* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf və sif. [fars. bi… və ər. hal] 1. Halsız, taqətsiz, yorulmuş, əldən düşmüş; üzgün, zəif. Bihal yıxılmaq. – Sübh vaxtında bir qoca çaqqal; Aclıq etmişdi çox onu bihal. S.Ə.Şirvani. Kərbəlayı Qulaməli, hacının bu sözlərini eşidəndə, uca sövtlə hönkürüb, bihal dizi üstə çökdü. Ə.Haqverdiyev. Əjdər bihal uzanmalı oldu… S.Rəhman. 2. Özündən getmiş, ürəyi keçmiş, bayğın. □ Bihal olmaq – özündən getmək, bayılmaq. [Kəblə Fatma:] Nazlını bir fənd ilə dilə tutdum, amma, vallah, o qədər ağlayıb ki, az qalıb ki, bihal olsun. C.Məmmədquluzadə. [Əbdül:] Sara xanımın halı fənalaşır, bihal olub, tez həkim lazımdır. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / bihal2 BİHAL(ƏT) f. və ə. halsız, taqətsiz, yorğun.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bihal2 I прил. слабый, бессильный, изнеможённый, немощный. Bihal olmaq обессилеть
Azərbaycanca-rusca lüğət / bihal1 [fars. bi... və ər. hal] нареч., прил. бейгьал (1. гьал алачир, гьалсуз; 2. вич-вичелай фенвай, рикӀ хъуьтуьл хьанвай, чӀур хьанвай; bihal olmaq бейгьал хьун, вич-вичелай фин, чӀур хьун).
Azərbaycanca-ləzgicə lüğəti / bihal