İqrar sözü azərbaycan dilində

İqrar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • İqrar • 77.4295%
  • iqrar • 21.0031%
  • İQRAR • 1.5674%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.00 dəfə / 1 mln.
2003 ••••••••••••• 3.54
2004 •••••••••••••••••••• 5.73
2005 •••••••• 2.02
2006 •••• 1.13
2007 •••••••••••• 3.17
2009 ••• 0.80
2010 •••••• 1.63
2011 ••• 0.77
2012 •••• 1.12
2013 ••• 0.58
2014 •• 0.34
2016 •• 0.52
2017 0.16
2018 •• 0.45
2019 •• 0.42
2020 •• 0.40

iqrar sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Dil ilə söyləmə, ifadə etmə, dili ilə təsdiq etmə, etiraf. // Öz sözündə, əhdində möhkəmlik, dayanıq, səbat, sədaqət, vəfa. Əhdi dürüst ola, iqrarı möhkəm; Fikri-zikri sənin sarı gərəkdir. Q.Zakir. Aşinələr ixtilatında sədaqət görmədim; Beyəti-iqrari-imani-dəyanət görmədim? M.P.Vaqif. □ İqrar vermək – söz vermək, əhd etmək. Əvvəl mənə iqrar verib duran yar; Yandırdın dünyada atəşə məni. Aşıq Əmir. İqrarından dönmək – sözündən dönmək, əhdindən qaçmaq, əhdinə vəfa etməmək. Gətirmədi əhdü iqrarı yerinə; Dilbər iqrarından döndü, neyləyim. Aşıq Kərim. 2. Təsdiq, etiraf, qəbul. Bilmirəm siz məndən nə kimi xəyanətlərimin iqrarını tələb edirsiniz. M.S.Ordubadi. □ İqrar etmək – boynuna götürmək, qəbul etmək, etiraf etmək, öz dili ilə təsdiq etmək. [Molla İbrahimxəlil:] Camaat, bilin və agah olun ki, Mirzə Fətəli öz kafirliyini iqrar etdi. Ə.Haqverdiyev. Mən … iqrar eləyirəm ki, doğrudan da, müsəlmanlar silahlanırlar… C.Məmmədquluzadə. Özünün iqrar etdiyinə görə tay-tuşları gecə kurslarında da olsa, oxuyub savadsızlıqlarını ləğv etdilər. Ə.Vəliyev. 3. Qərar, qənaət, hökm. Hükəmanın da iqrarı bunadır ki, başın çanağı nazikləşib kiçildikcə, beyin də zəifləşməyə və kiçilməyə başlayır. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti

iqrar sözünün etimologiyası

iqrar sözünün sinonimləri (yaxın mənalı sözlər)

iqrar sözünün antonimləri (əks mənalı sözlər)

iqrar sözünün rus dilinə tərcüməsi

  • 1 1. признание, сознание; 2. утверждение, подтверждение; 3. показание;

    Azərbaycanca-rusca lüğət
  • 2 сущ. устар. 1. признание (слова признающегося в чем-л.); iqrar etmək признаваться, признаться в чем-л. 2. подтверждение. İqrarını tələb etmək nəyin требовать подтверждения чего 3. заключение, вывод ◊ iqrar vermək давать, дать слово, обещание; iqrarından dönmək отказаться от своего слова, обещания

    Azərbaycanca-rusca lüğət

iqrar sözünün inglis dilinə tərcüməsi

  • 1 i. admission, acknowledgement, confession; affirmation; ~ etmək to affirm (d.), to admit (d.), to confess (d.), to acknowledge (d.)

    Azərbaycanca-ingiliscə lüğət

iqrar sözünün fransız dilinə tərcüməsi

iqrar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. икьрар (1. мецивди лугьун, тестикь авун; хиве кьун; iqrar etmək икьрар авун, гаф гун; 2. гафунал кӀевивал, седакъет, вафа; 3. тестикьун, хиве кьун, кьабулун; iqrar etmək хиве кьун, кьабул авун, вичин мецивди тестикьун; 4. къарар, гьукум).

    Azərbaycanca-ləzgicə lüğəti

iqrar sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) qərarlaş(dır)ma, yerləş(dir)mə; 2) dillə söyləmə, ifadə etmə, demə, söyləmə; 3) danışıq; 4) təsdiq etmə, qəbul etmə, boynuna alma, etiraf etmə; təsdiq, etiraf.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

boynuna alma, etiraf, təsdiqetmə;şüur.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"iqrar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#iqrar nədir? #iqrar sözünün mənası #iqrar nə deməkdir? #iqrar sözünün izahı #iqrar sözünün yazılışı #iqrar necə yazılır? #iqrar sözünün düzgün yazılışı #iqrar leksik mənası #iqrar sözünün sinonimi #iqrar sözünün yaxın mənalı sözlər #iqrar sözünün əks mənası #iqrar sözünün etimologiyası #iqrar sözünün orfoqrafiyası #iqrar rusca #iqrar inglisça #iqrar fransızca #iqrar sözünün istifadəsi #sözlük