* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər. “fikr” söz. cəmi] Fikir. [Qətibə:] Bu tədbir azərbaycanlıların bizim əleyhimizə olan hər bir təşəbbüsünə son qoyar. Xalqın əfkarı sakit olar. M.S.Ordubadi. Yormuşdu bütün ruhumu, əfkarımı aləm; Bir dağ ətəyində düşünürdüm təkü tənha. A.Şaiq. ◊ Əfkari-ümumiyyə – bir şey haqqında ictimaiyyətin (xalqın, camaatın) fikri, rəyi, münasibəti. [Tehrani:] Sərhəng, Azərbaycandakı hadisələr dünya əfkari-ümumiyyəsini həyəcana gətirmişdir. Ə.Məmmədxanlı. Qəzetlər əfkari-ümumiyyəni toplamışdı. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / əfkar3 ə. «fikir» c. fikirlər, düşüncələr. Əfkari-münəvvərə işıqlı fikirlər; əfkari-ümumiyyə ictimai fikir, ictimai rəy.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əfkar1 [ər. “fikir” söz. cəmi] фикир, фикирар; ** əfkari-ümumiyyə умуми фикир, са затӀунин гьакъинда жемятдин, халкьдин фикир(ар).
Azərbaycanca-ləzgicə lüğəti / əfkar