əğyar sözü azərbaycan dilində

əğyar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əğyar • 81.6667%
  • Əğyar • 15.0000%
  • ƏĞYAR • 3.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

əğyar sözünün leksik mənası və izahı

  • 1 is. [ər. “ğeyr” söz. cəmi] klas. Özgə(lər), dost olmayan(lar); rəqib(lər), yad(lar). Bu gələn yar özüdür; El-obanın gözüdür; Bu tənə sənin deyil; Bəlkə əğyar sözüdür. (Bayatı). Gül qönçəlikdə gərçi olur xarə aşina; Açsa niqabını, olur əğyarə aşina. S.Ə.Şirvani. [Məşədi İbad:] İndi mən bu tayda hambal ilə qalmışam; Yarım da o tayda əğyar ilə söhbət edir. Ü.Hacıbəyov.

    Azərbaycan dilinin izahlı lüğəti / əğyar

əğyar sözünün etimologiyası

  • 1 Ərəb mənşəlidir, qeyri (əsli: ğeyri) sözü ilə eyni kökə malikdir, onun cəm formasıdır. Poeziyada “yad”, “kənar” mənalarında işlədilir (bəzən “düşmən” anla­mında da işlədilir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / əğyar

əğyar sözünün sinonimləri (yaxın mənalı sözlər)

əğyar sözünün rus dilinə tərcüməsi

  • 1 устар. I сущ. 1. соперник (тот, кто соперничает с кем-л., добиваясь любви какой-л. девушки, женщины) 2. враг, недруг. Əğyar qarşısında перед врагом (недругом) II прил. чужой, посторонний

    Azərbaycanca-rusca lüğət / əğyar

əğyar sözünün inglis dilinə tərcüməsi

əğyar sözünün fransız dilinə tərcüməsi

əğyar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. “ğeyr” söz. cəmi] сущ. клас. ччаради (ччарабур), масади (масабур), дуст туширди (туширбур); яд(бур), рекьиб(ар).

    Azərbaycanca-ləzgicə lüğəti / əğyar

əğyar sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

ər. ğeyr sözünün cəmi 1. Özgə(lər), dost olmayan(lar) rəqib(lər), yad(lar). 2. Qənim. (“Koroğlu” dastanının lüğəti) Koroğluyam, mən sözümü söylərəm, Əğyarımdan bir əhvalat dilərəm, Qorxma namərd, səni azad elərəm. Koroğlunu tutan günlər necə oldu?                                              (“El şairləri”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dastanlarının leksikası

ərəb. ğeyr sözünün cəmi Özgə(lər), dost olmayan(lar) rəqib(lər), yad(lar). Qoyma qalam bəxti qara, Əğyar hara, de mən hara? Uzaq elə, bir diyara, Götür məni apar indi.             (“Şəmşir və Sənubər”)                           * Of, fələk, çıxart, fələk, Aradan əğyarı, fələk! Of, fələk, saxla, fələk, Amandı, o yarı, fələk!                 (“Qul Mahmud”)

Azərbaycan dastanlarının leksikası

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. «qeyr» c. 1) başqalar(ı), qeyrilər(i); 2) t. aşiqin rəqibi; 3) t. qənim, rəqib.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"əğyar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əğyar nədir? #əğyar sözünün mənası #əğyar nə deməkdir? #əğyar sözünün izahı #əğyar sözünün yazılışı #əğyar necə yazılır? #əğyar sözünün düzgün yazılışı #əğyar leksik mənası #əğyar sözünün sinonimi #əğyar sözünün yaxın mənalı sözlər #əğyar sözünün əks mənası #əğyar sözünün etimologiyası #əğyar sözünün orfoqrafiyası #əğyar rusca #əğyar inglisça #əğyar fransızca #əğyar sözünün istifadəsi #sözlük