* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2004 | ••••••• | 1.35 |
2005 | ••••••• | 1.35 |
2006 | •• | 0.23 |
2007 | ••• | 0.42 |
2008 | •• | 0.24 |
2009 | •••••••••• | 1.92 |
2010 | •• | 0.36 |
2011 | ••••••••••••• | 2.66 |
2012 | •••••••••••••••••••• | 4.13 |
2013 | •••••• | 1.17 |
2014 | •••••• | 1.20 |
2015 | ••••• | 0.85 |
2016 | ••• | 0.52 |
2017 | • | 0.16 |
2018 | ••• | 0.60 |
2019 | ••• | 0.56 |
2020 | •••• | 0.66 |
1 is. [fars.] 1. Ağzından od püskürən, insan və heyvanları udan, qanadlı nəhəng, ya ilan şəklində təsəvvür olunan mövhum bir heyvan. Yeddibaşlı əjdaha (nağıllarda). – [Nağılların qəhrəmanları] divlərlə, əjdahalarla pəncə-pəncəyə gəlib vuruşar, hər cür çətin şeyə qalib gələrdilər. M.Rzaquluzadə. □ Əjdaha kimi… – təşbeh məqamında. Saat on iki tamamda buxar arabası acıqlı əjdaha kimi Balaxanı tərəfdən gözlərini ağardaraq nərə vurmağa başladı. S.M.Qənizadə. [Həmzə:] Üç nəfər əjdaha kimi oğlum var. C.Cabbarlı. 2. məc. Çox qüvvətli, iri, heybətli, qorxmaq bilməyən adam haqqında; pəhləvan. O, lap əjdahadır. – [Aslan bəy:] …Əjdahadır, əjdaha. Bu saatda tərəzinin bir gözünə 15 öküz qoysalar, Tarverdini vermərəm… C.Cabbarlı. Səmədin gözünə əvvəl əjdaha kimi görünən Nadir, indi bu cür sadə və yumşaq danışıqdan sonra bütün əzəmət və məhəbbətini itirdi. B.Talıblı. [Mirzə Cəmil:] Ataşı Kəngərli kimi əjdahaya tuş elədim. Ə.Vəliyev. ◊ Əjdaha bürcü astr. – Böyük Ayı bürcü ilə Kiçik Ayı bürcü arasında, göyün şimal yarımkürəsində olan bürc.
Azərbaycan dilinin izahlı lüğəti / əjdaha1 Farsca əjdər sözü ilə qohumdur, əsli əjdərha kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əjdaha1 ƏJDAHA (zool.) (mifologiyada nəhəng bir heyvan) Ora minbir nərdivanlı quyu olmuş bir zaman; Hər nərdivanda yuxlayır bir əjdaha, bir ilan (A.Şaiq); ƏJDƏR O zülfün olsa əlimdə nə bakim Əjdərdən (A.Şaiq).
Azərbaycan dilinin sinonimlər lüğəti / əjdaha1 сущ. миф 1. дракон: 1) сказочное чудовище в виде крылатого огнедышащего змея, пожирающее людей, животных. İkibaşlı əjdaha двуглавый дракон, yeddibaşlı əjdaha семиглавый дракон, qırxbaşlı əjdaha сказочный дракон с сорока головами, əjdahanın ağzı пасть чудовища 2) перен. человек большого роста, крепкого телосложения; сильный, смелый человек 2. простореч. об обжоре, прожорливом, ненасытном человеке; Əjdaha bürcü астр. созвездие Дракон; əjdaha ili год дракона, əjdaha kimidir kim сущий дракон кто
Azərbaycanca-rusca lüğət / əjdaha1 is. əs. 1) dragon m, guivre m, hydre f, tarasque f ; 2) astr. constellation f du Dragon ; 3) məc. costaud m, hercule m
Azərbaycanca-fransızca lüğət / əjdaha1 [fars.] сущ. 1. аждагьан (сивяй цӀай чукӀурдай, инсан ва гьайванар недай, еке лувар квай, гзаф зурба ва я гьуьлягъдин кӀалуб авай махарик жедай са гьайван); əjdaha kimi... (тешпигьра) аждагьан хьтин... (хьиз...), аждагьанди хьиз; yeddibaşlı əjdaha ирид кьил алай аждагьан; 2. пер. гзаф къуватлу, еке, зурба, гьайбатлу, кичӀевал течир кас; паливан; ** əjdaha bürcü астр. аждагьандин буьрж.
Azərbaycanca-ləzgicə lüğəti / əjdaha