Herat sözü azərbaycan dilində

Herat

Yazılış

  • Herat • 98.9691%
  • herat • 1.0309%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Herat
Herat (fars. هرات‎, q.türk Häri) — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər. == Tarixi == Heratın tarixi əntik mədəni müəlliflər tərəfindən rəvayət edilmişdir. Yunan tarixçi Herodot, Heratın Orta Asiyanın buğda ambarı olduğunu yazmışdır. E.ə. 330-cu il ətrafında şəhər Makedoniyalı İsgəndər tərəfindən alındı. Daha sonra isə şəhər Selevkilərin əlinə keçdi. E.ə. 167-ci ildə də şəhərə Parflar sahib oldu. Sasanilər (226-652) dövründə Ağ Hun imperiyası ilə Sasanilər arasında keçən savaşlarda Herat straeteji bir önəmə sahib idi.
Herat (dəqiqləşdirmə)
Herat (İran) — İranın Yəzd ostanında şəhər. Herat vilayəti — Əfqanıstanın İranla həmsərhəd olan vilayəti. Herat — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər. Herat bəylərbəyliyi — 1510-1722-ci illərdə mövcud olmuş Səfəvilərin mühim mərkəzlərindən biri.
Herat (İran)
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.
Herat bəylərbəyliyi
Herat bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == I Şah İsmayıl Səfəvinin hakimiyyəti dövründə Herat üzərində Şeybanilər sülaləsilə münasibətlər pisləşdi və buda nəticədə 1510- cu ildə döyüşlə nəticələndi və Herat fəth edildi.Xarici siyasətdə digər məsələ Osmanlı türkləri ilə münasibətlərin kəskinləşməsində özünü büruzə verdi.Belə ki, bu iki türk səltənətlərinin qarşı-qaşıya durmasını tədqiqatçılar müxtəlif cür izah edirlər lakin son tədqiqatlar göstərir ki bu heç də xarici tarixçilərin iddia etdikləri şiə-sünni qarşıdurması deyil, bunun əsas səbəbi bu regionda iqtisad-siyasi maraqların toqquşmasıdır. 1510-cu il dekabrın 1-də Mahmudi kəndi (Mərv yaxınlığı)ərazisində özbəklərlə döyüş oldu və Şah İsmayıl qələbə çalaraq, hətta Şeybani xanı döyüşdə öldürür. Beləliklə Şah İsmayıl Xorasan, Mərv, Bəlx və Herat şəhərlərini ələ keçirir. Amu-Dəryadan tutmuş Fərata qədər ərazilər səfəvilərin hakimiyyəti altına keçdi. Herat Səfəvilər dövlətinin ikinci mühüm mərkəzinə çevrilir. Şah İsmayıl ın böyük оğlu Təhmasib mirzə Herat mərkəz оlmaqla Оrta Asiyaya vali təyin edilir. Şah İsmayıl 1510-cu ilin qışını yaza qədər Heratda keçirir. Bu vaxt о, elm və mədəniyyət xadimləri ilə maraqlanır, оnları ətrafına tоplayıb məclislər düzəltdirir, оnların bir qisminə Xоrasan, Bəlx, Mərv, Herat şəhərlərində yüksək vəzifələr verir, bir qismini isə Təbrizə göndərtdirir. 1510-cu ildən sonra Xorasan bəylərbəyliyi yarandı.
Herat müqaviləsi
Herat müqaviləsi — Qaraqoyunlular və Teymurilər arasında bağlanmış sülh müqaviləsi. == Tarixi == Qaraqoyunlu hökmdarı Cahan şah Teymuri Sultan Şahruxun 1447-ci ildə ölümündən sonra Teymuri şahzadələri arasında hakimiyyət uğrunda baş verən mübarizədən istifadə edərək 1450-ci illərdə Əcəm İraqını, bütün Qərbi İranı və Şərqi İranın bir hissəsini ələ keçirdi. Cahanşah 1458-ci ilin iyulunda irəliləyərək Xorasanı da ələ keçirdi və Teymurilərin paytaxtı Herata daxil oldu. Lakin burada möhkəmlənə bilmədi.Teymuri sultanı Əbu Səidlə sülh müqaviləsi bağlayan Cahanşah Xorasanı Teymurilərə güzəştə getdi, digər bölgələr isə Qaraqoyunlu hakimiyyəti altında qaldı.
Herat vilayəti
Herat vilayəti (puşt. هرات) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiya == Herat vilayəti ölkənin qərbində yerləşir. İranla həmsərhəddir. Vilayətin ərazisi 54,778 km², inzibati mərkəzi Herat şəhəridir. == Əhali == 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən vilayətin əhalisi 1 milyon 676 min nəfərdir. === Etnik tərkib === Əhalisinin 98%-i puştunlardan, qalanları isə türkmənlərdən və özbəklərdən ibarətdir. == Vilayətin rayonları == Adraskan Çişti Şərif Farsi Ghoryan Gulran Guzara Herat İncil (2002-ci ilə olan rəsmi məlaumata əsasən əhalisi 232 915 nəfərdir) - 55% taciklər, 40% puştunlar, 4% həzaralar, 1% türkmənlər. Karukh Kohsan (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 30 100 nəfərdir) - 59.4% puştunlar, 35.3% taciklər, 5.1% bəluclar, 0.2% türkmənlər. Kushk Kuşki Kuhna (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 32 000 nəfərdir) - 55% taciklər, 40% puştunlar, 5% həzaralar.
Herat yürüşü
Herat yürüşü — bir sıra müəyyən fasilələrlə baş verən toqquşmalardan və sonda Nadir xanın Abdali əfqanlarına qarşı hərbi əməliyyatlara başlaması ilə özünün kulminasiya nöqtəsinə çatan hərbi əməliyyatdır. Bu əməliyyata başlamamış Nadir xan özünün monarxı və şahzadəsi olan II Təhmasibə qarşı uğurlu yürüş etmişdi. Alçaldılmış Təhmasib də 4 may 1729-cu ildə Məşhəddən çıxaraq Nadirin Herat yürüşünə qatılmışdı. Beləliklə, Nadir Təhmasibin yürüş boyunca öz yaxınlığında olmasını təmin etmişdi.Bu yürüş Nadir xanın yeni hərbi biliklərə yiyələnməsinə və ya təcrübədən keçirməsinə səbəb oldu. Nəticədə o, ölümcül yüngül süvari ordulara qarşı döyüşə biləcək ordu modelini yarada bildi. Bu sistemdə yaradılmış ordu isə Damğan döyüşündə Gilzay əfqanlarının sayca üstün olan ordusunu məğlub etdi. == Arxa plan == Təhmasiblə problemləri həll etdikdən sonra Nadir kürdlər və yomut tayfaları üzərinə bir neçə yürüş həyata keçirdi. 1728-ci ilin yayında əfqanlara qarşı da bir neçə yürüş təşkil edilmişdi. Bu zaman Təhmasibin keçmiş sərkərdələri Məhəmməd Əli xan və qohumu Zulfiqar xan şahın adından çıxış edib mazandaran və Astrabadın yeni başçıları olduqlarını elan etdilər. Təhmasib bu işdə əlinin olmadığına Nadiri inandırmaq istəsə də, Nadir onun Zülfiqarla əlaqəsindən məlumatlı olduğunu bildirdi.
Herat döyüşü (1578)
Herat döyüşü — 9 avqust 1598-ci ildə Xorasan və Bəlx uğrunda Şeybani xanlığı arasında baş vermiş döyüşdür. Döyüş özbəklərin tam məğlubiyyəti ilə nəticələnmiş, nəticədə Səfəvi imperiyası Xorasandakı hakimiyyətini tam bərpa etmiş və reginu geri qaytarmışdır. == Arxa plan == Şah Məhəmməd Xudabəndənin hakimiyyət dövründə Səfəvi imperiyası dərin daxili çalxantılar keçirməkdə idi. Şahın zəifliyinin də mühüm rol oynadığı bu qarışıqlıq dönəmində imperiya şərq və qərbdəki qonşularından hücumlara məruz qalmışdı. 1578-ci ildə Osmanlı imperiyasının Səfəvi imperiyasına müharibə elan etməsindən istifadə edən Şeybani dövləti də Səfəvilərə şərqdən hücum etdilər. Osmanlı-Şeybani ittifaqı Səfəvi imperiyasına iki cəbhədə müharibə aparmağa vadar edirdi. Qərbdə osmanlı imperiyasına qarşı məğlubiyyətdən sonra Şeybanilər sülaləsini əvəz edən Həştərxanilər sülaləsi Xorasana hücum edərək oranı ələ keçirdilər. Xorasan çox mühüm strateji mövqeyə sahib olmaqla birlikdə, ticarət yollarının üzərində yerləşirdi.Şah Məhəmməd Xudabəndənin yerinə 1587-ci ildə gənc oğlu Şah Abbas çıxdı. O, öz qarşısına bütün itirlən torpaqları geri qaytarmaq vəzifəsini qoymuşdu. Osmanlı imperiyası ilə xoşagəlməz sülh imzalayan Şah Abbas bundan sonra aktiv ordu başda olmaqla islahatlara başladı və dövlətinin mərkəziləşdirilməsinə çalışdı.
Herat döyüşü (1598)

Herat döyüşü (1729)
Herat döyüşü — 1729-cu il iyul ayında səfəvilər və Abdali əfqanları arasında baş verən döyüş == Döyüşə hazırlıq == Kafirqala zəfərinin xəbəri Nadir xana çatdıqdan sonra o, Hacı bəy Əfşara vaxt itirmədən abdali ordugahı və hisarına doğru hərəkət etməyi əmr etdi. Özü isə piyada qüvvələri ilə birlikdə süvarilərin ardınca yola düşdü. Qarşıdakı döyüş hər iki tərəf üçün həlledici əhəmiyyət kəsb edirdi. Hansı taktikanı seçməmişdən əvvəl Nadir düşmənin döyüşqabağı mövqelərini öyrəndi. Bunun üçün tanınmış sərkərdələrindən olan Niyazqulu bəy Qacarı, Səlim bəy Mərvini, Allahqulu bəy Əfşarı, Canəli bəyi və yüz nəfərlik bir dəstəni özü ilə götürüb əfqanlara yaxın olan bir nöqtəyə yollandı, oradan əfqanların qüvvələrini və döyüş mövqelərini müşahidə etdi. Nadir əfqanların döyüşqabağı düzülüşünə əsasən hansı taktikaya əl ata biləcəklərini müəyyənləşdirdi. Nadir belə bir qənaətə gəldi ki, əfqanlar uğur qazanmaq üçün bütün istiqamətlərdən hücuma keçməyi planlaşdırırlar. Onların bu niyyəti Nadirə də qoşununu müvafiq şəkildə qruplaşdırmağa imkan verdi. O, topçuları, zənburəkçiləri və tüfəngdarları dörd dəstəyə böldü və hər dəstəni bir istiqamətdə yerləşdirərək qoşunun dörd tərəfdən atəş müdafiəsini təmin etdi. Əfqanlar hansı istiqamətdən hücum edərdilərsə, həmin istiqamətdən Nadir qoşununun atəş zərbəsi ilə qarşılaşmalı olacaqdılar.
Herat yürüşü (1729)
Herat yürüşü — bir sıra müəyyən fasilələrlə baş verən toqquşmalardan və sonda Nadir xanın Abdali əfqanlarına qarşı hərbi əməliyyatlara başlaması ilə özünün kulminasiya nöqtəsinə çatan hərbi əməliyyatdır. Bu əməliyyata başlamamış Nadir xan özünün monarxı və şahzadəsi olan II Təhmasibə qarşı uğurlu yürüş etmişdi. Alçaldılmış Təhmasib də 4 may 1729-cu ildə Məşhəddən çıxaraq Nadirin Herat yürüşünə qatılmışdı. Beləliklə, Nadir Təhmasibin yürüş boyunca öz yaxınlığında olmasını təmin etmişdi.Bu yürüş Nadir xanın yeni hərbi biliklərə yiyələnməsinə və ya təcrübədən keçirməsinə səbəb oldu. Nəticədə o, ölümcül yüngül süvari ordulara qarşı döyüşə biləcək ordu modelini yarada bildi. Bu sistemdə yaradılmış ordu isə Damğan döyüşündə Gilzay əfqanlarının sayca üstün olan ordusunu məğlub etdi. == Arxa plan == Təhmasiblə problemləri həll etdikdən sonra Nadir kürdlər və yomut tayfaları üzərinə bir neçə yürüş həyata keçirdi. 1728-ci ilin yayında əfqanlara qarşı da bir neçə yürüş təşkil edilmişdi. Bu zaman Təhmasibin keçmiş sərkərdələri Məhəmməd Əli xan və qohumu Zulfiqar xan şahın adından çıxış edib mazandaran və Astrabadın yeni başçıları olduqlarını elan etdilər. Təhmasib bu işdə əlinin olmadığına Nadiri inandırmaq istəsə də, Nadir onun Zülfiqarla əlaqəsindən məlumatlı olduğunu bildirdi.
Nadir şah Əfşarın Herat səfəri
Nadir xan Əfşarın Herat səfəri - 1730-cu ilin avqust ayəndan başlayan və Herat üzərində Səfəvi hakimiyyətinin yenidən bərqərar olması ilə nəticələnən səfər == Zülfüqar xanın üsyanı == Nadir öz qoşunları ilə İraqda (bu günkü İranın cənub-qərbi nəzərdə tutulur) və Azərbaycanda Osmanlı qüvvələrinə qarşı ağır döyüşlər apararkən vaxtilə ondan ağır zərbə almış əbdali əfqanları Şah Təhmasib hakimiyyətinə itaət etməkdən boyun qaçırdılar. Mərkəzi hakimiyyətə qarşı istiqamətlənmiş bu qiyamın təhrikçiləri əslində gilzayi əfqanları idilər. Qəndahar hakimi Sultan Hüseyn Nadirə qarşı tək silah qaldırmağın mümkünsüz olduğunu başa düşərək ilk əvvəl Herat hakimi Allahyar xanı öz tərəfinə çəkməyə çalışdı. Lakin Allahyar xandan rədd cavabı aldıqdan sonra Sultan Hüseyn öz adamlarına Herat əhalisi arasında Nadir xana qarşı təbliğat aparmağı tapşırdı. Çünki, Herat camaatı da Allahyar xanın Nadirə qarşı sədaqətindən razı deyildi. Bu narazı əbdali əyanları toplanaraq Fərəh hakimi Zülfüqar xanı Herat hakimliyini öz əlinə almağa çağırdılar. “Aləm Ara-ye Naderi”nin verdiyi məlumata görə, Allahyar xanla Zülfüqar xanın atası arasında olan ixtilaflar da Zülfüqar xan tərəfdarlarının ona qarşı sərt mövqe tutmasına səbəb oldu. Bir tərəfdən Sultan Hüseynin fitnələri, digər tərəfdən də Zülfüqar xan tərəfdarlarının Allahyar xana qarşı sərt mövqeyi birləşərək Allahyar xanın Herat hakimliyindən devrilməsi ilə nəticələndi. Allahyar xan müqavimət göstərməyə çalışsa da bir nəticə hasil olmadı və o, Heratı tərk etmək məcburiyyətində qaldı. Ailəsini və uşaqlarını Maruçaq qalasına gətirib sonra oranın hakimi Mövcudqulu xanla birlikdə Məşhədə, Nadirin Xorasan hakimi təyin etdiyi İbrahim xanın yanına gəldi.
Mxitar Heratsi adına İrəvan Dövlət Tibb Universiteti
İrəvan Dövlət Tibb Universiteti (erm. Երեվանի Մխիթար Հերացու անվան Պետական Բժշկական Համալսարան) — Ermənistanın İrəvan şəhərində yerləşən erməni tibb universiteti. Tələbələrin 24%-i dünyanın 26 ölkəsindən olan beynəlxalq tələbələrdir. == Tarixi == === Zəmin === Birinci Ermənistan Respublikasında universitet yaranana qədər Tiflisdə yerləşən Zaqafqaziya özəl universitetində erməni tələbələrin sayı çox idi. 1919-cu ildə aparılan məsləhətləşmələrə əsasən, İrəvanda universitetin yaradılması müzakirə olunur. 1920-ci il yanvarın 31-də universitet müvəqqəti olaraq Aleksandropol Ticarət Məktəbinin binasında açılır. Növbəti tədris ilindən universitet İrəvan Müəllimlər Seminariyasının binasına köçürüldü və Ermənistan Xalq Universiteti, 1922-ci ildən isə İrəvan Dövlət Universiteti adlandırılır. 1920-ci il oktyabrın sonunda baş nazir Hamo Ohancanyan və o vaxtkı təhsil naziri Gevorq Qazaryan "Universitetdə tibb fakültəsinin açılması haqqında qanun" dekretini imzalasalar da, Ermənistan Sovet İttifaqının tərkibinə daxil olduğu üçün icra olunmadı.1921-ci il noyabrın 3-də İrəvanda tibb fakültəsi, 1922-ci il martın 15-də isə İDU-nun tibb fakültəsi yaradıldı. İlk dekan doktor Spandrarat Kamsarakan oldu və professor-müəllim heyəti 6 nəfərdən ibarət idi. === Sovet vaxtı === İlk 32 tələbə 1927-ci ildə tibb fakültəsindən məzun oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.78 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2004 ••• 1.01
2006 ••• 0.90
2007 ••••• 1.69
2008 •• 0.49
2009 •••• 1.12
2010 ••• 0.91
2011 ••• 0.94
2012 •• 0.43
2013 ••• 1.02
2014 •••• 1.03
2017 •• 0.65
2018 ••••• 1.65
2019 ••• 0.83
2020 0.27

"herat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#herat nədir? #herat sözünün mənası #herat nə deməkdir? #herat sözünün izahı #herat sözünün yazılışı #herat necə yazılır? #herat sözünün düzgün yazılışı #herat leksik mənası #herat sözünün sinonimi #herat sözünün yaxın mənalı sözlər #herat sözünün əks mənası #herat sözünün etimologiyası #herat sözünün orfoqrafiyası #herat rusca #herat inglisça #herat fransızca #herat sözünün istifadəsi #sözlük