* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] 1. zərf Yavaş, yavaşca, sakit, asta, üsullu. Qapını ehmal açmaq. Sözü ehmal demək. – Bir para söz də deyir ehmal kişi! Ağzıdualı, qoca baqqal kişi! M.Ə.Sabir. Novruzəli kağızı ehmal qoydu qoynuna… C.Məmmədquluzadə. Başımı yavaşca qovzayıb yan-yörəmə baxdım. Heyvan sümüyündən və zibilindən savayı bir şey görmədim. Ehmal qalxıb, Allahı çağıra-çağıra süründüm lağıma doğru. Çəmənzəminli. 2. is. klas. Aldırmama, əhəmiyyət verməmə, fikir verməmə, etina etməmə, etinasızlıq, başısoyuqluq. Tez çəkməzsən cəfa tiğin məni öldürməyə; Öldürər axir məni bir gün bu ehmalın sənin. Füzuli. Vüsali-yar biəğyar, məclis xali, mey hazır; Nədir ehmalə bais, saqiya, öldüm, aman, doldur! S.Ə.Şirvani. □ Ehmal etmək (eləmək) – fikir verməmək, əhəmiyyət verməmək, etina etməmək, aldırmamaq, başısoyuqluq göstərmək. …Əgər bir kəs cüzvi ehmal eləsə, başını və qolunu xurd edərlər. M.F.Axundzadə. Bağa doğru get, eyləmə ehmal; Oğrunu tap o yerdə, börkünü al. M.Ə.Sabir.
Azərbaycan dilinin izahlı lüğəti / ehmal2 ə. 1) əhəmiyyət verməmə, vəzifəsini yerinə yetirməmə; 2) başısoyuqluq, səhlənkarlıq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ehmal1 I нареч. 1. тихо, бесшумно. Ehmal qapını açdı тихо открыл дверь, ehmal dedi тихо сказал 2. осторожно: 1) негрубо, деликатно. Ehmal soruşdu осторожно спросил 2) с предосторожностью. Ehmal yaxınlaşdı осторожно подошел II сущ. устар. равнодушие
Azərbaycanca-rusca lüğət / ehmal1 [ər.] 1. нареч. яваш, аста, явашдиз, явашдаказ, секиндиз, астадаказ (мес. рак ахъаюн); 2. сущ. клас. фикир тагун, гьисаба такьун, кваз такьун, яб тагун, япалай тавун; ehmal etmək (eləmək) фикир тагун, кваз такьун, яб тагун, гьисаба такьун, япалай тавун.
Azərbaycanca-ləzgicə lüğəti / ehmal