daha sözü azərbaycan dilində

daha

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • daha • 90.9231%
  • Daha • 9.0673%
  • DAHA • 0.0097%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bir rumka daha
Bir rumka daha (dan. Druk, ing. Another Round) — danimarkalı rejissor Tomas Vinterberqin 2020-ci ildə ekranlara çıxan filmi. == Süjet == Qırx yaşlarında olan dörd məktəb müəllimi hər gün bir az spirtli içki içməyin onları daha yaradıcı edə biləcəyi fikrini sınaqdan keçirməyə qərar verir. Bununla belə, çox içirlər və hər şey öz axarından çıxır.
Bir klubdan daha artıq
Mes que un club (azərb. Bir klubdan daha artıq‎) – İspaniyanın "Barselona" futbol klubunun rəsmi şüarı. Şüar "Barselona" klubunun ev oyunlarını keçirdiyi Kamp Nou stadionun tribunalarında öz əksini tapmışdır. Şüar klubun sadəcə bir futbol klubu olmadığını, Kataloniya mədəniyyətini və mübarizəsini təmsil etdiklərini bildirmək üçün işlədilir. == Tarixi == İkinci İspaniya Respublikası dövründə klub prezidenti Xosep Sunol klubu ölkənin idman və mədəniyyət həyatı ilə birləşdirmək üçün "İdman və vətəndaşlıq" şüarından istifadə etmişdir. Lakin bu şüar klubun daimi şüarı olmamışdır. İndiki şüarın tarixi 1933-cü ilə kimi uzanır. 1933-cü ilin aprelində aid klub məktubunda yazılır: "Belə görünür ki, Barselona bir futbol klubundan daha artıqdır". 17 yanvar 1968-ci ildə "Barselona" klubunun yenicə prezidenti seçilən Narsis de Karreras öz qəbul olunma nitqində "Barselona bir futbol klubundan artıqdır" cümləsini işlətmişdir. Lakin bu ifadə 1973-cü ilə kimi şüar kimi əhəmiyyət qazanmamışdır.
Daha yaxşı gələcək (Bəhrani)
Daha yaxşı gələcək — Əbdüləzim əl-Mühtədi əl-Bəhraninin kitabı. == Məzmun == Bu kitab əksər insanları maraqlandıran və çox aktual olan ailə məişət mövzularına aid suallardan və onlara verilən cavablardan ibarətdir. Müəllif ona verilən suallar əsasında bu kitabı tərtib etmişdir. Bu suallar elə dəqiqliklə seçilmişdir ki, hər bir oxucu onların içində özünə aid olan bir çox mətləbləri tapacaq və bu kitabın sanki özü üçün yazıldığını hiss edəcəkdir. Kitabın əhatə etdiyi suallar insan həyatını tam çılpaqlığı ilə göz önünə gətirir və onlara verilmiş dəqiq cavablarla da oxucuya suallarla dolu həyatda nə cür davranacağını göstərir. == Nəşr == Kitab 2012-ci ildə ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında I cildi 160, II cildi isə 176 səhifədə 60x90 ölçüsündə çap edilib. == İstinadlar == == Həmçinin bax == Bəla və səbir (Şəhid Sani) == Xarici keçidlər == "Daha Yaxşı Gələcək (I cild)" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
Məni daha gözləmə (mahnı)
Seksdən daha yaxşı (tort)
Seksdən daha yaxşı (ing. Better than sex cake) — ananas tərkibli süngər kekindən, qatlı vanil kremindən və kokos səpilmiş şəkərli kremdən ibarət ABŞ tortu. Şokoladlı tort qarışığı, karamel içliyi və əzilmiş iris istifadə edən versiyalar da oxşar adlarla tanınır. Süngər keki tez-tez hazır qarışıqdan yoğrulur. Tort adətən bir qızartma qabda bişirilir. Tortun nəmli mərkəzi adətən tort təbəqəsini çəngəllə bir neçə dəfə deşib, sonradan deşikləri ananas suyu və ya şərbətlə doldurmaqla yaradılır. Sonra tort soyudulur və soyuq formada yeyilir. 1990-cı ilə qədər bir neçə versiya mövcud idi. Əsas tort resepti tortu hazırlayan şəxsin zövqündən asılı olaraq dəyişdirilmişdir və alternativ dəyişikliklərə şokolad, banan və ya konfet daxildir. Kanzasda yaradılmış 1998-ci il versiyasında şokoladlı keks qarışığı, qatılaşdırılmış süd, karamelli dondurma və xırdalanmış iris istifadə olunurdu.
Daha adil bir dünya mümkündür
Daha adil bir dünya mümkündür (türkcə:Daha Adil Bir Dünya Mümkün) — Türkiyə Cümhuriyyətinin XII prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllifi olduğu kitab. Kitab 7 dildə 2021-ci ildə nəşr edilmişdir. == Haqqında == "Dünya beşdən böyükdür" fəlsəfəsi əsasında yazılmış kitab dünyanın gələcəyinə təsir edəcək sahələrin yalnız beş ölkənin insafına buraxılmasının doğru olmadığını bildirir. Kitab davam etdirilməsi mümkün və daha adil bir dünya üçün BMT-in öhdəsinə düşən vəzifələrdən bəhs edir. Kitabda ədalətsizlik, korrupsiya, qaçqın böhranı, dünyanın Orta Şərqdə yaşananlara tamaşaçı qalması, beynəlxalq terrorun və islamofobiya başda olmaqla, qlobal problemlərə də toxunulur. İngilis, ərəb, alman, fransız, rus və ispan dillərinə tərcümə edilən kitabdan əldə edilən bütün gəlir AFAD-a (Fövqəladə Halların İdarə Olunması Agentliyi) verilmişdir.
Göy həmişə daha mavi olur
Il cielo è sempre più blu — rejissor Antonello Grimaldinin filmi.
Bir daha yüksələn bayraq (film, 1990)
Bir daha yüksələn bayraq qısametrajlı sənədli filmi rejissor Tofiq Məmmədov tərəfindən 1990-cı ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycan Demokratik Respublikasının dövlət atributlarının yenidən özünə qaytarılması haqqındadır. == Məzmun == Film Azərbaycan Demokratik Respublikasının dövlət atributlarının yenidən özünə qaytarılması haqqındadır.
30 dəqiqə və ya daha az
30 dəqiqə və ya daha az (ingiliscə orijinal adı: 30 Minutes or Less) — 2011-ci ildə çəkilmiş Amerika komediya filmidir. Filmin rejissoru Ruben Fleischer olmuş, baş rollarda isə Cessi Ayzenberq, Denni Makbrayd, Əziz Ansari və Nik Svardson oynamışdır. O, Columbia Pictures tərəfindən çəkilmiş və Media Rights Capital tərəfindən maliyyələşdirilmişdir. == Süjet xətti == Nik (Jesse Eisenberg) pizza çatdıran kuryerdir. Təsadüfən bir gün o, iki quldur tərəfindən qaçırılır və 30 dəqiqə ərzində bank soymağa məcbur edilir.
Bir kərə yüksələn bayraq, bir daha enməz
"Bir kərə yüksələn bayraq bir daha enməz" — XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı. Şüar Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918) Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur. == Tarixi == Birinci Dünya müharibəsinin sonuna yaxın Rusiya imperiyası parçalandı. İmperiyanın tərkibində olan Cənubi Qafqaz bölgəsi də müstəqil dövrünə qədəm qoydu. Cənubi Qafqazda yaşayan üç əsas millət birləşərək ümumi Zaqafqaziya Federasiyasını yaratdılar, lakin onun ömrü uzun sürmədi. Belə ki, Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması nəticəsində baş verdi. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi.
Bir kərə yüksələn bayraq bir daha enməz

Bir kərə yüksələn bayraq bir daha enməz!

500 və daha çox qol vuran futbolçuların siyahısı
500 və daha çox qol vuran futbolçuların siyahısı — klub və milli peşəkar futbol oyunlarında 500 və ya daha çox qol vuran futbolçuları əhatə edir. Siyahıda RSSSF tərəfindən açıqlanan məlumatlardan istifadə olunmuşdur. Bu günə qədər 72 futbolçu 500-dən çox qol vurmuşdur. 30 mart 2024-cü ildə Kriştiano Ronaldo 900 qol vurdu. == Sıralama == Açar Təsdiq edilə bilməyən məlumatlar futbolçu məlumatlarına daxil edilməmişdir. Tünd rəngli hərfli futbolçular 21 dekabr 2023-ci il tarixinə aktiv futbolçulardır.
Dahadayev rayonu
Dahadayev rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 1.450 km², inzibati mərkəzi Urkarax kəndidir. == Əhalisi == Rayonun əhalisi 36.367 nəfərdir (2015-ci il).
Dahanə Siah Darun (Talış)
Dahanə Siah Darun (fars. دهنه سياه درون‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 385 nəfər yaşayır (80 ailə).
Dahar
Dahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dahar kəndi Girdiman çayının sahilində, dağətəyi ərazidə yerləşir. Keçmiş tam adı Dahar Mulux olub. Həmin ərazidə Mulux kəndindən çıxmış ailələrin Dahar adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tat dilində dahar "qaya" deməkdir. == Əhalisi == Kənddə cəmi 5 nəfər yaşayır. ki onunda 3 nəfəri kişi, 2 nəfəri qadındır.
Daharlı
Daharlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi (Düzkənd) Axuryan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim qoraqoyunlu türk tayfasının bir qolu olan duharlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Getk qoyulmuşdur. Mənbədə Dağarlı.
Məhəmməd Dahalane

daha sözünün leksik mənası və izahı

  • 1 əd. 1. Sifətlərdən əvvəl gələrək çoxaltma dərəcəsi əmələ gətirir. Daha yaxşı. Daha bərk. Daha sağlam. // Zərflərlə birlikdə işləndikdə müqayisə dərəcəsi düzəltməyə xidmət edir. Əvvəlkindən daha bərk yağır. Bu il yay keçən ilkindən daha isti keçir. – Qasım bəydə tacirlik damarı daha qüvvətli idi. A.Şaiq. Qarı bu səsi daha dərindən dinləmək üçün gözlərini yumdu. Ə.Məmmədxanlı. Əşrəf daha böyük bir maraqla təqibə girişdi. S.Rəhman. // Bəzən “da” ədatı ilə işlənərək, əvvəlki mənanı qüvvətləndirir. Şəhərimiz daha da gözəlləşmişdir. – Bu anda daha da bərk uğuldayan quyudan palçıqla qarışıq daşlar fəvvarə vurdu. M.Hüseyn. [Zeynal] bilirdi ki, Mehribanı təqib edəcək olsa, onu daha da əsəbiləşdirər. Ə.Məmmədxanlı. 2. Miqdar və ya vaxt əlavəsini bildirir. Daha bir saat gözləyin. Qatarın yola düşməsinə daha bir-iki dəqiqə qalmışdır. 3. Əlavə bildirir: başqa, digər, üstəlik, yenə. Bir dəfə daha. Daha nə var? Daha vardırmı? Daha yoxdur. – Ortalıqda … daha başqa yeməli şeylər vardır. Ə.Əbülhəsən. // Bundan artıq, bundan ziyadə, bundan qeyri. Daha heç nə istəmirəm. Sənə daha nə lazımdır? Daha nə kimi şeylər var? – Mən daha danışmadım. M.S.Ordubadi. Lakin adamlar Mingəçevirdə Qafarın daha bir işini xatırlayırlar. Ə.Sadıq. 4. Bir şeyin baş vermiş olduğunu, yaxud olub bitdiyini bildirir; artıq. …Qəhrəman Nübar qarının evində daha hörmətdən düşürdü. S.Rəhimov. [Hava] yarım saat əvvəl çox gözəl idi, indi daha külək qalxmışdır. M.Hüseyn. // İnkar cümləsində: bundan sonra, bundan belə, artıq. Daha belə işlər görmə. Daha oraya getmə. Daha ağlama. Daha o bizim evdə yaşamır. // Eyni mənada bəzən “bir” sözü ilə bərabər işlənir. Bir daha gözümə görünmə. – [Qız] mənə bir daha görünmək istəmirdi. S.Hüseyn. 5. Hələ [Şərifə] daha çocuqkən anasını itirmişdi. S.Hüseyn. □ Daha doğrusu – bax doğru1.

    Azərbaycan dilinin izahlı lüğəti / daha

daha sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 DAHA (bir daha) Lakin mübarizədə; ... belə ağırlıq, daha artıq; bir həvəsə gətirir (R.Rza); ARTIQ Əlimdəki işləri yoluna qoya bilsəydim, artıq burada durmazdım (H.Cavid); DƏXİ (köhn.) Elə ki taxıldı burnuna çeşmək; Qocalıq əl verib, dəxi nə etmək (M.V.Vidadi).

    Azərbaycan dilinin sinonimlər lüğəti / daha

daha sözünün rus dilinə tərcüməsi

  • 1 1. еще; 2. уже; 3. более, больше; 4. перед прилагательными образует сравнительную степень;

    Azərbaycanca-rusca lüğət / daha
  • 2 I част. ещё. daha nə xəbər var? какие ещё новости? daha kim var? кто ещё есть? daha nə xoşlayırsan? что ещё любишь? daha bir neçə söz ещё несколько слов; daha nə lazımdır? что ещё надо? daha bir neçə dəqiqə ещё несколько минут 2. более, больше. Daha bir şey soruşma больше ничего не спрашивай, əməyin daha dəqiq təşkil edilməsi более чёткая организация труда II нареч. 1. уже. Daha yorulduq уже устали, daha gecdir уже поздно, daha qurtarır уже заканчивается, siz daha böyümüsünüz вы уже выросли 2. больше. Daha burada yaşamır он больше тут не проживает, daha işləməyəcəyəm больше не буду работать, daha istəmirəm больше не хочу, daha eləmərəm больше не буду ◊ bir daha ещё раз, daha bir ещё один (одно, одна), daha nə deyəsən? что скажешь? daha nə deyim что я могу сказать? daha doğrusu вернее сказать

    Azərbaycanca-rusca lüğət / daha

daha sözünün inglis dilinə tərcüməsi

  • 1 I. z. no longer, now; Onlar daha burada yaşamır(lar) They live here no longer; Sən daha uşaq deyilsən You are no longer a child; Sən daha böyüksən You are a grown – up now; Ay uşaq, ağlama, daha bəsdir! Now, now, child, stop crying! II. əd. more; bir ~ one more; once again, once more III. more (a morpheme which is used to form the comperative degree of the adjective), ~ gözəl more beautiful, ~ çətin more difficult

    Azərbaycanca-ingiliscə lüğət / daha

daha sözünün fransız dilinə tərcüməsi

daha sözünün ləzgi dilinə tərcüməsi

  • 1 кӀус. 1. мадни; daha yaxşı мадни хъсан; daha gözəl мадни иер; 2. мад; маса; артух; алава; daha nə var? мад вуч ава?; bir dəfə daha садра мад; // идалай артух, идалай гъейри; daha yoxdur мад амач; // идалай кьулухъ, къенлай-кьулухъ; daha belə işlər görmə мад ихьтин крар хъийимир; 3. гьеле.

    Azərbaycanca-ləzgicə lüğəti / daha

daha sözünün türk dilinə tərcüməsi

"daha" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#daha nədir? #daha sözünün mənası #daha nə deməkdir? #daha sözünün izahı #daha sözünün yazılışı #daha necə yazılır? #daha sözünün düzgün yazılışı #daha leksik mənası #daha sözünün sinonimi #daha sözünün yaxın mənalı sözlər #daha sözünün əks mənası #daha sözünün etimologiyası #daha sözünün orfoqrafiyası #daha rusca #daha inglisça #daha fransızca #daha sözünün istifadəsi #sözlük