Əfşan sözü azərbaycan dilində

Əfşan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Əfşan • 87.2000%
  • əfşan • 12.8000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əfşan Hüseynov
Əfşan Əbülfəz oğlu Hüseynov (16 mart 1996; Əsrik Cırdaxan , Tovuz rayonu — 26 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əfşan Hüseynov 1996-cı il martın 16-da Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya göz açıb. 2002–2013-cü illərdə Əsrik Cırdaxan kənd tam orta məktəbində, 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. == Hərbi xidməti == Əfşan Hüseynov 2017-ci ildə "leytenant" hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. Xidməti dövründə "baş leytenant" hərbi rütbəsinə yüksəlib. Əfşan Hüseynov "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib. === İkinci Qarabağ müharibəsindəki iştirakı === Azərbaycan Ordusunun baş leytenantı olan Əfşan Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Hadrutun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə savaşıb. Ermənistan Ordusunun bir neçə postunu və texnikasını ələ keçirib. Əfşan Hüseynov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı Alxanlı kəndi istiqamətində şəhid olub. Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dəfn edilib.
Əfşan Qədimbəyova
Əfşan Qədimbəyova — Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru, Azərbaycan SSR Ali Soveti sədrinin müavini və məktəbəqədər-ibtidai təhsil üzrə mütəxəsis. == Həyatı == 1915-ci ildə İrəvan quberniyasının İrəvan şəhərində anadan olmuşdur. Atası Ələkbər bəy Qədimbəyov Mirzə Qədim İrəvaninin soyundan gələnlərin daşıdığı Qədimbəyov ailəsindən olmuşdur. === Təhsili === Əfşan Qədimbəyova 1929-cu ildə İrəvan Pedaqoji Texnikumunu bitirmiş və 1931-1935-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) pedaqoji fakültəsində təhsilini davam etdirmişdir. Buradakı təhsilini də bitirdikdən sonra Moskvada yerləşən Pedaqoji İnstitutun aspirantura pilləsində də təhsil almış və Bakıya dönmüşdür. == Fəaliyyəti == Moskvadan təhsilini tamamlayıb Bakıya döndükdən sonra 1942-ci ildən Azərbaycan Gənclər İttifaqının üçüncü katibi kimi çalışmış və bu vəzifədə dörd il fəaliyyət göstərmişdir.Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin partiya komitəsinin katibi, Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində fəaliyyət göstərən Ə. Qədimbəyova, 1949-1956-cı illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru kimi çalışmışdır. Daha sonra isə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərmişdir. Bundan başqa o, dəfələrlə Azərbaycan SSSR Ali Sovetinə üzv seçilmişdir.1965-ci ildə "1920-1941-ci illərdə Azərbaycanda məktəbəqədər tərbiyənin inkişafı mövzusunda" namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən 1978-ci ilə qədər Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri vəzifəsində çalışmış, 1980-ci ildə həyatını dəyişmişdir. == İstinadlar == == Mənbə == H. Əhmədov.
Xilə-əfşan xalçaları
Xilə–əfşan xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == “Xilə-əfşan” xalçaları öz adını Bakı şəhərindən 15 km-lik məsafədə yerləşən Abşeron yarımadasının inzibati ərazi vahidindəki Xilə indiki Əmircan kəndinin adından götürmüşdür. “Əfşan” sözünün lüğəti mənası – səpmək, xırdalamaq, rəngbərəng deməkdir. Bu xalçalar sonrakı dövrlərdə Bülbülə və Suraxanı xalçaçılıq məntəqələrində də istehsal edilməyə başlamışdır. Xalq arasında “Sacayağı” adı ilə daha çox tanınan bu xalçaları bəzi xarici müəlliflər öz əsərlərində bir çox halda “Şirvan”, bəziləri isə səhvən “Dərbənd” adlandırırlar. == Bədii analiz == “Xilə-əfşan” xalçasının ara sahəsinin kompozisiyası “Qədim Əfşan” və “Güllü Əfşan” xalçaları adlanan iki növə ayrılır. “Qədim Əfşan” xalçaları — ara sahənin kompozisiyası enli şəbəkə prinsipi ilə qurulmuşdur. Bu şəbəkədə açıq fonlu xonçalar sxemyaradıcı funksiyanı yerinə yetirirlər. Xonçalar kontur və daxili tərtibat etibarilə nəbati mənşəlidir. Mərkəzin sərbəst yerləri də başqa formada və ölçüdə olan xonçalarla doldurulmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.35 dəfə / 1 mln.
2003 •••••• 0.39
2004 ••••• 0.34
2006 •••• 0.23
2010 •••• 0.27
2011 ••• 0.17
2012 ••• 0.17
2013 •••••••••••••••••••• 1.46
2014 •••••••• 0.51
2016 ••••• 0.35
2017 •••••••••••••• 0.98
2018 ••• 0.15
2019 •••• 0.28
2020 •••••••••• 0.66

əfşan sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] şair. Səpən, saçan, dağıdan, səpələyən. □ Əfşan etmək – səpmək, səpələmək, dağıtmaq, tökmək, saçmaq. Gülgun sərəndazın tazə gül kimi; Əfşan etmiş ay qabağın üstündən. M.P.Vaqif. Camalın şövqündən artıbdır dərdim; Əfşan elə zülfün ay üzə tək-tək. Aşıq Ələsgər.

    Azərbaycan dilinin izahlı lüğəti / əfşan

əfşan sözünün rus dilinə tərcüməsi

əfşan sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. bax fəşan.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

saçan, səpələyən, səpən.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"əfşan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əfşan nədir? #əfşan sözünün mənası #əfşan nə deməkdir? #əfşan sözünün izahı #əfşan sözünün yazılışı #əfşan necə yazılır? #əfşan sözünün düzgün yazılışı #əfşan leksik mənası #əfşan sözünün sinonimi #əfşan sözünün yaxın mənalı sözlər #əfşan sözünün əks mənası #əfşan sözünün etimologiyası #əfşan sözünün orfoqrafiyası #əfşan rusca #əfşan inglisça #əfşan fransızca #əfşan sözünün istifadəsi #sözlük