* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] köhn. 1. Məhkəmə, tribunal. Əgər Kərbəlayı Heydərin ona iki yüz manat borcu var, kağızını qoysun divana. C.Məmmədquluzadə. [Tarverdi:] İstəmirəm məsum bir qız mənim üçün divanlara sürülsün… C.Cabbarlı. Hər iki oba divan qabağında onların üzərinə basqın olduğunu isbata qalxmışdı. S.Rəhimov. □ Divan qurmaq – məhkəmə qurmaq. [Şəmsəddin bəy:] Mənə böyük divan qurmuşdu. S.S.Axundov. Nəsimi zahidlə durdu üz-üzə; Söylədi: – Həqq adlı bir divan quraq. S.Vurğun. Divanını kəsmək – mübahisələrini (davalarını) həll etmək. [Xan:] Vallah, bilmirəm ki, bunların divanını necə kəsim? Heç belə çətin davaya rast gəlməmişdim. M.F.Axundzadə. 2. tar. Ali hökumət məclisi; divanxana, hökumət idarəsi, dövlət dəftərxanası. Dövlətliyik, əlbəttə, şərafət də bizimdir; Divan bizim, ərbabi-hökumət də bizimdir. M.Ə.Sabir. □ Divan qurulmaq – ali hökumət məclisi çağırılmaq. // köhn. Ümumiyyətlə, hökumət idarələri, hökumət. Mərd olub nər kimi girək meydana; Gücümüzü göstərək bu gün divana. “Qaçaq Nəbi”. [Dilənçi:] Oğlum, indi gərək adını da dəyişdirəsən, çünki Əmiraslan sənin itməyini, yəqin, divana məlum edəcəkdir. S.S.Axundov. Verdi qaçaqlara bu növ xəbər: – Divan tədbir edib sizi tutmağa. H.K.Sanılı. // köhn. Hökumət məmurları və ya nümayəndələri. Elə olmasın ki, divan kəndə girsin, mən hamıdan sonra duyuq düşüm. S.Rəhimov. Yazıq kişi acsusuz, ayaqyalın, başıaçıq, gözüyaşlı … divan adamlarına yalvarırdı. Mir Cəlal. ◊ Divan(ını) etmək – cəzalandırmaq, tənbeh etmək, toy tutmaq. [Hacı Murad:] Mənim xəbərim yoxdur, bu saat sizin divanınızı edəcəyəm. S.S.Axundov. Divan tutmaq – məcbur etmək, yaxud cəzalandırmaq məqsədi ilə amansızcasına zor işlətmək. [Ağa Məhəmməd şah Qacar:] Gərək güclü qoşun götürüb gedəsən Kirmana. … Gərək Kirman əhlinə bir divan tutasan ki, cəmi İran titrəsin. Ə.Haqverdiyev. Amma arxayın ol, əziz və unudulmaz Vətən, qızlarına nə qədər divan tutsalar da, onların mərd ruhu qırılmır, onların dili düşmənə yalvarmır. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / divan3 is. [fars.] Yaxın və Orta Şərq ədəbiyyatında: bir və ya bir neçə şairin qafiyə və ya rədiflərinin axırıncı hərflərinə görə əlifba sırası ilə düzülmüş şeirlər məcmuəsi. Füzuli divanı. – [Xortdan:] Tanımayanlar var isə, vəzir Mirzə Ağasının divanını oxusunlar. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / divan4 is. [fars.] Oturmaq və ya uzanmaq üçün uzun yumşaq taxt. Yumşaq meşin divanlarda, bilmirəm, nə xasiyyət var ki, eləcə oturan kimi yuxuya cumursan. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / divan5 DİVAN1 f. 1) böyük məclis, rəsmi yığıncaq; 2) bax divanxanə. DİVAN2 f. bir şairin xüsusi düzülmüş şeirlər külliyyatı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / divan4 I DİVAN (oturmaq və yatmaq üçün yumşaq taxt) [Cövhər xanım:] Sənəm, məni qaldır, divanın üstünə apar (S.S.Axundov); KANAPE Midhəd əfəndi bihuş olaraq kanapenin üzərinə sərildi (Çəmənzəminli); QƏNƏPƏ (köhn.) İskəndər görüşüb, yumşaq qənəpənin üstündə oturdu (Çəmənzəminli); SƏFA Sitarə: Artıq bir az özümü toplayaraq sofanın üzərinə oturdum (A.Şaiq). II divan bax külliyyat III divan bax məhkəmə
Azərbaycan dilinin sinonimlər lüğəti / divan1 DİVAN I is. [ fars. ] Oturmaq və uzanmaq üçün taxt. Əkbər stəkanı götürüb, çəkilib kənarda bir divan üstündə oturdu (İ.Məlikzadə). DİVAN II is. [ fars. ] Bir şairin şeirlər külliyyatı (lirik şeirlər məcmuəsi). Cildi qızıl suyuna çəkilmiş bir divanı; O, göstərir şairə (B.Vahabzadə). DİVAN III is. [ fars. ] Məhkəmə, hökumət yığıncağı. Divan başına min manat qiymət qoyub, qan! (S.Rüstəm).
Azərbaycan dilinin omonimlər lüğəti / divan1 1. суд; 2. обсуждение, расправа; 3. диван, софа, мягкая кушетка; 4. устар. диван (собрание сочинений писателя, поэта);
Azərbaycanca-rusca lüğət / divan2 1 I сущ. диван (род мягкой мебели) II прил. диванный. Divan balışı диванная подушка 2 сущ. 1. истор. диван (совет сановников при турецком султане) 2. устар. правительственные учреждения по административным и судебным делам; divan eləmək судить, наказывать, наказать; divan tutmaq kimə учинять, учинить расправу над чем; расправляться, расправиться с кем, с чем 3 сущ. 1. устар. диван (в классической литературе: сборник стихов одного поэта). Nəsiminin divanı диван Насими 2. муз. октава (седьмая ступень диатонического звукоряда, 12-ая ступень хроматического звукоряда, 17-24 ступени классической восточной музыки)
Azərbaycanca-rusca lüğət / divan1 I. i. sofa; (yastıqlı) ottoman; (oturmaq üçün) settee II. i. arx. law-court, justice; ~ tutmaq to inflict reprisals, to deal* (with); d.d. to make* short work (of), to give* short shrift (to), to punish (d.) sternly / mercilessly / ruthlessly / pitilessly III. i. divan (selected poems of a poet)
Azərbaycanca-ingiliscə lüğət / divan1 is. 1) divan m, sofa m, canapé m ; 2) arx. divan m ; ~ tutmaq faire justice
Azərbaycanca-fransızca lüğət / divan1 [fars.] сущ. диван (ацукьун ва я къаткун патал хъуьтуьл тахт).
Azərbaycanca-ləzgicə lüğəti / divan2 [fars.] сущ. диван (са ва я са шумуд шаирдин шииррин кӀватӀал); Füzuli divanı Фуьзулидин диван.
Azərbaycanca-ləzgicə lüğəti / divan3 [fars.] сущ. куьгьн. 1. дуван, суд, трибунал; 2. ист. межлис, гьукуматдин кьилин межлис; дуван ийидай чка, дуванхана, гьукуматдин идара, канцелярия; // куьгьн. гьукуматдин идараяр, гьукумат; гьукуматдин кьиле авайбур, чиновникар; ** divan(ını) etmək дуван авун, дуван акун, жаза гун, туьнбуьгь авун, бенд кьун; divan tutmaq дуван кьун, бенд кьун, мажбур авун ва я жаза гун макьсаддалди амансуздаказ зур къалурун.
Azərbaycanca-ləzgicə lüğəti / divan