Azərbaycan şərabları
Azərbaycan şərabları - Azərbaycanda istehsal olunan şərablar.
== Tarixi ==
=== Qədim tarix ===
Ərəb tarixçiləri və coğrafiyaçıları - Əbülfida, İbn Havqəl, Məsudi, Əl Müqəddəsi ərəblərin hökmranlığı dövründə Bərdə, Gəncə ətrafında və Azərbaycanın digər regionlarında üzümlüklərin mövcudluğu haqqında məlumatlar verirlər. X əsrin ərəb coğrafiyaşünası Əl Müqəddəsi Azərbaycanın var-dövlətini təsvir edərək yazır «...bu vilayət böyük və gözəldir, orada çoxlu meyvə və üzüm var». Yunan alimi Herodot (e.ə.V əsr), roma alimi Plinii (e.ə.
23-79-ju il), yunan joğrafiyaşünası Stroban (e.ə.I əsr-eramızın I əsri), roma tarixçisi Ammian Masellin (eramızın II-III əsri, 330-400-cü illər) Azərbaycanın həyatında üzümçülüyün xüsusi rol
oynadığını qeyd etmişlər.
=== Sovetlər dövründə ===
Sovet illərində Azərbaycanda xüsusi Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi fəaliyyət göstərirdi. Onun tərkibinə 256 xüsusi sovxoz, həmçinin 97 sovxoz-zavod, 8 müstəqil ilkin şərab emalı zavodu və 10 ədəd təkrar şərab emalı zavodu daxil idi.
1980-ci ildə Azərbaycanda 120 mln. litr çaxır, 1,16 mln. litr konyak istehsal edilib.