* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Nəsillərdən nəsillərə ağızda dolaşan və mövzusu çox zaman fövqəladə xarakter daşıyan hekayə, rəvayət; əsatir. Hind əfsanələri. Orta əsr əfsanələri. – [Gənc çadırçı:] Keçənlərdən bizə əfsanə qaldı; Sönüb Cəmşidi-cəm, peymanə qaldı. H.Cavid. Bəşər xəyallara qapanıb hərdən; Təsəlli bulmuşdur əfsanələrdən. S.Vurğun. [Mirzə] bütün Şərq ayin, əfsanələrini bilməyi ilə hamının diqqətini cəlb edirdi. S.Rəhimov. // məc. Uydurma, nağıl, boş söhbət. Əfsanə danışma yar deyə-deyə; Bülbül, gül yanında xar deyə-deyə. Aşıq Pəri. [Sabbah:] Nə olur, böylə azıb getsə bəşər; Səncə, əfsanəmidir xeyr ilə şər? H.Cavid. Sevgilim, eşq olmasa varlıq bütün əfsanədir; Eşqdən məhrum olan insanlığa biganədir. Ə.Vahid. 2. Dillərə düşmüş, geniş yayılmış vəqə, dastan, hekayət. Əbəs sözdür bu əfsanə; Düşübdür xalqın ağzına; Gərək Məcnun, gərək Leyla; Veribdirlər canın cana. Füzuli. Sən öz gözəlliyinlə; Sirr dolu əfsanələr; Nağıllar yaratmısan. B.Vahabzadə.
Azərbaycan dilinin izahlı lüğəti / əfsanə3 f. 1) nağıl, əsli olmayan hekayət; 2) dillərə düşən vaqiə; dastan.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əfsanə3 1. ƏFSANƏ [Nizami:] ...Xalqımızın şüurunu yalnız məzhəb və təriqət mübahisələri ilə deyil, xalqların həyat və siyasət tarixini tərif edib əfsanə şəklinə salmaq vasitəsi ilə də korlamışlar (M.S.Ordubadi); FANTAZİYA Yadına Xürrəm müəllimin sözləri düşdü. “Nənələrin, xalaların barmaqlarında min sehr var, onların fantaziyasına adam mat qalır” (İ.Məlikzadə); MİF Miflər, əfsanələr və nağıllar məhz bu zəmində meydana gəlmişdir (M.Məmmədov). 2. əfsanə bax yalan
Azərbaycan dilinin sinonimlər lüğəti / əfsanə1 ƏFSANƏ – HƏQİQƏT Bunlar həqiqətdir, əfsanə deyil; insan nələr qurdu, nələr yaratdı (H.Hüseynzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / əfsanə2 сущ. легенда: 1. устное предание, рассказ о каком-л. событии прошлого. Qədim əfsanələr древние легенды, Antey əfsanəsi легенда об Антее 2. вымышленный, приукрашенный рассказ о чём-л.; сказка. Əfsanə danışma не рассказывай сказки 3. о чём-л. невероятном (о вымысле, выдумке)
Azərbaycanca-rusca lüğət / əfsanə1 i. 1. (əsatir) myth, fable; 2. (dastan) legend; 3. (uydkurma) cock and bull story, idle tale
Azərbaycanca-ingiliscə lüğət / əfsanə1 is. 1) mythe m, fable f ; 2) légende f ; 3) imagination f, histoire f, conte m
Azərbaycanca-fransızca lüğət / əfsanə1 [fars.] сущ. 1. миф; дастан, мах, кьиса, гьикая, риваят; 2. пер. тапарар, гьакӀан махар, чӀалахъ тежер гафар, буш ихтилатар.
Azərbaycanca-ləzgicə lüğəti / əfsanə