ehsan sözü azərbaycan dilində

ehsan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ehsan • 72.1862%
  • Ehsan • 27.5709%
  • EHSAN • 0.2429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 9.13 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 25.98
2004 •••••••••••••••••••• 27.29
2005 ••••••••••••••••• 22.27
2006 ••••••• 9.01
2007 •••••••••• 12.69
2008 ••••••••• 11.21
2009 •••••••• 10.24
2010 ••••••• 8.90
2011 •••••• 7.89
2012 ••••••• 9.21
2013 ••••••••• 11.23
2014 ••••••• 9.44
2015 ••• 4.08
2016 ••• 2.95
2017 ••• 3.90
2018 •• 2.55
2019 •••• 5.15
2020 •••••••••• 12.47

ehsan sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. din. Ölmüş adamın adına, xatirəsinə verilən yemək; xeyrat. Ehsan vermək. – Rəsul atasını layiqincə dəfn etdikdən sonra başladı ehsan verməyə. “Aşıq Qərib”. Vəqta ki qopur bir evdə matəm; Təşkil edilir büsati-ehsan. M.Ə.Sabir. Bu yeddi günün ərzində plov qurşağa çıxdı; şəhərin hamı mollaları, boynuyoğunları, arvadları, uşaqları hər gün ehsanda cəm olurdular. Ə.Haqverdiyev. 2. Savab məqsədi ilə bir şey (pul, yemək və s.) vermə. İbrahimin anası, Hatəm, bir də Mələkəxatın o gecə səhərə kimi şadyanalıq elədilər. Bütün fağır-füqəraya ehsan verildi. (Nağıl). // Ehsan olaraq verilən, bağışlanan şey; bəxşiş, sədəqə. Şərqdə hər cümə axşamı məhbuslara ehsan gətirmək adət idi. M.S.Ordubadi. [Fərhad bəyin] heç ağlına gəlməyirdi ki, Mirzə Möhsün kimi bir müəllim onun ehsanı olan taxıl-dəni rədd etsin. Qantəmir. 3. klas. Lütf, mərhəmət, yaxşılıq. Yar cövr etməz mana, əğyar təlim etmədən; Billah, əğyar eləyən ehsanı yar etməz mana. Füzuli. Bu Xətayi xəstənin vergil muradın, ya ilah; Kim mənə lütf eylə ehsan, səndən özgə kimsə yox. Xətayi.

    Azərbaycan dilinin izahlı lüğəti

ehsan sözünün sinonimləri (yaxın mənalı sözlər)

ehsan sözünün rus dilinə tərcüməsi

  • 1 1. благодеяние, милостыня; 2. поминки, поминальный обед, кутья;

    Azərbaycanca-rusca lüğət
  • 2 сущ. поминки: 1. обрядовый обед в память умершего 2. пища, подаваемая на таком обеде 3. благодеяние (помощь, услуга, доброе дело); благотворительность; ehsan vermək: 1. устривать, устроить поминки; 2. оказывать помощь с благотворительной целью

    Azərbaycanca-rusca lüğət

ehsan sözünün inglis dilinə tərcüməsi

ehsan sözünün fransız dilinə tərcüməsi

ehsan sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. игьсан (1. дин. гъуьйуьф, хайрат, садакьа (кьенвай касдин руьгьдиз бахшна, гьадан тӀварцӀихъ гудай тӀуьн); ehsan vermək игьсан гун; 2. суваб патал тӀуьн, фу, пул ва мс. затӀ гун; игьсан яз ганвай, багъишнавай затӀ; садакьа, пай; 3. клас. мергьямет, хъсанвал).

    Azərbaycanca-ləzgicə lüğəti

ehsan sözünün türk dilinə tərcüməsi

ehsan sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

EHSAN1 ə. 1) müdafiə, mühafizə; 2) qadın namusu, qadın isməti. EHSAN2 ə. 1) yaxşılıq, yaxşılıq etmə; 2) bağışlama, bəxşiş; 3) verilən, bağışlanan şey; 4) ölmüş adamın xatirəsinə verilən yemək; xeyrat.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

yaxşılıq etmə, bağışlama, bəxşiş.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"ehsan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ehsan nədir? #ehsan sözünün mənası #ehsan nə deməkdir? #ehsan sözünün izahı #ehsan sözünün yazılışı #ehsan necə yazılır? #ehsan sözünün düzgün yazılışı #ehsan leksik mənası #ehsan sözünün sinonimi #ehsan sözünün yaxın mənalı sözlər #ehsan sözünün əks mənası #ehsan sözünün etimologiyası #ehsan sözünün orfoqrafiyası #ehsan rusca #ehsan inglisça #ehsan fransızca #ehsan sözünün istifadəsi #sözlük