* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Tikanı olan (bax tikan 1-ci mənada). Tikanlı bitkilər. – Alağa – qərənfil, yovşana – reyhan; Tikanlı qanqala – gül desəm olmaz. Aşıq Şəmşir. Aydın tikanlı kollar arasından çıxıb, sinədolusu rahat nəfəs aldı. H.Seyidbəyli. 2. Üzərində tikanlar olan. [Şeyda Fəridəyə:] İndi bizim bağla sizin bağ arasında tikanlı məftildən qara bir çəpər var. Ə.Məmmədxanlı. 3. məc. Qəlbə, ürəyə toxunan; acı, ağır, zəhərli, qaba, kobud. Lakin Rüstəm kişi [Şirzadın] gözlərində bu sözləri oxumadı; orada yalnız tikanlı bir ifadə gördü… M.İbrahimov. 4. Tıxlı. Tikanlı balıq.
Azərbaycan dilinin izahlı lüğəti / tikanlı2 прил. 1. колючий: 1) имеющий колючки – твердые остроконечные образования у некоторых растений; тернистый, игольчатый. Tikanlı bitkilər колючие растения, tikanlı kollar колючие кусты 2) с колючками, с небольшим колющим острием. Tikanlı məftil колючая проволока 3) сделанный из колючек. Tikanlı hasar колючая изгородь 4) перен. язвительный, насмешливый, злой. Tikanlı baxış колючий взгляд, tikanlı sözlər колючие слова, tikanlı suallar колючие вопросы 5) как составная часть в названиях некоторых растений и животных. лес. Tikanlı küknar колючая ель, tikanlı iydə колючий лох; tikanlı akula зоол. колючая акула 2. перен. колкий, язвительный. Tikanlı ifadələr колкие выражения 3. костистый (с большим количеством мелких костей). Tikanlı balıq костистая рыба 4. шиповатый. Tikanlı qurd зоол. шиповатый червь, tikanlı hücəyrələr гистол. шиповатые клетки ◊ tikanlı hasar arxasında за решёткой, за колючей проволокой
Azərbaycanca-rusca lüğət / tikanlı1 прил. 1. цацар алай (мес. ттар, кул, вал, цуьк ва мс.); tikanlı məftil цацар алай сим; 2. пер. акьадай, хкӀадай; туькьуьл, залан, зегьерлу, векъи (мес. гаф); 3. кил. tıxlı.
Azərbaycanca-ləzgicə lüğəti / tikanlı