insan sözü azərbaycan dilində

insan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • insan • 78.4231%
  • İnsan • 21.5333%
  • İNSAN • 0.0437%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 571.67 dəfə / 1 mln.
2002 •••••••••••••••• 565.31
2003 •••••••••••••••••••• 717.29
2004 ••••••••••••••••• 602.67
2005 ••••••••••••••••• 607.98
2006 •••••••••••••••• 546.43
2007 •••••••••••••••••• 615.47
2008 •••••••••••••••••• 633.65
2009 •••••••••••••••• 572.10
2010 •••••••••••••••• 559.25
2011 ••••••••••••••••• 593.33
2012 •••••••••••••••• 558.53
2013 ••••••••••••••••• 599.10
2014 •••••••••••••••••• 617.97
2015 ••••••••••••••••• 599.84
2016 •••••••••••••• 476.71
2017 •••••••••••••• 478.82
2018 •••••••••••••••• 540.87
2019 •••••••••••••••• 539.53
2020 ••••••••••••••••• 585.33

insan sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Adam, bəşər. Ey mələksima ki səndən özgə heyrandır sana; Həq bilir, insan deməz, hər kim ki insandır, sana. Füzuli. Ancaq onu da bilməmiş deyilsən ki, insan mələk deyil. M.Hüseyn. İnsan özü qocalsa da; Ürəyi yüz yaşında da qocalmayır. B.Vahabzadə. 2. İnsaniyyətli, vicdanlı adam. Çox insan adamdır. – Murad kişi bağbandır; Çox mehriban insandır. M.Rahim. ◊ İnsan oğlu – adam, insan. İnsan oğlu, uzaqlaşma, gəl yaxın; Başqa yerdən alınmasın sorağın. M.Müşfiq.

    Azərbaycan dilinin izahlı lüğəti

insan sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 İNSAN Daşı belə körpünün mehribanlıq, məhəbbət; Dirəkləri vəfadır, bir də insana hörmət (M.Rahim); ADAM Vaxtsız xoruz olub, çıxırsan dama; Səsin gülünc gəlir qanan adama (S.Vurğun); BƏNDƏ (köhn.) Bizim tək günahkar bəndələrə nə qulaq quşqunu! (Ə.Haqverdiyev); BƏNİ-ADƏM [Molla Həmid:] Bu üç gündə bəni-adəm ilə mülaqat və mükalimə etmək və bir tərəfə çıxmaq ona mümkün deyil (M.F.Axundzadə); BƏNİ-İNSAN Bir tərəf qurd edibdi bağrımı qan; Bir tərəfdən də xud bəni-insan (S.Ə.Şirvani); BƏŞƏR Şair: Qadın deyil, göydən enmiş bir pəri; Bu ruh, bu zövqdə bəşər tapılmaz (A.Şaiq); CAN Köç edib yaylağa ellər, obalar; Bulaqlar başına min bir can gəlir (Aşıq Şəmşir); KƏS (dan.) Əhməd: Aslan bəy hərgah bir kəsə bir qəpik versə, onu fors üçün verir (N.Vəzirov); VÜCUD (dan., isteh.) Məşədi Səttar: Bu da bir tühaf vücuddur... (Ə.Haqverdiyev).

    Azərbaycan dilinin sinonimlər lüğəti

insan sözünün rus dilinə tərcüməsi

  • 1 человек

    Azərbaycanca-rusca lüğət
  • 2 I сущ. человек (с колич. числ. не употребляется). Həqiqi insan настоящий человек, sadə insan простой человек, gözəl insan прекрасный человек, insana məhəbbət любовь к человеку, insan naminə во имя человека, insanın anatomiyası анатомия человека, insanın fiziologiyası физиология человека, insanın beyni мозг человека, insanın mənşəyi происхождение человека; insanlar люди II прил. 1. человеческий. İnsan əməyi человеческий труд, insan əlləri человеческие руки, insan ömrü человеческая жизнь, insan tələfatı человеческие жертвы 2. человечный. İnsan adamdır (он) человечный человек 3. людской. İnsan dənizi людское море, insan axını людской поток; insan oğlu род людской ◊ insan (adam) yerinə qoymamaq kimi не считать за человека кого, insan (adam) kimi как человек, insan (adam) ol! будь человеком!

    Azərbaycanca-rusca lüğət

insan sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. man*; adi ~ ordinary man*; təcrübəli ~ man* of experience; müdrik ~ a wise man*; ◊ ~ yerinə qoymaq to consider a man, to respect (d.), to esteem (d.); İnsan ol! Be a man! II. s. human; ~ əqli / zəkası the human mind; ~ təbiəti human nature; ~ nəsli the human race; ~ əməyi human labour; ~ bədəni human body

    Azərbaycanca-ingiliscə lüğət

insan sözünün fransız dilinə tərcüməsi

insan sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. инсан (1. бешер; 2. инсанвал авай, виждан авай кас); ** insan oğlu инсандин хва, инсан.

    Azərbaycanca-ləzgicə lüğəti

insan sözünün türk dilinə tərcüməsi

insan sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ - əqli olan canlı varlıq. Bir tərəfdən canlı varlıqlar, heyvanlar aləminin bir üzvü, növü. Digər tərəfdən isə onu keçən bir varlıq, qamətli yürüyən, əllərindən istifadə edən, beyni, kəlləsi xüsusi formada inkişaf etmiş olan, xüsusiləşmiş orqanları olmayan, ətrafını dəyişdirə bilən, dünyaya və kainata açıq olan, danışan və yaradıcı düşünmə qabiliyyəti olan, təcrübə dünyasını aşa bilən, özünün və kainatın şüuruna vaqif olan, əməllərindən məsul tutulan sosial varlıq. İnsan sözü bir termin kimi dilimizə ərəbcədən keçmişdir. Lakin indi çox geniş istifadə hüququna malikdir. İnsan sözü orijinalda ―nəsiyə‖ (غٍَ ) felinin ―ənsə‖ formasında (أ غًَ ) IV babda məsdəri olduğunu iddia edənlər vardır. Bu anlamda ―insan‖ sözünün hərfi mənası unudan, unutqan demək olur. Lakin bu iddia yalnışdır. Çünki insan sözü əslində ―ənisə‖ (أ ظَ ) felindən əmələ gəlmişdir. ―Ənisə‖ sözünün hərfi mənası isə səmimi olmaq, cana yaxın olmaq, sosial olmaq, ictimailəşmək deməkdir. İnsan sözü isə bu felin məsdəridir, nisbi sifətdir – humanist, bəşəri anlamlarına gə-lir.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Fəlsəfə terminlərinin izahlı lüğəti

\– tarixi prosesin, Yer üzərində maddi və mənəvi mədəniyyətin inkişafının subyekti, həyatın digər formaları ilə genetik bağlı olan və bu formalardan əmək alətləri istehsal etmək qabiliyyətinə görə seçilən, aydın nitqə, təfəkkür və şüura malik olan biososial varlıq.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. adam.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

adam; yer üzündə ilk peyğəmbər və insan Adəm peyğəmbər olmuşdur.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"insan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#insan nədir? #insan sözünün mənası #insan nə deməkdir? #insan sözünün izahı #insan sözünün yazılışı #insan necə yazılır? #insan sözünün düzgün yazılışı #insan leksik mənası #insan sözünün sinonimi #insan sözünün yaxın mənalı sözlər #insan sözünün əks mənası #insan sözünün etimologiyası #insan sözünün orfoqrafiyası #insan rusca #insan inglisça #insan fransızca #insan sözünün istifadəsi #sözlük