hesablayıcı sözü azərbaycan dilində

hesablayıcı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hesablayıcı • 55.3476%
  • Hesablayıcı • 44.1176%
  • HESABLAYICI • 0.5348%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elektron Hesablayıcı Maşınlar zavodu
Elektron Hesablayıcı Maşınlar zavodu — Müdafiə Sənayesi Nazirliyinin tabeliyində müəsisə. == Tarixi == Elektron Hesablayıcı Maşınlar zavodu SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli, 944 nömrəli qərarı ilə yaradılmış, tikintisi 1972-1986-cı illərdə aparılmışdır. 1993–2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyindədir. == Fəaliyət sahələri == Elektron Hesablayıcı Maşınlar zavodu yaradıldığı zaman vahid seriyalı (EC-1010-1061) elektron-rəqəm hesablama maşınlarının tərkibinə daxil olan elektron və elektromexaniki qurğuların hazırlanması üzrə ixtisaslaşmışdı. Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyət istiqamətləri aşağıdakılardır: Elektron aparatların və qurğuların istehsalı Elektromexaniki və mexaniki qurğuların istehsalı Elektrik avadanlıqlarının istehsalı Elektrotexniki qurğuların və su təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı Lokomotivlərin avtomatik bloklarının istehsalı Sənaye və məişət cihazlarının istehsalı Ağac emalı Texnoloji tərtibatların və alətlərin hazırlanması == Texnoloji imkanları == Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyəti aşağıdakı istehsal sahələrindən ibarətdir: Mexaniki yığma sahəsi: müxtəlif materiallardan olan detalların mexaniki emalı dairəvi şlifləmə qaz mühitində yarımavtomat qaynaqlama Karkas ştamplama və qaynaqlama: pressləmə soyuq ştamplama arqon-qövs qaynağı qövs qaynağı qaz qaynağı Metalların, alətlərin və tərtibatların termiki emalı Əlvan metalların, rezin və plastik kütlələrin tökülməsi və emalı Ağac emalı Qalvanik emal: misləmə kimyəvi oksidləmə sinkləmə xromlama anodlama passivləşdirmə Lak-boya ilə örtükləmə. Alət istehsalı: ştampların və pres qəliblərinin istehsalı alət və tərtibatların hazırlanması Qeyri-standart avadanlıqların hazırlanması Metroloji nəzarət: zərbə və rəqsi sınaq parametrlərinin təyin edilməsi elektrik və radioelektrik ölçmələri kütlə, qüvvə və təzyiq ölçmələri sürət, təcil və zaman ölçmələri iqlim və metroloji sınaqlar.
Elektron Hesablayıcı Maşınları İstehsalatı İdarə edir (1982)
Elektron hesablayıcı maşınları istehsalatı idarə edir (film, 1982)

hesablayıcı sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bir şeyi hesablamaqla, saymaqla, sayını müəyyən etməklə məşğul olan şəxs; sayıcı. Hesablayıcıların təlimat müşavirəsi. – Şahpəri hesablayıcının otağına girəndə mat qaldı. B.Bayramov. 2. Sərf olunan elektriki, suyu, qazı və s. hesablamaq üçün cihaz. Elektrik enerjisi hesablayıcısı. Hesablayıcını yoxlamaq. – Lövhəli su hesablayıcıları şar formasında olan ölçü kamerindən ibarətdir. “Nəzarət-ölçü cihazları”. // Sif. mənasında. Hesablayıcı komissiya. Hesablayıcı maşın. Boru ilə axan qazın miqdarını hesablayıcı cihaz ölçür.

    Azərbaycan dilinin izahlı lüğəti / hesablayıcı

hesablayıcı sözünün rus dilinə tərcüməsi

  • 1 1. счетчик; 2. счетный;

    Azərbaycanca-rusca lüğət / hesablayıcı
  • 2 I сущ. 1. счётчик: 1) тот, кто производит подсчет кого-л., чего-л.; счётчица. Səslərin hesablayıcısı счётчик голосов 2) прибор для счёта, подсчёта чего-л. Elektrik enerjisi hesablayıcısı (sayğacı) счетчик электроэнергии, qaz hesablayıcısı (sayğacı) газовый счетчик 2. вычислитель: 1) человек, вычисляющий что-л. 2) аппарат для вычисления, счетная машина, арифмометр и др. II прил. 1. счётный (предназначенный, служащий для счета, подсчитывания, вычисления). Hesablayıcı komissiya счетная комиссия, hesablayıcı inventar счетный инвентарь 2. вычислительный. Hesablayıcı texnika вычислительная техника

    Azərbaycanca-rusca lüğət / hesablayıcı

hesablayıcı sözünün inglis dilinə tərcüməsi

hesablayıcı sözünün fransız dilinə tərcüməsi

hesablayıcı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. гьисабдайди (са затӀ гьисабуналди, кьадар тайин авуналди машгъул тир кас); // прил. гьисабдай (мес. машин); 2. счётчик (серф авур цин, электрикдин, газдин ва мс. кьадар гьисабун патал прибор).

    Azərbaycanca-ləzgicə lüğəti / hesablayıcı

"hesablayıcı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hesablayıcı nədir? #hesablayıcı sözünün mənası #hesablayıcı nə deməkdir? #hesablayıcı sözünün izahı #hesablayıcı sözünün yazılışı #hesablayıcı necə yazılır? #hesablayıcı sözünün düzgün yazılışı #hesablayıcı leksik mənası #hesablayıcı sözünün sinonimi #hesablayıcı sözünün yaxın mənalı sözlər #hesablayıcı sözünün əks mənası #hesablayıcı sözünün etimologiyası #hesablayıcı sözünün orfoqrafiyası #hesablayıcı rusca #hesablayıcı inglisça #hesablayıcı fransızca #hesablayıcı sözünün istifadəsi #sözlük