* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 232.98 |
2003 | • | 5.91 |
2004 | • | 3.71 |
2005 | • | 5.40 |
2006 | • | 10.36 |
2007 | • | 10.36 |
2008 | • | 9.26 |
2009 | •• | 12.96 |
2010 | •• | 18.15 |
2011 | ••• | 24.28 |
2012 | •• | 14.54 |
2013 | •• | 13.13 |
2014 | • | 9.78 |
2015 | • | 6.80 |
2016 | • | 9.02 |
2017 | •• | 16.91 |
2018 | •• | 14.38 |
2019 | •• | 16.55 |
2020 | •• | 14.19 |
1 is. Ağac və kolların kötüyündən göyərən və sonradan başqa yerdə əkilən cavan ağac. Körpə fidanlar; Deyir: – Qırmayın; Bizi, nadanlar! M.Seyidzadə. // Ümumiyyətlə, yenicə yetişən cavan ağac və ya kol. [Günəş] bağçada tut, əncir, yasəmən fidanları əkmiş, evi, həyəti nizama salmışdı. A.Şaiq. Pöhrələr, şitillər indi körpədir; Fidanlar on qarış deyil hələlik. O.Sarıvəlli. // məc. Obrazlı təşbehlərdə. Ürəyində məhəbbətin; İlk fidanı yarpaq açır. N.Rəfibəyli.
Azərbaycan dilinin izahlı lüğəti1 FİDAN (cavan budaq) Baharda Abşeronun odlu torpağından baş qaldıran qırmızı lalələrdən, yaşıl fidanlardan, payızda torpağa qarışan xəzan yarpaqlardan soruş... (Ə.Babayeva); NİHAL (arx.) Ey nəxleyi-vətən, əsəf olsun bu halına; Kim, bəxşi-tərbiyət edənin yox nihalına! (M.Ə.Sabir); ZOĞ Bu dediyimiz əvvəlinci iki yarpağın tən ortasından bir zoğ göyərməyə başladı (R.Əfəndiyev).
Azərbaycan dilinin sinonimlər lüğəti1 сущ. 1. побег (молодой стебель растения вместе с листьями); отросток 2. саженец (молодое растение, выращенное для посадки в саду, парке и т.п.) 3. молодое дерево 4. перен. körpə fidanlar (обычно о детях дошкольного возраста)
Azərbaycanca-rusca lüğət1 сущ. ттаран дувулдилай экъечӀнавай кӀачӀичӀ, къелем; жегьил ттар ва я кул.
Azərbaycanca-ləzgicə lüğətiYenicə yetişən cavan ağac və ya kol. Badə doludu içməyə, Gül, fidan, ağac əkməyə, Vaxtı gəlibdi açmağa, Gül qırmızı geyinibdi. (“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikasıpöhrə, cavan budaq, gənc, incə, uzunboylu.
Azərbaycan qadın adlarının izahlı lüğəti.