hərrac sözü azərbaycan dilində

hərrac

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hərrac • 79.1292%
  • Hərrac • 20.8600%
  • HƏRRAC • 0.0108%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hərrac
Auksion — alıcıların müsabiqəsi əsasında malların və qiymətli kağızların müəyyən vaxtda və müəyyən edilmiş yerdə satışı. Eyni keyfiyyətli əmtəələr partiyalar (lotlar) şəklində, keyfiyyətcə oxşar lotlar isə daha iri partiyalar (strinqlər) şəklində qruplaşdırılır. Hərrac vaxtı satışa çıxarılmış lotların və strinqlərin nömrələri elan edilir. Hərraca çıxarılan əmtəə və qiymətli kağızlar ona ən yüksək qiyməti təklif edən alıcıya satılır. Hərraclar, adətən, alıcı və satıcı tərəflərin tapşırığı ilə komissiya şərtləri əsasında malların və qiymətli kağızların ticarəti ilə məşğul olan ixtisaslaşmış broker firmaları tərəfindən təşkil olunur. Ənənəvi hərraclar zamanı satıcı minimum qiymət təyin edir, alıcılar isə qiyməti artırmaqla lot uğrunda mübarizə aparırlar (bu, ingilis auksionudur). Holland auksionunda hərrac çox yüksək qiymətdən başlanır və elan edilmiş qiymətə razı olan alıcı tapılana qədər qiymət azaldılır. == Etimologiyası == Uşakovun lüğəti latın dilindən sözün Latın mənşəli olduğunu göstərir lat. auctio — vurma deməkdir. Müasir izahlı lüğətdə ("Böyük Sovet Ensiklopediyası" tərəfindən nəşr edilmişdir) lat.
Holland hərracı

hərrac sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Bir mülkün, şeyin ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulması; auksion, müzaidə. Bir yerdə ki, millətin haqqı hərrac malıdır; O ölkədə Vətən də, el də satılmalıdır. B.Vahabzadə. □ Hərrac bazarı – qədimdə qul satılan bazar. Yerli Azərbaycan feodalının hərrac bazarından satın alınmış qulu olan Elxan Azərbaycan xalqının bütün düşmənlərini öz şəxsi düşməni adlandırır və onlara qarşı çıxır. M.Arif. Hərraca qoymaq – hərrac qaydası ilə satışa qoymaq. Mülkü hərraca qoymaq. – [Koroğlu Bolu bəyə dedi:] Balam, bu Həsən paşa mənim yolumda qızlarını nə yaman hərraca qoyub satır? “Koroğlu”. [Hacı Əhməd:] Bəs mən ölmüşəm ki, diri-diri mənim bağımı hərraca qoyasan? C.Cabbarlı.

    Azərbaycan dilinin izahlı lüğəti / hərrac

hərrac sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 HƏRRAC (açıq satış) [Qarabəy:] Onlann sözlərinə uyub milləti hərrac bazarına qoymaq istəyən kommunistlərdə.. (Ə.Vəliyev); AUKSİON Aydın: Auksionla canlı bir qız satılır: əli, ayağı, hətta ürəyi də var (C.Cabbarlı); MÜZAYİDƏ (köhn.)

    Azərbaycan dilinin sinonimlər lüğəti / hərrac

hərrac sözünün rus dilinə tərcüməsi

  • 1 публичная продажа, торги, торг с молотка, аукцион

    Azərbaycanca-rusca lüğət / hərrac
  • 2 I сущ. аукцион, торги (публичная продажа какого-л. имущества, вещей, при которой продаваемая вещь приобретается лицом, предложившим за неё наивысшую цену). Hərraca qoymaq продавать с аукциона, выносить на торги, hərracda satmaq продать с аукциона (с торгов), hərracdan almaq купить с аукциона (на торгах), xəz mallar hərracı пушной аукцион, əntiq əşyalar hərracı аукцион антикварных вещей, kitab hərracı книжный аукцион II прил. аукционный. Hərrac bazarı аукционный торг, hərrac satışı аукционная распродажа, dolların hərrac məzənnəsi аукционный курс доллара

    Azərbaycanca-rusca lüğət / hərrac

hərrac sözünün inglis dilinə tərcüməsi

hərrac sözünün fransız dilinə tərcüməsi

hərrac sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. тулкӀ, аукцион; // hərrac bazarı къадим. тулкӀунай къулар маса гудай базар (алатай девирра); hərraca qoymaq тулкӀунал тун (эцигун), тулкӀунин къайдада маса гун патал эцигун (мес. кӀвал).

    Azərbaycanca-ləzgicə lüğəti / hərrac

"hərrac" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hərrac nədir? #hərrac sözünün mənası #hərrac nə deməkdir? #hərrac sözünün izahı #hərrac sözünün yazılışı #hərrac necə yazılır? #hərrac sözünün düzgün yazılışı #hərrac leksik mənası #hərrac sözünün sinonimi #hərrac sözünün yaxın mənalı sözlər #hərrac sözünün əks mənası #hərrac sözünün etimologiyası #hərrac sözünün orfoqrafiyası #hərrac rusca #hərrac inglisça #hərrac fransızca #hərrac sözünün istifadəsi #sözlük