dava sözü azərbaycan dilində

dava

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dava • 88.4581%
  • Dava • 11.3414%
  • DAVA • 0.2005%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 18.62 dəfə / 1 mln.
2002 •••• 13.70
2003 •••• 13.78
2004 ••• 8.09
2005 ••• 8.77
2006 •• 4.73
2007 •• 4.02
2008 1.71
2009 ••••• 15.68
2010 ••••••• 24.69
2011 •••••• 19.73
2012 •••••• 22.72
2013 •••••••••••••••••••• 77.90
2014 •••••••••••• 45.82
2015 •• 6.12
2016 ••• 8.16
2017 •• 5.85
2018 ••• 7.79
2019 ••• 11.13
2020 ••• 8.62

dava sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Dərman. Aptekdən dava almaq. – [Nurcahan:] Başına dönüm, həkimbaşı, bu suyu bir baytal verib mənim azarlıma, nəvəmə dava adına… N.Vəzirov. Aptekdən təzə dərman gətirmişdilər. Haman dava mənə çox kömək edirdi. C.Məmmədquluzadə. 2. məc. Çarə, tədbir, əlac mənasında. Sən də gəl, yadıma sal, deyək, bəlkə qoyunların qızdırmasına bir dava deyə. C.Məmmədquluzadə. □ Dava etmək (eləmək) – müalicə etmək. Xəstəyə dava etmək.

    Azərbaycan dilinin izahlı lüğəti
  • 2 is. [ər.] 1. Dalaşma, söyüşmə; çarpışma, vuruşma. Artıq bu səfər heç bir zor, heç bir dava kar eləmədi. S.Rəhman. □ Dava axtarmaq – heç bir şey üstə dava etməyə çalışmaq, dava etmək üçün bəhanə axtarmaq. [Səlimnaz xanım:] Sən bu gün aşkara dava axtarırsan. N.Vəzirov. Dava qalxmaq (düşmək) – dava baş vermək. Dava eləmək – 1) savaşmaq, dalaşmaq, söyüşmək, vuruşmaq. [İsmayıl bəy:] Mən bura dava eləməyə gəlməmişəm. N.Vəzirov; 2) mübahisə etmək. Dava salmaq – aranı vuruşdurmaq, dava düşməsinə səbəb olmaq. 2. Müharibə. Barıt və qan qoxusu ağırlaşdı havada; Daşlar belə qanadı bu uğursuz davada. R.Rza. Əsgəran davasında basılmaq xəbəri bütün yaylağı kədər və vahiməyə salmışdı. Mir Cəlal. Sonra dava düşdü, çevrildi dünya; Bunu məndən gözəl siz bilirsiniz. M.Müşfiq. 3. Həlli tələb olunan məsələ, mübahisəli məsələ; münaqişə; iddia. Aradakı davanı həll etmək. Onun davasına baxmaq. – [Eyvaz:] …Bizim davamız millət davası deyil, çörək davasıdır, azadlıq davasıdır. C.Cabbarlı. □ …davası etmək – …iddia etmək, …üstündə mübahisə etmək, …tələb etmək. [Qafar:] Sən mənimlə paltar davası edirsən, eləmi? S.S.Axundov. 4. köhn. hüq. Müdafiə üçün məhkəməyə müraciət, qarşı tərəfi məhkəməyə cəlb etmə, məhkəmə hüzurunda baxılan iş; mühakimə. □ Dava çəkmək – məhkəmədə çəkişmək, məhkəməyə müraciət etmək, məhkəmədə iş açmaq. [Səlimə xanım:] Gərək indi dava çəkməyə məcbur olam. M.F.Axundzadə. ◊ Dava dağarcığı – davakar adam haqqında.

    Azərbaycan dilinin izahlı lüğəti

dava sözünün sinonimləri (yaxın mənalı sözlər)

dava sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DAVA – BARIŞIQ Dava var qılıncla qurtarır, dava var dillə (Ə.Haqverdiyev); Qonşular barışıq gününü intizarla gözləyirdilər. DAVA – SÜLH Barıt və qan qoxusu ağırlaşdı havada; Daşlar belə qanadı bu uğursuz davada (R.Rza); Azadlıq vədəsi? O gələcəkdir; Hamısı sülh ilə düzələcəkdir (S.Vurğun).

    Azərbaycan dilinin antonimlər lüğəti

dava sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 DAVA I is. [ ər. ] Vuruş, döyüş. Kağızını kəsmə ha... davada ürəkli ol (Ə.Cəmil). DAVA II is. [ ər. ] Dərman, əlac. Təbibsiz, davasız təbib neyləsin? (S.Vurğun).

    Azərbaycan dilinin omonimlər lüğəti

dava sözünün rus dilinə tərcüməsi

  • 1 1. лекарство; 2. драка, дебош, свалка; 3. поход;

    Azərbaycanca-rusca lüğət
  • 2 1 сущ. разг. 1. снадобье (настой, мазь, отвар, приготовленные из целебных трав и веществ). Yüz dərdin davası снадобье от сотен недугов, davasız sağalmaq выздороветь без снадобий 2. поэт. исцеляющее средство. Dərdə dava tapdım я нашёл средство, исцеляющее недуг, dərdinin davasını axtarmaq искать средство от недуга 2 I сущ. 1. драка, скандал. Dava qaldırmaq учинить скандал, dava salmaq устроить драку 2. разг. война. Dava qurtardı закончилась война 3. разг. бой, сражение. Davada iştirak etmək участвовать в бою, сражении, dava meydanı поле боя, сражения, yumruq davası кулачный бой, davanın qızğın vaxtı в разгар боя, hər qarış torpaq üstündə dava сражение за каждую пядь земли II прил. разг. боевой. Dava libası боевые доспехи, dava sursatı боевые припасы (боеприпасы); dava etmək (eləmək): 1. скандалить, драться 2. ругаться, ссориться 3. разг. воевать; davaya hazır olmaq быть готовым к бою; davaya atılmaq броситься в бой ◊ dava dağarcığı драчун, забияка

    Azərbaycanca-rusca lüğət

dava sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. bax dərman I II. i. 1. fight, brawl; scuffle; ~ etmək to brawl, to make* a row, to take* part in a brawl; ~ salmaq to quarrel (with smb. over), to kick up a row*; ~ çəkmək (məhkəmə vasitəsilə) to be* at law (with); yumruq ~sı fisticuffs; ◊ ~ dağarcığı bax davakar; 2. bax müharibə

    Azərbaycanca-ingiliscə lüğət

dava sözünün fransız dilinə tərcüməsi

dava sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. дарман, дава; 2. пер. чара, илаж, тедбир; dava etmək (eləmək) дава авун, дарман авун, сагъарун (азарлуди).

    Azərbaycanca-ləzgicə lüğəti
  • 2 [ər.] сущ. дяве (1. сада-садаз экъуьгъун, къалмакъал, элуькьунар, ягъунар, кукӀунар, акьунар; // dava eləmək а) дяве авун, сада-садаз экъуьгъун, кукӀун; б) гафар элуькьарун, гьуьжетун; 2. женг, тӀигъ; // дяведин; 3. гьял авун лазим тир месэла, гьуьжет алай месэла; акьунар; дяве кьазвай кар; тӀалаб; 4. юр. куьгьн. суддиз желб авун, судди тухузвай (килигзавай) кар; dava çəkmək дяве кьун, суддал сада-сад акъажун, суддиз гун, суддал кар ахъаюн); ** dava dağarcığı дяведин кӀватӀ, къал квай кас, дявекар кас.

    Azərbaycanca-ləzgicə lüğəti

dava sözünün türk dilinə tərcüməsi

"dava" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dava nədir? #dava sözünün mənası #dava nə deməkdir? #dava sözünün izahı #dava sözünün yazılışı #dava necə yazılır? #dava sözünün düzgün yazılışı #dava leksik mənası #dava sözünün sinonimi #dava sözünün yaxın mənalı sözlər #dava sözünün əks mənası #dava sözünün etimologiyası #dava sözünün orfoqrafiyası #dava rusca #dava inglisça #dava fransızca #dava sözünün istifadəsi #sözlük