didar sözü azərbaycan dilində

didar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • didar • 64.4068%
  • Didar • 28.8136%
  • dİdar • 3.3898%
  • DİDAR • 3.3898%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

didar sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] klas. 1. Görünüş, üz, sifət, zahiri sima. Doymaq olmaz didarından bir zaman; Tamaşası, qaşı-qabağı şirin. M.P.Vaqif. Xandostu, amandı, qoyma gəldi! Didarı yamandı, qoyma, gəldi! M.Ə.Sabir. // Üz, çöhrə; gözlər (çox zaman gözəl haqqında). Yar olan yerdə nədir xublərin didarı. S.Ə.Şirvani. Tale yarı yardan aralı saldı; Öksüz ruhum didarə həsrət qaldı. H.Cavid. 2. Görüş, görmə. Ümidim çox idi yetəm didarə; Deyəm ərzi-halı o nazlı yarə. Ə.Nəbati. [Fərman:] Didarın mənə müyəssər olmadı. İndi sənə ən yaxın olan köynəyinə baxıb … vida edirəm. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / didar
  • 2 görmə, görüş; görünüş, üz, camal.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / didar
  • 3 f. 1) üz, surət, sifət; 2) görüş(mə); 3) görmə, ziyarət etmə.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / didar

didar sözünün etimologiyası

  • 1 Fars mənşəlidir, didə (göz) sözü ilə bağlıdır, “üz”, “görmə” mənalarında işlədilir. -ar bizdəki -ış şəkilçisisinin fars dilindəki qarşılığıdır, rəftar sözünün qəlibi üzrə yaranıb: rəft farsca “getmək”, -ar isə şəkilçidir, “gediş”(davranış) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / didar

didar sözünün sinonimləri (yaxın mənalı sözlər)

didar sözünün rus dilinə tərcüməsi

didar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. клас. 1. дидар, ччин, акунар (къецепатан); // ччин, сумра; вилер (гуьзелдин гьакъинда); 2. акун.

    Azərbaycanca-ləzgicə lüğəti / didar

didar sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Şamaxı) imkan. – Didarım yoxdu

Azərbaycan dilinin dialektoloji lüğəti.

"didar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#didar nədir? #didar sözünün mənası #didar nə deməkdir? #didar sözünün izahı #didar sözünün yazılışı #didar necə yazılır? #didar sözünün düzgün yazılışı #didar leksik mənası #didar sözünün sinonimi #didar sözünün yaxın mənalı sözlər #didar sözünün əks mənası #didar sözünün etimologiyası #didar sözünün orfoqrafiyası #didar rusca #didar inglisça #didar fransızca #didar sözünün istifadəsi #sözlük