Hər filmimdə özümü görürəm. Eldar Quliyev (film, 2010)
Hər filmimdə özümü görürəm. Eldar Quliyev — rejissor Elvin Vəlimətovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film.
Film kinorejissor, Azərbaycanın xalq artisti Eldar Quliyevə həsr olunur.
Filmdə "Biri vardı, biri yoxdu", "Bir cənub şəhərində", "Ən vacib müsahibə", "Var olun, qızlar...", "Sevinc buxtası", "Babək", "Nizami", "Gümüşgöl əfsanəsi", "Burulğan", "Təxribat", "Nə gözəldir bu dünya...", "Girov", "İstanbul reysi" filmlərindəki kadrlardan istifadə edilmişdir.