* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Bədən. Qaşı, gözü, əndamı, təmamən əl-ayağı; Hər bir sənəmin başına yüz naz kimindir? M.V.Vidadi. Uşağın əndamına quru xına sürtməyə başlardılar. H.Sarabski. 2. Boy, qədd, qamət, boy-buxun, bədən quruluşu. Əndamı olduqca düzgündür. – Bunların şirin ləhcələri, duzlu danışıqları, mütənasib əndamları və alıcı, xumar gözləri vardır. M.S.Ordubadi. □ Əndamın yansın (açılsın), əndamı yanmış (açılmış) – qarğış ifadəsi. Anası Gülpərinin təpəsinə iki əlli qapaz vurub deyərdi: – Əndamı açılmış, bir bax, gör uşağı nə günə salmısan! H.Sarabski. Əndamına lərzə düşmək – titrəmək, əsmək (qorxudan).
Azərbaycan dilinin izahlı lüğəti / əndam2 ə. 1) bədən, cəsəd; 2) boy, qədd-qamət, boy-buxun; 3) m. biçimli, dolğun (adam haqqında).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əndam1 Fars sözüdür, “qamətli, boylu-buxunlu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əndam2 сущ. 1. тело, туловище; стан 2. фигура, телосложение ◊ əndamın yansın! чтобы ты сгорел! əndamına lərzə düşdü задрожал от страха
Azərbaycanca-rusca lüğət / əndam1 i. 1. (bədən) body; 2. (qamət) stature; figure; Onun yaxşı əndamı var She has a fine / well-developed figure
Azərbaycanca-ingiliscə lüğət / əndam1 [fars.] сущ. 1. беден, жендек, тан; 2. бедендин кӀалуб, буй, бухун, къамат; // əndamın yansın (açılsın), əndamı yanmış (açılmış) къаргъ. пер. ччан кьий ви, ччан кьейиди манада; əndamına lərzə düşmək тандик (ччандик) зурзун акатун, зурзун (кичӀевиляй).
Azərbaycanca-ləzgicə lüğəti / əndam