* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Əsər, əlamət, iz. Vidadi xəstəni gəl indi tanı; Hanı o sən görən şəklü-nişanı? M.V.Vidadi. Amma sənin itəcəkdir ad-sanın; Qalmayacaq yer üzündə nişanın. A.Səhhət. Coşqun irmaq kənarında; Nə qızlardan bir nişan var; Nə oğlanlar islıq çalır; Nə qaynayan, nə coşan var. Ə.Cavad. □ Nişan qoymaq – sonradan tanımaq, bilmək üçün işarə vurmaq, qeyd eləmək, nişanlamaq. Kitabın səhifələrinə nişan qoymaq. – İndidən çıxın, otaq seçin, nişan qoyun! Hazır olan kimi ora köçün! Mir Cəlal. Nişan vermək – tanıtmaq, göstərmək, bildirmək, adını vermək. [Heydər bəy:] A kişi, bilmirəm hansı ağzıdağınıq naçalnikə məni nişan veribdir. M.F.Axundzadə. [H.Ərəblinskini] “böyük artist” – deyə bir-birinə nişan verirdilər. S.Rəhman. 2. Bir şeyi digərindən ayıran əlamət, tanınmaq üçün qoyulan işarə; nişanə. Ərəb atın dastanını söylərəm; Üç yaşında hər nişanı bəlli olur. “Koroğlu”. [Hacı Mehdi:] Övrətin bir para nişanların [Gülpəriyə] sadaladım. Ə.Haqverdiyev. // Yaxşı olmuş yaranın qalmış izi, əlaməti, yeri. Üzündə qılınc yarasının nişanı var. Qolunda güllə nişanı var. 3. Güllə, ox və s. ilə vurulmalı olan hədəf, nöqtə; nişanə. Nişanı vurmaq. □ Nişan almaq (götürmək) – silahı hədəfə tuşlamaq, yönəltmək. [İlyas:] Mən irəli atıldım və bir qızdırma içərisində Tərlanın altındakı qaşqanı nişan alaraq, lap yaxında tətiyi çəkdim. Ə.Məmmədxanlı. Nişan alıb ox atmağı, nə çarə; Daş ürəkli mələklərdən öyrəndim. M.Müşfiq. Nişana qoyub atmaq – hədəf edib güllə ilə vurmaq. Ovçu ov tapmayanda öz papağını nişana qoyub atar. (Ata. sözü). 4. bax nişangah 2-ci mənada. 5. Hər hansı bir xidmət və ya hər hansı bir hadisənin xatirəsinə görə bir təşkilat tərəfindən verilən üstü yazılı, şəkilli metal və s.-dən hazırlanmış xüsusi lövhəcik. Universitet nişanı. Döş nişanı. Qızıl nişan. – Səttarzadə Gəldiyevin döşündəki … nişanına baxıb dedi: – Yaxşı igid dayısına çəkər. Mir Cəlal. 6. Oğlan tərəfindən qızı nişanlamaq məqsədilə göndərilən üzük, şirni və s. şeylər. Nişan üzüyü. Nişan xonçası. Nişan paltarı. – [Orxan:] Üzük, nişan yalnız könüldür, könül; Olma çocuq, sən gəl mənə ver könül. H.Cavid. [Yunis Yaquta:] Bu nişan pozulmalıdır. Ə.Məmmədxanlı. □ Nişan qoymaq (taxmaq, vermək, aparmaq) – qızı nişanlamaq, üzük vermək, ad eləmək. [Sultan bəy:] …Bu gün-sabah nişan qoyular, kəbin kəsilər, toy olar. Ü.Hacıbəyov. Nəriman inşaat mühəndisi diplomunu alan günün sabahı Kərim bəy yaxın yoldaşları ilə əncirli həyətə nişan apardılar. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / nişan1 Farscadır, мишень şəklində rus dilinə də keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / nişan2 1. NİŞAN, AD, ADAX, DEYİK 2. nişan bax 1. nişanə; 2. nişangah; 3. medal
Azərbaycan dilinin sinonimlər lüğəti / nişan1 NİŞAN I is. [ fars. ] İşarə, qeyd. Nişan aldım, kaman atdım; Dəydi oxum daşa, könül (M.Müşfiq). NİŞAN II is. [ fars. ] Adaxlama. Nişan taxılmadan gəzir, dolanır; Görəndə adamın qanı bulanır (M.Müşfiq). NİŞAN III is. [ fars. ] Fərqlənmə üçün verilən bəzəkli məmulat. NİŞAN IV is. [ fars. ] Əlamət. Sükut razılıq nişanıdır (S.Rəhman).
Azərbaycan dilinin omonimlər lüğəti / nişan1 1. знак, метка, пометка, отметка, заметка; 2. значок, эмблема, кокарда; 3. цель, мишень, прицел, наводка; 4. обручение, подарок при обручении;
Azərbaycanca-rusca lüğət / nişan2 I сущ. 1. метка, отметка (знак, поставленный для обозначения чего-л.). Balta ilə nişan vurmaq сделать метку топором 2. разметка (знак, метка, поставленные с целью обозначения чего-л., указания на что-л.). Xəritədəki nişanlar разметки на карте 3. примета (отличительный признак, по которому можно узнать кого-л., что-л.) 4. прицел (приспособление на огнестрельном оружии для наводки на цель) 5. цель, мишень (предмет, место, в которое стараются попасть при стрельбе или метании). Nişana atmaq стрелять в цель 6. значок (пластинка, кружок и т.п. с какими-л. изображениями, носимые на груди как украшение, памятный знак или как признак принадлежности к какой-л. организации). Universitet nişanı университетский значок, döş nişanı нагрудный значок, deputat nişanı депутатский значок 7. обручение, помолвка. Nişan mərasimi обряд обручения II прил. 1. техн. маш. разметочный. Nişan pərgarı разметочный циркуль, nişan dəzgahı разметочный станок, nişan tavası разметочная плита 2. обручальный. Nişan üzüyü обручальное кольцо; nişan almaq брать на мушку, nişan vermək: 1. указывать, указать приметы чьи кому-л.; 2. давать, дать знак отличия, награждать, наградить знаком отличия; nişan vurmaq отмечать, отметить, помечать, пометить что-л.; nişan taxmaq носить значок; nişan qoymaq: 1. см. nişan vurmaq; 2. обручать кого-л. с кем-л.
Azərbaycanca-rusca lüğət / nişan1 i. 1. sign; (rəmz) token, symbol; mark; ~ almaq to take* aim (at); 2. target; ~a atmaq to shoot* at a target; ~ qoymaq to make* a mark; Onun heç bir nişanı qalmadı No trace of him / her remained; 3. (döşə taxılan) badge; emblem; 4. (evlənmə) betrothal, engagement; ~ı qaytarmaq to break* off the engagement (of marriage); ~ qoymaq 1) to make* a mark; 2) to arrange an engagement
Azərbaycanca-ingiliscə lüğət / nişan1 is. 1) marque f, signe m ; ~ vurmaq faire un signe ; déposer vt une marque de fabrique ; 2) cible f ; ~a atmaq tirer à la cible ; ~ almaq mettre en joue qch, qn ; ~ al! En joue! 3) viseur m (silahda) ; 4) insigne m (döşə taxılan) ; 5) fiançailles f pl (evlənmə) ; ~ qoymaq fiancer vt ; ~ üzüyü alliance f, bague f de fiançailles ; ~ mərasimi cérémonie f de fiançailles
Azərbaycanca-fransızca lüğət / nişan1 [fars.] сущ. лишан (1. гел; эсер; güllə nişanı гуьлледин лишан (гел); nişan qoymaq лишан эцигун, лишан авун; nişan vermək лишан гун, къалурун, тӀвар гун (лугьун); 2. гуьлледив, чӀемерукдив ва мс. ядай чка, туьш кьуна ядай чка; мишень; nişanı vurmaq лишан ягъун; nişan almaq (götürmək) лишан кьун, лишандал туьш кьун, лишандихъ элкъуьрун (тфенг ва мс.); 3. кил. nişangah 2); 4. значок (хурал алкӀурдай); 5. рушак лишан кутун патал гададин кӀваляй ракъурдай тупӀал, ширинлухар ва мс. затӀар; // лишандин; nişan üzüyü лишандин тупӀал; nişan qoymaq (taxmaq, vermək, aparmaq) лишан кутун (тухун, акалун), рушак лишан (тупӀал) кутун, тӀвар ягъун).
Azərbaycanca-ləzgicə lüğəti / nişan