* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Adaxlı, nişanlanmış, ad edilmiş, deyikli. Nişanlı qız. Nişanlı oğlan. // İs. mənasında. Dedi, nişanlıyam, özgə malıyam; Sındı qol-qanadım, yanıma düşdü. Aşıq Ələsgər. Gülsüm, yəni Vəliqulunun nişanlısı Vəliqulunu görcək çadirşəbə bürünüb, pambıq boğçası kimi çəkilib oturdu qaranlıq bucaqda. C.Məmmədquluzadə. 2. Nişanı olan, nişan taxmış, nişan vurmuş. Döşü nişanlı əsgər. – [Əmiraslan:] Kişi, … başında nişanlı papaq uşaq gördünmü? S.S.Axundov. Başqasının alnı qanlı; Polad köksü üç nişanlı. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / nişanlı3 NİŞANLI [Həmidə qızına:] Veriliş qurtaran kimi nişanlın maşın tutub gələcək (Anar); ADAXLI Hamı bilirdi ki, o, Qəzənfərin adaxlısıdır (S.Vəliyev); DEYİKLİ Qız elə əvvəldən oğlumun deyiklisiydi (M.İbrahimov); NAMİZƏD (köhn.) Cavad xan Fərhada: İndi burada sən mənə namussuz deyirsən, namussuz sənsən ki, namizədini aparmışam (C.Cabbarlı).
Azərbaycan dilinin sinonimlər lüğəti / nişanlı1 NİŞANLI I sif. Adaxlanmış (oğlan və ya qız). Nişanlı qız-oğlan barədə bir söz deyə bilmərəm (S.Qədirzadə). NİŞANLI II sif. Qeyd olunmuş. Nişanlı yerdə qoymuşam (C.Gözəlov).
Azərbaycan dilinin omonimlər lüğəti / nişanlı2 I прил. 1. меченый (имеющий на себе какую-л. метку) 2. обручённый. Nişanlı qız обручённая девушка 3. со значком II сущ. 1. невеста 2. жених
Azərbaycanca-rusca lüğət / nişanlı1 I. i. betrothed; ~lar the betrothed II. s. 1. signed, marked; 2. engaged; ~ oğlan fiancy; fr. engaged fellow; ~ qız engaged girl; fiancye fr.
Azərbaycanca-ingiliscə lüğət / nişanlı1 is. fiancé m, fiancée f ; ~ oğlan jeune homme m fiancé ; ~ qız jeune fille f fiancée
Azərbaycanca-fransızca lüğət / nişanlı1 прил. 1. лишан (тупӀал) кутунвай, тӀвар янвай, адахли; 2. лишан алай; хурал лишан алкӀурнавай (мес. аскер).
Azərbaycanca-ləzgicə lüğəti / nişanlı