* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Hörmət, sayğı, əzizləmə, ehtiram, hörmət göstərmə. Xalqın işi bizlərə ikram idi; Ax, necə kef çəkməli əyyam idi. M.Ə.Sabir. O, Hicazdan dönüb keçən axşam; Vardı Bağdadə, gördü çox ikram. H.Cavid. □ İkram etmək (qılmaq) – hörmət etmək, sayğı göstərmək, əzizləmək, ehtiram etmək. Tuba görsə ikram eylər, baş əyər; Bu gözəl boy ilən, ilən sənə! M.P.Vaqif. İkram edər ol gül mənə əğyar yanında; Ta etsin özünü sevgili hər xar yanında. S.Ə.Şirvani.
Azərbaycan dilinin izahlı lüğəti / ikram3 ə. 1) hörmət, təzim, əzizləmə; 2) hörmət əlaməti olaraq bir şey bağışlama.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ikram1 Ərəbcə kərəm, əkrəm, kərim sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ikram1 сущ. устар. уважение, почтение; ikram etmək (qılmaq) kimə уважать, почитать кого, испытывать чувство уважения, почтения по отношению к кому-л., чему-л.
Azərbaycanca-rusca lüğət / ikram1 [ər.] сущ. икрам, гьуьрмет авун, гьуьрмет; ikram etmək (qılmaq) икрам авун, гьуьрмет авун; тазим авун.
Azərbaycanca-ləzgicə lüğəti / ikram