Divan-i Kəbir
Divanı-Kəbir (Böyük Divan) və ya Divanı Şəmsi Təbrizi, Məhəmməd Cəlaləddin Ruminin söylədiyi ilahi eşq şeirlərindən ibarət olan, 44 min 8 yüz 34 beyitlik (rübai beytləri ilə birlikdə təxminən 50 min beyt) şeirlərdən ibarət əsərdir. Mövlananın "Aşiqlər Divanı" formasında adlandırdığı əsər eyni zamanda "Şəms Divanı", ya da "Divan-ı Şəmsi Təbrizi" kimi anılır. Divan ədəbiyyatında divanların şairlərinin adları ilə anılması ənənəsinə uyğun olmayan bu son adlandırma; Mövlananın qəzəllərinin sonunda öz adı əvəzinə (bir neçə istisna xaricində) hər zaman Şəmsi Təbrizi adından istifadə etməsindən irəli gəlir.
== Xarakteri ==
Əsər, Xorasan vilayətinin xalq farscası ilə yazılmışdır. Yek avaz qəzəllərdən ibarətdir.
Mövlana bu qəzəllərində, "Şəms (günəş) başda olmaq üzrə, bağ-bağça, gül-bülbül, aşiq-məşuq, dəniz-damla, mey-saqi kimi simvollarla ilahi məhəbbəti həmişə ön planda tutur; Məsnəvi olduğu kimi Allaha qovuşmadan könlünün rahatlıq tapmayacağını, ilahi eşqi yazan aciz qalıb qələminin qırıldığını, bu dünyanın bir palçıqdan ibarət olduğunu, çox yeməyin mənzilə çatmağa əngəl təşkil etdiyini, artıq ağla olan üstünlük və ucalığını, nəfsin pisliyini, miskin- miskin oturan insanların bu tənbəllikləri məqsədə (ilahi aşmaq) çata bilməyəcəyini, gecələrini yatmaqla deyil də eşq və ibadətlə keçirilməsi lazım olduğunu" vurğulayaraq şeirlərini didaktik bir üslubla deyir. Bəzi şeirlərində də qəzəlin ruhundan fərqli olaraq sosial mövzulara girir; Rüşvət yeyən qaziləri tənqid edir; Yalançı şeyxləri, şovinist alimləri mənfəət və zəlil kimi səciyyələndirir; Bazar yerlərindən, toy adətlərindən, küçədə oynayan uşaqlardan, zülmətə müqavimətdən və azadlıqdan bəhs edər.
== Divan-i Kəbrin ən qədim əl yazıları ==
İstanbul-Süleymaniyyə Kitabxanası Əsəd Əfəndi Kitabları, No:2693
347 Səhifə, Səlcuqlu nəsx yazısı, xəttatı məlum deyil, 13-cü əsr sonlarında yazıldığı təxmin edilir.
Vatikan-Bibliotheca Vaticana, Pers.130
270 Səhifə, Səlcuqlu nəsx, xəttatı müəyyən deyil, 13-cü əsr sonlarına doğru yazıldığı güman edilir.
Dublin-Krister Beatty Library
309 Səhifə, Səlcuqlu nəsx, xəttatı müəyyən deyil, 13-cü əsr sonlarına doğru yazıldığı güman edilir.