avamlıq sözü azərbaycan dilində

avamlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • avamlıq • 88.4615%
  • Avamlıq • 7.6923%
  • AVAMLIQ • 3.8462%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2013 •••••••••••••••••• 0.15
2014 •••••••••••••••••••• 0.17
2019 ••••••••••••••••• 0.14

avamlıq sözünün leksik mənası və izahı

  • 1 is. Cahillik, cəhalət, savadsızlıq, mədəni gerilik, mədəniyyətsizlik. [Kor kişi] tamamilə əski həyatın bir yadigarı idi. Əlbisəsinin tərzi, biçimi avamlığını … andırırdı. S.Hüseyn. // Sadəlik mənasında. [Səriyyə] sadəliyindən, avamlığından hələ də başına gələn müsibəti tamamilə dərk edə bilmirdi. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / avamlıq

avamlıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 cahillik — cəhalət — savadsızlıq — mədəniyyətsizlik — gerilik

    Azərbaycan dilinin sinonimlər lüğəti / avamlıq
  • 2 AVAMLIQ [Ömər] Allahü əkbər, avamlığa bax! (N.Nərimanov); CAHİLLİK Münəvvər: Ancaq məni dilgir edən camaatın cahilliyidir (M.S.Ordubadi); CƏHALƏT İşıq saçdın boğman üçün qalın, qatı qaranlığı; İşıq saçdın məhv etməyə cəhaləti, nadanlığı (M.Rahim); QƏFLƏT Din yoxsullar üçün bir tiryəkdir ki, onları həmişə qəflətdə saxlayıb oyanmalarına mane olmuşdur (S.S.Axundov); GERİLİK (dan.) Həyatda gördüyün geriliklərin; Demə ki, hamısı ənənədəndir!.. (B.Vahabzadə); NADANLIQ Məmməd ağa: Nadanlıq gözlərini bir mərtəbədə kor edibdir ki, namümkündür söz, nəsihət ilə bunlara bir şey qandırasan (N.Nərimanov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / avamlıq

avamlıq sözünün antonimləri (əks mənalı sözlər)

avamlıq sözünün rus dilinə tərcüməsi

avamlıq sözünün inglis dilinə tərcüməsi

avamlıq sözünün fransız dilinə tərcüməsi

avamlıq sözünün ləzgi dilinə tərcüməsi

"avamlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#avamlıq nədir? #avamlıq sözünün mənası #avamlıq nə deməkdir? #avamlıq sözünün izahı #avamlıq sözünün yazılışı #avamlıq necə yazılır? #avamlıq sözünün düzgün yazılışı #avamlıq leksik mənası #avamlıq sözünün sinonimi #avamlıq sözünün yaxın mənalı sözlər #avamlıq sözünün əks mənası #avamlıq sözünün etimologiyası #avamlıq sözünün orfoqrafiyası #avamlıq rusca #avamlıq inglisça #avamlıq fransızca #avamlıq sözünün istifadəsi #sözlük