* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər. “fərd” söz. cəmi] Fərdlər, şəxslər, adamlar. Etiqadımız bundadır ki, vətən, məmləkət orada yaşayan əfradın hamısınındır. C.Məmmədquluzadə. [Əbülhəsən bəy:] Nəzmiyyə əfradının və onunla bərabər bütün Təbrizin tərk-silah etdirilməsi tələbini rədd edəcəyik. M.S.Ordubadi. □ Əfradi-məclis köhn. – səhnə əsərində iştirak edən şəxslər. Əfradi-məclisdən mövlananın əql və kəmalına afərin sədası səqfə bülənd oldu. M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / əfrad3 ə. «fərd» c. fərdlər.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əfrad