Divanalılar
Divanalılar — Azərbaycan Respublikasının Füzuli rayonunun Qacar kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.
== Toponimikası ==
Etnotoponimdir. Qacarların divanalılar tirəsinin adını əks etdirir.
== Coğrafiyası ==
Qarabağ silsiləsinin ətəyindədir.
== İqtisadiyyatı ==
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.