bidar sözü azərbaycan dilində

bidar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bidar • 81.4815%
  • Bidar • 12.9630%
  • BİDAR • 5.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bidar Qadınəfəndi
Bidar Qadınəfəndi (5 may 1858, Qafqaz – 1 yanvar 1918, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin dördüncü xanımı. == Həyatı == Bidar xanım 5 may 1858-ci ildə Osmanlı tabeliyindəki Abxaziyada dünyaya gəlmişdir. Kabardalılar ailəsinə mənsub olub, atası İbrahim bəy Talustan, anası isə əslən gürcü olan Şahika İffət xanımdır. Yaşıl gözlü, uzun qəhhvəyi saçları olan Bidar xanımın özündən yaşca kiçik 2 qardaşı (Hüseyn Paşa və Mehmed Ziya Paşa) da sarayda Sultan Əbdülhəmidə xidmət edirdi. Kiçik yaşlarında Osmanlı sarayına təslim edilmişdir. 17 yaşında ikən 2 sentyabr 1875-ci ildə Ulduz sarayında Sultan Əbdülhəmidlə evləndi. Taxtdan endirilməsinin ardından əriylə birlikdə 1909-cu ildə sürgünə getdi. Salonikidə Alatini köşkündə yaşayan Bidar xanımın gözəlliyi Avropa saraylarında danışılırdı. Daha sonra isə yenə Sultan Əbdülhəmidlə birlikdə Bəylərbəyi sarayına gətirildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.17
2017 ••••••••••••••••••• 0.16

bidar sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] klas. 1. köhn. şair. Oyaq, ayılmış (yuxudan), yuxusuz. Eyləyibsən məni eşqə giriftar; Gündüzüm biqərar, gecələr bidar. M.P.Vaqif. □ Bidar etmək (qılmaq) – ayıltmaq, oyatmaq. Əcəl xabından, əfqanlar çəkib, Məcnunu bidar et! Füzuli. Səba, gəl seyri-gülzar et! Gülü reyhanı bidar et! M.V.Vidadi. Bidar edin amandır o zülfisiyahımı; Zülm ilə etməsin günümü tar, yatmasın. S.Ə.Şirvani. Amma and verirəm səni o körpə uşaqların canına, yorğanı çək başına yat, dəxi məni şirin yuxudan bidar etmə!… C.Məmmədquluzadə. Bidar olmaq – oyaq olmaq, oyaq qalmaq, yatmamaq. Kəvakib seyrini şəb ta səhər bidar olandan sor. Füzuli. // Ayılmaq, oyanmaq. Seyyidi zar görüb vəslini bidar olmuş. S.Ə.Şirvani. Hər kəs oxuyub elmlə bidar olacaqdır. M.Ə.Sabir. Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / bidar

bidar sözünün sinonimləri (yaxın mənalı sözlər)

bidar sözünün antonimləri (əks mənalı sözlər)

bidar sözünün rus dilinə tərcüməsi

  • 1 прил. поэт. бессонный. Bidar gecələr бессонные ночи; bidar etmək (qılmaq) 1. будить, разбудить кого-л. 2. лишить сна кого-л.; bidar olmaq: 1. бодрствовать, не спать, лишиться сна; 2. просыпаться, проснуться

    Azərbaycanca-rusca lüğət / bidar

bidar sözünün inglis dilinə tərcüməsi

bidar sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) oyaq, oyanıq; 2) ayıq-sayıq; 3) m. xəbərdar, ayıq, huşlu.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"bidar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bidar nədir? #bidar sözünün mənası #bidar nə deməkdir? #bidar sözünün izahı #bidar sözünün yazılışı #bidar necə yazılır? #bidar sözünün düzgün yazılışı #bidar leksik mənası #bidar sözünün sinonimi #bidar sözünün yaxın mənalı sözlər #bidar sözünün əks mənası #bidar sözünün etimologiyası #bidar sözünün orfoqrafiyası #bidar rusca #bidar inglisça #bidar fransızca #bidar sözünün istifadəsi #sözlük