hesabla sözü azərbaycan dilində

hesabla

Yazılış

  • hesabla • 99.9733%
  • Hesabla • 0.0267%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
AKTUAR HESABLAMALAR
== Aktuar hesabat == Sığorta növləri üzrə sığorta tariflərinin, sığorta ehtiyatlarının yaradılması üsullarının riyazi və statistik tədqiqatı. A.H. metodologiyası ehtimal nəzəriyyəsi, böyük rəqəmlər nəzəriyyəsi, riyazi statistikanın demoqrafik tədqiqatlarda istifadəsinə əsaslanır. == Aktuari == Sığorta müqavilələri ilə əlaqəli statistik maliyyə göstəriciləri əsasında iqtisadi-riyazi metodlarla sığorta tariflərini və sığorta ehtiyatlarını hesablayan riyaziyyatçı. Sığortaçının işçilərindən biri riyaziyyatçı kimi tanınır. Lakin o, riyazi məsələlərlə yanaşı, digər sahələrdən də xəbərdardır (məsələn, iqtisadi proqnozlar verilməsi üçün istifadə olunan məlumatlar sahəsi). Buna nail olmaq üçün o, riyaziyyat üzrə ali təhsillə yanaşı, müvafiq aktuar kurslarında keçirilmiş mühazirələri də əla mənimsəmişdir. Onun sığorta şirkətindəki funksiyalarına bir çox əməliyyatlar üzrə iqtisadi-riyazi hesablamalar daxildir. Məsələn, o, əhalinin ölüm statistikasını təhlil edərək ölüm cədvəlini əsas götürür, həyatı sığorta olunan şəxsin yaşına, cinsinə və digər hallara əsaslanaraq sığorta tarifini hesablayır və bu sığorta tarifi həmin şəxslə bağlı həyat sığortası müqaviləsinə tətbiq olunur. Müvafiq statistikanın təhlil olunması ilə sığorta tarifini, sığorta məbləğini, zərərliliklə bağlı göstəriciləri və s. hesablayan şəxs aktuari adlanır.
Avropa Hesablama Palatası
Avropa Hesablama Palatası (ing. European Court of Auditors) — 1977-ci ildən etibarən Avropa İttifaqı daxilində maliyyələşmə prosesləri üzərində xarici nəzarəti həyata keçirən orqan. Mərkəzi Lüksemburqda yerləşir. == Tarixi == Avropa Hesablama Palatası 1975-ci il Büdcə razılaşmasına əsasən yaradıldı və 18 oktyabr 1977-ci ildə keçirilən ilk iclasdan bir həftə sonra rəsmi olaraq quruldu. O zaman Avropa Hesablama Palatası (ECA) rəsmi bir qurum deyildi; Avropa Birliyinin maliyyəsini yoxlamaq üçün hazırlanmış xarici bir qurum idi. ECA yaranandan Maastricht razılaşmasına qədər hüquqi bir statusa sahib deyildi. Maastricht razılaşmasından sonra bir quruma çevrilərək Avropa Ədalət Məhkəməsinə (ECJ) müraciət etmək bacarığı kimi bəzi yeni səlahiyyətlər qazandı. Əvvəllər Avropa Birliyinin çox az qismində yoxlama apara bilsə də, Amsterdam müqaviləsindən sonra bütün Avropa Birliyinin maliyyəsini yoxlamaq üçün tam səlahiyyət qazandı. == Fəaliyyəti == Adına baxmayaraq Avropa Hesablama Palatasının (ECA) mühakimə etmə hüququ yoxdur. Daha çox peşəkar bir xarici istintaq-audit qurumudur.
Avropa Milli Hesablar Sistemi
Avropa Milli Hesablar Sistemi (AMHS-1995) — Avropa İttifaqının üzvləri tərəfindən istifadə edilən milli hesablar və regional hesablar sistemi. Bu, ardıcıl, dəqiq və müqayisə edilə bilən statistik məlumatlardan istifadə etməklə üzv ölkələrin iqtisadiyyatının kəmiyyət baxımından ifadəsini təsvir etmək üçün zəruri uçot qaydalarını müəyyən edir. == Strukturu == AMHS-in strukturu sektor hesabları və xərclər-buraxılış olmaqla iki əsas cədvəllər qrupundan ibarətdir. Sektor hesabları institusional sektorlar üzrə iqtisadi prosesin müxtəlif mərhələlərinin sistemli təsvirini təqdim edir. Sektor hesablarına həmçinin hesabat dövrü ərzində aktivlərin, öhdəliklərin və şəxsi kapitalın xalis dəyərinin olub-olmamasını müəyyən etmək üçün aktiv və passiv balansı daxildir. Xərclər-buraxılış cədvəli və sahələr üzrə hesablardır. İstehsal prosesini, məhsul və xidmətlərin hərəkətini daha ətraflı təsvir edir. AMHS həmçinin əhali və məşğulluq anlayışlarını özündə birləşdirir. Bu anlayışlar həm sektor hesabına, həm də xərclər-buraxılış cədvəlinə uyğundur. AMHS illik milli hesablarla məhdudlaşmır, həm də rüblük və regional hesabları əhatə edir.
Azaldılmış göstərişlər toplusuyla hesablama
Azaldılmış göstərişlər toplusuyla hesablama (en. Reduced instruction set computing (RISC)) - nisbətən az sayda özəl göstərişlər toplusunun cəld və səmərəli yerinə yetrilməsinə yönəli mikroprosessor arxitekturası tipi. Prosessorun yalnız məhdud sayda sadə göstərişləri yerinə yetirə bilməsi hesabına belə mikroprosessorlu kompüter çox sürətli işləyir. Bu sadə göstərişlərdən daha mürəkkəb göstərişlər formalaşdırmaq mümkün olduğundan RISK prosessorları dar ixtisaslaşdırılmış olmur. Ancaq mürəkkəb göstərişlərin yerinə yetirilməsi zamanı RISK mikrosxemləri CISC mikrosxemləri ilə müqayisədə yavaş işləyir, çünki belə göstərişləri daha sadə göstərişlərə “bölmək” lazım gəlir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Azərbaycan Respublikası Hesablama Palatası
Azərbaycan Respublikasının Hesablama Palatası — Azərbaycan Respublikasının Milli Məclisinə hesabat verən, təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanı. Azərbaycan Respublikasının ali maliyyə nəzarəti orqanı. == Haqqında == Hesablama Palatası Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq yaradılmış və 2001-ci il dekabrın 7-dən fəaliyyətə başlamışdır. 2013-cü il 22 noyabr tarixindən etibarən Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Tapdıq oğlu Gülməmmədovdur. == Funksiyaları == Hesablama Palatası aşağıdakı funksiyaları həyata keçirir: dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy vermək, onların büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarət etmək; dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy vermək; dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil etmək, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayıb Milli Məclisə təqdim etmək; dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirmək; Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizasını keçirmək; dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edib Milli Məclisə məlumat vermək; dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan Respublikasını Milli Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alıb təhlil etmək və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər vermək; dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini aparmaq. == Rəhbərlik == Hesablama Palatası sədrinin, sədr müavininin və auditorlarının səlahiyyət müddəti 7 ildir. Azərbaycan Respublikası Hesablama Palatasının sədri, sədr müavini və auditorları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunurlar və vəzifələrindən azad olunurlar. Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri və Mərkəzi Bankının sədri ilə birbaşa qohumluq əlaqəsində ola bilməzlər. Hesablama Palatasının sədri, onun müavini və Hesablama Palatasının auditorlarına qarşı cinayət işi yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən qaldırıla bilər.
Azərbaycan Respublikasının Hesablama Palatası

Beynəlxalq hesablaşmalar
Valyutada pul tələbləri və öhdəlikləri dövlətlər, müxtəlif ölkələrin ərazisində yerləşən fiziki və hüquqi şəxslər arasında iqtisadi, siyasi, mədəni münasibətlərin əsasında yaranır. Beynəlxalq hesablaşmalar yuxarıda göstərilən pul tələbləri və öhdəlikləri üzrə ödəmələrin təşkili və tənzimlənməsini əks etdirir. Beynəlxaql hesablaşmalar bankların gündəlik fəaliyyətidir. Onlar dünya ictimaiyyəti tərəfindən işlənmiş və əksər ölkələr tərəfindən qəbul edilmiş şərt, norma və qaydalar əsasında beynəlxalq hesablaşmaları həyata keçirir, xaricə ödəmələr edirlər. Beynəlxalq hesablaşmalar sferasında bankların fəaliyyəti dövlətlər və beynəlxalq iqtisadi təşkilatlar tərəfindən tənzimlənir. Beynəlxalq hesablaşmalar əsasən nağdsız qaydada və banklar vasitəsilə həyata keçirilir. Bu zaman müxtəlif ölkələrin kredit təşkilatları, bankları arasında müxbir münasibətləri qurulur. Bu məqsədlə banklar hesabların (nostro – bankın digər banklarda hesabları, loro – digər bankların bankda hesabları) açılması barədə qarşılıqlı müxbir sazişləri imzalayırlar. Bu sazişlərdə hesablaşma qaydaları, komission mükafatlandırmanın həcmləri, həmçinin vəsaitlər xərcləndikcə müxbir hesabların yenidən vəsaitlə təmin edilməsi metodları öz əksini tapır. Banklar beynəlxalq hesablaşmaları özlərinin xarici filialları və bölmələri vasitəsilə də həyata keçirə bilərlər.
Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi
Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeçiliyində olan struktur təşkilatdır. == Tarix == Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 07.02.1994-cü il tarixli 13 saylı əmrinə əsasən 1 mart 1994-cü il tarixində Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində respublikamızın ilk müstəqil qurumu olan Beynəlxalq Hesablaşma Mərkəzi (BHM) "Aztelekom İB"-nin tərkibində struktur vahidi kimi yaradılmışdır. Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 17.01.1995-ci il tarixli 05 saylı əmrinə əsasən BHM "Aztelekom İB"-nin tərkibindən çıxarılmış və birbaşa RN-ə tabe edilmişdir. Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 06.12.1996-cı il tarixli 140 saylı əmrinin 1-ci bəndinə əsasən 01.01.1997-ci il tarixindən BHM — Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi (BƏHM) adlandırıldı. 2004-cü ilin fevral ayında BƏHM yeni yaradılan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyinə keçirilmişdir. 2005-ci ilin sentyabr ayında Nizamnamənin bir neçə bölməsində dəyişiklik edilərək yeni redaktə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış və müəssisə Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi adlandırılmışdır. 2015-ci ilin iyun ayında Mərkəzin təşkilati-hüquqi forması dəyişdirilərək "Azerbaijan International Telecom (AzInTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmişdir. == Əsas vəzifələri == Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon, teleqraf, teleks, kanal istifadəsi və poçt rabitəsi xidmətləri üçün beynəlxalq operatorlarla müqavilələrin bağlanması və müqaviləüzrə dövlətlərarası qarşılıqlı hesablaşmaların aparılması; Dünya ölkələrinin rabitə operatorları ilə beynəlxalq telekommunikasiya və poçt xidmətləri üçün tətbiq olunanhesablaşma qiymətlərinin Beynəlxalq Telekommunikasiya İttifaqının və Ümumdünya Poçt İttifaqının tövsiyəvə qaydaları əsasında birja qiymətləri nəzərə alınmaqla müəyyənləşdirilməsi və razılaşdırılması; Beynəlxalq telekommunikasiya operatorları və poçt təşkilatları arasında əlaqələrin koordinasiya edilməsi; Azərbaycan Respublikası ilə dünya ölkələri arasında birbaşa peyk və fiber-optik rabitə kanallarınınyaradılması üzrə texniki-iqtisadi əsaslandırmaların hazırlanması; Mövcud rabitə kanallarından səmərəli istifadə edilməsi üçün beynəlxalq çıxış telefon trafikininmarşrutlandırılması üzrə Trafik Marşrutlandırma Planının (TMP) hazırlanması və S-12 beynəlxalqstansiyasında tətbiq edilməsi üçün tədbirlərin görulməsi; Xarici ölkələrdən və respublikada fəaliyyət göstərən xarici ölkələrin səfirliklərindən Rabitəvə Yüksək Texnologiyalar Nazirliyinə gələn qonaqlarla Nazirlikdə və ya BƏHM-də keçirilən görüşlərinprotokol və təşkilatı məsələlərin həlli; Beynəlxalq rabitə kanallarından səmərəli istifadə edilməsi üçün Avtomatlaşdırılmış İş Yerindən (AİY) trafikmübadiləsinə gündəlik nəzarətin edilməsi; Azərbaycan Respublikası ilə dünya dövlətləri arasında birbaşa istiqamətlər üzrə mübadilə olunmuş terminalgiriş-çıxış və tranzit telefon trafiki məlumatlarının ayrıntılı analizinin aparılması; Birbaşa və tranzit ölkələrdən aylıq trafik məlumatların alınması, Azərbaycanın S-12 beynəlxalq stansiyasınıntrafik məlumatları ilə hər ay üzrə müqayisə olunması.
Bulud hesablamalar
Bulud texnologiyaları – istifadəçiyə xidmət şəklində İnternet və ya lokal şəbəkə vasitəsilə əlyetərli olan proqram-aparat təminatıdır. Bulud texnologiyaları müəyyən resurslara (hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə etməyə imkan verir. İstifadəçi kompüteri, bu halda, şəbəkəyə qoşulmuş adi terminal rolunu oynayır. Bulud texnologiyaları konsepsiyası kompüter texnologiyalarının infrastrukturunun və proqram təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir. Bu texnologiyanın köməyi ilə istifadəçinin məlumatları bulud sistemlərində saxlanılır, emal edilir və eyni zamanda brauzerlərin köməyilə, emal proqramlarının işə salınması və nəticələrə baxılması təmin edilir. Bulud texnologiyaları sisteminin infrastrukturu, kompüterlərin hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşdırılmasından geniş istifadə etməklə, verilənlərin emal və yadda saxlanması mərkəzlərinin yaradılmasını təmin edir.Bulud texnologiyası (ing. Cloud Computing) və ya funksional mənada verilənlərin açıq şəkildə paylanması; Qurğular arasında ortaq informasiya mübadiləsini təmin edən xidmətlərə verilən ümumi ad. Bulud texnologiyası bu baxımdan bir məhsul deyil, xidmətdir; Əsas mənbədəki proqram və məlumatların mübadiləsi təmin edilərək, mövcud informasiya xidmətinin kompüterlər və digər qurğulardan informasiya şəbəkəsi (tipik olaraq İnternetdən) üzərindən istifadə edilməsidir. Bulud sözü faylların olduğu mövqeyi işarə edir. Bu texnologiyanın qabaqcıl təcrübələri internet pravayderləri tərəfindən ehtiyat nüsxə məqsədilə təqdim olunan buludlardır.
Elektron Hesablayıcı Maşınlar zavodu
Elektron Hesablayıcı Maşınlar zavodu — Müdafiə Sənayesi Nazirliyinin tabeliyində müəsisə. == Tarixi == Elektron Hesablayıcı Maşınlar zavodu SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli, 944 nömrəli qərarı ilə yaradılmış, tikintisi 1972-1986-cı illərdə aparılmışdır. 1993–2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyindədir. == Fəaliyət sahələri == Elektron Hesablayıcı Maşınlar zavodu yaradıldığı zaman vahid seriyalı (EC-1010-1061) elektron-rəqəm hesablama maşınlarının tərkibinə daxil olan elektron və elektromexaniki qurğuların hazırlanması üzrə ixtisaslaşmışdı. Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyət istiqamətləri aşağıdakılardır: Elektron aparatların və qurğuların istehsalı Elektromexaniki və mexaniki qurğuların istehsalı Elektrik avadanlıqlarının istehsalı Elektrotexniki qurğuların və su təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı Lokomotivlərin avtomatik bloklarının istehsalı Sənaye və məişət cihazlarının istehsalı Ağac emalı Texnoloji tərtibatların və alətlərin hazırlanması == Texnoloji imkanları == Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyəti aşağıdakı istehsal sahələrindən ibarətdir: Mexaniki yığma sahəsi:müxtəlif materiallardan olan detalların mexaniki emalı dairəvi şlifləmə qaz mühitində yarımavtomat qaynaqlamaKarkas ştamplama və qaynaqlama:pressləmə soyuq ştamplama arqon-qövs qaynağı qövs qaynağı qaz qaynağıMetalların, alətlərin və tərtibatların termiki emalı Əlvan metalların, rezin və plastik kütlələrin tökülməsi və emalı Ağac emalı Qalvanik emal:misləmə kimyəvi oksidləmə sinkləmə xromlama anodlama passivləşdirməLak-boya ilə örtükləmə. Alət istehsalı:ştampların və pres qəliblərinin istehsalı alət və tərtibatların hazırlanmasıQeyri-standart avadanlıqların hazırlanması Metroloji nəzarət:zərbə və rəqsi sınaq parametrlərinin təyin edilməsi elektrik və radioelektrik ölçmələri kütlə, qüvvə və təzyiq ölçmələri sürət, təcil və zaman ölçmələri iqlim və metroloji sınaqlar.
Elektron Hesablayıcı Maşınları İstehsalatı İdarə edir (1982)
Elektron hesablama maşınları
Kompüter (əvvəlki yazılışı: kompyuter; ing. computer, [kəmˈpjuː.tə(ɹ)] — «hesablayıcı», lat. computare — "saymaq" və ya "hesablamaq" sözündən) və ya bilgisayar — arifmetik və ya məntiqi əməliyyatların (hesablamanın) ardıcıllığını avtomatik yerinə yetirmək üçün proqramlaşdırılan maşın. Müasir rəqəmsal elektron kompüterlər proqramlar kimi tanınan ümumi əməliyyat dəstlərini yerinə yetirirlər. Bu proqramlar kompüterlərə geniş spektrli vəzifələri yerinə yetirməyə imkan verir. Kompüter ya ayrı bir vahid ola bilər, ya da bir-biri ilə əlaqəli bir neçə qurğudan ibarət ola bilər. Kompüter sistemi tam əməliyyat üçün lazım və istifadə olunan aparat, əməliyyat sistemi (əsas proqram) və periferik avadanlığı özündə birləşdirən nominal olaraq tam kompüterdir. Bu termin həm də kompüter şəbəkəsi və ya kompüter klasteri kimi əlaqəli və birlikdə fəaliyyət göstərən kompüterlər qrupuna aid edilir. Müxtəlif sənaye və istehlak məhsulları kompüterlərdən idarəetmə sistemləri kimi istifadə edir. Mikrodalğalı sobalar və uzaqdan idarə vasitələri kimi sadə xüsusi təyinatlı cihazlar, sənaye robotları və avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi zavod cihazları, fərdi kompüterlər kimi ümumi təyinatlı cihazlar və smartfonlar kimi mobil cihazlar daxildir.
Elektron hesablayıcı maşınları istehsalatı idarə edir (film, 1982)
Etibarlı Hesablama Bazası
Trusted Computing Base (TCB)Etibarlı Hesablama Bazası (EHB) − hesablama sisteminin təhlükəsizlik siyasətinin dəstəklənməsi üçün cavabdeh olan proqram və aparat komponentləri daxil olmaqla təhlükəsizlik mexanizmlərı. EHB bir və ya bir neçə komponentdən ibarətdir, onlar birlikdə sistem çərçivəsində vahid təhlükəsizlik siyasətinin həyata keçirilməsinə cavabdehdirlər. EHB-nin vahid təhlükəsizlik siyasətini düzgün həyata keçirməsi xassəsi ilk növbədə EHB-nin özünün mexanizmlərindən, həmçinin sistem inzibatçılığının düzgün idarə etməsindən asılıdır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Etibarlı Hesablama Bazası (EHB)

Hesablama Maşınlarının Assosiasiyası
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. == Haqqında == ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. == Fəaliyyətlər == Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. == Struktur == Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
Hesablama Palatası
Azərbaycan Respublikasının Hesablama Palatası — Azərbaycan Respublikasının Milli Məclisinə hesabat verən, təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanı. Azərbaycan Respublikasının ali maliyyə nəzarəti orqanı. == Haqqında == Hesablama Palatası Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq yaradılmış və 2001-ci il dekabrın 7-dən fəaliyyətə başlamışdır. 2013-cü il 22 noyabr tarixindən etibarən Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Tapdıq oğlu Gülməmmədovdur. == Funksiyaları == Hesablama Palatası aşağıdakı funksiyaları həyata keçirir: dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy vermək, onların büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarət etmək; dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy vermək; dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil etmək, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayıb Milli Məclisə təqdim etmək; dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirmək; Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizasını keçirmək; dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edib Milli Məclisə məlumat vermək; dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan Respublikasını Milli Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alıb təhlil etmək və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər vermək; dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini aparmaq. == Rəhbərlik == Hesablama Palatası sədrinin, sədr müavininin və auditorlarının səlahiyyət müddəti 7 ildir. Azərbaycan Respublikası Hesablama Palatasının sədri, sədr müavini və auditorları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunurlar və vəzifələrindən azad olunurlar. Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri və Mərkəzi Bankının sədri ilə birbaşa qohumluq əlaqəsində ola bilməzlər. Hesablama Palatasının sədri, onun müavini və Hesablama Palatasının auditorlarına qarşı cinayət işi yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən qaldırıla bilər.
Hesablama Texnikası Assosiasiyası
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. == Haqqında == ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. == Fəaliyyətlər == Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. == Struktur == Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
Hesablama avadanlığı tarixçəsi
Hesablama avadanlıqı tarixçəsi — İnformasiya texnologiyasının müasir inkişaf dövrü texnologiyasında edilən dəyişikliklərə uyğun olaraq, müxtəlif mərhələlərə bölünür. Hər mərhələ yeni nəsil kompyuterlərin meydana gəlməsi ilə bağlıdır. "Komputerlərin nəsilləri" başlıca olaraq komputerlərdə istifadə edilən məntiq elementlərinin müxtəlifliyi ilə fərqlənir. Məntiq elementi informasiyanın emalı və yadda saxlanması üçün istifadə edilən elektron komponentdir. Birinci nəsil — (1951-1958). Kompüterlərin birinci nəslində elektron lampaları əsas məntiq elementi idi.Bu lampalar qızır və tez-tez sıradan çıxırdı. Kompüterlər işləyərkən xeyli elektrik enerjisi sərf edilirdi. Bu maşınların bir nöqsanı da hesablama işlərinin təşkili ilə bağlı idi. Belə ki,istənilən məsələni həll etmək üçün müvafiq alqoritmi-proqramı ikilik kodlar şəkilndə tərtib etmək lazım gəlirdi ki,buda çətin, yorucu və tez-tez səhvlərə gətirib çıxaran bir iş idi. Maşına verilənlər perfokartlar şəklində daxil edilir və nəticələr də perfokartlara çıxarılırdı.
Hesablama buludları
Hesablama buludları (ing. Cloud computing) – kommunikasiya texnologiyalarının köməyi ilə böyük təşkilatlarda yerləşən çoxsaylı kompüterlərin (server, kompüter, data mərkəz və s.) hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşmasını həyata keçirməklə, istifadəçilərin verilənlərinin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemidir. == Ədəbiyyat == R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Hesablama iqtisadiyyatı
Hesablama iqtisadiyyatı — komputer elmləri, iqtisadiyyat və idarəetmə elmi ilə sıx əlaqəli araşdırma sahəsi. Bu mövzu iqtisadi sistemlərin hesablama modelləşdirməsini, istər agent əsaslı, istər ümumi tarazlıq, istər makroiqtisadi, istərsə də rasional gözləntilər, hesablama ekonometrikası və statistikası, hesablama maliyyəsi, avtomatlaşdırılmış internet bazarlarının dizaynı üçün hesablama vasitələri, hesablama iqtisadiyyatı üçün xüsusi hazırlanmış proqramlaşdırma vasitəsini və hesablama iqtisadiyyatının tədrisi əhatə edir. Bu sahələrin bəziləri unikaldır, digərləri isə ənənəvi iqtisadiyyat sahələrini kompüterlər və əlaqəli riyazi metodlar olmadan tədqiq etməsi çətin olan problemləri həll edərək genişləndirir.Hesablama iqtisadiyyatı analitik və statistik olaraq formullaşdırılmış iqtisadi problemlərin həlli üçün komputer əsaslı iqtisadi modellərdən istifadə edir. BU məqsədlə araşdırma proqramı qarşılıqlı əlaqəli agentlərin dinamik sistemləri kimi bütöv iqtisadiyyatlar da daxil olmaqla, iqtisadi proseslərin hesablamalı tədqiqi olan agent əsaslı hesablama iqtisadiyyatıdır (AƏHİ). Əslində, bu kompleks adaptiv sistem paradiqmasının iqtisadi adaptasiyasıdır. Burada agentdən nəzərdə tutulan real insanlar yox, "qaydalara uyğun qarşılıqlı əlaqədə olan, modelləşdirilmiş komputer obyektləridir". Agentlər sosial, bioloji və/və ya fiziki varlıqları təmsil edə bilər. Müvazinətdə agentlər tərəfindən riyazi optimallaşdırmanın nəzəri ehtimalı oyunlar nəzəriyyəsinin kontekstləri də daxil olmaqla, bazar qüvvələrinə adaptasiya olan məhdud rasionallıqlı agentlərin daha az məhdudlaşdırıcı postulatı ilə əvəz olunur. Şərtləri əvvəlcədən modelçi tərəfindən təyin olunan AƏHi modeli sadəcə agentin qarşılıqlı təsirdə olduğu zaman müddətində irəli doğru inkişaf edir. Bu metodun elmi məqsədi "nəzəri tapıntıları real dünyanın verilənlərinə qarşı empirik olaraq dəstəklənən nəzəriyyələrin zamanla toplanmasına şərait yaradacaq şəkildə test etməkdir".Komputerli həll alətlərinə müxtəlif matris əməliyyatlarını (misal üçün matris inversiyası) həyata keçirmək və xətti və qeyri-xətti tənlikləri həll etmək üçün olan proqram təminatı misal göstərilə bilər.
Hesablama maşınları
Mexaniki kalkulyator və ya hesablama maşını, hesabın elementar avtomatik əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilən mexaniki qurğudur. Əksər mexaniki kalkulyatorlar kiçik stolüstü kompüterlərə ölçüdə oxşar idi və elektron kalkulyatorun gəlməsi ilə öz yerini onlara vermişdir. Blez Paskal 1642-ci ildə mexaniki kalkulyatoru icad etdi.Bu Paskal Kalkulyatoru və ya Pascaline adlandırıldı və 17-ci əsrdə yeganə mexaniki kalkulyator idi . Yüz il sonra 1851-ci ildə istehsal etdilən Thomas hesablayıcısı yeni hesablama qurğusu oldu.Bu ofis mühitində hər gün istifadə edilən kifayət qədər güclü və kifayət qədər etibarlı birinci mexaniki kalkulyator idi. 1887-ci ildə təqdim edilən hesablayıcı maşın hər rəqəm üçün doqquz açarın (1-dən 9-a) birliyindən ibarət olmuş klaviaturadan istifadə edən birinci maşın idi. 1902-dən istehsal edilən Dalton hesablayıcı maşını 10 aparıcı klaviaturaya malik idi.1901-ci ildən mexaniki kalkulyatorlarda elektrik mühərrikindən istifadə olundu. Mexaniki kalkulyatorların 120 il ərzində davam etmiş istehsalatı 1970-ci illərin ortalarında dayandırıldı. Çarlz Babbage mexaniki kalkulyatorları həddindən artıq dəyişdirərək iki yeni növünü layihələşdirdi . Birincisi avtomatik mexaniki kalkulyator idi, onun fərq mühərriki avtomatik hesablaya və riyazi cədvəlləri çap edə bilirdi. İkinci daha sadə modeli proqramlaşdırıla bilən mexaniki kalkulyator idi.
Hesablama maşını

Hesablama sistemi
Hesablama sistemi – hərəkəti öyrənmək üçün istifadə edilən istinad (hesablama) cismi, ona bağlı koordinat sistemi və saatdan ibarət sistem. Məsələnin həllində əlverişli hesabat sisteminin seçilməsi çox əhəmiyyətlidir. Məsələn, heliosentrik sistemdə planetlərin hərəkəti sadə qanunlarla ifadə edilir. Hesablama cisminə bağlanmış ixtiyari koordinat sisteminin (polyar, silindrik, Dekart) vəzifəsi hərəkətin fəzada konkret yerini bilməkdir. Hərəkəti zamana görə təsvir etmək üçün koordinat sisteminin müxtəlif nöqtələrində bir-birilə sinxronlaşdırılmış saatlar yerləşdirilir. Müxtəlif hallarda maddi nöqtənin çatdığı nöqtələrin koordinatlarını ölçərək x (i), y (t), z (t) asılılığı müəyyən edilir. Bu asılılıqlar baxılan hərəkətin seçilmiş hesablama sisteminə nəzərən hərəkət tənliklərini ifadə edir. Bütün hesablama sistemləri kinematik ekvivalentdir. Dinamika məsələlərinin həllində ətalət və təcilli hesablama sistemlərindən istifadə edilir.
Hesablamanın tarixi
Hesabın tarixi — hesabın görünüşündən tutmuş aksiomlar sistemindən istifadə etməklə ədədlərin rəsmi müəyyənləşdirilməsinə və hesab əməliyyatlarına qədər dövrü əhatə edir. Hesab - ədədlər, onların xüsusiyyətləri və əlaqələri haqqında elm - əsas riyazi elmlərdən biridir. Cəbr və ədədlər nəzəriyyəsi ilə sıx əlaqəlidir. Hesabın meydana gəlməsi səbəbi saymağa, sadə ölçmələrə və hesablamalara praktik ehtiyac idi. Hesablama bilikləri haqqında ilk etibarlı məlumatlar eramızdan əvvəl III - II minilliklərə aid Babil və Qədim Misirin tarixi abidələrində tapılmışdır. Hesabın inkişafına dünyanın bütün qanunlarını müəyyənləşdirmək üçün nömrələrdən istifadə etməyə çalışan yunan riyaziyyatçıları, xüsusən də Pifaqorçular məktəbi böyük töhfə vermişdilər. Orta əsrlərdə arifmetikanın əsas tətbiq sahələri ticarət və təxmini hesablamalar idi. Hesab ilk növbədə Hindistan və İslam ölkələrində inkişaf etdi və yalnız bundan sonra Qərbi Avropaya gəldi. XVII əsrdə dəniz astronomiyası, mexanika, daha mürəkkəb kommersiya hesablamaları, hesablama texnikasına yeni hesab sorğuları qoydu və sonrakı inkişafa təkan verdi. Ədəd anlayışının nəzəri əsasları, ilk növbədə,1889-cu ildə hazırlanmış natural ədədin və Peano aksiomlarının tərifi ilə əlaqələndirilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 54.37 dəfə / 1 mln.
2002 ••••••• 37.69
2003 •••••••••••• 71.65
2004 •••••••••••••••••••• 124.31
2005 ••••••••••••••••••• 116.74
2006 ••••••••••••••••••• 114.65
2007 •••••••••••• 74.00
2008 ••••••••••••• 76.50
2009 •••••••••••• 70.87
2010 •••••••••• 56.82
2011 ••••••••• 53.28
2012 •••••••• 45.35
2013 ••••••• 42.01
2014 •••••• 37.24
2015 •••••• 34.19
2016 •••••• 33.84
2017 ••••• 27.80
2018 •••••• 36.86
2019 ••••••••• 50.63
2020 •••••••• 44.56

"hesabla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hesabla nədir? #hesabla sözünün mənası #hesabla nə deməkdir? #hesabla sözünün izahı #hesabla sözünün yazılışı #hesabla necə yazılır? #hesabla sözünün düzgün yazılışı #hesabla leksik mənası #hesabla sözünün sinonimi #hesabla sözünün yaxın mənalı sözlər #hesabla sözünün əks mənası #hesabla sözünün etimologiyası #hesabla sözünün orfoqrafiyası #hesabla rusca #hesabla inglisça #hesabla fransızca #hesabla sözünün istifadəsi #sözlük