* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Kağızdan, kartondan kəsilmiş ülgü. // Ölçü, miqyas, ölçü vahidi. □ Bir əndazədə – bir ölçüdə, bir qaydada. [Qızların] hamısının libası bir qiymətdə, bir əndazədə və bir ölçüdə idi. M.S.Ordubadi. 2. Tənasüb, simmetriya, quruluş düzgünlüyü. Onun bədən əndazəsi yerli-yerindədir. 3. məc. Hədd, hüdud; norma. Hər şeyin əndazəsi olmalıdır. Əndazədən artıq. – Əndazə qoyaq, üç gün oturaq. (Ata. sözü). Tükün əndazədən artıq görünür; Quyruğun gör necə yerlə sürünür. A.Səhhət. □ Əndazədən çıxmaq – əndazəni aşmaq, həddini aşmaq. Görsən tanımazsan yarımsaqqalı; Çıxıb əndazədən dövləti, malı. Q.Zakir. [Sübhanverdizadə] hər hansı bir qonaqlıqda əndazədən çıxmaz və öz hörmətini gözlərdi. S.Rəhimov. Əndazəyə düşmək – lazımi şəklə düşmək. Əndazəyə salmaq – yöndəmə, qaydaya salmaq, lazımi şəklə salmaq.
Azərbaycan dilinin izahlı lüğəti / əndazə2 f. 1) ölçü, miqyas; 2) hədd, cızıq; 3) m. hesab.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əndazə1 Farscadır, 65 sm uzunluq ölçü vahidi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əndazə2 сущ. 1. выкройка (образец, по которому кроят части одежды или обуви) 2. мерка, мера (предмет, служащий для измерения чего-л.) 3. фигура 4. перен. граница, предел чего-л. Hər şeyin əndazəsi olmalıdır всё должно иметь предел, əndazədən artıq выходящий за пределы дозволенного ◊ əndazədən çıxmaq переходить границы дозволенного; əndazəyə düşmək принять надлежащий вид; əndazəyə salmaq привести в надлежащий вид; heç bir əndazəyə sığmır ни в какие ворота не лезет
Azərbaycanca-rusca lüğət / əndazə1 i. 1. (ölçü) measure; dimensions pl.; size; eyni ~də iki stol two tables of the same dimensions; 2. (ülgü, biçim) cut, pattern; Donların hamısı eyni əndazədə, eyni ölçüdə və eyni qiymətdə idi All of the dresses were of the same pattern, size and price; 3. (hədd, hüdud) bound, limit; ~dən çıxmaq to exceed the bounds (of), to overstep the limits (of); Hər şeyin bir əndazəsi var at. söz. There is a limit to everything; 4. (forma, quruluş) frame, shape; ~yə düşmək to assume an appropriate frame / look / fettle; ~yə salmaq to set* / to put* (d.) to rights
Azərbaycanca-ingiliscə lüğət / əndazə1 is. mesure f, dimension f ; parton m, forme f ; limite f, borne f
Azərbaycanca-fransızca lüğət / əndazə1 [fars.] сущ. 1. кӀалуб (кагъаздикай, картондикай атӀанвай); уьлчуь; // bir əndazədə са кӀалубда, са уьлчуьда, са къайдада; 2. дуьзвал, симметрия, кӀалубдин дуьзгуьнвал, форма (мес. бедендин); 3. пер. гьадди; норма, кьадар; // əndazədən çıxmaq кьадардилай артух хьун, алахьун (мес. мал, девлет); кьацӀалай алатун; əndazəyə düşmək кӀалубда гьатун, лазим тир формадиз атун; əndazəyə salmaq кӀалубда ттун, къайдада ттун, лазим тир формада ттун.
Azərbaycanca-ləzgicə lüğəti / əndazə