ikmal sözü azərbaycan dilində

ikmal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ikmal • 83.3333%
  • İkmal • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

ikmal sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Tamamlama, bitirmə, qurtarma, mükəmməlləşdirmə. Darülədəbin bilməliyiz qədrini, millət! İkmalına göstərməli olduqca həmiyyət. M.Hadi. Bu gənc yeddi il idi ki, Parisdə tibb fakültəsini ikmal üçün sevgili vətənindən ayrı düşmüşdü. S.S.Axundov. □ İkmal etmək – tamamlamaq, axıra çatdırmaq, bitirmək, qurtarmaq. Təlim və tədris ana dilində icra olunan məktəbi-ibtidaini ikmal etdikdən sonra, şagirdi rus edadiyyələrinə, yəni gimnaziyaya, realni [məktəblərə] təbiidir ki, qəbul etməzlər. Ü.Hacıbəyov. [Varis:] …Mən varlı olduğum halda, orta məktəbi ikmal edib bu şapkanı qoya bilmədim. A.Şaiq. İkmala yetirmək – bax ikmal etmək.

    Azərbaycan dilinin izahlı lüğəti / ikmal

ikmal sözünün sinonimləri (yaxın mənalı sözlər)

ikmal sözünün rus dilinə tərcüməsi

  • 1 1. усовершенствование; 2. завершение; 3. дополнение, пополнение; 4. переэкзаменовка;

    Azərbaycanca-rusca lüğət / ikmal
  • 2 сущ. устар. окончание, завершение; ikmal etmək завершать, завершить, заканчивать, закончить. Orta məktəbi ikmal etdi закончил среднюю школу; ikmala yetirmək см. ikmal etmək

    Azərbaycanca-rusca lüğət / ikmal

ikmal sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. tamamlama, təkmilləşdirmə, bitirmə. İkmali-təhsil təhsili axıra çatdırma, məktəbi bitirmə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"ikmal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ikmal nədir? #ikmal sözünün mənası #ikmal nə deməkdir? #ikmal sözünün izahı #ikmal sözünün yazılışı #ikmal necə yazılır? #ikmal sözünün düzgün yazılışı #ikmal leksik mənası #ikmal sözünün sinonimi #ikmal sözünün yaxın mənalı sözlər #ikmal sözünün əks mənası #ikmal sözünün etimologiyası #ikmal sözünün orfoqrafiyası #ikmal rusca #ikmal inglisça #ikmal fransızca #ikmal sözünün istifadəsi #sözlük