* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər. “cədd” söz. cəmi] Atababalar, ulu babalar. Vətən – əcdadımızın mədfənidir; Vətən – övladımızın məskənidir. A.Səhhət. Böyük əcdadını gətirib yada; Oynat qılıncını göydə, havada. S.Rüstəm. Tariximizin, əcdadımızın əməlləri, arzuları, həsrətləri bu torpaqda hifz olunmuşdur. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / əcdad2 ə. «cədd» c. 1) babalar; 2) m. ata-baba.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əcdad1 Ərəbcə cədd sözünün cəm formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əcdad2 сущ. предки (поколения, жившие задолго до настоящего времени). Uzaq əcdadlarımız наши далёкие предки, əcdadların yolu ilə по пути (стопам) предков, öz əcdadları ilə öyünmək гордиться своими предками; əcdad ağacı (şəcərəsi) биол. родословное древо
Azərbaycanca-rusca lüğət / əcdad