Elmar sözü azərbaycan dilində

Elmar

Yazılış

  • Elmar • 99.9138%
  • ELMAR • 0.0552%
  • elmar • 0.0310%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elmar
Elmar — Azərbaycanlı kişi adı. Elmar Vəliyev — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı.
Elmar Abdullayev
Abdullayev Elmar Şahmar oğlu — Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş mühəndisi, texnika elmləri doktoru. == Həyatı == Elmar Abdullayev 26 yanvar 1947-ci ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olub. 1953-cü ildə R.Qulubəyov adına Şəfəq kənd orta məktəbinə daxil olub. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib. 1970-ci ildə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuşdur və bu günə kimi əmək fəaliyyətini bu institutda davam etdirir. 1977-ci ildə namizədlik, 2003-cü ildə isə doktorluq dissertasiyası müdafiə edərək neft-kimya ixtisası üzrə texnika elmləri doktoru adına layiq görülmüşdür. Dissertasiya işi Ali Attestasiya Komisiyası tərəfindən kimya sahəsində 2003-cü ilin ən yaxşı işi kimi qəbul olunmuşdur. 1978-ildə SSRİ XTNS-nin bürünc medalını qazanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 1973-1978 illərdə kiçik elmi işçi, 1978-1994-cü illərdə baş elmi işçi, 1994-2004-cü illərdə aparıcı elmi işçi, 2004-2012-ci illərdə laboratoriya rəhbəri, 2012-2014-cü illərdə baş texnoloq, və hal-hazırda institutun baş mühəndisi vəzifəsindədir. Kimya və texnika üzrə 4 fəlsəfə doktoru hazırlamışdır.
Elmar Babanlı
Elmar Baxşiyev
Elmar Baxşiyev (3 avqust 1980-ci ildə Qusarda anadan olub) — Azərbaycanlı keçmiş peşəkar yarımmüdafiəçi. O, Azərbaycan milli futbol komandası ilə 30 oyunda iştirak etmişdir. == Karyerası == 19 yanvar 2012-ci ildə Baxşiyev Qəbələ klubu ilə bir illik müqavilə imzalamışdır. 25 mart 2014-cü ildə Baxşiyev 2013-14 mövsümünün sonunda karyerasına bitirəcəyini açıqlamışdır. == Karyera statistikası == === Klub === 19 May 2012 tarixində yenilənib === Milli komanda === 9 İyun 2009-cu il məlumatlarına əsasən.
Elmar Bayramlı
Elmar Bayramov
Elmar Bayramov (28 dekabr 1986, Lənkəran) — Azərbaycan kinorejissoru == Həyatı == Elmar Bayramov 28 dekabr 1986-cı ildə Lənkəran şəhərində Bayramovlar ailəsində doğulmuşdur. 1993–2004-cu illərdə orta təhsilini Lənkaranda 4 saylı Humanitar Təmayüllü Məktəb Liseydə almışdır. 2005–2010-cu illərdə Bakı Dövlət Universitetinin Biblioqrafia ve informasiya fakültəsində ali təhsil almışdır. 2004-cu ildən 2007-ci ilə qədər "Kontakt Kopoeyra İdman Klubu"nda, 2007-ci ildən 2016-cı ilə qədər "Azərbaycan Kapoeira Federasıyası"nda müəllim vəzifəsindən, federasiya prezidenti vəzifəsinə qədər yüksəlmişdir. 2016-cı ildən reklam və film lahiyələrinin sayı çoxaldığına görə Azərbaycan Kapoeira Federasiyasından və World Capoeira Federation dan ayrılmalı olur. 2013–2015-cı illərdə Sport Service Company və Beynəlxalq idman yarışları, seminarların əsas təşkilatçılarından biri və baş Rəqəmsal Dizayneri vəzifəsində çalışıb. 2011-ci ildən sosial mövzularda ssenariler yazmağa başlayıb. İlk sosial video çarxı 2013-cü ildə "Ekoloji missiya" layihəsi idi. 2013-cu ildə "Eşq Səfəri" sənədli filmini İraqda çəkib və 2014-cu ildə Bakı, İstanbul, Moskva və London səhərlərində təqdimatları olmuşdur. 2016-cı ildə "Eşq səfəri" sənədli filmi Tehranda 3-cu International Arbaeen Award Beynelxalq Film Festivalının qalibi olmuşdur.
Elmar Cəfərov
Elmar Daşdəmirov
Elmar Hüseynov
Elmar Hüseynov (tam adı: Elmar Sabir oğlu Hüseynov; 17 iyul 1967, Bakı, Azərbaycan SSR, SSRİ — 2 mart 2005, Bakı, Azərbaycan) — azərbaycanlı müstəqil jurnalist, "Qızıl qələm" və Həsən bəy Zərdabi mükafatı laureatı, "Monitor" jurnalının yaradıcısı və baş redaktoru. Hüseynov kəskin araşdırmaları ilə tanınan və hakimiyyəti sərt tənqid edən jurnalist idi. 2005-ci ilin martında Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirilib. Çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist sonda Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hüseynovun ölümü geniş beynəlxalq rezonans doğurub. Onun qətlindən sonra Azərbaycanda ifadə azadlığının durumu sürətlə pisləşməyə başlamışdır. Qətldən on doqquz ildən də çox vaxt keçməsinə baxmayaraq, hökumət bu qətli adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb. Elmar Hüseynov ailəli idi. Ölümündən sonra həyat yoldaşı və Aslan adlı bir oğlu qalıb. Atası qətlə yetiriləndə Aslan 1 yaş, 4 aylıq idi.
Elmar Həsənov
Elmar Mamedov
Elmar Mirzəyev
Elmar Möhsümov
Elmar Məhərrəmov
Elmar Məhərrəmov (şahmatçı) — azərbaycanlı şahmatçı, qrosmeyster (1992). Müstəqil Azərbaycan Respublikasının ilk kişi qrosmeysteri. Elmar Məhərrəmov (tarixçi) — tarix üzrə fəlsəfə doktoru.
Elmar Allahverdiyev
Elmar Saleh oğlu Allahverdiyev (4 noyabr 1986, Cəfərabad, Şəki rayonu) — Azərbaycan hərbi xadimi, kəşfiyyatçı. == Həyatı və təhsili == Elmar Allahverdiyev 4 noyabr 1986-cı il Şəki rayonu Cəfərabad kəndində anadan olub. 2002–2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2005–2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil almışdır. 2009–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabit, 2010–2011-ci isə illərdə Silahlı Qüvvəllərin təlim-tədris mərkəzi Kəşfiyyat ixtisaslaşdırma kurslarını keçmişdir. == Fəaliyyəti == 2010–2013-cü illərdə Bakı şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, N saylı hərbi hissədə Taqım komandiri kimi çalışıb; 2013–2016-cı illərdə Tərtər rayonu N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri; 2016–2017-ci illərdə Goranboy rayonu N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri; 2017-ci ilin may ayında "Tərtər işi" zamanı şərlənib tutulub və ən ağır işgəncələrə məruz qalıb. Bu hadisələrdən sonra Elmar Allahverdiyev ordudan tərxis edilib. 2020-ci ilin oktyabr ayında işğal altında olan torpaqların azadlığı uğrunda başlamış hərbi əməliyyatlarda könüllü olaraq yenidən ordu sıralarına qatılaraq kəşfiyyat bölük komandiri vəzifəsində iştirak etmişdir. 2020-ci il 5 noyabr tarixində Daşaltı kəndi istiqmətində gedən döyüşlərdə yaralanmışdır. 2021-ci il 9 avqust tarixində könüllü olaraq ordu sıralarından ehtiyata buraxılmışdır. == İştirak etdiyi döyüşlər == 2016-cı il aprel ayında düşmən işğalı altında olan Seysulan kəndinin azad oluması uğrunda döyüşlərdə kəşfiyyat komandiri kimi iştirak edib.
Elmar Camalov
Elmar Heybət oğlu Camalov (16 dekabr 1969, Bakı) — Azərbaycan Respublikası Baş prokurorunun müavini (2020-ci ildən), II dərəcəli dövlət ədliyyə müşaviri (2022). == Həyatı == Elmar Heybət oğlu Camalov 16 dekabr 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə SSRİ Müdafiə Nazirliyi Hərbi İnstitutunun Hüquq fakültəsini bitirdikdən sonra Azərbaycanın prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Lənkəran qarnizonu hərbi prokurorluğunun müstəntiqi və baş müstəntiqi vəzifələrində çalışmış, 1993-cü ildən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi olmuşdur. Elmar Camalov 2000–2005-ci illərdə Azərbaycanın vergi orqanlarında çalışmış, 2005-ci ildən keçirilmə qaydasında prokurorluq orqanlarında xidmətini davam etdirərək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, 2010-cu ildən Baş Prokurorluğun milli təhlükəsizlik və fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi rəisinin müavini olmuşdur. 2012-ci ildən Baş prokurorun böyük köməkçisi, 2014-cü ildən Şəki rayonunun, 6 noyabr 2019-cu ildən isə Mingəçevir şəhərinin prokuroru vəzifələrində işləmişdir. Elmar Camalov Azərbaycan Respublikası Prezidentinin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının və Baş Prokurorluğun Ali Attestasiya Komissiyasının üzvüdür. Azərbaycan Respublikası Baş Prokurorluğunun intizam və etik davranış komissiyalarının sədridir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Elmar Camalova 17 dekabr 2020-ci ildə III dərəcəli dövlət ədliyyə müşaviri, 30 sentyabr 2022-ci ildə isə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbələri verilmişdir. Elmar Camalov prokurorluq orqanlarında xidmətlərinə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılmış, həmçinin 24 iyul 2020-ci ildə "MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 25 illiyi" xatirə yubiley medalı ilə təltif edilmişdir.
Elmar Məmmədov
Məmmədov Elmar Məmməd oğlu (9 oktyabr 1967, Bakı) — "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri. == Həyatı == Elmar Məmmədov 9 oktyabr 1967-ci ildə anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Maliyyə və kredit", 1996-cı ildə Bakı Dövlət Universitetini "Hüquqşünas" ixtisası üzrə bitirmişdir. 1987–1989-cu illərdə Azərbaycan Sənaye-Tikinti Bankında, 1990–1995-ci illərdə Azərbaycan Dövlət Vergi Müfəttişliyində, 1995–2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankında, 2004–2005-ci illərdə BUS Bankda, 2005–2009-cu illərdə "Kapital Bank" ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. 2009–2013-cü illərdə "Kapital Bank" ASC-nin, 2014 –2015-ci illərdə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri olmuşdur. 2015-ci ilin iyulundan 2016-cı ilin dekabrına qədər "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edib.
Elmar Məmmədyarov
Elmar Məhərrəm oğlu Məmmədyarov (2 iyul 1960, Bakı) — Azərbaycan siyasətçisi və diplomat, Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri (2003–2004), Azərbaycan Respublikasının xarici işlər naziri (2004–2020), AFFA İcraiyyə Komitəsinin üzvü, BAAU-nun fəxri doktoru. == Həyatı == Əslən Culfa rayonundan olan Elmar Məmmədyarov 1960-cı il iyulun 2-də Bakı şəhərində Məhərrəm və İzida Məmmədyarovların ailəsində anadan olub. Onun atası Məhərrəm Məmmədyarov alimdir və 2001-ci ildən AMEA-nın həqiqi üzvüdür. Elmar Məmmədyarov 1977-ci ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" bölməsinə daxil olub və 1982-ci ildə həmin ali təhsil müəssisəsini bitirib. O, ingilis, rus və türk dillərini bilir. Lakin bəzi mənbələrdə Azərbaycan dilini zəif səviyyədə bildiyi qeyd olunub. Sabiq nazir bu səbəbdən mütəmadi olaraq tənqid olunmuşdur. Bakı Avrasiya Universitetinin fəxri doktorudur. === Ailəsi === Anası İzida İbrahimbəyova Fuad İbrahimbəyovun qızıdır. Atası Məhərrəm Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür.
Elmar Nəbiyev
Elmar Nəsibov
Elmar Omarov
Elmar Qasımov
Elmar Qasımov (həkim) — həkim-oftalmoloq; Elmar Qasımov (cüdoçu) — Azərbaycanlı cüdoçu; Elmar Qasımov (rektor) — Bakı Ali Neft Məktəbinin rektoru.
Elmar Vəliyev
Elmar Vəliyev (Elmar Rüstəm oğlu Vəliyev; 3 oktyabr 1960, Yevlax) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2011–2018). == Həyatı == Elmar Vəliyev 3 oktyabr 1960-cı ildə Yevlax rayonunda anadan olmuşdur. 1979–1986-cı illərdə Azərbaycan Texnologiya Universitetində Mühəndis-texnoloq ixtisası üzrə, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünas ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi,1983–1989-cu illərdə Gəncə Tikiş Fabrikində mühəndis, 1989–1994-cü illərdə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib. === Ailəsi === Ailəlidir, 3 övladı var. Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin qardaşıdır. == İctimai-siyasi fəaliyyəti == 1990-cı ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub. 1994–2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rəis müavini, 2004–2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib.
Elmar İbayev
Elmar İbrahimov
Elmar Hüseynov (məşqçi)
Elmar Afis oğlu Hüseynov (1971, Bakı) — boks idman növü üzrə SSRİ İdman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Beynəlxalq Dərəcəli Hakimdir. == Həyatı == Elmar Hüseynov 1971-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə 154 nömrəli orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dəvlət Bədən Tərbiyəsi İnstitutunun “Pedaqoji” fakültəsinə daxil olub. 1992-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1996-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya ixtisası üzrə aspiranturaya qəbul olunmuş və 1999-cı ildə psixologiya üzrə fəlsəfə doktorluq dissertasiyanı müdafiə etmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Ailəlidir. == Fəaliyyəti == Elmar Hüseynov 1996-ci ildən - 2008-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi Psixologiya” kafedrasında dərs demişdir. 1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Ağırlıq qaldırma və boks” və “Pedaqoqika və psixologiya” kafedralarında müəllim vəzifəsində işə qəbul olunmuşdur, 2000-ci ildən baş müəllim, 2002-ci ildə dosent, 2010-cu ildən isə - professor vəzifəsində işləmişdir.
Elmar Hüseynov (polkovnik)
Elmar Hüseynov (Şəhid)
Elmar Mirzəyev (baş leytenant)
Elmar Hüseynov (hərbçi)
Elmar Hüseynov (əsgər)
Elmar Məmmədov (əsgər)
Elmar Hüseynov cinayəti
Elmar Hüseynov (tam adı: Elmar Sabir oğlu Hüseynov; 17 iyul 1967, Bakı, Azərbaycan SSR, SSRİ — 2 mart 2005, Bakı, Azərbaycan) — azərbaycanlı müstəqil jurnalist, "Qızıl qələm" və Həsən bəy Zərdabi mükafatı laureatı, "Monitor" jurnalının yaradıcısı və baş redaktoru. Hüseynov kəskin araşdırmaları ilə tanınan və hakimiyyəti sərt tənqid edən jurnalist idi. 2005-ci ilin martında Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirilib. Çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist sonda Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hüseynovun ölümü geniş beynəlxalq rezonans doğurub. Onun qətlindən sonra Azərbaycanda ifadə azadlığının durumu sürətlə pisləşməyə başlamışdır. Qətldən on doqquz ildən də çox vaxt keçməsinə baxmayaraq, hökumət bu qətli adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb. Elmar Hüseynov ailəli idi. Ölümündən sonra həyat yoldaşı və Aslan adlı bir oğlu qalıb. Atası qətlə yetiriləndə Aslan 1 yaş, 4 aylıq idi.
Elmar Hüseynovun qətli
Elmar Hüseynov (tam adı: Elmar Sabir oğlu Hüseynov; 17 iyul 1967, Bakı, Azərbaycan SSR, SSRİ — 2 mart 2005, Bakı, Azərbaycan) — azərbaycanlı müstəqil jurnalist, "Qızıl qələm" və Həsən bəy Zərdabi mükafatı laureatı, "Monitor" jurnalının yaradıcısı və baş redaktoru. Hüseynov kəskin araşdırmaları ilə tanınan və hakimiyyəti sərt tənqid edən jurnalist idi. 2005-ci ilin martında Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirilib. Çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist sonda Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hüseynovun ölümü geniş beynəlxalq rezonans doğurub. Onun qətlindən sonra Azərbaycanda ifadə azadlığının durumu sürətlə pisləşməyə başlamışdır. Qətldən on doqquz ildən də çox vaxt keçməsinə baxmayaraq, hökumət bu qətli adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb. Elmar Hüseynov ailəli idi. Ölümündən sonra həyat yoldaşı və Aslan adlı bir oğlu qalıb. Atası qətlə yetiriləndə Aslan 1 yaş, 4 aylıq idi.

elmar sözünün leksik mənası və izahı

"elmar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#elmar nədir? #elmar sözünün mənası #elmar nə deməkdir? #elmar sözünün izahı #elmar sözünün yazılışı #elmar necə yazılır? #elmar sözünün düzgün yazılışı #elmar leksik mənası #elmar sözünün sinonimi #elmar sözünün yaxın mənalı sözlər #elmar sözünün əks mənası #elmar sözünün etimologiyası #elmar sözünün orfoqrafiyası #elmar rusca #elmar inglisça #elmar fransızca #elmar sözünün istifadəsi #sözlük