* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Yol yoldaşı, yoldaş. [Əmrah:] Həmrah bizlərdə yoldaşa deyirlər. “Əmrah”. [Alp Arslan:] Aydın gözünüz, cümlə səadət bizə həmrah. H.Cavid.
Azərbaycan dilinin izahlı lüğəti / həmrah4 fars. rah – yol Yol yoldaşı, yoldaş. Əmrah dedi: – Xanım, Əmrah demirəm, həmrah deyirəm. Bizlərdə həmrah yol yoldaşına deyirlər. (“Əmrah”) * Elimdən, obamdan olmuşam mən yad, Həm aşığam, həm abdalam, həm səyyad, Həmrah yox, nabələd eylərəm fəryad, Aman mən qəribə bir yol bələdi. (“Dilsuz və Xəzangül”)
Azərbaycan dastanlarının leksikası / həmrah1 HƏMRAH (yol, səfər yoldaşı) Söndürdü atam çırağımı, ah! Bir qönçə, tikanla oldu həmrah (A.Şaiq); HƏMSƏFƏR Dedin ki, mənzilə məcnun yetişdi, mən gəldim; Təriqi-eşqdə olmazmı həmsəfər, yarəb! (Qövsi).
Azərbaycan dilinin sinonimlər lüğəti / həmrah(Zaqatala) həvəskar. – Mən belə həmrah adam görməmişəm
Azərbaycan dilinin dialektoloji lüğəti.