* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Hər cür çətinliyə, məşəqqətə, məhrumiyyətə, əzab və əziyyətə davam gətirən; dözümlü. O, çox davamlı adamdır. İstiyə davamlı ürək. □ Davamlı olmaq – dözmək, möhkəm olmaq, səbat etmək. Hər bir əziyyətə və məşəqqətə qarşı davamlı olmaq lazımdır. – [Sabir haqqında] İnsan çox davamlı olur: ata ölümünə, qardaş, oğul, qız ölümünə bir növ davam etmək mümkündür. Amma rəfiq ölümünə davam etmək çətindir. Ə.Haqverdiyev. 2. Çətin dağılan, gec yırtılan, çox möhkəm. Davamlı parça. Davamlı çəkmə. 3. Etibarlı, sarsılmaz, möhkəm, səbatlı. Hər halda möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdadır… C.Məmmədquluzadə. Dedim: – Daşmı davamlıdır, yoxsa onun iradəsi? M.Rahim. 4. Uzun sürən, sürəkli, arası kəsilməyən, ardıcıl. Bu zaman vağzala girməkdə olan bir maşının davamlı fit səsi eşidildi. M.İbrahimov. Ağır gövdə yerə dəyəndə yazıq, davamlı bir uğultu səsi gəldi. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / davamlı2 xüs. Bəzi mürəkkəb sifətlərin ikinci tərkib hissəsi; məs.: odadavamlı, soyuğadavamlı, istiyədavamlı.
Azərbaycan dilinin izahlı lüğəti / davamlı1 DAVAMLI – DÖZÜMSÜZ Gedin bu saat axtarın; bir nəfər kök, davamlı həkim tapın gətirin (Ə.Haqverdiyev); Çox dözümsüz, hövsələsiz adamdır.
Azərbaycan dilinin antonimlər lüğəti / davamlı2 … второй компонент сложных прилагательных, соответствующий русским … стойкий, … упорный. Şaxtayadavamlı морозостойкий (морозоупорный), odadavamlı огнестойкий (огнеупорный)
Azərbaycanca-rusca lüğət / davamlı3 прил. 1. длительный, продолжительный. Davamlı cərəyan эл.-тех. длительный ток, davamlı qüvvə физ. длительная сила 2. прочный, стойкий, крепкий. Davamlı ağac строит. прочное дерево, davamlı struktur почв. прочная структура, korroziyaya davamlı materiallar коррозионно-стойкие (коррозиестойкие) материалы 3. устойчивый. Davamlı maraq пед., псих. устойчивый интерес, davamlı diqqət устойчивое внимание, davamlı minerallar геол. устойчивые минералы, davamlı sistem тех. устойчивая система, davamlı axın гидрогеол. устойчивый сток, davamlı müvazinət устойчивое равновесие, davamlı kütlə (süxur) тех. устойчивая масса (порода) 4. выносливый, крепкий, двужильный (о человеке) 5. ноский. Davamlı parça ноская ткань
Azərbaycanca-rusca lüğət / davamlı1 s. 1. durable, solid, firm; strong, stable; hard-wearing; ~ özül stable foundation; ~ parça hard-wearing fabric, durable stuff; ~ rəng / boya fast dye / colour; 2. of great endurance; Siz çox davamlısınız You are of great endurance, You are a great stayer
Azərbaycanca-ingiliscə lüğət / davamlı1 sif. solide, durable, stable, ferme, fort ; résistant, -e ; ~ özül fondement m solide
Azərbaycanca-fransızca lüğət / davamlı1 прил. 1. давамлу; гьар жуьре четинвилериз, азабриз давам гудай, эхдай; davamlı olmaq давамлу хьун, мягькем хьун, дурум гун, эхун; 2. кӀеви, мягькем, геж кукӀвар жедай (мес. парча); 3. ихтибарлу, мягькем, къарсуриз тежер; 4. яргъалди фидай, ара атӀун тийир.
Azərbaycanca-ləzgicə lüğəti / davamlı