* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] İnsana xas olan, insana aid olan; bəşəri. Yüksək insani ləyaqət. – Cabbarlının qəhrəmanları nəcib insani hisslərə malikdirlər. M.Arif. Veysin yaxşı evdə rahat və gözəl yaşamaq meyli ən insani meyildir. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / insani2 ə. adama yaraşan tərzdə; insanlıq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / insani2 İNSANİ (insana aid) [Yolçuzadə:] Məsələyə daha dərindən, daha insani yanaşmaq lazımdır (Ə.Kərim); BƏŞƏRİ Bu dövlət, quruluş, torpaq sənindir; Ən uca bəşəri diləyə hörmət (A.Şaiq).
Azərbaycan dilinin sinonimlər lüğəti / insani1 İNSANİ – HEYVANİ C.Cabbarlının qəhrəmanları nəcib insani hisslərə malikdirlər (M.Arif); Başqa bir roman isə heyvani hissləri tərənnüm edir (Ə.Şərif).
Azərbaycan dilinin antonimlər lüğəti / insani2 прил. человеческий (присущий человеку). İnsani hisslər человеческие чувства, insani ləyaqət человеческое достоинство, insani keyfiyyətlər человеческие качества
Azərbaycanca-rusca lüğət / insani1 [ər.] прил. инсандиз хас тир, инсандиз талукь тир; инсанвилин.
Azərbaycanca-ləzgicə lüğəti / insani