söhbət həm qızışır, həm də şirinləşirdi. Ə.Vəliyev. Tapdıq həm ağlayır, həm də işarə ilə anasına müəllimin yanındakı sarıqlı şeyi göstərirdi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / həm2 первая часть сложных слов: 1. соответствует префиксу “со-” (придает слову значения общности, взаимности, совместности, близости и т.д.). Həmsöhbət собеседник, həmsədr сопредседатель 2. соответствует первой части сложных слов со значением “едино” … Həmfikir единомышленник
Azərbaycanca-rusca lüğət / həm3 союз. и: 1. объединяет отдельные члены в перечислении, ставится перед каждым перечисляемым членом. O, həm gözəl, həm də ağıllı idi она была и красива, и умна; yarışlarda həm yuxarı sinif şagirdləri, həm tələbələr, həm də gənc mütəxəssislər iştirak edirdilər в соревнованиях участвовали и старшеклассники, и студенты, и молодые специалисты 2. в форме həm də и, также, тоже (равным образом, в равной мере). Komissiyanın tərkibində həm də görkəmli alimlər var idi в составе комиссии были (также) и известные ученые
Azərbaycanca-rusca lüğət / həm1 I. bağ. and, as well, both; həm mən, həm də sən both you and I II. : prefix indicating similarity or company; ~ahəng harmonious; ~əsr contemporary; ~cins of the same kind / race / sex
Azərbaycanca-ingiliscə lüğət / həm