* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Hər hansı hesablamanın rəqəmlərlə ifadə olunan nəticəsi; say, miqdar. Əgərçi bizim qoşunumuz da hesab və ədəddə taifeyi-Osmaniyyədən kəm deyildi… M.F.Axundzadə. Qulaq asanların hesabı artdı. Ə.Haqverdiyev. □ Hesab etmək (eləmək) – saymaq, hesablamaq. Fabrikin gəlirini hesab etmək. Gəlir və çıxarını hesab etmək. – Xozeyin dinməz-söyləməz çötkəni götürüb, çaq-çuq hesab elədi. S.M.Qənizadə. Leylək qızılın hamısını hesab etməkdə çox çətinlik çəkdi. S.Rəhimov. // Hesablama, sayma, hesab etmə. Bir sıra alimlərin apardığı hesaba görə Yer kürəsinin tərkibində olan tək uran və torinin atom enerjisi neft və daş kömür ehtiyatının enerjisindən 20 dəfə çoxdur. A.Qarayev. 2. Riyaziyyatın, rəqəmlərin sadə xüsusiyyətlərini və onlarla həll olunan əməliyyatı öyrənən bəhsi. Hesab dərsi. Hesabdan “5” almaq. – Lalə yalnız Şirmayının məktəb işlərinə qarışardı, vaxtı olanda dərslərini xəbər alar, hesab məsələlərinin həllinə kömək edirdi. M.Hüseyn. 3. Borc, verəcək. [Hafizə xanım:] Rəhim kişi, hesabın hamısını gətiribsənmi? Ə.Haqverdiyev. 4. müh. Maliyyə əməliyyatı və ya hər hansı idarənin, müəssisənin maliyyə əməliyyatının mühasibat uçotu üçün əsas olan sənədlər. İdarənin hesab nömrəsi. 5. Hesabla şəklində zərf – ehtimal ki, güman ki, ola bilər ki. Hesabla bu gün gəlməlidir. – Hesabla [Tapdıq] hospitalda bir az da yatmalı idi. Ə.Əbülhəsən. 6. Hesabına şəklində zərf – vəsaiti ilə, pulu ilə. Öz hesabına ezamiyyətə getmək. Fikirləşir bir qədər; Bu gün hara gedəcək; Yaxud kimin hesabına; Harda nahar edəcək? Z.Xəlil. ◊ Hesab aparmaq – nəticə çıxarmaq, başa düşmək. Hər kəs öz hesabını aparsın. Hesab çəkmək – 1) haqq-hesab etmək, gəliri və xərci hesablamaq; hesablaşmaq. [Mozalanbəy:] Bala seyidi çağırıb hesab çəkdim. Ə.Haqverdiyev. Hacı Nəsir ayrı bir şəhərdə yaşayan şərikilə hesab çəkməyə getmişdi. S.S.Axundov; 2) sayğacda hesablamaq, çötkəyə vurmaq. Qorxmaz içəri girəndə Saleh stolun dalında oturub hesab çəkirdi. Ə.Vəliyev. Hesab etmək (eləmək) məc. – 1) fikirləşmək, təsəvvür etmək, təsəvvürünə gətirmək, güman etmək, zənn etmək. [Xortdan:] Bir də mən belə hesab edirdim ki, cəhənnəm bir böyük şəhərdir. Ə.Haqverdiyev. Şəfiqə əvvəl elə hesab elədi ki, yenə gələn Lütfəlidir. İ.Musabəyov; 2) saymaq, bilmək. [Əhməd:] İndi ki, bizi oğru hesab eləyirsiniz, qapınızı qıfıllayın… N.Vəzirov. İndiyə kimi Bəhramı bakılı hesab edən müəllim tamamilə çaşdı. Ə.Vəliyev. Hesab olunmaq – sayılmaq, bilinmək. [Yaşlı kişi:] Məhəlləmizin ruhanisi Molla Hüseyn, axundun ən sadiq bir müridi hesab olunar, cənnət və cəhənnəm haqqında təlqinatına ürəklə inanardım. S.Hüseyn. Hesaba almadan – fikir vermədən, saymadan, sayğı göstərmədən. Armudboğaz oğlan bərbəzəkli xanım müştəriləri hesaba almadan daha yağlı müştəri saydığı “generalla” əyləndi. S.Rəhimov. [Muxtar:] Danışacağam, ancaq kimin xoşuna, ya bədinə gəldiyini hesaba almadan danışacağam. Mir Cəlal. Hesaba almaq – nəzərdən qaçırmamaq, nəzərə almaq, hesablamaq. Kollektivin rəyini hesaba almaq lazımdır. Hesaba almamaq – saymamaq, fikir verməmək, nəzərə almamaq, vecinə almamaq. Zərrintac xanım kol ətəyindən gələn əsil-nəsəbsiz Ələmdarı heç adam cərgəsinə qoyub, onun var-yoxluğunu belə hesaba almırdı. S.Rəhimov. Hesaba almazdın mənimtək sən də; Özgə danlağını, yad tənəsini. B.Vahabzadə. Hesaba vurmaq – hesablamaq, haqq-hesab etmək. Biz hesaba vurduq, gəlib oktyabr ayının sonu çıxdı. S.S.Axundov. Hesabı açmaq – futbol, voleybol, güləşmə və b. idman yarışlarında birinci xalı qazanmaq. İlk dəqiqədə [hücumçu] rəqiblərin qapısından bir top keçirərək, hesabı açmağa müvəffəq olmuşdur. Hesabı çürütmək – 1) çatası pulu tamamilə verərək və ya alaraq haqq-hesabı qurtarmaq, hesablaşmaq; 2) mübahisəli, davalı məsələni həll etmək. [Nəbi:] Hesabı çürüdək, bu son görüşdür. S.Rüstəm. Hesabı düz çıxmamaq – arzusu, istəyi həyata keçməmək, istədiyi olmamaq, təxmini düz çıxmamaq. Hesabı itirmək – hesablayarkən, sayarkən səhv etmək; miqdarını, sayını yaddan çıxarmaq, hesabı dolaşdırmaq. Yazı-pozu bilməyən Leylək beşliyi, onluğu, bir də yeddi manat yarımlığı dolaşıq salıb hesabı itirməkdən qorxdu. S.Rəhimov. Hesabı var – çoxluq, saysızlıq bildirir. [Xırdaxanım:] Qumun, torpağın sayı var, hesabı var, mənim dərdimin hesabı yoxdur. N.Vəzirov. Hesabı yoxdur – bax hesabı var. Ovçu əlində oxdur; Oxun hesabı yoxdur; Dost çox olsa nə eybi; Bir düşmən yenə çoxdur. (Bayatı). Hesabıma (hesabına) görə – məncə (səncə), mənə (sənə) görə, mənim (sənin) fikrimcə (fikrincə). Rüstəm kişinin hesabına görə, bu il yaz da mülayim və yağıntılı olmalı idi. M.İbrahimov. Hesabına getmək – hesablamaq, saymaq, miqdarını müəyyənləşdirmək. [Muzdur] axır bir nəfəsini dərib pulun hesabına getməyə başladı. S.M.Qənizadə. Hesabını aparmaq – başa düşmək, duymaq, nəticə çıxarmaq. Molla Tanrıverdinin rəngi üzündən qaçıb ağappaq gəc kimi ağardı, həmin saat hesabını apardı. E.Sultanov. Hesabını başa düşmək – bax hesabını aparmaq. [Vahid:] …[Anam] məni yanakı süzəndə hesabımı başa düşərdim. B.Bayramov. Hesabını çəkmək – hesablamaq, hesab etmək, saymaq. [Kibernetika maşınları] Çəkir hesabını da; Minlərin, milyonların. B.Vahabzadə.
Azərbaycan dilinin izahlı lüğəti / hesab2 ə. 1) say, miqdar; 2) riyaziyyat elmlərindən biri; 3) haqq-hesab, hesabat; 4) borc, verəcək.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / hesab2 1. HESAB, HAQQ-HESAB, HESABLAMA, SAYMA 2. hesab bax say 3. hesab bax borc 1
Azərbaycan dilinin sinonimlər lüğəti / hesab1 HESAB I is. [ ər. ] Haqq, intiqam. Ağlatmaz yandığım cinayət məni; Fəqət tarix səndən alacaq hesab! (M.Müşfiq). HESAB II is. [ ər. ] riyaz. Riyaziyyat fənlərindən birinin adı. Bizim hər gün hesab dərsimiz var.
Azərbaycan dilinin omonimlər lüğəti / hesab2 сущ. 1. счёт: 1) результат каких-л. подсчетов, вычислений (выраженный в числах) 2) цифровое соотношение очков в спортивной игре. Hesab 1: 0 oldu счет стал 1: 0, hesabı Məmmədov açdı счет открыл Мамедов, hesab bərabərləşdi счет сравнялся, hesabı artırmaq увеличить счет 3) документ с указанием суммы денег, которая должна быть уплачена за что-л. Hesabı ödəmək оплатить счёт, ofisiantdan hesabı soruşmaq попросить счёт у официанта 4) бух. финансовые операции, а также документы, служащие для бухгалтерского учета финансовых операций какого-л. предприятия, учреждения. Bank hesabı банковский счет, büdcə hesabı бюджетный счет, şəxsi hesab лицевой счет, xüsusi hesab особый счет, специальный счет, ödənilmiş hesab оплаченный счет, cari hesab текущий счет, balans hesabı балансовый счет, balansdanxaric hesab внебалансовый счет, bankda hesab açmaq открыть счёт в банке, hesabın nömrəsi номер счета 2. расчёт (математические, технические вычисления, из которых состоит это действие). Hesabını aparmaq (qurmaq) произвести расчет чего-л. 3. arifmetika (раздел математики, занимающийся изучением простейших свойств чисел и производимых над ними действий). Hesab dərsi урок арифметики, hesab müəllimi учитель арифметики, hesab kitabı учебник по арифметике 4. спорт. зачёт. Qeyri rəsmi komanda hesabında в неофициальном командном зачете 5. подсчёты (результат, итог счета, расчетов). Mənim hesabıma (hesablamalarıma) görə по моим подсчетам 6. количество, число. Oxucuların hesabı (sayı) artdı увеличилось количество (число) читателей 7. разг. долг (то, что взято или отдано заимообразно – преимущественно деньги). Hesabı qaytarmaq вернуть долг, hesabı almaq kimdən получить долг с кого; hesabına: 1. за счёт. Müəssisənin hesabına за счет предприятия, öz hesabına за свой счёт. Öz hesabına məzuniyyət götürmək взять отпуск за свой счёт 2. в счёт: 1) бухг. используя денежные средства из какого-л. источника, с какой-л. статьи расхода. Direktor fondunun hesabına mükafat премия в счет директорского фонда 2) по какому-либо плану, обязательствам. Kredit sövdələşməsinin hesabına təchizat поставки в счет кредитных соглашений 3) по плану, обязательствам какого-л. времени. Gələn ilin hesabına işləmək работать в счёт будущего года II прил. 1. счётный: 1) служащий для счета, вычисленный; вычислительный. тех. Hesab (hesablama) maşınları счетные машины 2) относящийся к ведению учета операций по счетам, по финансовым операциям; счетоводный. Hesab sənədi счетный документ, hesab işi счетное дело 2. арифметический. Hesab məsələsi арифметическая задача, hesab əməlləri арифметические действия; barmaq hesabı счёт по пальцам. Barmaq hesabı (barmaqla) saymaq olar по пальцам можно пересчитать (перечесть) (о малом количестве кого-л., чего-л.); hesaba almaq: 1) учитывать, учесть; принимать, принять во внимание 2) принимать, принять в расчет; hesaba almadan kimi, nəyi 1) не считаясь с кем, с чем 2) не учитывая кого, чего; без учета кого, чего 3) не принимая в расчёт кого, чего; hesaba almamaq kimi, nəyi 1) не считать кого, чего; сбрасывать со счетов кого, что 2) не считаться с кем, с чем; hesaba vurmaq см. hesaba almaq (во 2 знач.); hesabdan atmaq (hesabdan çıxarmaq) kimi, nəyi сбрасывать, сбросить со счетов кого, что; hesabını aparmaq nəyin вести счёт чего, hesab deyil nə не в счёт, не в зачёт что. Bu hesab deyil это не в счёт; hesab etmək (eləmək) считать, счесть: 1) воспринять как-л., расценить каким-л. образом 2) иметь какое-л. мнение по поводу чего-л. принять, счесть за кого-л., что-л. Zibil hesab eləmək посчитать за мусор; hesab edirəm ki, … считаю, что …; полагаю, что; hesab olunmaq: 1. считаться (восприниматься как-л.). Məqbul hesab olunmaq считаться удовлетворительным, приемлемым; düzgün hesab olunur считается правильным; 2. приниматься в расчет; hesab olmaq приниматься в счет, считаться; hesab çəkmək: 1) производить, произвести подсчет, итоги 2) требовать, потребовать счет у кого-л. 3) рассчитываться, рассчитаться (мстить, отомстить кому-л. сводить, свести счеты с кем-л.); hesaba keçirmək переводить, перевести на счет; hesaba yazmaq записать в счет; hesaba salmaq занести, включить в счет; kimlə, nə ilə hesabı qurtarmaq кончить, покончить счеты с кем, с чем; hesabı düz çıxmamaq просчитаться, допустить неточность; hesabını itirmək kimin, nəyin терять, потерять счет кого, чего. O qədər kitab oxumuşam ki, hesabı itirmişəm так много прочитал книг, что счет потерял; hesabı yoxdur kimin, nəyin о неисчислимом (бесчисленном, большом) количестве кого-л., чего-л.; hesabı kəsmək kimlə, nə ilə рассчитаться, кончить, покончить счеты, денежные расчеты с кем, с чем; hesabı üzmək: 1. прерывать, прервать, прекращать, прекратить счеты; 2. покончить счеты; расквитаться; hesaba görə: 1. по расчетам; 2. по подсчетам; öz hesabına götürmək принимать, принять на свой счет; hesabını aparmaq разуметь, уразуметь (уяснить себе; сделать вывод); hesabını başa düşmək понимать, понять; соображать, сообразить; смыслить, постигать своим умом; hesabını bilmək знать свое дело, быть себе на уме; hesabını vermək рассчитываться, рассчитаться (уплачивать, уплатить следуемое по счету)
Azərbaycanca-rusca lüğət / hesab1 I. i. 1. calculation, count, reckon; dəqiq ~ aparmaq to keep* strict count; onun ~ına görə according to his reckoning; ~a almaq to take* into consideration / account (d.); ~a almamaq to leave* out of account (d.); ~ etmək 1) to consider; O məni öz dostu hesab edir He / She considers me his / her friend; 2) bax hesablamaq; ~ olunmaq 1) to be* counted; 2) məc. to be* considered / taken into consideration; ~ çəkmək 1) to make* a calculation; 2) məc. to settle a score with smb., to square accounts with smb.; köhnə ~ı çürütmək to pay* off old scores; to get* even (with), to settle up accounts (with); ~ını aparmaq 1) to realize (d.), to understand* (d.), to guess (d.), to surmise (d.); 2) müh. account; cari ~ current account; şəxsi ~ personal account; kiminsə ~ına on smb.’s account; 2. id. score; ~ı açmaq to score; 3. arithmetic(s) II. s. 1. account; ~ kitabı account-book; ~ xətkeşi slide-ruler; 2. arithmetic, arithmetical; ~ dərsliyi arithmetical book
Azərbaycanca-ingiliscə lüğət / hesab1 is. 1) compte m ; calcul m ; facture f ; note f ; addition f (restoranda) ; règlement m ; onun ~ına görə d’après ses calculs ; ~ etmək considérer vt ; prendre vt pour ; 2) müh. cari ~ compte courant ; ~ açmaq ouvrir un compte kiminsə ~ına pour le compte de qn ; aux frais de qn ; nəyinsə ~ına à compte, à valoir sur. . . ; 3) idm. score m ; 4) arithmétique f ; calcul m
Azərbaycanca-fransızca lüğət / hesab1 [ər.] сущ. гьисаб (1. кьадар, сай; гьисаб авун, гьисабун; hesab etmək (eləmək) гьисаб авун, гьисабун; 2. арифметика; 3. бурж; 4. hesabla нареч. гьисабдалди, игьтимал хьи; 5. hesabına нареч. гьисабдай, пулуналди); ** hesab aparmaq гьисаб тухун, нетижа хкудун, гъавурда акьун; hesab çəkmək гьисаб чӀугун а) гьахъ-гьисаб авун, къвезвай ва акъатзавай харжияр гьисабун; б) чуртка ягъун, чурткадал гьисабун; hesab etmək (eləmək) пер. гьисаб авун а) фикирун, гиман авун, зенд авун, фикирда кьун; б) гьисабун, кьун; hesaba almadan гьисаба такьуна, фикир тагана, кваз такьуна, саймиш тавуна; hesaba almaq а) гьисаба кьун, кваз кьун, назарда кьун, гьисабун; б) гьисабдиз къачун; hesaba almamaq гьисаба такьун, кваз такьун, фикир тагун, назарда такьун, саймиш тавун; hesaba vurmaq гьисабдиз ягъун, гьисабун, гьахъ-гьисаб авун; hesabı açmaq гьисаб ахъаюн (футбол, волейбол ва мс. уюнра сад лагьай хал къазанмишун); hesabı çürütmək а) гьахъ-гьисаб авуна куьтягьун, агакьзавай пул вахгана ва я къахчуна куьтягьун; б) дяве (гьуьжет) алай са месэла гьялна куьтягьун; hesabı düz çıxmamaq гьисаб дуьз акъат тавун, кӀанивал тахьун, мурад авунвай затӀ, тахмин дуьз акъат тавун; hesabı itirmək гьисаб квадарун, гьисабдамаз акахьун, гъалатӀ авун; кьадар рикӀелай алудун, гьисаб акадарун; hesabı var гьисаб ава (гзафвал, кьадарсузвал къалурдай ибара); hesabı yoxdur гьисаб авач (кил. hesabı var); hesabıma (hesabına) görə зи (ви) гьисабдалди, завай (вавай) хьайитӀа, заз (ваз) килигай, зи (ви) фикирдалди; hesabına getmək гьисабун, кьадар тайинарун; hesabını aparmaq гьисаб тухун, гъавурда акьун, нетижа хкудун; hesabını başa düşmək кил. hesabını aparmaq; hesabını çəkmək гьисаб чӀугун, гьисаб авун, гьисабун.
Azərbaycanca-ləzgicə lüğəti / hesab